19
daha yüksək keyfiyyətə malik olmalıdırlar, bu səbəbdən onları xüsusi formatda (RAW, JPEG)
mühafizə etmək lazımdır. Skanerdən əldə edilmiş təsvirlərin həlli adətən 200-2400 dpi olmalıdır,
çünki bundan yüksək həllə ehtiyac yoxdur. Əgər skanerdən götürülmüş təsvirin həlli daha yuxarı
olarsa, bu onun ölçüsünün əhəmiyyətsiz dərəcədə artmasına səbəb olur və heç bir praktik fayda
vermir. Skanerdən əldə edilmiş ağ-qara sənədlər adətən TİFF və GİF formatlarında, rəngli
sənədlər isə JPEG yaxud GİF formatlarında mühafizə edilirlər. Son zamanlar PDF və DJVU
formatlarına üstünlük verilir, çünki bu formatlar skanerdən əldə edilmiş sənədləri daha keyfiyyətli
saxlamaqla yanaşı sənədlərin internet vasitəsilə ötürülməsi üçün daha əlverişlidirlər. Lakin qeyd
etmək lazımdır ki, PDF vektor formatına aiddir və bu səbəbdən həm qrafiki, həm bir sıra başqa
cəhətlərdən dəfələrlə daha geniş imkanlara malikdir. Printerdə təsviri çap edərkən printer həllini
1200 dpi seçmək daha əlverişlidir, çünki belə həlldə təsvirdəki xırda keçidlər və çatışmamazlıqlar
gözə çarpan olmur.
3. Vektor qrafikasının xüsusiyyətləri və növləri. Vektorlaşdırma anlayışı.
Vektor qrafikasında təsvirin qurulması üçün sadə həndəsi fiqurlar–xətlər, nöqtələr,
çoxbucaqlılar–istifadə olunur. Sadə və mürəkkəb şəkillərin yaradılması üçün vektor qrafikası əvəz
olunmazdır, bu qrafika miqyaslaşdırma zamanı keyfiyyətini itirmir. Vektor qrafikasının bir çox
formatına Unicode kodlaşdırılmalı mətnləri yerləşdirib sonradan import etmək olur. Vektor
qrafikası ofis əlavələrində diaqramların, sxemlərin, çertyojların hazırlanmasında geniş istifadə
olunur.
Rastr təsvirin vektor qrafikasına çevrilməsi prosesi vektorlaşdırma adlanır. Rast təsvirin
vektorlaşdırması prosesi mürəkkəb bir proses olduğu üçün avtomatik aparıla bilməz. Burada
vektorlaşdırılan rastr təsvirin xətləri çox aydın olmalı və qradiyent boya olmamalıdır, bir sözlə
desək, rastr təsvir çertyoj səviyyəsində olmalıdır. Vektorlaşdırma zamanı faylın ölçüsü dəfələrlə
artmış olur və hətta müvəffəqiyyətlə nəticələnməyə də bilər. Vektor qrafiki formatlarına
aşağıdakılar aiddir:
a) EMF (Enhanced Metafile, yəni genişlənmiş metafayl)
b) WMF (Windows Metafile)
c) SVG (Scalable Vector Graphics)
İlk iki format kifayət qədər sadə vektor formatlardır və bu formatlarda ofis əlavələrin əsas
elementləri olan Bezye əyrilərini, düyün nöqtələrini saxlamaq olur. EMF formatı həm vektor, həm
rastr informasiyasını bir faylda saxlaya bilir və bir qədər köhnəlmiş hesab olunan WMF formatı ilə
müqayisədə bir sıra üstünlüklərə malikdir, lakin buna baxmayaraq bir çox proqram məhsulları bu
müasir formatı hələ ki dəstəkləmirlər. Miqyaslaşdırılan SVG formatı isə həm adi, həm də
animasiyalı vektor qrafikasında geniş istifadə olunur. WMF formatı MS Office tipli ofis
proqramlarında geniş istifadə olunur. Bir misal olaraq demək olar ki, 97-ci ildən indiyədək ClipArt
qalereyası məhz WMF formatında saxlanılır. Yəni bütün avtofiqurlar, oxlar, bayraqcıqlar, əyrilər,
hətta belə məşhur Word Art yazıları məhz WMF formatında istifadəçinin nəzərinə çatdırılır.
4. Skanerin vəzifəsi, skan etmə metodikası və əsas parametrləri.
20
Skaner obyektin təsvirini rəqəmsal formaya çevirən elektron qurğudur. Skanerin
parametrləri rəqəmsal şəkildə əldə edilmiş təsvirin keyfiyyətini müəyyən edirlər.
Əvvəlcə skanerin quruluşu və iş prinsipi ilə tanış olaq. Çoxlarının gördüyü və işlətdiyi
skanerlər planşet skanerlər adlanır, bunlar kserokopiya aparatına oxşayırlar. Kserokopiya sənədin
surətini kağız üzərinə köçürür, skaner isə elektron formada kompüterin yaddaşına köcürür.
Skanerin əsas hissəsi işıq lampasından, optik güzgü sistemindən və fotoelementlərdən təşkil
olunmuş blokdan ibarətdir. Skanerin qapağını qaldıranda şüşə görürük, şüşənin altında hərəkət
edən başlıq yerləşir. Skan etmək istədiyimizi üzü aşağı qoyuruq və qapağı bağlayırıq. Ya skanerin
üzərində olan düyməni, ya da kompüterdə proqram təminatı varsa müvafiq düyməni vurmaqla
skan prosesi başlayır. Skan prosesində qapağı qaldırmaq olmaz. Şüşənin altındakı başlıq hərəkət
edir və lampanın şüası sənədin üzərinə düşməklə güzgü sistemindən və fotoelementlərdən keçir,
elektrik yükü vasitəsilə mətnin və ya qrafikanın analoq təsviri yaranır, sonra analoq məlumat
rəqəmli məlumata çevrilir və kompüterə göndərilmək üçün hazırlanır. Kompüterdə olan proqram
təminatından asılı olaraq skan etdiyimiz sənədi bmp, pdf, jpg, tif və s. formatlarda yaddaşa verə
bilərik.
İndi skanerin bir neçə başqa növləri ilə tanış olaq.
Sənəd skaner. Sənəd-skanerlərdə əlavə kağızötürücü hissə olur, çoxlu kağız qoyulur və
sənədlər avtomatik dalbadal skan olur. Bu skanerlər sürətli işləyirlər.
21
Kitab skaner. Kitab-skanerlər kitab, jurnal, qədim materiallar, xəritələr, çertyojlar üçün
istifadə olunur. Bu skanerlərdə kölgələr düşmür və xüsusi işıqlandırmaya ehtiyac yoxdur. Bu cür
texnologiya vasitəsilə “işıqdan qorxan ” köhnə sənədləri skan etmək olur.
Rulon skaner. Adından göründüyü kimi uzun kağızları skan etmək üçündür.
Barkod skaner. Bizim dildə ştrix-kod skaner deyilir, ticarətdə istifadə olunur. Ştrix-kod
müəyyən məlumatları ağ-qara zolaqlar şəklində özündə saxlayır və əmtəə malın üzərinə
yapışdırılır. Ştrix-kod skaner vasitəsilə bu məlumatlar kompüterə və ya kassa aparatına ötürülür.
Bu skanerlərin əl ilə daşınan və hərəkətsiz növləri olur.
Dostları ilə paylaş: |