L. F. Mahmudova RƏYÇİLƏR; I e. d., prof. D.Ə. Vəliyev dos. A. Y. Yəhyayeva Məmmədova Ş. S., Əmiraslanova N. T. Müasir iqtisadi nəzəriyyələr. Dərs



Yüklə 8,38 Kb.
Pdf görüntüsü
səhifə30/48
tarix14.05.2018
ölçüsü8,38 Kb.
#44030
1   ...   26   27   28   29   30   31   32   33   ...   48

həyata  keçirilməsini  ştatların  öhdəsinə  buraxaraq,  “yeni  federa- 
lizm” proqramı adı altında bu proqramları reallaşdınnağa başladılar. 
Reyqanomika dövlət xərcləri və gəlirlərinin, onlardan bu və 
ya digərinin azaldılması yolu ilə, balanslaşdmimasma cəhd edirdi. 
Bununla  da  büdcədə  ÜDM-in  yenidən  bölgüsünün  payını 
azaltmaqla,  dövlətin  iqtisadiyyata  dolayı  yolla  müdaxiləsini 
minimuma endirməyə çalışırdı. 
Qeyd  etmək  lazımdır  ki,  neokonservmtor  nəzəriyyəsinin 
təsiri  altında  olan  bütün  qərb  ölkələri,  o  cümlədən  ABŞ,  İngiltərə 
aşağı  vergilər  səviyyəsi  və  sosial  proqramJann  ixtisan  fəlsəfəsini 
əsas rəhbər ideya kimi qəbul edirdilər. 
Bütün  bımlarla  yanaşı,  zaman  konservatorların  bütün 
ideyalannın praktikada həyata keçirilməsi üçün əlverişli olmadığını 
da  sübuta  yetirirdi.  Ona  görə  də  bir  çox  qərb  ölkələrində  qanşıq 
iqtisadi  sistemin  tətbiqi  dövlət  mülkiyyətinin  rolunun  artması 
siyasəti və s. qalmaqda davam etdi. Sosial müdafiə sistemi, sosial 
zəmanətlər  də  müasir  kapitalizmin  əsas  konstitusiya  elementləri 
kimi  çıxış  etməkdədir.  Buna  baxmayaraq,  konservatorlar  sosial 
xərclərin azaldılmasına nail olmuşdular. 
Beləliklə,  nəticə  olaraq,  iqtisadi  sahələrdə  neokonservator- 
ların  çatışmamazlıqlarmm  bəzi  məqamlannı  aşağıdakı  kimi  qeyd 
etmək  olar.  Öncə  qeyd  olunmalıdır  ki,  əgər  P.Samuelson  qarışıq 
iqtisadiyyatı  (neoklassik  sintez  nəzəriyyəsi)  ön  plana  çəkirdisə, 
neokonservatorlar  istisna  olaraq,  yalnız  xüsusi  sahibkarlığı 
dəstəkləyirdilər. Onlar bütün dəmir yollarını, səhər nəqliyyatını və s. 
vacib  dövlət  obyektlərini  bütünlüklə  özəlləşdirmək  fikrini,  hətta, 
xüsusi  həbsxanalar  da  tikməyi  irəli  sürürdülər.  İkinci  məqam, 
neokonservatorların belə bir ideya formalaşdırması; bütün işsizlər - 
bu, öz istəkləri ilə olan işsizlərdir (bu ideya 
95 


L.Valrasdan götürülmüşdür) fikrilə bağlıdır. Ancaq C.M.Keyns isə 
hesab  edirdi  ki,  işsizlik  əsasən  —  məcburi  hadisədir.  Üçüncü 
məqam,  onların  əvvəllərdə  qeyd  edildiyi  kimi,  sosial  xərclərlə 
əlaqədar  idi.  Belə  ki,  neokonservatorlar  sosial  xərclərin  bütün 
iqtisadi sistemi dağıtması sualım kəskin qarşıya qoyurdular. Ancaq, 
məlumdur  ki,  insan  cəmiyyətinə  sosial  zəmanətlər  sistemi  çox 
vacibdir.  Xüsusilə,  qocalar,  şikəstlər,  uşaqlar,  aztəminatlı  ailələr, 
valideynlər üçün bu çox vacib faktorlardandır. Amma qeyd etmək 
lazımdır ki, neokonservatorlar hökmranlıq etdikləri dövrlərdə qərb 
ölkələrində  sosial  xərclər  ixtisar  olunmamışdır.  Bu  isə, 
iqtisadiyyatın idarə edilməsinin obyektiv tələbələrindən irəli gəlir. 
Neoklassik  istiqamətin  yeniləşməsi  proseslərində  yeni 
məktəblər;  ilk  növbədə  monetaristlər,  təklif  iqtisadiyyatı  səmərəli 
gözləmələr  nəzəriyyəsi  (yeni  klassik  nəzəriyyə)  yarandı.  Bundan 
başqa  təsərrüfat  həyatma  dövlətin  qanşmasına  əks  çıxan  ənənəvi 
liberallar  da  yeni  iqtisadi  məktəblər  əsasında  müasir  liberalizmin 
istiqamətlərdən  neoavstriyalılann  ən  yeni  konsepsiyalarını, 
institusional  nəzəriyyəni  və  ya  neoinstitu-  sionalizmi  göstərmək 
olar. 
96 


vm 
FƏSIL
.
 
NEOKLASSİK
 
İQTİSADİ
 
DOKTRİNANIN 
YENMNKİŞÄF
 
MƏRHƏLƏSİ,
 
MONETARİZM 
NƏZƏRİYYƏSİ 
8.1.
 
Monetarizmin nəzəri və metodoloji əsaslan. 
8.2.
 
Neoliberalizm  və  monetarizmin  fərqli  və  ümumi 
cəhətləri. 
8.3.
 
Monetarizmin  həyala  keçməsi  mexanizmi  və  inkişafı. 
8,1. Monetarizmin nəzəri və metodoloji əsasları 
Monetarizm  XX  əsrin  30-cu  illərində  neoliberalizm 
cərəyanının  xüsusi  bir  elmi  istiqaməti  kimi  ABŞ-da  meydana 
gəlmişdir.  Məlum  olduğu  kimi  həmin  dövr,  yəni  20-30-cu  illər, 
kapitalist iqtisadiyyatında geniş dəyişikliklərlə müşayiət olunurdu. 
Yeni  dövr  kapitalist  iqtisadiyyatının  özü-özünü  tənzimləyə 
bilən  bir  sistem  olmasını  iflasa  uğratdı  və  sübut  etdi  ki, 
iqtisadiyyatın  dövlət  tənzimlənməsi  hökmən  lazımdır.  Belə  bir 
şəraitdə iqtisadçılar qarşısında mühüm problem, təsərrüfatın dövlət 
tənzimi tədbirləri, onun miqyasmın müəyyən olunması dururdu. Bu 
problemin həlli üzrə siyasi iqtisadda iki böyük cərəyan, keynsçilik 
və neoliberalizm fonualaşmağa başladı. 
Neoliberalizm  əsasən  Almaniya,  Fransa,  ABŞ,  Avstriya, 
İsveçrə,  İngiltərə,  İtaliyada  inkişaf  edirdi.  Monetarizm  isə 
neoliberalizmin  ABŞ-da  bir  qolu  kimi  formalaşdı.  Monetarizmin 
kökləri müəyyən səviyyədə Çikaqo məktəbi ilə bağlıdır. 1956-cı ildə 
Milton Fridmen monetarizmin özünəməxsus manifesti hesab olunan 
“Pulun  kəmiyyət  nəzəriyyəsi  -  yeni  fonnalaşdırma”  luəqaləsində 
elan  etdi  ki,  onun  təlimi  öz  kökləri  ilə  Çikaqo  Universitetində 
müxtəlif illərdə fəaliyyət göstərmiş iqtisadçıların 
97 


- Q.Saymons, L.rv4inte, F.Nayt, C.Vinerin işlərilə bağlıdır. Fridmen 
göstərirdi  ki,  onların  işləri  geniş  nəşr  olunmamış,  əsasən  “şifahi 
ənənə” şəklində söhbətlərdə, mühazirələrdə davam etmişdir. Məhz 
burada  müasir  monetarizmin  bünövrəsini  təşkil  edən  kəmiyyət 
nəzəriyyəsinin dəqiqləşdirilmiş və reallığa daha uyğun olan variantı 
yaranmışdır. 
Monetaristlər “Pulun mənası var” şüarım irəli sürmüşlər və 
bu onların təliminin özünəməxsus simvoluna çevrilmişdir. Kəmiyyət 
nəzəriyyəsinin yeni variantının yaradıcıları bu simvolda xüsusi məna 
görürlər.  Onlar  pulu  yalnız  iqtisadi  amil  kimi  deyil,  təsərrüfat 
sisteminin baş mərkəzi elementi kimi qiymətləndirirlər. Bu element 
iqtisadi konyukturanın vəziyyətini və bütün təkrar istehsal prosesini 
müəyyən  edir.  Monetaristlər  “sabit  pul”  nəzəriyyəsini  fəal  təbliğ 
edirlər.  Onlar  iqtisadi  böhranların  əmələ  gəlməsinin  əsas  səbəbini 
pulun  sabitliyinin  pozulmasında  görür,  pul  sabitliyi  və 
ümumtəsərrüfat konyuk- turası arasında möhkəm səbəbiyyət asılılığı 
yaradırlar. 
Pul  sferasının  tənzimlənməsinə  dair  bir  sıra  məsələlər  hələ 
monetaristlərdən əvvəl Amerika iqtisadçısı K.Uorberton tərəfindən 
qoyulmuşdur. O, “pul tarazsızhqlan” nəzəriyyəsi ilə çıxış edirdi. Bu 
nəzəriyyə konyukturanın tsiklik inkişafının köklərini pul “şokları”, 
pul dövriyyəsində tələb və təklif tarazsızlıqlarına əsaslanırdı. Lakin 
Uorberton tsiklik monetar nəzəriyyəni kəşf etməmişdir. 
M.Fridmen  monetarist  doktrinasının  əmələ  gəlməsində  və 
təsdiq  olunmasında  aparıcı  rol  oynamışdır.  O,  monetarizmin  əsas 
müddəalanm formalaşdırmışdır. Monetar istiqamətin digər üzvləri: 
F.Keyçen,  D.Meyzelman,  K.Brunner,  A.Meltser,  D.Leydler, 
A.Şvarts  əsasən  şəhrçi  və  öz  rəhbərlərinin  ideyalarının  məşhur- 
laşdıncı rolunda çıxış etmişdir. Lakin monetarizmin mənbəsinin belə 
“şəxsiyyətləşdirilməsi”, onu bir nəfərin “övladı” kimi qəbul 
98 


Yüklə 8,38 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə