Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
8
mövcuddurlar. Akvatoriyaların təsirinə məruz qalan ekosistemlər davamlı inkişafın prinsiplərinə
uyğun olaraq mühavizə və istifadə olunmalıdırlar. Sonra onlar siyasi sərhədlərindən (dövlət) asılı
olmayaraq hövzələrə görə qiymətləndirilmələdirlər. Suyun lazımi keyfiyyətinə nail olmağa
yönəlmiş, emissiya və keyfiyyət notmaları, və həm də, monitoring tətbiqini nəzərə alan inteqrasiya
olunmuş yanaşma təklif olunur. Müəyyən məqsədlər və keyfiyyət kriteriyası tətbiq etmək və
tədricən onları həyata keçirməklə 2030-cu ildə təhlükəli maddələrin havaya emissiyasının “sıfır”
həddinə çatdırılması gözlənilir. Müəyyən edilməlidir ki, su təkcə müvəqqəti bazar qiymətinə malik
deyildir, suyun qiyməti onun qənaətlə istifadəsinə keçməyi stimullaşdırmalıdır.
Yeni siyasi xətlər proyektləri ilə əlaqədar olaraq landşaft planlaşdırılması sular haqqında
adyekvat informasiya bazası hazırlamalı və onların istifadəsinin ekoloji məqsədlərini
ə
saslandırmalıdır. Birinci növbədə çay vadiləri və dəniz sahillərinə diqqəti artırmaqla, su
təsərrüfatının bu məqsədlərə tərəfdaş olduğu aydınlaşdırılmalıdır.
1958-ci ildə AĐ ekoloji ekspertizalar və layihələrin ətraf mühitə təsirinin qiymətləndirilməsi
(UVP) üçün prosedurlar daxil etdi. Bir qədər gecikməklə onlar milli qanunvericiliyə daxil edildi,
1997-ci ildə isə təzələndi. Bu proseduralar, mədəni komponentlər də daxil olmaqla, mühitin bütün
komponentlərinə layihələrin təsirini nəzərə alır. Bununla da o vəziyyəti ictimaiyyətə təqdim edir,
layihələtin ətraf mühitə mümkün neqativ təsirini layihə təklif edənlırin əvvəlcədən nəzərinə çatdırır.
Bu təsirlər azaldılmalı və ya kompemsasiya edilməli, təbiəti mühafizə tələblərinə uyğun olaraq
bərpa olunmalıdır. Tətbiqinin çətinliyinə baxmayaraq bütünlüklə bu proseduralar ekoloji tələblərin
rolunun güclənməsinə zəmin yaradır.
UVP-nin əldə etdiyi nəticələrin və proseduraların strateji əhəmiyyəti göstərir ki, onları
yalnız ayrı-ayrı sahə layihələrinə tətbiq etməklə kifayətlınmək omaz. Ona görə də 1996-cı ildə AĐ
ə
traf mühitinin strateji qiymətini verən daha inteqral və kompleks hüquqi xətlər təklif etdi - SUP.
Bu təkliflər 1999-cu ildə yenidən işlənildi. Bu siyasi xətlər torpaqdan istifadə planlarını və məkan
xüsusiyyətli bütün sahə planlarını (tullantıların utiliizasiyası, energetika və s.) bu prosedurlardan
keçməyi tələb rdir. Bundan başqa, ətraf mühitə minimal təsir edən alternativ planlarda baxılmalı,
müxtəlif planların uzunmüddətli nəticələri və kumulyativ təsiri aydınlaşdırılmalıdır.
SUP hüquqi xətləri hazırda yalnız siyasi əhəmiyyət kəsb edir, onların reallaşması üçün
konkret mexanizmlər hələ müəyyən olunmayıb. Bnunla belə onlar ekoloji yönəmli mühitdə ərazi
planlaşdırılması fəaliyyətini genişləndirir.
Aydındır ki, SUP özünün “alman anlayışında” landşaft planlaşdırılmasının bəzi məsələlərinə
uyğundur. Hal hazırda landşaft planlaşdırılması sahə planlaşmanın (su və kənd təsərrüfatı və s.)
ə
trafa mühitə təsirinin qiymətləndirilməsinin xeyli məsələlərini özünə götürür, o bunu üçün
inteqrallaşmış informasiya bazası verir və uyğun kriteriya və məqsədləri irəli sürür. Beləliklə,
landşaft planlaşdırılması SUP-un strategi olaraq ekoloji istiqamətləndirilmiş planlaşdırilmasının bir
sıra məsələlərini həll edə bilir.( von Haaren Et al, 2000).
Bu sahədə fəaliyyət göstərən sturuktur fondları və bələdiyyələrin təşəbbüsü sayəsində AĐ-
nın regional siyasəti birlik ölkələrinin ərazi inkişafına böyük təsir edir. Qeyd etmək lazımdır ki,
Avropa investisya bankı bu işdə sturuktur fondları və bələdiyyələrə kömək göstərir. Üç struktur
fondu, regionların üç növünün ödənişini koordinasiya edir. Bu cür ödənişləri almaq üçün AĐ ölkə
iştirakçıları Avropa Komissiyasına regionların inkişaf planlarını təqdim etməlidirlər. Təqdimatdan
sonra planların ətraf mühitin mühafizəsi tələblərinə uyğunluğu çox ciddi qiyməyləndirilir.
Bələdiyyələrin təşəbbüsünə kömək Komissiyası tərəfindən dəstəklənmək üçün bu müraciətlərin
müəyyən tələbləri ödəməsi vacibdir. Ondan sonra bu layihənin nə dərəcədə Đttifaqın tələbələrininin
bu bələdiyyənin siyasətinə uyğun olduğunu yoxlamaq asandır.
Lakin regionların ərazilərinin təşkilinə təsir imkanları çox məhdud olaraq qalır. Bu təsir
ə
sasən ayrı-ayrı sahə təsərrüfatları üçün həyata keçrilir, inteqral inkişaf mühiti üçün isə hələ imkan
yoxdur. Avropa Nazirlər Sovetində qərar qəbul edilməsində yekdillik zəruriliyi əslində bu sektorun
Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
9
siyasətinə əngəl törədir. Bununla belə AĐ-da inteqral regional inkişaf üzrə təşəbbüslər çoxdan
meydana gəlib və 1999-cu ildə ərazi inkişafının Avropa konsepsiyasında (EUREK) birləşdirilib.
Bu konsepsiya məcburi xarakter daşımır, AĐ iştirakçısı ölkələri üçün ümumi sənəd kimi təqdim
edilir, avropa regionlarının gələcək siyasi inkişafını, onların təbii-mədəni irslərini nəzərə alır və
infrastruktura, informasiyaya və birliyə bərabər imkanları təmin edir. Bu sənədin bir bölməsində,
indiki zamanda regionların inkişafını dəqiqləşdirən və konkretləşdirən ssenari verilir. Gələcəkdə
bunlar üçün fəaliyyət planları işlənib hazırlanacağı gözlənilir. Konsepsiya inkişafın vahid
strategiyası haqqında təsəvvürü yaymağ üçün mövcud kommunikasiya şəbəkəsindən istifadə etməyi
nəzərdə tutur. Konsepsiya müxtəlif səviyyələrdəki düşüncə tərzləri və fəaliyyət planlarının
ahəngdar olmasına dəstək göstərir, milli reginonal planlaşdırma sistemini stimullaşdırır və
möhkəmləndirir.
Landşaft planlaşdırması, sözsüz, ərazi inkişafında ekoloji önəm təklif etməklə, regional
siyasətin bu sahəsinə öz töhfəsini verə bilir.
1.6. Avropa ölkələrində landşaft planlaşdırılması
Ekoloji yönəmli ərazi planlaşdırılmasının müxtəlif avropa ölkələrində çoxlu sayda formaları
mövcuddur. Ona görə də biz burada onların qısa xülasəsini vermək və landşaft planlaşdırması
sistemi kimi onların formalaşma tendensiyasını müzakirə etmək istəyirik.
Müxtəlif ölkələrdə landşaft planlaşdırılmasının konkret modelləri əsasən bu ölkələrdə siyasi
sistemin xüsusiyyətləri, ətraf mühitin problemləri, və həm də, planlaşdırma ənənsindən asılıdır.
Landşaft planlaşdırması müxtəlif ölkələrdə müxtəlif fəaliyyətlərə daxil edilə bilər və şəhər
və kənd yerlərinin xüsusiyyətlərini nəzərə almaqla inkişaf edə bilər. Bəzi ölkələrdə landşaft
planlaşdırılmasını təyin edən landşaft anlayışı Almaniyadakından fərqli mahiyyətə malikdir.
Bununla birlikdə landşaft planlaşdırması öz mahiyyətinə görə ümumi məqsədlərə xidmət edir və
planlaşdırmanın sahə və təbiəti mühafizə məzmunlu və estetikalı ümumi ərazi formalarını
zənginləşdirir.
1.6.1. Böyük Britaniya
Bir çox avropa ölkələrinə nisbətən planalaşdırma Böyük Britaniyada tarixi olaraq zəif
mövqeyə malikdir. Burada planlaşdırma sistemi “top down” prinsipniə uyğun təşkil olunmuşdur. O
ə
sasən ərazi inkişafı təşəbbüsünə yönəlmişdir, xüsusi halların həlli ikinci dərəcəlidir. Sistemin əsas
prinsipi həm xüsusi mülkiyyəti, və həm də, fundamental ictimai maraqları müdafiə etməkdir.
Bunula yanaşı, planlaşdırma prosesinə son zamanlar ictimaiyyət daha çox cəlb olunur. Torpaqdan
istifadə rejimi və ərazinin bu və ya digər formada istifadəsi birinci növbədə konkret halın
xüsusiyyətlərinə və konkret istifadəçinin maraqlarını nəzərə almaqla həll olunur. Vahid qaydaya
üstünlük verilmir və bu da Britaniya hüququnun xüsusiyyətlərindən irəli gəlir. Ümumiyyətlə
götürdükdə sistem çevikdir, ictimai maraqlar baxımından heç də həmişə şəffaf deyil. Xüsusi
mühafizə olunan ərazilərdən kənarlarda təbiəti mühafizə və landşaft planlaşdırılması prioritet
məqsəd kimi qoyulmur və ikinci dərəcəli rol oynayır.
Bunula belə son zamanlar planlaşdırmada ekoloji tələbləri daha dəqiq və sistematik nəzərə
almaq tendensiyası yaranır. Məsələn, təbiəti mühafizə tədbirləri aparmaq üçün AĐ-dan maliyyə
yardımı alan ərazilərdə bu tələblər yüksəkdir.
Dövlət tərəfindən nisbətən zəif təşkil olunmuş ekoloji yönəmli planlaşdırma bir çox hallarda
britaniya təbiəti mühafizə və mədəni landşaft ittifaqlarının güclü mövqeyi ilə kompensasiya olunur.
Onlar ictimai fikirə hiss olunacaq təsir göstərə bilirlər və beləliklə də cəmiyyətin müxtəlif
təbəqələrinə ekoloji əsaslı təbiətdən istifadənin əhəmiyyətini çatdırırlar.
Dostları ilə paylaş: |