42
Dünya praktikasında görsəndiyi kimi innovasiya siyasətinə sistemli yanaşma
konsepsiyasını həyata keçirən ölkələr qısa müddət ərzində dövlətlərin qarşılıqlı təsir
mexanizmini, biznesi, elmi, təhsili və ÜDM-də ümumi elmtutumluğunu artırmağa
imkan verən səmərəli Milli innovasiya sistemi (MİS) yarada biliblər.
İnnovativ inkişaf yoluna keçidin mümkünlüyü MİS yaradılması hesabına
mümkün olmuşdur. ABŞ-da aparılan tədqiqatlara görə MİS XX əsrin mühim
nailiyyətidir. Sənaye inkişafının əsasını təşkil edən inkişaf etmiş ölkələrdə MİS
institutların fəaliyyəti sistemi, texnoloji irəliləyişi və iqtisadiyyatlarının ən yüksək
səviyyədə rəqabətədavamlılığını təmin etməyə imkan verir.
İnnovativ siyasətin yaratdığı səmərəli təsiri innovasiya prosesini işə salmaq üçün
kifayət qədər intellektual və texnoloji potensialın olması, innovasiya şəbəkəsinin
iştirakçılarının sayının daim artması, həmçinin yeni sosial qrupların cəlb edilməsi,
innovasiya inkişafına istiqamətlənən institusional sistemin yaradılması (formal və
qeyri-formal elementlər daxil olmaqla), təssərrüfatçı subyekt, fiziki şəxslərin
əksəriyyəti tərəfindən innovasiyaya, MİS-ə tələbin tam olması, innovasiya sistemini
maliyyələşdirməyə imkan verən iqtisadi inkişafın səviyyəsi (adambaşına düşən ÜDM
həcmi) şərtləri daxilində mümkündür.
İqtisadi inkişafı və rəqabətliliyi təmin etmək məqsədi ilə yeni ideyaların, elmi
biliklərin, texnologiya və məhsulların müxtəlif istehsal və idarəetmə sahələrinə geniş
tətbiq edilməsi ilə xarakterizə olunan və dinamik inkişaf edən ölkələrin təcrübəsi
göstərir ki, iqtisadi tərəqqi səmərəli milli innovasiya sisteminin elmi əsaslar üzərində
yaradılmasını tələb edir.
Hal-hazırda iqtisadi inkişaf səmərəli milli innovasiya sisteminin elmi əsaslar
üzərində qurulmasını tələb edir. Bu prosesin formalaşmasına müxtəlif yanaşmalar
mövcuddur və onların reallaşdırılmasını çətinləşdirən bir sıra amillər mövcuddur. Bu
işdə qabaqcıl ölkələrin təcrübəsindən yararlanmaq məqsədəuyğundur. Aşkara
çıxarılmış problemlərin həll instrumentarilərdən istifadə etməklə həmin sahədə
43
səmərəliliyin yüksəldilməsinə nail olmaq olar. Ona görə də hesab edirik ki,
innovasiya işləmələrinin müvafiq mərhələ və proseslərində qeyd olunan amillərin,
təklif və tövsiyələrin nəzərə alınması həmin proseslərin səmərəliliyinə müsbət təsir
göstərəcəkdir.
Dövlətin apardığı innovasiya siyasəti innovasiya fəaliyyətinin inkişafına və
stimullaşdırılmasına yönəldilmiş sosial-iqtisadi siyasətin tərkib hissəsi olub, elmi
tədqiqatlardan, işləmələrdən, təcrübi konstruktor işlərindən, və ya digər elmi-texniki
nailiyyətlərdən istifadə etməklə iqtisadi dövriyyədə reallaşdırılan yeni və ya
təkmilləşdirilmiş məhsulların, habelə texnoloji prosesin yaradılması deməkdir. Bu
siyasət yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi, dayanıqlı iqtisadi
artımın təmin olunması, əhalinin həyat səviyyəsi və keyfiyyətinin, ölkənin müdafiə
texnoloji və ekoloji təhlükəsizliyinin təmin edilməsi üçün innovasiya fəaliyyəti
prioritetliyi razılaşdırılmaqla formalaşdırılır və həyata keçirilir.
Dövlətin innovasiya siyasətinin əsas məqsədləri yerli məhsulların
rəqabətqabiliyyətliliyinin artımını təmin edən innovasiya fəaliyyəti üçün iqtisadi,
hüquqi və təşkilati şəraitin yaradılması, elmi-texniki nəticələrin effektiv ifadəsi,
sosial-iqtisadi məsələlərinin həlli, elmi-texniki potensialın inkişafı səmərəli
yerləşdirilməsi və effektiv istifadəsi onun strukturunun formalaşdırılması, ölkənin
müdafiə qabiliyyətinin və şəxsiyyət, cəmiyyət və dövlət təhlükəsizliyinin
möhkəmləndirilməsi və elm və texnikanın ölkə iqtisadiyyatının inkişafına, ən mühüm
sosial vəzifələrin reallaşdırılmasına, maddi istehsal sferasında mütərəqqi struktur
dəyişikliklərinin təmin olunmasına təsirinin artırılması, onun effektivliyinin və
rəqabətqabiliyyətinin yüksəldilməsidir. Məqsədə nail olmaq üçün isə innovasiya
siyasəti prioritetlərinin müəyyən edilməsi və reallaşdırılması, iqtisadiyyatda
mütərəqqi struktur dəyişikliklərinin təmin edilməsi, innovasiya fəaliyyəti
infrastrukturunun yaradılması və inkişafı, beynəlxalq bazarda yerli innovasiya
məhsullarının qorunması və xarici iqtisadi innovasiya fəaliyyətinin inkişafı üzrə
44
tədbirlərin həyata keçirilməsi, innovasiya fəaliyyətinin inkişafında elm, təhsil, istehsal
və maliyyə- kredit sferalarının qarşılıqlı təsirinin təmin edilməsi və xalq təsərrüfatının
inkişafı strategiyasını, temp və proporsiyalarını müəyyən edən başlıca istiqamətlərdə
iqtisadiyyatın inkişafının stabilləşdirilməsi üçün elmi-texniki potensialın effektiv
istifadəsinin və onun strukur tarazlığının təmin olunması.
Dövlətin innovasiya siyasətinin əsas prinsiplərini ölkənin sosial-iqtisadi
problemlərinin həllinə yönəldilən innovasiya proqramlarının və layihələrinin
maliyyələşdirilməsi, innovasiya infrastrukturunun formalaşması və innovasiya sahəsi
üçün kadr hazırlığı təşkil edir.
İnnovasiya fəaliyyətinin inkişafını təmin etmək məqsədi ilə münbit şərait
yaradan hüquqi bazanı formalaşdırmadan ölkə iqtisadiyyatını innovasiyalı inkişaf
yoluna çıxarmaq mümkün deyildir. Bunun əsasını isə innovasiya fəaliyyəti haqqında
qanun təşkil edə bilər.
Dövlət orqanlarının innovasiya sferasında əsas funksiyaları innovasiya
siyasətinin formalaşdırılması, innovasiya proseslərinin hüquqi bazasının yaradılması,
xüsusilə innovatorların müəlliflik hüquqlarının qorunması və intellektual mülkiyyətin
mühafizəsi, bu sferada innovasiyanın, rəqabətin stimullaşdırılması, innovasiya
risklərinin sığortası, köhnəlmiş məhsulların buraxılışına görə dövlət sanksiyasının
tətbiqi, innovasiyanın sosial və ekoloji yönümlüyü təmin olunmaqla elm, texnika və
texnologiyanın prioritet istiqamətlərinin müəyyən edilməsi, innovasiya sferası
infrastrukturunun formalaşdırılmasında iştirak, innovasiya və elmi-texniki fəaliyyət
ilə məşğul olan şəxslərin ictimai statusunun yüksəldilməsi və innovasiya proseslərinin
beynəlxalq aspektlərinin tənzimlənməsidir.
İnnovasiya siyasətinin ən mühüm prinsipləri elmi yaradıcılıq azadlığı, elmi
sferanın ardıcıl demokratikləşdirilməsi, elmi siyasətin formalaşması və reallaşması
zamanı açıqlıq və aşkarlıq, milli elmi potensiala dayaq olmaq, fundamental elmi
tədqiqatların inkişafının stimullaşdırılması, elm və təhsilin inteqrasiyası, bütün
Dostları ilə paylaş: |