www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
16
16
səviyyəsində bu düşmənlərimizin bu kulturoloji-intellektual
savaşına qarşı beynəlxalq, qlobal miqyaslı proqramlar ortaya
qoyulub. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət
orqanları, eləcə də Heydər Əliyev Fondunun bu sahə ilə bağlı
böyük və önəmli layihələr həyata keçirilir. Bu layihələr – XX
əsrin əvvəllərində Bakı, Quba, Gəncə, Lənkəranda
düşmənlərimizin törətdikləri qətlamlar, eyni zamanda 20
Yanvar faciəsi, Xocalı soyqırımı ilə əlaqədar, habelə
Azərbaycan və Dağlıq Qarabağla bağlı bizim münasibətimizi,
tarixi həqiqətləri özündə əks etdirən faktların, materialların
dünyaya çatdırılması, ermənilərin törətdiyi çoxsaylı insan
tələfatları ilə bağlı rəsmi - şəkilli sənədlərin bütün dünyada
nümayiş etdirilməsi, İnternetdə bir sıra saytın yaradılması,
―Virtual Qarabağ‖ İKT Mərkəzinin təşkili, onun şəbəkə
resursunun hazırlanması, respublikamızda və bizə yaxın
ölkələrdə mədəniyyətimizin təbliği ilə bağlı görülən işlər
erməni təxribatçılarına, ideoloji düşmənlərimizə qarşı
düşünülmüş, konsepsiya şəklində ortaya qoyulan dövlət
siyasətinin
əsasını
təşkil
edir.
Məlum məsələdir ki, informasiya savaşı daha çox qeyri-rəsmi
səviyyədə, yəni təşəbbüslərin yalnız cəmiyyətdən gəlir, yaxud
cəmiyyətimizin müxtəlif təbəqələr tərəfindən aparılır. Bu
baxımdan sual ortaya çıxır: ictimaiyyətimiz hansı
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
17
17
17
təşəbbüslərlə çıxış edə bilər? Hər hansı tədbirlərə və
aksiyalara
ehtiyac
varmı?
Dünyanın güc-analitik mərkəzlərinin yerləşdiyi Fransa, Böyük
Britaniya, Rusiya, ABŞ, Türkiyə, İran, hətta bir çox Cənubi
Amerika ölkələrində ermənilər məhz ictimai qurumlar və
fərdlər şəklində olaraq informasiya və mədəniyyət
müharibəsinə qalxıblar. Mətbuat, eləcə də İnternet saytlarında
gedən bu mövzuyla bağlı məlumatlardan da bilirik ki, milli
mətbəximizi, xalq mahnılarımızı, bəstəkar musiqilərimizi öz
adlarına çıxmaqdan tutmuş, xalçalarımızın "erməni malı"
brendi adı altında təqdim edilməsinə qədər həmişə
informasiya savaşı aparan rəqiblərimizə qarşı müxtəlif
istiqamətlərdə mübarizə aparmaq vacibdir. Bu mübarizə
pafoslu metodlarla deyil, məhz intellektual, kreativ, yüksək
səviyyədə aparılmalı, tarixi-müqayisəli, faktiki-məntiqli
üsullarla qurulmalıdır.
Bu baxımdan bir məqamı da qeyd edim ki, milli diaspor
qurumlarımız da artıq ciddi əsaslar, Prezident İlham Əliyevin
diplomatlarımızkla illik görüşlərdə irəli sürdüyü ideoloji
plotforma çərçivəsində formalaşıb. Bir çox diaspor
təşkilatımız, xaricdəki mədəniyyət mərkəzlərimiz, ictimai
qurumlarımız,
lobbi
qruplarımız
dünyanın
müxtəlif
ölkələrində milli mədəniyyətimizin, tarixi həqiqətlərimizin,
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
18
18
iqtisadi, ictimai, siyasi, mədəni, intellektual, kreativ-
kulturoloji uğurlarımızın təbliği ilə yanaşı, ermənilərə qarşı
əks-arqumentlərlə də çıxış etməyi intensivləşdiriblər. Bu
yöndə ölkəmizdə keçirilən çoxsaylı elmi-mədəni, qlobal,
yaxud regional tədbirləri – forumları, qeyri-rəsmi görüşləri,
ciddi musiqi festivalları, idman yarışları, dünya, eləcə də
Avropa çempionatları, gənclərlə, qadınlarla, uşaqlarla,
alimlərlə bağlı həftəliklər, müxtəlif ölkələrin milli mədəniyyət
günləri, multikulturalizm, sivilizasiyalararası dialoq, dini
dözümlülük, tolerantlıq kimi sahələrə aid qlobal samitləri,
―Avrovizion‖ televiziya musiqi yarışması kimi kreativ
incəsənət müsabiqələrini yada salmaq yerinə düşərdi. Üstəlik
də dünyanın aparıcı yazılı və elektron KİV-lərində,
telekanallarında, İnternet portalarında Azərbaycanla bağlı
hazırlanan çoxsaylı mətbu, görüntülü, səsli, multimedik
materialların da piaredici, müsbət imic formalaşdıran
tərəflərini xatırlaya bilərik.
Saxtakar erməni siyasətini, onların mədəni-tarixi sahədə
terrorunu ifşa edilməsi məsələsində düşünürəm ki, hər bir
soydaşımızın
boynunda böyük bir məsuliyyət var.
Vətəndaşlarımız,
xüsusən
də
ziyalılarımız,
qələm
adamlarımız, alimlərimiz, media əməkdaşlarımız dövlət və
ictimai qurumlarına əlindən gələn köməkliyi əsirgəməməlidir.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
19
19
19
Yeri gəlmişkən, bu baxımdan rəhbərlik etdiyim AYB Analitik
İnformasiya Mərkəzi ilə Yeni Yazarlar və Sənətçilər
Qurumunün nümayəndələri, eləcə də şəxsən özüm dəfələrlə
ölkə xaricində, habelə respublika daxilində keçirilən
tədbirlərimizdə məntiqli aqrumentlərimizi və sübutlarımızı
ortaya qoymuşuq. Bununla yanaşı, təşkilatımız 10-dan çox
İnternet resursu yaradıb və bu saytlar məhz mədəniyyətimiz,
ədəbiyyatımız, kulturoloji proseslər, tarixi və milli sivilizasiya
proseslərimiz barədə maarifləndirici materialları müxtəlif
dillərdə virtual aləmdən istifadə edənlərin ixtiyarına verib.
Yarandığı vaxtdan üzü bəri, 3 illik tarixində 4 milyon
istifadəçiyə xidmət edən www.kitabxana.net ünvanlı Milli
Virtual-Elektron
Kitabxanada,
www.kitab.biz,
www.elmlər.net kimi elektron-intellektual resurslarımızda,
eyni zamanda gündəlik üzvlərinin sayının 40 minə çatan
Feysbuk sosial şəbəkəsindəki qruplarımızda Azərbaycan
mədəniyyəti, həqiqətləri, tarixi, kulturoloji sərvətləri,
intellektual xəzinəsi ilə bağlı materiallara, xəbərlərə, müxtəlif
yazıçılarımıza,
ziyallılarımıza,
dövlət
adamlarımıza,
alimlərimizə, bir sözlə, tanınmış şəxsiyyətlərimizə həsr
olunmuş elektron səhifələr, klassik və çağdaş ədəbi-
intellektual irsimizi özündə cəmləyən elektron kitablara,
nəşrlərə geniş yer ayırmışıq. Bütün bunlar isə informasiya və
Dostları ilə paylaş: |