65
tapmalıdır. Özünüdərketmə yolu ilə əxlaqi subyekt öz
davranışının bütün ictimai şərtlərini öyrənib təhlil edə bilər.
Bruno öz yaradıcılığı ilə əslində burjua dövrünə start verir.
Ümumiyyətlə Yeni dövrün əxlaqı orta əsrlərin miras
qoyduğu
ideologiyanın
inkarından
başlayır.
Əxlaq
transsendental mahiyyətini tədricən empirik, praktik sahəyə
döndərir. Əsas rolu burada həyat təcrübəsi, zəka ilə yanaşı
Allah ideyası və abstrakt əxlaqi ideyalar da oynayırdı.
Yeni dövr filosofları sırasında etik təlimlə məşqul
olanlardan ilk növbədə
Mişel Montenin (1533-1592) adı qeyd
edilməlidir. Onun etikası empirik adlanır. Nə üçün? Monten öz
əsərlərində müxtəlif dövr və xalqlara aid müxtəlif əxlaqi
situasiyaları təhlil edir. Monten qeyd edir ki, bunları yazmaqla
ilk növbədə özü ibrət dərsi alır. Monten insanın mənəvi
həyatını tənqidi ruhda nəzərdən keçirir. O, ilk növbədə sağlam
düşüncə baxımından hər şeyin qiymətləndirilməsi zərurətini
qeyd edir. Montenin etikasında əxlaqi
şəxsiyyət özü-özünü dərk
edən ağıl kimi çıxış edir. Skeptisizm mövqeyindən çıxış edən
bu ağıl heç vaxt bildiyi ilə kifayətlənmir. Monten empirizm
mövqeyindən cəmiyyətin real həyatını qiymətləndirməyə
çalışır. Belə yanaşma ehkamçılığa tam ziddir.
Monten özünün “Təcrübələr” əsərində (1580) insanın öz
təcrübəsini tənqidi şəkildə işləyib qiymətləndirmək bacarığını
vurğulayır. İnsan da öz “Mən”ini düşünərək, mühakimə
yürüdür, öz həyat təcrübəsini fasiləsiz olaraq həzm edir.
Özünüdərk, sağlam düşüncə insanın bir sosial varlıq kimi
bütövlüyünü təmin edir. Bütövlük isə ilk növbədə mənəvi tərəfi
nəzərdə tutur. Montenin insan və həyat, insan və təcrübə
anlayışına belə yanaşması dialektik xarakter daşıyır. İnsan
həyatı ziddiyyətli və mürəkkəbdir.
Beləliklə, skeptisizm mövqeyindən M.Monten yaranan
burjua münasibətlərinin ziddiyyətliliyini, insanın tutduğu
mövqenin ziddiyyətli xarakterini təhlil edərək, yaşadığı dövrün
dəyişkənliyini və keçid xarakterini vurğulayır. Montenin etikası