9
Azərbaycan xalq musiqi alətləri müxtəlifliyi ilə seçilir. Nəfəs
alətlərindən tütək, balaban, zurna, simli-mizrablı alətlərdən saz, tar, qanun
(kanon), ud, simlika-manlı alətlərdən kamança, zərb alətlərindən dəf, nağara,
qoşanağara geniş intişar tapmışdır. Orta əsrlərdə Azərbaycanda qopuz, rübab,
tənbur, setar, çahartar, şeştar, bərbət, çəng, pandur, santur, nüzhə, muğni
(simli), nəfır, şeypur, ney, ərğənun, musiqar, kərrənay (nəfəs), təbil, nağara,
kus, dəf, dümbək, xalxal, sinc, zəng, kasə (zərb) və s. musiqi alətləri
olmuşdur.
XIX əsrin axırlarında zəngin neft yataqlarına malik olan Bakı iri
sənaye mərkəzlərindən birinə çevrildi. Bu, ölkənin ictimai-mədəni həyatını da
zənginləşdirdi. Əhalinin sosial quruluşu dəyişdi, yeni siniflər (burjuaziya,
proletariat, milli ziyalılar) yarandı. Bu dövr tarixdə xalqın milli dirçəlişi, yeni
milli mədəniyyətin təşəkkülü dövrü kimi tanınmışdır. Zəngin ənənələrə malik
xalq və professional musiqi mədəniyyəti olan Azərbaycanda Avropa
musiqisinə, onun forma və janrlarına böyük maraq formalaşmışdır. Qabaqcıl
maarif və mədəniyyət xadimləri Avropa, rus mədəniyyətinin, musiqisinin
ənənələrinə yiyələnməyin əhəmiyyətini dərk etmiş, bu yolda ilk addımlar
atmışlar. Azərbaycan musiqisini dünya mədəniyyəti məcrasına yönəltmək, onu geniş təbliğ etmək maarifpərvər
ziyalıların əsas vəzifəsi oldu. 19 əsrin axırlarında aşıq sənəti, muğam ifaçılığı (xanəndə sənəti), sazəndə
ansamblları geniş vüsət aldı. Musiqinin, muğam sənətinin inkişafında müxtəlif şəhərlərdə fəaliyyət göstərən
musiqi-ədəbi məclislər, cəmiyyətlər, dərnəklər mühüm rol oynadı (Şamaxıda Mahmud ağanın, Seyid Əzim
Şirvaninin "Beytüs-Səfa"; Şuşada Xarrat Qulu Məhəmməd oğlunun, M.M.Nəvvabın, Xurşud banu Natəvanın
"Məclisi-üns", Bakıda Məşədi Məlik Mənsurovun). XIX əsrin 80-ci illərində M.M.Nəvvab yaratdığı "Məclisi-
fəramuşan" məclisində musiqinin estetik problemləri, ifaçılıq, muğam sənəti müzakirə olunurdu. Məclisə
məşhur xanəndə və sazəndələr Məşədi Cəmil Əmirov, İslam Abdullayev, S.Şuşinski, Sadıqcan və başqa daxil
idi. Şuşa vokal sənətinin görkəmli nümayəndələrindən Hacı Hüsü muğamları bilən müsiqişünas və alim olmuş,
bir sıra muğamları təkmilləşdirmiş, yeni muğamlar yaratmışdır. Mirzə Sadıq Əsəd oğlu (Sadıqcan) XIX əsrin
böyük tar ustadı olmuş, tarı rekonstruksiya edərək müasir tarı yaratmışdır. Məşədi Zeynal, Məşədi Cəmil
Əmirov, Şirin Axundov, Qurban Pirimov
bu məktəbin davamçılarıdır.
Bu dövrdə muğamat, aşıq
musiqisi, xalq musiqisinin digər janrları
yalnız məclislərdə, toylarda, xalq
şənliklərində deyil, şəhər səhnələrində,
tələbə konsertlərində, dram tamaşalarının
antraktlarında səslənmişdir. Tədricən bu
musiqi proqramları ayrılaraq "Şərq
konsertləri" adı ilə məşhurlaşmışdır.
Konsertlərdə
Azərbaycan
musiqisi
Avropa musiqi alətlərində də ifa edilirdi.
1897-ci ildə Bakıda ilk simfonik konsert
səsləndi. 80-90-cı illərdə xarici musiqi
ifaçılarının
qastrollarının
böyük
əhəmiyyəti oldu. 1889-cu ildə Tiflis
opera teatrının truppası rus və xarici opera əsərlərini ifa etdi. Məşhur rus müğənnisi Fyodor Şalyapinin
qastrolları xüsusi maraq doğurdu. 1897-1900-cü illər ərzində antreprenyorlar tərəfindən yaradılmış opera
truppası fəaliyyət göstərirdi. "Şərq konsertləri" ilə yanaşı ilk milli musiqi-səhnə tamaşaları yaranırdı. İlk
musiqili səhnəciklər klassik Şərq poeziyasından götürülmüş süjetlərə əsaslanırdı. Belə tamaşalardan biri də
1897-ci ildə Şuşada Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi ilə "Məcnun Leylinin məzarı üstündə" adlı
musiqili səhnəcik idi (Məcnun - Cabbar Qar-yağdı oğlu, Leyli - Əhməd Ağdamski). XIX əsrin sonu - XX əsrin
əvvəllərində Bakıda Həsən bəy Zərdabinin təşəbbüsü ilə ilk "Müsəlman dramatik truppası" yaradılır. Hüseyn
Ərəblinski, Hüseyn-qulu Sarabski, Cahangir Zeynalov, Mirzağa Əliyev, Sidqi Ruhulla kimi teatr
korifeylərindən ibarət olan bu truppanın köməyi ilə ilk Azərbaycan operaları səhnəyə qoyulmuşdur. Truppanın
qoyduğu dram tamaşalarının musiqi tərtibatı xalq musiqisindən ibarət olub, əsasən, antraktlarda səslənirdi,
ifaçıları "sazəndələr triosu", xanəndə və aşıqlar idi.
10
XX əsrin əvvəllərində maarifçi cəmiyyətlərin ("Nicat") fəaliyyəti xüsusi əhəmiyyət daşıyırdı. Xalqın
təhsilinə, mədəni-maarif ocaqlarının, milli musiqi ənənələrinin inkişafına xüsusi fikir verilirdi. Bu dövrdə
Azərbaycanın musiqi həyatı daha da canlanır. Məşhur rus ifaçıları Sergey
Prokofyev, Sergey Raxmaninov, müğənnilər Antonina Nejdanova, Leonid
Sobinov qastrol səfərlərinə gəlirlər. 1900-cu ildə Antonina Nikolayevna
Yermolayeva Bakıda ilk musiqi məktəbi açır. Bura Rusiyadan tanınmış
musiqi müəllimləri cəlb edilir (bu ənənə sonralar konservatoriya və musiqi
təhsili ocaqlarında davam etdirilir). Musiqi məktəbində fortepiano şöbəsi,
instrumental, xor və vokal siniflər var idi. Məktəbin müəllimləri tədris
prosesi ilə yanaşı maarifçiliklə də məşğul olub, kamera və xor musiqisindən
ibarət konsertlər təşkil edirdilər. Moskva və Peterburqdan ifaçılar dəvət
edilirdi. Rus, Avropa kamera musiqisi, Azərbaycan xalq musiqi işləmələri
səslənən bu konsertlər tamaşaçıları geniş və maraqlı proqramla tanış edir,
Azərbaycanın musiqi həyatında mühüm rol oynayırdılar. Əsası ilk musiqi
məktəbində qoyulan kamera musiqisi konsertlərinin ənənəsi 20 əsrin 20-30-
cu illərində davam etdirilir. 1901-ci ildə A.N.Yermolayevanın təşəbbüsi ilə
Rus Musiqisi Cəmiyyətinin Bakı şöbəsi açıldı. XX əsrin əvvəllərində
ictimai-siyasi və mədəni yüksəliş şəraitində Üzeyir Hacıbəyov müasir
Azərbaycan professional musiqi mədəniyyətinin özülünü qoydu və şifahi
ənənəli milli sənətlə bəstəkar yaradıcılığının sintezini yaratmaqla Şərq və
Qərb mədəniyyətinin fəal qarşılıqlı təsirinə səbəb oldu. Ü.Hacıbəyovun yaradıcılığında milli bəstəkar
musiqisinin, demək olar ki, bütün janrlarının təməli qoyulmuşdur (opera, musiqili komediya, simfonik musiqi,
kantata, romans-qəzəl, kütləvi mahnı və başqa). Yeni Azərbaycan musiqisinin formalaşması azadlıq ideyalarmı,
yüksək mənəviyyatı təsdiq edən musiqili teatrdan başlandı. Ü.Hacıbəyov 1908-ci ildə tamaşaya qoyulan "Leyli
və Məcnun" operası ilə həm milli operanm, həm də bütün müsəlman Şərqində opera sənətinin, muğam-opera
janrının əsasını qoydu. Ü.Hacıbəyov Füzulinin "Leyli və Məcnun" poeması və xalq musiqi janrlarına (muğam,
mahnı, rəqs) müraciət etmiş, dövrün əhvali-ruhiyyəsi, xalqın mənəvi tələbləri ilə səsləşən səhnə əsəri
yaratmışdır. Bəstəkarın başqa erkən operaları - "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas
və Xurşud banu" (1912), "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915) operaları da bu janrdadır. Bu
operalarda əsas musiqi-dramaturji vəzifəni muğamlar daşıyır. Muğamlar qəhrəmanların obrazlarını açmaqla
ənənəvi musiqi səhnə formalarını əvəz edir. Operalarda xordan geniş istifadə edilmişdir (xorun musiqisi müəllif
tərəfindən bəstələnmiş və ya xalq melodiyaları əsasında yaradılmışdır).
Ü.Hacıbəyov sosial-məişət mövzularında yazdığı operettalarının
musiqisini ("Ər və arvad", 1910; "O olmasın, bu olsun", 1911; "Arşın mal alan",
1913) xalq havalarına əsaslanaraq bəstələmiş və dahiyanə əsərlər yaratmışdır.
Onun "Arşın mal alan" operettası dəfələrlə ekranlaşdırılmış, ingilis, alman, çin,
ərəb, fars, polyak, ukrayna, belarus, gürcü və s. dillərə tərcümə edilmiş, dünyanı
gəzərək, Moskva, İstanbul, Nyu-York, Paris, London, Tehran, Qahirə, Pekin,
Berlin, Varşava, Sofiya, Budapeşt, Buxarest və digər şəhərlərdə tamaşaya
qoyulmuşdur.
Yeni Azərbaycan musiqi mədəniyyətinin təşəkkülü və inkişafında
Müslüm Maqomayevin mühüm xidməti olmuşdur. Bəstəkar operalar ("Şah
İsmayıl", 1916; "Nərgiz", 1935 və s.), simfonik əsərlər, kütləvi mahnılar müəllifi
kimi bu janrların inkişafına böyük təsir göstərmiş, kino və dramatik əsərlərə
musiqi yazmış, xalq musiqi folklorunu toplayıb tədqiq etmiş, Azərbaycanda ilk
peşəkar opera dirijoru kimi opera ifaçılığı sənətinin inkişafında müstəsna rol
oynamışdır.
Azərbaycanın ilk bəstəkarlarından biri də Zülfüqar Hacıbəyovdur. O,
"Aşıq Qərib" (1916) operasının, "Əlli yaşında cavan" (1909), "Evliykən subay" (1911) musiqili komediyalarının
müəllifidir.
Demokratik-inqilabi hərəkat dövründə Azərbaycan musiqili teatr sənətinin inkişafında H.Sarabski,
Ə.Ağdamski, M.Əliyev, Məmməd Hənifə Terequlov kimi görkəmli müğənni-aktyorların fəaliyyəti müstəsnadır.
1920-ci ildə xüsusi qərarla teatrlar dövlət teatrları statusu aldı. 1925-ci ildə Azərbaycan opera heyəti dramatik
heyətdən ayrıldı, rus opera heyəti də ona birləşdirildi. Bu da Azərbaycanda opera sənətinin inkişafına təkan
verdi. Opera teatrının Azərbaycan heyətinə görkəmli sənətkarlar H.Sarabski, M.Terequlov, Ə.Ağdamski,
Hüseynağa Hacıbababəyov, Qurban Pirimov (tar), sonradan Bülbül, M.Bağırov, ilk azərbaycanlı peşəkar qadın
müğənni Şövkət Məmmədova daxil idilər. Daha sonra opera səhnəsinə Qənbər Zülalov, Xurşid Qacar, Sürəyya
Qacar, Cahan Talışınskaya və başqaları gəldilər. Yeni musiqi təhsil ocaqları - Azərbaycan Dövlət
Dostları ilə paylaş: |