223
Şorakət torpaqların kolloid-kimyəvi xassələrinin öyrənilməsi
nəticəsində belə qənaətə gəlinmişdir ki, torpaqda şorakət qatın
əmələ gəlməsinə yeganə səbəb udulmuş natriumun təsiridir.
Qeyd etmək lazımdır ki, meliorasiya elminin inkişafı, şo-
rakət torpaqların əmələ gəlməsi prosesinə və onların yaxşılaş-
dırılmasına münasibətin dəyişməsi şorakət qatın əmələ gəl-
məsində udulmuş natriumun yeganə amil olması məsələsinə
yenidən baxılması tələbatını doğurmuşdur. Bu baxımdan, şorakət
torpaqların öyrənilməsinin indiki mərhələsində onların aşağıda
göstərilən qruplara bölünməsi təklif olunmuşdur:
-udulmuş natriumun təsiri ilə əmələ gəlmiş şorakət tor-
paqlar;
-tərkibində udulmuş natrium az olan, lakin fiziki şorakətliyi
(qalıq şorakətliyi) yaxşı ifadə olunan torpaqlar;
-tərkibində artıq miqdarda Mg kationu olan şorakətlər
(maqnezium şorakətliyi).
Şorakət torpaqların kənd təsərrufatı bitkilərinin inkişafına və
məhsuldarlığına mənfi təsiri torpaq məhlulunda olan sodanın və
uducu kompleksdəki natrium və maqnezium kationlarının olması
ilə əlaqədardır. Qələvi torpaq mühitində torpaqda olan üzvi mad-
dələr suda asan həll ola bilən formalara çevrilərək suyun təsiri ilə
üst qatlardan alt qatlara yuyulur. Bu zaman əkinaltı qatda bərki-
mə əmələ gəlir, torpağın su və hava rejimi pisləşir və belə tor-
paqların strukturu tədricən pozulur. Bu cür torpaqlar nəm halda
yapışqan kimi olub, çox gec quruyur, quru halda isə çox bərk olur
və qaysaq əmələ gətirir, səthi çat-çat olur, onu yumşaltmaq və
becərmək üçün böyük zəhmət tələb olunur. Belə torpaqlar adətən
quru və isti iqlim şəraitinə malik olan bozqır, yarımsəhra və səhra
torpaqları arasında ayrı-ayrı «ləkələr» şəklində yayılmışdır.
Azərbaycan şəraitində şorakət torpaqlar əsasən aran rayon-
larında Kür-Araz ovalığının Muğan və Salyan düzənliklərində,
Şirvan düzənliyinin Kür sahili zonasında, Cənub-Şərqi Şirvan
düzənliyində, Qarabaq düzənliyinin şimal-qərb hissəsində, Mil
düzənliyinin cənub və şimal hissələrində istifadə olunan torpaqlar
224
arasında muxtəlif ölçülü ləkələr şəklində yayılmışdır. Bundan
əlavə, şorakət torpaqlara şimal-qərbi Xəzər sahili düzənliyində,
Qobustanın cənub-şərq hissəsində tez-tez təsadüf olunur.
Ərazinin fiziki-coqrafi müxtəlifliyindən asılı olaraq şorakət-
ləşmə prosesi də muxtəlif yollarla gedir. Qarabağ-, Şirvan- və Mil
düzənliklərinin ağır mexaniki tərkibli boz torpaqları arasında
şorakətlik daha çox ifadə olunur. Bu torpaqların udma tutumunun
30-40 mq-ekv. arasında dəyişdiyi bir vəziyyətdə torpaqda udul-
muş natriumun miqdarı 15 mq-ekv. və daha çox olur (100 q
torpağa görə natriumun nisbi miqdarı udulmuş əsasların cəminin
20 %-dən çoxunu təşkil edir). Umumiyyətlə, respublika ərazisində
təsadüf olunan şorakətli torpaqlarda əksər hallarda udulmuş
natriumun miqdarı 2-4 mq.ekv-ə bərabər olur ki, bu da onların
zəif- və orta şorakətli olmasını göstərir. Həmin torpaqlarda
müəyyən aqromeliorativ tədbirlər tətbiq etməklə onlardan kənd
təsərrüfatı bitkiləri altında istifadə olunmasına imkan yaranır.
Qeyd etmək lazımdır ki, respublika ərazisində təsadüf olu-
nan şorlaşmış şorakət torpaqlar öz növbəsində neytral və qələvi
(sodalı) olaraq iki qrupa ayrılır. Aparılmış tədqiqatların nəticələri
göstərir ki, bütün sodalı şorlaşmış torpaqlar bu və ya digər də-
rəcədə şorakətli olur. Sodalı şorlaşmış torpaqlar əsasən Qarabağ
düzənliyində yayılmışdır. Belə torpaqlara Mil və Muğan düzənlik-
lərində də ləkələr şəklində rast gəlinir.
Ayrı-ayrı dövrlərdə müxtəlif tədqiqatçılar tərəfindən aparı-
lan tədqiqatların nəticələrindən məlum olmuşdur ki, respublika
ərazisində natrium şorakətlərindən əlavə, maqnezium şorakətlə-
rinə də təsadüf olunur. Müəyyən edilmişdir ki, torpağın uducu
kompleksində udulmuş maqnezium kationunun miqdarı udma
tutumunun 30-40 %-dən artıq olduqda onun torpağın aqrofiziki
xassələrinə və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına mənfi
təsiri güclənir (cəd. 43).
Maqnezium şorakətliyi daha çox aran rayonlarının, daha az
isə dağ rayonları torpaqlarında yayılmışdır. Udulmuş maqnezium
kationunun maksimum miqdarı Xudat-Xaçmaz massivi torpaq-
225
larında - çəmən bataqlıq torpaqlarda >30 mq-ekv., boz-çəmən
torpaqlarda 15 mq-ekv., Naxçıvan MR-nın torpaqlarında - 24 mq-
ekv., Araz çayı boyu zolaqda - 22 mq-ekv., Qarabaq düzənliyi tor-
paqlarında - 14 mq-ekv-ə bərabərdir. Udulmuş maqneziiumun
minimal miqdarı isə Muğan düzənliyi torpaqlarında 4 mq-ekv.,
Alazan-Əyriçay zonası torpaqlarında - 5 mq-ekv. və Abşeronun
boz torpaqlarında 4 mq-ekv. təsaduf olunur. Respublika torpaq-
larının umumi sahəsinin - 18,6 %-də torpaqların uducu komp-
leksində udulmuş maqnezium 20 %-dən az olduğundan onları
şorakətsiz hesab etmək mümkündür. Qeyd etmək lazımdır ki,
əksər torpaqlarda udulmuş maqnezium kationu udulmuş natrium
kationu ilə birlikdə olur.
Cədvəl 43
Torpağın xassələrinin və kənd təsərrüfatı bitkilərinin
məhsuldarlığının uducu kompleksdəki maqnezium kationundan
asılılığı (Tahirov Ş.Q., Sultanov Y.Q.)
Maqnezium
udulmuş
əsasların
cəmindən
faizlə
Şorakətlik
dərəcəsi
Dispers-
lik dərə-
cəsi
Şişmə,
%
1 saat
ərzində
torpağa
hopan su-
yun miq-
darı, mm
Torpağın
sıxlıqı,
q/sm
3
Buğdanın
məhsul-
darlığı,
s/ha
<20
20-30
30-40
40-50
50
Şorakətsiz
Şorakətsiz-
zəif şorakətli
Zəif şorakətli
Orta şorakətli
Yüksək
şorakətli
<20
20-30
30-40
40-50
>50
5-10
5-10
10-15
10-20
>20
200-500
100-500
30-100
20-60
<30
<1
1-1,2
1,2-1,3
1,2-1,4
>1,4
>30
20-30
10-20
5-10
<5
5>1>30>20>20>
Dostları ilə paylaş: |