31
Azərbaycan xalqında xoşbəxt bir həyat yaşatmaq üçün tarixə lazım olan
sağlam bir türk qanı və canı mövcud olduğu kimi bu zəmində pöhrələyəcək
gəlişmə fidanın daha ziyadə verimli etmək üçün peyvənd vəzifəsini görəcək əski
bir İran irfanı vardı ki, saçı ağarmış əsrlərin əlində çox təcrübələr keçmişdi.
Qəzavü-qədər tarixi türklərdən də, farslardan da üz çevirdi. Türk hilalının
parladığı üfüqlərə şimal buludları gəldi: İran aslanı gəzən dağlara Moskva qartalı
qondu.
Şimali Azərbaycan rus idarəsinə keçdi. Rusların çox məşhur bir ata sözü
var: «Evsiz pis ölməz». Rus istilasının xeyri bu oldu ki, azərbaycanlılar özlərini
ictimai bir vücud, xüsusi mədəniyyət toxumlarını daşıyan bir cəmiyyət, yəni
ruslardan ayrı bir millət olduqlarını hiss etməyə başladılar.
Rus süzgəzindən keçsə də, özlərinə keçən Avropa elm və texnikasının
təsiriylə Azərbaycan Şərqin qorxu və dedi-qodularından silkinərək yaxşı bir həyat
əsəri
göstərir, doğru yolu tapır, böyüyüb inkişaf edirdi.
Azad düşünən bir ideologiyanın səhər parıltısında olan bu irəliləmə
yetişən cəmiyyətin həyata susamış gülər üzü, dünyada yaşamaq üçün çox parlaq
ümidləri hekayə edən geniş alnı, istiqbala saf və aydın bir baxışla baxan şəhla göz-
ləri ilə əski Şərq şübhə və məkrinin Südabəsini, İran sxolastikasının yaprıxmış
mühitini rahat buraxmır, ismətli bir həyat yoldaşı arayan bu təzə gözəli özünün
qocalmış ehtirasına qurban etmək istəyirdi. Fəqət Gənc Azərbaycan Cümhuriyyəti
öz bakir sosial həyatını bu düşkün, çılğın eşqə təslim etmədiyindən lənətləndi,
kafirlikdə suçlandısa da, əsrin texniki və tərəqqipərvər elmindən böyük yardım
görüb, bu müqəddəs oda girərək özünün məsum və qayğısız olduğunu isbat etdi.
İran-Turan savaşlarında haqsız yerə axan qanların ən sonuncu təzahürü,
şiəlik məsələsi üzündən icraedilmiş Osmanlı-İran müharibələri idi. Bu savaşların
bəyənilməmiş nəticəsi olan məzhəb nifrətini ortadan qaldırmaq üçün ilk təşəbbüs
iki Azərbaycanda qaldırıldı. Bu xüsusda məclislər, toplantılar təsis olundu, çox
yaxşı nəticələr də hasil oldu.
Bu, Südabəliyin məftun ehtirası bulunan İran üləmasında çox bəyənilməz
görüldü. Bunları hər növ irəliləməyi məhv edən İranın təsirli mühiti bir çox müasir
görüşlü kişilər müstəsna olmaqla Azərbaycanda meydana çıxan mütərəqqi və
müasir axınları təqib etməkdən məhrum edirdi. Oradan Arazın bəri tərəfinə yaxşı
inkişaf etmiş axını təqdir edən münəvvərlər deyil, mərsiyə və mövludxanlar,
dərviş və falçılar şəklində bir sürü nifrət başları gəlirdi.
Əsrimizin Siyavuşu üçün İrandan ümidi kəsərək, Türkiyəyə müraciətdən
başqa bir çarə qalmamışdı.
Türkiyə Vyana qapılarına qədər sürdürdüyü cəngavərlikdən bezərək, artıq
taleyin döndüyünü görmüş, yorğun bir halda İstambul divarlarına dayanmışdı.
Əfrasiyaba bilikli sosioloqlar təqbir edərək özünə demişdilər ki: «sənin istiqbalın
artıq Qərbdə deyil, Şərqdədir. Kökündən uzaqlaşdığın üçün zamanın bağ qayçısı
34
Fəqət rusluq buna hələ imkan vermir, qırıb-tökür, Yaxır, yıxır ―Marat‖
29
deyə yaxıb kül edən bir yanğın çıxarırdı. Azərbaycanlılara bir tör-töküntü bir
«xarabazar» hazırlayırdı.
30
Türkiyə, himayəsinə aldığı Azərbaycanı tam vaxtında qurtarmağa girişdi.
Bakını Azərbaycan qatillərindən təmizləyərək özünə verdi.
Əsrimizin Siyavuşu zəmanəmizin Turan baş komandanı tərəfindən özünə
təlmin olunan bu gözəl və zəngin parçada tikinti və məskən salma başladı.
Əsrimizin «Siyavuş gərd»i-nin təməlləri quruldu. Azərbaycan Cümhuriyyəti
təşəkkül etdi.
Dostları ilə paylaş: