46
www.vivo-book.com
– Müsahibənin dərcini gözləyəcəm, miss Kavana, – deyə Qrey artıq
qapının astanasında mızıldanır, sonra mənə sarı çönərək deyir: – Məni
ötürməzsiniz, miss Stil?
– Əlbəttə, – deyirəm tamamilə karıxaraq. Keytə qayğılı nəzər
salıram, o çiyinlərini çəkir. Onun arxasındakı Xose qaĢqabağını tökür.
– Sağ olun, – deyir Qrey qapını açaraq və məni irəli buraxaraq.
ĠĢə düĢdük də!.. Görən nə iĢdir? Məndən nə istəyir? Bir ayağımın
yerini o biri ilə dəyiĢərək astanada donub-qalıram və Ģıq geyimli mister
―Boks‖un müĢayiəti ilə otaqdan çıxıram.
– Mən sənə zəng edərəm, Teylor, – deyir o. Teylor dəhlizlə gedir və
Qrey özünün odsaçan baxıĢlarını mənə zilləyir. Aman Tanrım! Nəyisə səhv
eləmiĢəm? – Mənimlə qəhvə içmək istərdiniz?
Ürəyim boğazımda iliĢib qalıb. Bu görüĢdür? Kristian Qrey məni
görüĢə dəvət edir? O soruĢdu, qəhvə istəyirsənmi? ―Yəqin, ona elə gəlir ki,
sən hələ yuxudan durmamısan‖, – deyə təhtəlĢüurum mənə riĢxənd edir.
– Mən hamını evinə aparmalıyam, – qollarımı bir-birinə dolaĢdıraraq
üzrxahlıq tonu ilə donquldanıram.
– Teylor, – deyə gözlənilməzlikdən yerindən atılaraq o qıĢqırır. Artıq
uzaqlaĢmıĢ Teylor yenidən bizə yaxınlaĢır.
– Onlar universitet Ģəhərciyində yaĢayır? – deyə Qrey astaca soruĢur.
Ağzımı açmaq gücündə deyiləm.
– Onları Teylor aparar – sürücüm. Bizim böyük yolsuzluq
avtomobilimiz var, avadanlıq da ora yerləĢər.
– Bəli, mister Qrey? – deyə Teylor heç nə olmayıbmıĢ kimi soruĢur.
– Fotoqrafı, assistenti və miss Kavananı evinə apara bilərsiniz?
– Əlbəttə, ser.
– Hə, məsələ həll edildi. Ġndi mənimlə qəhvə içərsiniz? – Qrey
gülümsəyir, sanki sövdələĢmə imzalayıb.
Mən qaĢqabağımı tökürəm.
– E-e… Mister Qrey, ümumiyyətlə … Qulaq asın, onları aparmağa
Teylor borclu deyil. – Qreyə becid bir baxıĢ yönəldib deyirəm və o, hələ də
47
www.vivo-book.com
simasının təmkinli görkəmini saxlayır. – Əgər etiraz etməsəniz, biz Keytlə
maĢınlarımızı dəyiĢərdik.
Qreyin qayğısız təbəssümündən dodaqları aralanır. Aman Tanrım…
və o, otel otağının qapılarını açır. Mən içəri atılıram və Keyti Xose ilə
hansısa məsələni müzakirə edən vəziyyətdə görürəm.
– Ana, sən yüz faiz onun xoĢuna gəlirsən, – deyə heç bir giriĢ
vermədən o dillənir. Xose qınayıcı tərzdə mənə baxır. – Amma mən ona
etibar edirəm, – deyə Keyt əlavə edir.
Məni dinləməsi ümidi ilə əlimi qaldırıram.
– Keyt, biz maĢınlarımızı dəyiĢə bilərikmi, sən ―Böcəy‖i götürərdin?
– Niyə?
– Kristian Qrey məni qəhvə içməyə dəvət edib.
Onun ağzı açıla qalır. Necə də füsunkar andır: Keyt danıĢıq
qabiliyyətini itirib, dili tutulub!.. O, dirsəyimdən tutub məni qonaq
otağından yataq otağına dartır.
– Ana, ona nəsə olub. Qrey yaraĢıqlıdır, razıyam, amma o, təhlükəli
tipdir. Xüsusilə sənin kimilər üçün.
– ―Sənin kimilər‖ nə deməkdir?
– BaĢa düĢürsən, özünü bilməməzliyə vurma. ―Sənin kimi bakirə
qızlar üçün‖ demək istəyirəm, – Keyt bir az qıcıq halda dillənir.
Mən qızarıram.
– Keyt, biz, sadəcə, qəhvə içəcəyik. Gələn həftə imtahanlarım var,
hazırlaĢmalıyam, buna görə də onunla uzun-uzadı oturmayacam.
Keyt dodaqlarını sıxır, sanki mənim təklifimi düĢünür. Nəhayət, o,
cibindən açarları çıxarır və mənə verir. Mən də öz maĢınımın açarlarını ona.
– Gözləyəcəm. Ləngimə, yoxsa xilasedici komandanı ardınca
göndərəcəm.
– Çox sağ ol. – Keyti qucaqlayıram.
Kristian Qrey divara söykənərək gözləyir, parlaq üzlü kiĢi
jurnallarının üz qabığındakı manekenlər kimi.
48
www.vivo-book.com
– Vəssalam, mən qəhvə içməyə hazıram, – deyə donquldanıram;
həmiĢəki kimi qızararaq.
Qreyin dodağı qaçır.
– Buyurun, miss Stil.
O, iĢarə ilə qabağa keçməyimi istəyir. Titrəyən ayaqlarımla dəhlizlə
addımlayıram, baĢım fırlanır, qəlbim həyəcanlı əsəb ritmindədir. Mən
Kristian Qreylə qəhvə içməyə gedirəm... və qəhvəyə nifrət edirəm.
GeniĢ dəhlizdə birlikdə liftə doğru addımlayırıq. Ona nə deyəcəm?
Beynimdə ürpəntili öncəgörmə var. Nə haqda danıĢacağıq? Söhbət üçün
hansı ümumi mövzularımız ola bilər ki?
Ġncə, hərarətli səs məni düĢüncələrdən ayırır:
– Ketrin Kavananı çoxdan tanıyırsınız?
Aha, baĢlanğıc üçün asan sual.
– Birinci kursdan. O, yaxın rəfiqəmdir.
– Hm, – deyə qeyri-müəyyən tərzdə dillənir Qrey. Görən, ağlındakı
nədir?
O, liftin çağırıĢ düyməsini basır və zəng demək olar ki, ani olaraq
səslənir. Qapılar açılır və biz ehtiraslı Ģəkildə qucaqlaĢaraq yerində donub-
qalmıĢ cütlüklə qarĢılaĢırıq. Gözlənilməzlikdən onlar bir-birini özündən
itələyir və günahkarcasına baxıĢlarını aĢağı endirirlər. Qreylə içəri daxil
oluruq.
Mən sifətimin təmkinli ifadəsini qorumağa çalıĢır, buna görə də
döĢəməyə baxıram və yanaqlarımın necə rəng alıb-verdiyini hiss edirəm.
Altdan-altdan Qreyə baxıram; deyəsən, o, dodaqaltı gülür, lakin bunu
yüzəyüz demək çətindir. Oğlan və qız da kəlmə kəsmir və naqolay sükut
içində birlikdə birinci mərtəbəyədək enirik. Liftdə heç musiqi də yoxdur ki,
bu durumdan çıxa bilək.
Qapılar açılır və təəccüblü olsa da, Qrey əlimdən tutur və uzun, sərin
barmaqları arasında sıxır. Mən bədənimdən elektrik cərəyanının keçdiyini
hiss edirəm və onsuz də bərkdən döyünən ürəyimin ritmi daha da sürətlənir.
Dostları ilə paylaş: |