Işin prezentasiyası
124
6. ELMİ İŞLƏRİN NƏTİCƏLƏRİNİN PREZENTASİYASI
Elmi işlərin qoyulmuş tələblərə uyğun hazırlığından sonra o mütə-
xəssislərdən ibarət komissiya qarşısında şifahi müdafiə olunmalıdır. Ali
təhsil ocaqların profilindən və qoyulmuş məqsədindən asılı olaraq elmi
işlərin prezentasiyasına müxtəlif yanaşmalar ola bilər. Ancaq ümumilikdə
aşağıda izah olunan mərhələlər çox zaman bütün elm sahələri üçün xasdır.
Ə
lbəttə ki, uğurlu prezentasiyanın incəlikləri öyrənilməlidir. Ali təhsili
başa vurduqdan sonra elə sahə yoxdur ki, mütəxəsis fəalliyyəti zamanı hər
hansı bir işin nəticəsini prezentasiya etməsin. Bəziləri bunu hər gün, digər-
ləri isə işdən asılı olaraq lazım gəldikdə icra edirlər. Prezentasiyanın əsas
üsulları təhsil prosesində tədris olunur. Ona görə də, tələbələr əsasən ali
məktəbdə keçirilən seminarlarda və həmçinin elmi işlərin nəticələrinin
təqdimatında prezentasiya texnikasına yiyələnmək imkanından geniş
istifadə edərək publika qarşısında inamlı, kompetensiyalı və inandırıcı çıxış
vərdişlərinə yiyələnə bilər.
Təqdim olunan işin bu bölməsində layihə, diplom və dissertasiya
işlərinin müdafiəsindən, elmi tədbirlərdə moderasiyanın vacibliyi,
müzakirələrdə lazım olan məlumatların mənimsənilməsindən ibarət ritorik
üsullardan söhbət açılır. Elmi işlərin prezentasiyası təhsil prosesinin tərkib
hissəsi sayılır. Buna hərtərəfli hazırlıq və sərbəst çıxışetmə qabiliyyəti elmi
nəticələrin dəqiq və yığcam təqdim edilməsi qədər vacibdir. Prezentasiyalar
ritorik qabiliyyət və prezentasiya texnikasından mükəmməl istifadə vərdiş-
lərini tələb edir. Şifahi çıxış zamanı müəlim və ya digər dinləyicilər kiçik
zaman kəsiyində elmi prezentasiyadan araşdırılan bütün elmi aspektlər
haqqında qısa və yığcam məlumat əldə etmək istəyirlər. Kompakt çıxış
dəqiq planlanmalıdır. Burada, işlənmiş mətnin sadəcə slaydlara köçürül-
məsi ilə işi bitmiş hesab etmək olmaz. Çıxışın məzmunca hazırlığı ilə
bərabər çıxış zamanı aydın və maraqlı danışmaq qabiliyyəti uğurlu çıxışın
tərkib hissəsidir.
6.1. Ritorika haqqında
Klassik ədəbiyyatlarda ritorika antik dövrdən başlamış çağdaş zamanı
qədər geniş bir vaxt kəsiyini əhatə edir və qloballaşan dünyanın getdikcə
İş
in prezentasiyası
125
daha vacib olan kütləvi kommunikasiyasında əhəmiyyətli rol oynamağa
başlayır [28, 72]. Ritorikanın (latınca: danışmaq sənəti) vətəni qədim
demokratiyanın mənbəyi olan Yunanıstan sayılır, baxmayaraq ki, natiqlik
sənəti o dövrdə Misir, Assuriya, Babil və Hindistanda da məlum idi. Yalnız
Yunanıstanda onun inkişafı sürətlə davam edir və onun nəzəriyyəsi
haqqında ilkin sistematik işlər yaranır [73]. Şifahi nitqin mədəniləşməsinin
ə
saslarını ilk dəfə Sofistlər qoymuşdur. Sofistlər həmin dövrdə natiq kimi
tanınan və bunu başqalarına öyrədən müəllimlər idilər [74, 75]. Söz onların
məktəbində nitq öyrənmə obyektinə çevrilir, ritorika isə bütün sənətlərin
başı sayılırdı. Onun öyrənilməsi antik təhsilin ən ali pilləsi hesab olunurdu.
Sofistlər daimi olaraq sözün gücünü vurğulayır, həqiqətin axtarışına yarış
xarakteri verirdilər. Yəni ritorikanı onlar aqonal (yarışma) kommunikasiya
kimi istifadə edirdilər. İnandırmaq - deməli verilmiş ideyanı elə bir formada
ə
saslandırmalı ki, onun müzakirəsində iştirak edənlər gətirilən dəlillər ilə
razılaşsınlar və ona qoşulsunlar.
Yunanıstan dövlətində hökm sürən demokratiya natiqliyin inkişafı üçün
ə
lverişli şərait yaradır. O, ictimai həyatın əsas hissəsinə çevrilir və siyasi
mübarizələrdə önəmli rol oynayır. Tədricən, adi vətəndaşların tələbatlarını
ödəmək üçün praktiki cərəyanlar meydana gəlir.
Ritorikanın ilkin predmeti poeziyadan fərqli olaraq cəmiyyəti
maraqlandıran bir çox məsələlərin demokratik diskusiyalarından ibarət idi.
Ilkin olaraq çıxışlar danışıq tərzinə görə üç yerə bölünürdü: məhkəmə,
məsləhət və tərif çıxışları aid idilər. Çıxışın növündən asılı olaraq natiq öz
düşüncələrini, sakitləşdirici söhbətləri və ya həyacanlarını publikaya çatdır-
mağa çalışırdı. Hermenevtikadan (yunanca: mətnləri aydınlaşdırmaq
sənəti) ritorikanı fərqləndirən əsas cəhət mətnin inandırıcı gücünə olan
maraqdan ibarət idi.
Bu günə qədər bizə gəlib çatan antik əsərlər arasında Aristotelin
“Ritorika” əsəri ən vacibi sayılır. Aristotelin ritorikaya baxışı ondan qabaq-
kı yanaşmalardan prinsipial fərqlənir. O, ilk dəfə olaraq ritorikanı tək çıxış-
etmə incəsənəti kimi yox, konkret bir elm sahəsinə aid olmayan nə isə bir
ümumi anlayış kimi dəyərləndirir. Aristotel ritorikada üç əsas təşkiledicini
vurğulayır [76]:
-
Loqos (sübutlar, arqumentlər sistemi),
Işin prezentasiyası
126
-
Etos ( natiqin xarakteri, onun çıxışının sosial duruma uyğunluğu),
-
Pafos (ifadə olaunan predmet haqqında publikanın emossiyaları).
O dövrdən bəri loqos və pafos prinsipial dəyişikliyə məruz qalmadığı
halda, etos daimi zamandan, milliyyətlərdən, sosial və yaş kimi müxtəlif
xarakteristikalardan asılıdır. Hər dövr öz ritorik idealını yaradır.
Yunanıstanda əsası qoyulan ritorika Roma imperiyasında şagirdlərə artıq
dərs kimi tədris edilirdi. Şagirdlər çıxışetmə vərdişlərinə yiyələnir, tarixi,
hüquqi və fiktiv problemlər haqqında nitq söyləyirdilər [73]. Kvinitilian
məktəbini yaratmaqla romalılar ilk dəfə olaraq ritorika kafedrasına da sahib
idilər. Hal-hazırda çıxışın hazırlanması zamanı tətbiq olunan 5 əsas mərhələ
də Kvintilianda tədris olunan klassik ritorikaya aiddir (Cədvəl 6.1).
Cədvəl 6.1. Nitqin hazırlanmasının 5 klassik mərhələsi [28].
Fazalar
Adları (latn dilində)
Məzmunu
1
İ
nventio
Fərziyyələrin tapılması
2
Dispositio
Fərziyyələrin strukturlaşdırılması
3
Elocutio
Fərziyyələrin şifahi təsviri
4
Memoria
Nitqin yaddaşa köçürülməsi
5
Actio
Nitqin söylənməsi, təqdim
olunması
İ
lahiyyatçı filosof Avrelius Avqustinə qədər tədqiqatçılar üçün ritorika
vacib və inandırıcı çıxış sayılırdı. Yalnız feodalizmin başlanması ilə
ritorikanın funksionallığı genişləndirilərək şifahidən yazılı kommunikaisya
üsuluna keçid baş verir. Orta əsrlərdə ritorika orta məktəb və uni-
versitetlərin tədris predmetinə çevrilmişdir. 1350‒1700-ci illər arasında
hökm sürən Renessans və Barok dövründə ritorika bütün elmlərə, o
cümlədən incəsənətə əhəmiyyətli təsirə malik olur. Ədəbiyyat qəhrəmanları
natiqlik sənətinin bariz nümunələridir. Renessans dövrünün real
personajlarından məlum olan natiqlər azdır, bu dövrdə əsl çılğın nitqləri
yalnız teatrda eşitmək olardı. Həmin dövrdə poeziya sahəsində ritorika
poetik yazıya keçir. Maarifçilik dövründə də ritorika idrakın inkişafına
xidmət edirdi.
Ritorika bu şəkildə humanitar təhsilin tərkibi kimi XIX əsrə qədər bütün
Avropa ölkələrində qalır. Siyasi və digər növ natiqliyin inkişafı və romantik
Dostları ilə paylaş: |