10
Bəsti - Kifayət.
Bəşair - Yaxşı xəbərlər, xoş məramlar.
Bəşər - Xoş xəbərləri yetirən.
Bəşir - Şad xəbər gətirən, muştuluqçu, müjdəçi
Bəşirə - Müjdə gətirən. Xeyirxah xəbərləri gətirən sevinc.
Bətulla - (Ər.) Öz başlanğıcını Kəbə məscidinin adından götürür, Allahın evi.
Bəyaz - (Ər.) Ağ.
1.Qar rəngi.. 2.Təmiz, ləkəsiz.
Bəyim - Xanim.
Bəylər - Bəy sözünün cəm halı, zadəgan.
Bəysoltan - Baş sultan.
Bəyxan - Bəy və Xan, əsas başçı.
Bəzilə - Cəsur.
Bibi - (Tür.) Atanın bacısı.
Bidar - (Fars.) 1.Bel, belləyən, yer qıran, kürək çəkən. 2 İstehkam adamı. 3.Oyanıq, yatmayan, yuxusuz.
Bikə - (Tür.) 1.Xanım. 2.Bənzərsiz. 3. Şahzadə.- Kişi və qadın adı olaraq istifadə edilir.
Bilal - (Ər.) 1.Sağlam, canlı. 2.İslamın ilk müəzzini, Həbəş əslli olub islamı kölə olaraq ilk qəbul edənlərdən
biridir. 3.Su kimi isladan, yaşlıq, qara və ağ, yəni qara ilə ağ olmaq. 4.Birinci azançının adı (Ən birinci azana
çağıranın adı).
Bilan - (Tür.) Bəzəkli və işləməli qılınc kəməri.
Bilay - (Tür.) Ay kimi əsıl ol. - Kişi və qadın adı olaraq istifadə edilir.
Bilgiyə - (Tür.) Bilgili qadın.
Bilginur - Bilginin ışığı, bilginin aydınlığı.
Bilqan - (Tür.) Bilgili.
Bilnaz - Zərif, cazibəli.
Binəli - (Ər.) Əlinin oğlu.
Binyamin - Sağ əlin gücü – güc deməkdir.
Biray - (Tür.) Ay kimi tək, bənzərsiz.
Bircan - (Tür.) Tək, bənzərsiz. Kişi və qadın adı olaraq istifadə edilir.
Bircə - (Tür.) Tək, bənzərsiz, bircəcik.
Birgül - (Tür.) Bir dənə gül, tək gül. qiymətli gül.
Birsən - (Tür.) Ka. – Sadəcə sən, tək sən.
Boran - (Tür.) Külək, şimşək, göy gurultusu, sağnaq yağışın birlikdə olduğu iqlim hadisəsi.
Budaq - Ailənin inkişafi, davamı.
Buğday - Rəhbər, lider.
Bulud - (Tür.) Su buxarlarının sıxlaşmasıyla meydana gələn və səmada mahiyyətinə görə fərqli yüksəklikdə
olan hava kütləsi. - Kişi və qadın adı olaraq istifadə edilir.
Burxan - Sübut, dəlil.
11
Busə - (Fars.) Öpüşmək, öpmək. - İslami əxlaqa zidd olduğu üçün ad olaraq istifadə edilməz.
Bünyad - 1.Əsas, təməl. 2.Quruluş, bina.
Bülbül - (Ər.) 1.Səsinin gözəlliyiylə məşhur oxuyan (ötücü) quş. 2.Səsi çox gözəl olan kimsə.
Büllur - (Ər.)1.Bəzi cisimlərin tabe olaraq aldıqları həndəsi şəkil. 2.Duru, aydın, kəsmə şüşə, kristal. 3.Nəcəf
daşı. (Məc.) Təmiz, parlaq insan.
Bürhan - Dəlil, isbat vasıtəsı.
Büsat - (Tür.) - Toy, şənlik, əyləncə.
C
Cabbar - (Ər.) Qüdrətli, hər şeyə qadir olan.
Cabir (Cabirə) - (Ər.) 1.Əziyyət verən, zülmkar. 2.Təsəlli verən. 3.Məcburiyyət, zorakılıq.
Cabirə - Ürəkverən.
Cahangir - (Fars.) Dünyaya hakim olan, dünyanı zəbtedən kimsə. Fateh. Osmanlı şəhzadələrinin ortaq
adıdır.
Cahangül - (Fars.) Dünya və gül sözlərindən ibarətdir.
Cahid - (Ər.) Cəhd edən, əlindən gəldiyi qədər işləyən, çalışqan. Bu söz Quran-ı Kərimdə "cihad et". "Allah
yolunda döyüşə çıx" mənasında istifadə edilmişdir.
Calal - 1.Böyüklük, dövlət (cah-calal) 2.Allaha inam.
Calib (Calibə) - (Ər.) Cazibədar, cəlbedici, cazib, özünə çəkən.
Camal - Gözəllik, nəzakətli, kamillik.
Camalə (və ya Cəmalə) - Gözəllik, nəzakətli.
Camaləddin - İnamın gözəlliyi, etiqadın gözəlliyi.
Cana - Məhsul.
Canan - (Far.Ər.) 1.Sevgili, könül verilmiş, sevilən qadın, sevgili yar. 2.Ruhun ürəyi.
Canay - (Tür.) Ay kimi təmiz, saf, parlaq kimsə. - Kişi və qadın adı olaraq istifadə edilir.
Canaydın - (Tür.) Özü təmiz, işıqlı ruhlu kimsə.
Canbəy - (Tür.) Güclü şəxsiyyətli kimsə, canım kimi sevgili.
Canbura - (Fars.) Könül alan, sevgili.
Candəmir - (Tür.) Özü güçlü, dəmir kimi möhkəm şəxsiyyətli.
Candəyər - (Tür.) Uğrunda can veriləcək qədər gözəl, dəyərli, sevilən.
Candoğan - (Tür.) --
Canel - (Tür.) İçdən uzadılan əl, dostluq əli. - Kişi və qadın adı olaraq istifadə edilir.
Cankişi - (Fars.-Tür.) Ruh – insan.
Canna - Bağ, cənnət.
Cannur - (Tür.) Özü işıqlı, nurlu kimsə.
Canpolad - (Far.) Polad ürək (ruh).
Cansevər - (Tür.) Canı sevən.
12
Cansoy - (Tür.) Zadəgan, soylu, cana yaxın.
Cansu (Cansun) - (Tür.) 1. Həyat verən su, təzəlik. 2. Sevgili, sevimli. - Kişi və qadın adı olaraq istifadə
edilir.
Cantəkin - (Tür.) Tək can, bənzərsiz can.
Cavad - (Ər.) Alicənab, comərd, səxavətli, ehsan edən.deməkdir.
Cavan - (Fars.) Gənc, təzə, cavan
Cavanşir - Igid, qəhrəman.
Cavid - (Fars.) Baqi, daimi, əbədi.
Cavidan - (Fars.) 1.Daimi qalacaq olan, sonrasız, əbədi. 2.Güc, qüvvə
Ceyhun - Aşıb-daşan, coşan. - İndiki Amudərya çayının qədim adındandır.
Ceyla - Ata, övladının doğulmasından əziyyit cəkən.
Ceylan - Ahu.
Ceyran - (Tür.) Sürətli qaçan, formalı qıçları olan və gözəl gözləriylə tanınan bir qəzəl cinsi. Incə, alagözlü,
mülayim.
Cəbir (Cəbirə) - (Ər.)1. Məcbur etmək. 2. Düzəltmə, təmir etmə. 3. Kırık və ya qabarıq bir sümüyü
yerləşdirib qucaqlamaq.
Cəbrayil - (Ər.) Qədim yəhudi Qavriildən - tanrının əsgəri olan deməkdir.
Cəbrail - (Ər.)1.Peyğəmbərlərə vəhy gətirən dörd böyük mələkdən biri. 2.Cəbrayıl - İbranice Allahın qulu. 3.
Az çox çətinlklə yetkinləşdirmək. 4. Allahin mələyi. - Qədim yəhudi Qavriildən - tanrının əsgəri olan deməkdir.
Cəfər - 1. Kiçik axar su, kiçik sel, kiçik çay. 2.Cəfər bin Məhəmməd: ləqəbi Essadiq olub. 12 imamın
altıncısıdır. Məhəmməd bin Elbəkırın yerinə imamətə keçmişdir. 3.Cəfər-i Təyyar: Hz. Əlinin qardaşı olub,
Mutə döyüşündə bayraq tutarkən iki əlini də itirərək şəhid olmuşdur. Bu gün də Mutə ətrafında qəbri var.
Cəlal - (Ər.) 1.Böyüklük, ululuq əzəmət. 2.Hiddət, hirs. 3.Qorxusuz, iradəli, igid. 4.Allahın "Qəhhar, Cabbar,
Mutəkəbbir" kimi sərtlik və təkəbbür ifadə edən sifətləri. Quranda Rəhman surəsi 27, 78. ayələrdə
keçməkdədir. Zül Cəlalı; Cəlal sahibi Allah.
Cəlalə - Böyüklük, əzəmət ululuq, şan-şöhrət.
Cəlaləddin - (Ər.) Dini müdafiə edən. 2. Dinin ululadığı, təriflədiyi. Cəlaləddin Xarəzmşah: Son Xarəzm
hökmdarı (öl. 1231). Cəlaləddin Rumi: Məşhur Türk mutasavvıf, Mövlana.
Cəlil (Cəlilə) - 1.Möhtəşəm, əzəmətli. 2.Böyük, uca, yüksək, ali, hörmətli nəcib. 3.gözqamaşdırıcı.
4. Zadəgan. 5.Hündür.
Cəmal - (Ər.) Üz gözəlliyi, zahiri və batini gözəllik. Allahın mərhəmət təcəllisi. Allahın lütf, ehsan, razılıq
sifətlərinin qarşılığı.
Cəmaləddin - (Ər.) 1.Dinin camalı, parlaq üzü. - Daha çox şərəf ünvanı olaraq istifadə edilmişdir.
Cəmil - (Ər.) 1.Gözəl kişi. 2.Yaxşılıqla anma. 3.Əvvəllər məktəblərdə verilən Başan kağızı.
Cəmilə - (Ər.) 1.Gözəl qadın, qəşəng, şirin, cazibəli, sevimli. 2.Gönül almaq məqsədilə yapılanahani
tərəfindən ilk dəfə istifadə edilmişdir.
Cəmşid - Parıtı, nur, işıq
Cənnət – Behişt
Cəsarət - (Ər.) Ürəklilik, korkusuzluk. - Kişi və qadın adı olaraq istifadə edilir.
Dostları ilə paylaş: |