İxrac nəzarəti haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun dövlət orqanları tərəfindən ixrac nəzarətinin həyata keçirilməsinin hüquqi
əsaslarım və ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin)
Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydalarım müəyyən edir.
M a d d ə 1 . Bu Qanunda istifadə edilən əsas anlayışlar
1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir: 1.1.1. ixrac
nəzarəti - ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin)
Azərbaycan Respublikasının ərazisinə gətirilməsi, bu ərazidən çıxarılması və tranzitinin
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydalara uyğun həyata
keçirilməsini təmin edən tədbirlər kompleksi;
1.1.2.
ikili təyinatlı mallar (işlər, xidmətlər) - mülki məqsədlər üçün istifadə edilən, lakin
kütləvi qırğın silahları və onların çatdırılma (daşınma) vasitələrinin, digər silah növlərinin,
hərbi texnikanın, sursatın yaradılmasında və hazırlanmasında da istifadə edilə bilən mallar
(işlər, xidmətlər);
1.1.3.
ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin)
nomenklaturu - kütləvi qırğın silahları və onların çatdırılma (daşınma) vasitələrinin, digər
silah növlərinin, hərbi texnikanın, sursatın yaradılmasında və hazırlanmasında istifadə edilən
malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin), habelə istifadə edilə bilən ikili
təyinatlı malların (işlərin, xidmətlərin), xammalın, nüvə və xüsusi qeyri-nüvə materialları
daxil olmaqla, materialların, avadanlığın, elmi-texniki informasiyanın, cinayətkarlığa və
terrorçuluğa qarşı istifadə olunan vasitələrin siyahıları;
1.1.4.
əqli fəaliyyətin nəticələri - elmi işlər, elektron hesablayıcı texnikanın və məlumat
topluları proqramlarına müəlliflik hüquqları, sənaye mülkiyyətinə hüquqlar, kəşf hüquqları,
hüquqi və fiziki şəxslər tərəfindən istehsal edilmiş (onlara məxsus olan) mallar, onlar
tərəfindən göstərilən xidmətlər, silah, hərbi texnika, ikili təyinatlı mallar, kütləvi qırğın
silahının hazırlanması üçün xüsusi avadanlıq və texnologiya ilə bağlı olan sənaye
nümunələri və "nou-hau";
1.1.5.
kütləvi qırğın silahları - nüvə, kimyəvi, bakterioloji (bioloji) və toksin silahı.
1.2. Bu Qanunda istifadə edilən, mülki, gömrük və başqa qanunvericilik sahələrinə aid digər
anlayışlar müvafiq qanunvericilik aktlarında müəyyən olunmuş mənanı kəsb edir.
M a d d ə 2 . Azərbaycan Respublikasının ixrac nəzarəti üzrə qanunvericiliyi
2.1.
Azərbaycan Respublikasının ixrac nəzarəti üzrə qanunvericiliyi Azərbaycan
Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının gömrük işi,
əhalinin sanitar-epidemioloji və radiasiya təhlükəsizliyi haqqında qanunvericiliyindən və
digər müvafiq normativ hüquqi aktlardan ibarətdir.
2.2.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq müqavilələrlə
bu Qanun arasında ziddiyyət yarandıqda, həmin beynəlxalq müqavilələr tətbiq olunur.
M a d d ə 3 . İxrac nəzarəti üzrə qanunvericiliyin tətbiqi dairəsi
3.1.
Bu Qanun ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin
nəticələrinin) ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı, tranziti və xarici iqtisadi fəaliyyətin
digər əməliyyatlarına tətbiq edilir.
3.2.
Bu Qanun, hüquqi və fiziki şəxslər tərəfindən aparılan əməliyyatlar və ya bağlanmış
müqavilələr partlayıcı və radioaktiv maddələrin, materialların, cihazların, kütləvi qırğın
silahlarının, digər silahların yayılmasına imkan yaratdığı və Azərbaycan Respublikasının milli
təhlükəsizliyinə və maraqlarına zərər gətirdiyi hallarda da tətbiq edilir.
M a d d ə 4 . İxrac nəzarətinin həyata keçirilməsinin məqsədləri və prinsipləri
4.0. Azərbaycan Respublikasında ixrac nəzarətinin həyata keçirilməsinin məqsədləri və
prinsipləri aşağıdakılardır:
4.0.1. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi;
4.0.2. ixrac nəzarətinin həyata keçirilməsində Azərbaycan Respublikasının siyasi, hərbi və
iqtisadi maraqlarının təmin edilməsi;
4.0.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı kütləvi qırğın və baş-qa növ silahların
yayılmaması barədə dövlətlərarası beynəlxalq müqavilələr üzrə öhdəliklərə riayət edilməsi;
4.0.4. kütləvi qırğın silahlarının yayılmaması rejimi çərçivəsində nəzarətə düşən malın (işin,
xidmətin, əqli fəaliyyətin nəticələrinin) son istifadəçisinin, aralıq tərəflərin və texnologiya
səviyyəsinin yoxlanılması;
4.0.5. ixrac nəzarəti haqqında qanunvericiliyə, habelə ixrac nəzarəti siyasətinin aparılmasına
dair məlumatların açıqlığı.
M a d d ə 5 . İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri)
5.0. Mənşəyindən, mülkiyyətçisindən və istehsal vaxtından asılı olmayaraq bu Qanunun
tələb və şərtlərinə əsasən aşağıdakı mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) ixrac
nəzarətinə düşür:
5.0.1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq müqavilələrdə
nəzərdə tutulmuş ixrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) və
texnologiyalar;
5.0.2. kütləvi qırğın silahları və onların çatdırılma (daşınma) vasitələri daxil olmaqla, hərbi
təyinatlı mallar;
5.0.3. kütləvi qırğın silahlarının, silahların, hərbi texnikanın və sursatların yaradılmasında
və hazırlanmasında istifadə oluna bilən ikili təyinatlı mallar (işlər, xidmətlər, əqli fəaliyyətin
nəticələri);
5.0.4. partlayıcı və radioaktiv maddələr, materiallar, radioaktiv mənbəli cihazlar, ionlaşdırıcı
şüa mənbələri, qurğuları;
5.0.5. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi, o cümlədən son istifadəsinə və ya
istifadəçisinə görə ixrac nəzarətinə düşən digər mallar (işlər, xidmətlər, əqli fəaliyyətin
nəticələri).
M a d d ə 6 . İxrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin əqli fəaliyyətin
nəticələrinin) siyahısı
6.1.
İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun kodlar üzrə, habelə işlərin,
xidmətlərin, əqli fəaliyyətin nəticələrinin siyahısı Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir və təsdiq edilir.
6.2.
Siyahı təsdiq edildikdən sonra müvafiq qaydada dərc olunmalıdır.
M a d d ə 7 . İxrac nəzarətinin həyata keçirilməsi sistemi
7.1.
İxrac nəzarəti sistemi ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli
fəaliyyətin nəticələrinin) ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı, tranziti əməliyyatlarının
aparılması qaydalarını müəyyən edir.
7.2.
Azərbaycan Respublikasının ixrac nəzarəti sisteminə daxildir:
7.2.1.
ixrac nəzarəti üzrə qanunvericilik aktları;
7.2.2.
ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin)
siyahısının müəyyən edilməsi;
7.2.3.
ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin)
ayrı-ayı dövlətlərə ixrac rejimlərinin müəyyən edilməsi;
7.2.4.
ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin)
ixracının, idxalının, təkrar ixracının, təkrar idxalının, tranzitinin xüsusi icazə əsasında həyata
keçirilməsi;
7.2.5.
ikili təyinatlı malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) sifariş
edilmiş məqsədlər üçün istifadəsinə nəzarət;
7.2.6.
xüsusi icazə verilməsindən əvvəl və sonra ixrac nəzarətinə düşən mallar (işlər,
xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xarici iqtisadi əməliyyatların aparılmasına nəzarət;
7.2.7.
beynəlxalq təşkilatlarla və xarici dövlətlərin ixrac nəzarəti orqanları ilə məlumat
mübadiləsi və digər qarşılıqlı əlaqələr;
7.2.8.
ixrac nəzarəti sisteminin fəaliyyəti üzrə ictimaiyyətə ümumi, habelə spesifik
məlumatın verilməsi;
7.2.9.
ixrac nəzarəti sisteminin fəaliyyəti barədə ictimai rəyin öyrənilməsi.
7.3.
İxrac nəzarətinin aparılması qaydaları Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
7.4.
İxrac nəzarətinə düşən malların Azərbaycan Respublikasının gömrük sərhədindən
keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının gömrük orqanı həyata keçirir.
M a d d ə 8. İxrac nəzarətinə döşən malların (işlərin, xidmətlərin) ixrac rejimlərinin
müəyyən edilməsi
8.1.
İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri), bu
malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracına qadağan və ya
məhdudiyyət qoyulmuş dövlətlər və son istifadəçilər istisna edilməklə, hər hansı bir dövlətə
ixrac oluna bilər.
8.2.
İxrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin)
ixracına qadağan qoyulmuş dövlətlərin, son istifadəçilərin, habelə onlara ixracı qadağan
edilən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin)
siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
M a d d ə 9. İxrac nəzarətinə düşən mallara (işlərə, xidmətlərə, əqli fəaliyyətin
nəticələrinə) xüsusi icazə verilməsi
9.1. İxrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin)
ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı, tranziti müvafiq icra hakimiyyəti orqanı tərəfindən
verilən xüsusi icazə əsasında həyata keçirilir.
9.2. Mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi
qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
M a d d ə 10. İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri)
üzrə xüsusi icazə verilməsindən əvvəl və sonra yoxlamaların aparılması
İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xarici iqtisadi
əlaqələrin həyata keçirilməsinə xüsusi icazə verilməsindən əvvəl və sonra yoxlamalar müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada
aparılır.
M a d d ə 11. İkili təyinatlı malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin
nəticələrinin) istifadəsinə nəzarət
İkili təyinatlı mallardan (işlərdən, xidmətlərdən, əqli fəaliyyətin nəticələrindən) sifariş
edilmiş məqsədlər üçün istifadə olunmasına nəzarət müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
M a d d ə 12. İxrac nəzarətinə aid məlumatların alınması və qorunması
İxrac
nəzarətini
həyata
keçirmək
səlahiyyətinə
malik
olan
müvafiq
icra hakimiyyəti orqanlarının onlara həvalə edilmiş funksiyaların həyata keçirilməsi üçün
müvafiq dövlət orqanlarından, hüquqi və fiziki şəxslərdən ixrac nəzarəti məsələlərinə aid sənəd
və məlumatları almaq hüququ vardır.
Hüquqi
və
fiziki
şəxslərdən
alınmış
ixrac
nəzarətinə
aid
sənəd
və
məlumatlar yalnız ixrac nəzarəti məqsədləri üçün istifadə edilir.
Bu Qanunun 12.2-ci maddəsində göstərilən sənəd və məlumatların və ya onların
məzmununun açıqlanması və ya üçüncü şəxslərə verilməsi qadağandır. İxracatçılardan
(idxalatçılardan)
alınan
məxfi
məlumatlar
Azərbaycan
Respublikasının
müvafiq
qanunvericiliyinə uyğun olaraq qorunur.
M a d d ə 13. Beynəlxalq təşkilatların fəaliyyətində iştirak
Azərbaycan Respublikası üzv olduğu ixrac nəzarəti sahəsində fəaliyyət göstərən beynəlxalq
təşkilatların, həmçinin tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq müqavilələrin şərtlərindən irəli
gələn öhdəliklərinin yerinə yetirilməsi üçün kütləvi qırğın silahlarının yayılmaması rejiminin
təmin edilməsi və möhkəmləndirilməsi ilə bağlı məsələlər üzrə digər beynəlxalq təşkilatların
fəaliyyətində, habelə bu sahədə çoxtərəfli və ikitərəfli tədbirlərdə iştirak edir.
M a d ə 14. Azərbaycan Respublikasının ixrac nəzarəti haqqında qanunvericiliyinin
pozulmasına görə məsuliyyət
İxrac nəzarəti haqqında qanunvericiliyi pozan Azərbaycan Respublikasının, habelə xarici
ölkələrin hüquqi və fiziki şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq
mülki, inzibati və cinayət məsuliyyətinə cəlb olunurlar.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 oktyabr 2004-cü il
№ 772-IIQ
Dostları ilə paylaş: |