Microsoft Word Az tarixi imtahan 50 cavab az docx



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə21/29
tarix14.03.2018
ölçüsü0,7 Mb.
#31374
növüYazı
1   ...   17   18   19   20   21   22   23   24   ...   29

xanları,  habelə  32-lər,  Kəbirli,  Cavanşir  tayfalarının  başçıları  ailələri  ilə  birlikdə 

Xorasana  sürgün  edildilər.  Qazax  və  Borçalı  Kartli  hakimliyinə,  Qarabağın  erməni 

məlikləri (Vərədə, Çiləbörd, Gülüstan, Dizaq, Xaçın) Gəncə bəylərbəyliyinə tabe edildi. 

Nadir  keçmiş  inzibati  bölgələri  –  Şirvan,  Çuxursəd,  Qarabağ  və  Təbriz 

bəylərbəyliklərini  ləğv  edərək,  əslində  Azərbaycan  adı  altında  vahid  inzibati  bölgü 

yaratdı. Bölgünün mərkəzi Təbriz, hakimi qardaşı  brahim oldu. 

 

 

Nadir şah hakimiyyətinin ilk vaxtlarında vergiləri nizama saldı. Artıq vergiler ayrı-



ayrı adamlar tərəfindən mənimsənilmir, birbaşa xəzinəyə gedirdi. Vergilər çox ağır idi. 

Xalq  bu vergiləri ödəyə bilmirdi. Nadir şahın bu siyasəti əhalini tamamilə var-yoxdan 

çıxarırdı. Vergiləri verə bilməyənlərə Nadir şahin əmri ilə dəhşətli isğəncələr verirdilər. 

Bu  cür  işgəncələrdən  təngə  gələn  əhali  və  mövqeyi  sarsılmış  iri  feodallar  Nadir  şaha 

qarşı çıxışlara başladı.   

  

 



 

 

Nadir şaha qarşı  ən böyük üsyan 1738-ci ildə Carda baş verdi. Bu üsyanda  brahim 



xan  öldürüldü.  Üsyanın  qalib  gəlməsinə  səbəb  Nadir  şahın  Hindistana  səfərə  çıxması 

idi.  Lakin  Nadir  şah  geri  dönəndən  sonra  üsyanı  yatırdı  və  iştirakçılarına  divan  tutdu. 

1743-cü  ilin  əvvəllərində  Şirvanda  ran  zülmünə  qarşı  yeni  hərəkat  geniş  vüsət  aldı. 

Belə bir tarixi şəraitdə özlərini Səfəvi xələfləri kimi təqdim edən yalançı sahzadələr I, 

II,  III  Sam  Mirzələr  meydana  çıxdılar.  I  və  II  Sam  Mirzələr  Şirvanda  fəaliyyət 

göstərirdilər. I Sam Mirzə 50 minlik qoşunla Surxay xanın müşayiəti ilə Yeni Şamaxıya 

girdilər.  I Sam Mirzə Nadir sahın qoyduğu bütün vergiləri ləğv etdiyinə görə xalq onu 

dəstəkləyirdi.  Lakin  Nadir  sahin  oğlu  Nəsrullah  Mirzə  böyük  bir  qoşunla  I  Sam 

Mirzənin  qoşununu  məğlub  etdi  və  I  Sam  Mirzə  öldürüldü.  Lakin  xalqın  üsyanları, 

çıxışları zəifləmədi.  1743-cü ilin son rübündə azadlıq hərəkatına II Sam Mirzə başçılıq 

edirdi.    Şamaxı  əhalisi    vergi  yığanları  və  digər  məmurları  şəhərdən  qovaraq  II  Sam 

Mirzəni bura dəvət etdilər. Nəsrullah Mirzənin basçılıq etdiyi ordu  üç dəfə məğlub olsa 

da, nəhayət, top atəşi ilə Ağsu qalasını ala bildilər. II Sam Mirzə Gürcüstana qaçsa da, 

Kaxetiya  çarı  Teymuraz  tərəfindən  tutularaq  Bərdəyə,  Nəsrullah  Mirzənin  yanına 

göndərildi. Gözü çıxardılan II Sam Mirzə Qarsa göndərilərkən  yolda öldü. 

Şə

kidə  də  Nadir  şaha  qarşı  Hacı  Çələbi  üsyana  qalxdı.  O,  Nadir  şahın  başının 



Osmanlı dövləti  ilə qarışıq olmasından istifade edərək Şəki xanlığını yaratdı və Nadir 


ş

ahin onun üstünə gələcəyindən ehtiyat edərək əhalini Gələrsən-görərsən qalasına yığdı. 

Hacı Çələbi nə qədər mübarizə aparsa da, Nadir şah onun üsyanını da yatiırdı və Hacı 

Çələbini  özünə  tabe  etdi.  Nadir  şaha  qarşı  baş  vermiş  III  Sam  Mirzənin  üsyanı  da 

yatırıldı.  Bu  dövrün  bütün  üsyanlarının  məğlub  olma  səbəbləri  eynidir.  Heç  birində 

birlik  yox idi,  vahid mərkəzdən idarə  edilmirdi,  kortəbiiliyi  ilə  seçilirdi.  Bununla belə 

həmin  üsyanların  böyük  tarixi  əhəmiyyəti  vardı.  Azərbaycan,  Dağıstan,  Gürcüstan, 

indiki  Ermənistan  və  əsarətə  alınmış  digər  ölkələrdə  xalq  azadlıq  hərəkatının 

genişlənməsi üçün əlverişli şərait yaranırdı. Aramsız ara müharibələri nəticəsində gərgin 

iqtisadi vəziyyət, sinfi mübarizə nəticə etibarilə Nadir şahin dövlətinin süqutuna səbəb 

oldu. Nadir şahin özü isə 1747-ci il iyunun 20-də sui-qəsd nəticəsində öldürüldü. 

 

36. Qarabağ  xanlığı



 

      


Qarabağ  xanlığının  əsası  Pənahəli  xan  tərəfindən  qoyulmuşdur.  O,1738-ci  ildə 

Nadir  şahın  qulluğundan  uzaqlaşaraq  Qarabağa  gəlir  və  Qarabağ  bəylərbəyliyinin 

qərbində  yeni  xanlığı  yaratmağa  başlamışdır.Bu  xanlıq  cənubda  Araz  çayı,  qərbdə 

rəvan, şimalda Sınıq körpü, şərqdə Kür çayı ilə həmsərhəd idi. Xanlığın əsası isə 1748- 

ci ildə qoyulmuşdur. Pənahəli xan əvvəlcə Qarabağda müstəqil fəaliyyət göstərən ayrı - 

ayrı feodal hakimlərini mərkəzi hakimiyyətə tabe etdirmək siyasəti yürüdərək sonradan 

xanlığın ərazisini genişləndirməyə başladı. Birinci mərhələdə müdafiə  xarakterli qalalar 

(1748  –ci  ildə  Bayat  qalası,  sonra  isə  Şahbulaq  qalası)  tikdirdi.  Qarabağ  ərazisində 

yerləşən 5 məlikliyi (Çiləbörd, Vərəndə, Gülüstan, Dizaq, Xaçın) mərkəzi  hakimiyyətə 

tabe  etdi.      Pənahəli  xan  1756-1757  –  cı    ildə  Şuşa  qalasını  tikdirərək,  onu  xanlığın 

inzibati və ticarət mərkəzinə çevirdi. Qarabağ xanı Pənahəli xanın əsas məqsədi Gəncə, 

rəvan,  Naxçıvan,  Ərdəbil  xanıqlarını  ələ  keçirməkdən  ibarət  idi.  Bu  xanlıqları  nigah 

diplomatiyası ilə öz təsir dairəsinə salan Pənahəli xan cənub – qərbə doğru əraziləri – 

Tatev , Sisyan, Qafan, Mehrini də Qarabağa birləşdirdi. 

     

1751- ci ildə Qarabağ xarici müdaxilə ilə sarsıldı.  randan Məhəmmədhəsən xan 



Qacar Qarabağa hücum etdi. Qarabağı bu basqından qorumaq üçün Şəki hakimi də ciddi 

köməklik göstərdi.Məhəmmədhəsən xan Qarabağı tərk edən kimi xanlıq ərazisinə yeni 

bir işğalçı-Urmiya hakimi Fətəli xan Əfşar hücum etdi.1760- cı ildə Qarabağa daxil olan 

Ə

fşar  Şuşa  qalasını  mühasirəyə  aldı.  Pənahəli  xan  oğlunu  ( brahimxəlil  xanı)  girov 



verərək Şuşanı mühasirədən azad etdi. 

     


Bu  dövrdə  randa  hakimiyyət  uğrunda  mübarizəyə  qoşulan  Kərim  xan  Zənd 

Urmiya  xanı  Fətəli  xan  Əfşara  qarşı  ittifaq  təklif  etdi    və  Qarabağ  xanı  bu  təkliflə 

razılaşdı.  1763  –  cü  ildə  birləşmiş  qüvvələr  Urmiya  xanlığına  qarşı  uğurlu  hərbi 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə