23
Fatimə (s.ə) və onun gələcəyi haqqında həzrəti-Mühəmməd(s)-in söylədikləri.
Şeyx Səduq ibn Abbasdan eşitdiyi bir rəvayətdə Peyğəmbər(s)-in Əhli-beytinə yetişəcək
müsibətlər barədə irəlicədən xəbər verdiyini nəql edir. Aşağıdakı hissə də həmin rəvayətdən
götürülmüşdür:
«Qızım Fatimə(s.ə.) əzəli və əbədi olaraq iki dünyanın qadınlarının xanımıdır. O, mənim
cismimin bir parəsi, gözümün nuru, qəlbimin meyvəsi və vücudumda olan ruhumdur. O «Hövrau-
Unsiyyə»dir. Mehrabda Allah qarşısında ibadət etməyə başladığı vaxt nuru ulduz kimi səma
mələkləri üçün parlayar. Bu zaman Allah-təala mələklərinə buyurar:
«Ey mələklər, mənim qarşımda ibadət üçün dayanmış kənizlərimin sərvəri olan kənizimə tamaşa
edin. Görün, mənim qarşımda bədəni necə əsir. O, bütün varlığı ilə mənə ibadət edir. Sizi şahid
tuturam ki, onun işlərini cəhənnəm atəşindən amanda saxlayacağam. (Yaxud sizə şəhadət verirəm
ki, onun işlərini cəhənnəm atəşindən amanda saxlayacağam)».
Müəllif deyir ki, həzrəti-Mühəmməd(s) bu sözdən sonra buyurmuşdu: «Mən Fatimə(s.ə)-yə
baxanda yadıma məndən sonra ona üz verəcək müsibətlər düşür. Sanki qəm və kədərin onun
evinə necə varid olmasını, ona ediləcək hörmətsizliyi, haqqının əlindən alınmasını, öz irsinə
yetişə bilməməsini, qabırğasının sındırılmasını, boynunda olan və hələ dünyaya gəlməmiş uşağın
siqt olunmasını, onun «Ya Muhəmmədahu» çığırmağını elə indidən görurəm. O, bir cavab
eşitmir, lakin kömək istəyir. Heç kim də ona kömək etmir, həmişə məndən sonra hüznlü, qəmli və
gözü yaşlıdır, hərdən belə fikirləşir ki, vəhy evindən kəsilib, mənim ayrılığıma mübtəla olubdur.
Gecələr hövlank durur, ona görə ki gecə namazı vaxtı mənim «Quran» oxumağımı eşidərdi. İndi
isə eşitmir. Sonra atasının sağlığında necə əzizlənib, nəvaziş edildiyini xatırlayıb qəmli-qəmli,
için-için ağlayır. Bu zaman Allah-təala mələkləri onun munisi edər. Mələklər həzrəti-Məryəmlə
həmsöhbət olduqları tək onunla da elə həmsöhbət olarlar.
Ey Fatimə, Allah-təala səni seçdi və pak etdi. Səni bütün qadınların xanımı etdi. Ey Fatimə,
Alahına ibadət və səcdə et. Allah dərgahında rukuda olanlarla ruku elə.
Sonra elə bil görürəm ki, o, dərddən və qubardan xəstələnib, qulluğa ehtiyacı vardır. Tanrı İmran
qızı Məryəm(s.ə)-i ona baxmağa göndərər. Bu vaxt o, Allah-təala ilə belə dərdləşər: «İlahi,
həyatdan doyub yorulmuşam. Dünyapərəst insanların əlindən artıq cana gəlmişəm. Məni atama
qovuşdur».
Allah-təala da onu mənə yetirər. O, mənim Əhli-beytimdən qəmli, kədərli, haqqı qəsb olunmuş və
öldürülmüş halda mənə yetişəcək ilk şəxsdir. Bu vaxt Allaha yalvarıb deyərəm: «İlahi, ona zülm
edən şəxsləri öz rəhmətindən uzaq et. Onun haqqını qəsb edənləri cəzalandır. Onu
kədərləndirənləri xar elə. Qızımı hamilə ikən zərbə ilə vurub uşağını hələ dünyaya gəlməmiş
məhv edənləri isə əbədi olaraq cəhənnəm atəşinin sakini et.»
Bu zaman mələklər deyərlər: «Amin! İlahi, bu duanı müstəcab elə».
Həzrəti-Zəhra(s.ə)-nın ailə qurması.
1.Zəhra(s.ə)-nın mehriyyəsi
24
«Biharül-Ənvar»da Şeyx Səduqun «Əmali» kitabına istinadən belə bir hədis qeyd olunmuşdur:
İmam Sadiq(ə.s) belə söyləyir: «Rəsuli-əkrəm(s) Fatimə(s.ə)-ni həzrəti-Əli(ə.s)-yə ərə verdikdən
sonra bir gün onlara getdiyi zaman həzrəti-Zəhra(s.ə)-nı aglayan görüb buyurdu: «Niyə
ağlayırsan? Allaha and olsun ki, əgər mənim xanədanımda Əli(ə.s)-dən üstün bir şəxs olsaydı,
mən səni ona ərə verərdim. Fatimə! Mən səni ona ərə verməmişəm, əksinə, səni ona həyat yoldaşı
təyin etmişəm. Sənin mehriyyən üçün isə əbədi olaraq dünyanın beşdən biri verilibdir».
2.Zireh pulundan cehiz
Həzrəti-Əli(ə.s) cehiz hazırlanması barədə belə söyləyir:
Rəsuli-əkrəm(s) mənə dedi:
__Dur get, öz zirehini (döyüş paltarı)sat.
Gedib zirehimi satdım, pulunu isə gətirib Rəsuli-əkrəm(s)-in qarşısına qoydum. Peyğəmbər(s)
qədərini məndən soruşmadı və mən də bir söz demədim. Həzrəti-Mühəmməd(s) o puldan bir az
götürüb Bilal Həbəşiyə verdi və buyurdu:
__Bu pula Fatimə(s.ə) üçün gözəl bir ətir al.
Sonra həmin puldan bir az da Əbu Bəkrə verib aşağıdakıları almağa göndərdi.
Əbu Bəkr də onların dediyini aldı.
Aldıqları cehiz bunlardan ibarət idi:
1.bir dəst köynək,
2.bir ədəd yaylıq,
3.qara xeybəri qətfə (yaxud qara əba),
4.ortası xurma lifindən toxunmuş taxt (yaxud qatları xurma lifindən olan balış),
5.biri yun, digəri isə xurma lifindən hazırlanmış iki ədəd Misir yorğanı,
6.dörd ədəd Taif malı olan içi quru otla doldurulmuş, aşılanmış dəri mütəkkə,
7.nazik yun pərdə,
8.Həcər kəndində (Bəhreyn kəndlərindəndir) istehsal edilən bir ədəd həsir,
9.əl dəyirmanı,
10.bir ədəd mis teşt,
11.su gətirmək üçün səhəng,
12.bişmiş gil kasa,
25
13.suyu sərinləşdirən xüsusi məşk,
14.çöl tərəfi rənglənmiş bişmiş gil kuzə,
15. bişmiş gildən hazırlanmış yaşıl kuzə,
16. bir neçə ədəd bişmiş gil bardaq.
Bütün bunlar alınandan sonra Əbu Bəkr və yoldaşları əşyaları Rəsuli-əkrəm(s)-in yanına
gətirdilər. Peyğəmbər(s) onları əlinə götürüb o üzə, bu üzə çevirərək buyururdu:
«Allah-təala mübarək etsin».
3.Toy şənliyi və toy gecəsinin təyin olunması
Həzrəti-Əli (ə.s) buyurur: «Beləcə, bu əhvalatdan sonra Rəsuli-əkrəm(s) ilə hər gün məsciddə
namaz qılıb öz evimə qayıdırdım. Lakin evlənmək barədə onunla heç bir söhbət etmirdim. Bir ay
ötdükdən sonra Rəsuli-əkrəm(s)-in zövcələri mənə dedilər: «İstəyirsən, biz sənin Fatimə(s.ə) ilə
evlənməyin barədə Peyğəmbər(s)-lə söhbət edək».
Razılıq verdim. Onlar Rəsulullah(s)-ın hüzuruna getdilər. Ümmü Əymən dedi:
-Ey Allahın Rəsulu, elə bir iş üçün gəlmişik ki, əgər Xədicə(s.ə) sağ olsa idi, sevinərdi. Əli(ə.s)
istəyir ki, həyat yoldaşını evinə aparsın. Əli(ə.s) ilə görüşü münasibəti ilə bizə və Fatimə(s.ə)-yə
gözaydınlığı ver.
Rəsuli-əkrəm(s) buyurdu:
__ Bəs nə üçün Əli(ə.s) özü gəlib mənə demir? Biz gözləyirdik ki, o özü gəlsin.
__ Ey Allahın Rəsulu, səninlə bu barədə danışmağa həya edir.
Peyğəmbər(s) soruşdu:
__ İndi burada kim var?
Ümmü Sələmə Zeynəbin və bir neçə nəfərin adını sadaladı. Peyğəmbər(s) buyurdu:
__ Qızım və əmim oğlu üçün otaqlardan birini hazırlayın.
__ Hansını?
__ Öz otağımı.
Sonra həzrəti-Mühəmməd(s) qadınlara və zövcələrinə tapşırıq verdi ki, Fatimə(s.ə)-ni özunə layiq
bəzəsinlər.
Ümmü Sələmə deyir:
Həzrəti-Zəhra(s.ə) sonra bir şüşədə ətir gətirdi, ondan bir az da ovcuma tökdü. Elə gözəl qoxusu
vardı ki, həyatımda belə ətir görməmişdim. Dedim:
Dostları ilə paylaş: |