Microsoft Word Birja-Dissert docx



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə21/29
tarix20.09.2018
ölçüsü0,71 Mb.
#69449
1   ...   17   18   19   20   21   22   23   24   ...   29

64 

 

hesablanmağa  başlandığı  gün  göstərilmədikdə  onlar  vekselin  tərtib  edildiyi  gündən 



hesablanmalıdır. 

Köçürmə vekseli aşağıdakı ödəniş müddəti ilə verilə bilər: 

• təqdim edildiyi an;  

• təqdim edildikdən sonra müəyyən müddətdə; 

• tərtib edildikdən sonra dəqiq göstərilmiş vaxtda;  

• müəyyən gündə. 

Başqa  ödəniş  müddətləri  və  ya  bir  neçə  ardıcıl  ödəniş  müddəti  olan  köçürmə 

vekselləri etibarsızdır. 



Veksellərin  uçotu.

Veksellərin  uçotu  ödəniş  vaxtı  çatana  qədər  veksel  saxlayan 

tərəfindən  vekselin  uçot  təşkilatına  verilməsi  və  onun  müqabilində,  veksel 

məbləğindən  diskont  məbləği  çıxılmaqla,  qalan  məbləğin  alınmasıdır.  Azərbaycan 

Respublikasında  veksellərin  uçotu,  domisilyasiyası,  inkassoya  qəbul  edilməsi, 

veksellərin  ödənilməsi  üzrə  xidmətlərin  göstərilməsi  və  veksellər  üzrə  digər 

ə

məliyyatlar yalnız  qiymətli  kağızlar  bazarını  tənzimləyən  müvafiq icra hakimiyyəti 



orqanında qeydiyyatdan keçmiş uçot təşkilatları tərəfindən (kredit təşkilatları, veksel 

evləri  və  digər  ixtisaslaşdırılmış  maliyyə-investisiya  müəssisələri)  həyata  keçirilə 

bilər.  Veksellərin  yenidən  uçotu  vekselin  uçotunu  aparan  bankdan  uçota  aldığı 

veksellərin,  ödəniş  tarixindən  əvvəl  Milli  Bank  tərəfindən  vekselin  məbləğini 

diskontla  ödəməklə  alınmasıdır.  Veksellərin  uçotu  və  yenidən  uçotu  qaydaları 

qiymətli  kağızlar  bazarını  tənzimləyən  müvafiq  icra  hakimiyyəti  orqanının  və  Milli 

Bankın normativ hüquqi aktları ilə müəyyən edilir.  

Çatdırılan  məhsul  üçün  hesablaşmalarda  vekseldən  istifadə  edərək,  satıcılar 

faktiki  olaraq  alıcılara  mal  formasında  kredit  verirlər,  bu  da  dövriyyə  vasitələrinin 

hərəkət sürətinin artımına imkan yaradır. 

 

 

 




FƏSIL III. ÖLKƏDƏ ƏMTƏƏ BIRJALARININ 

TƏKMILLƏŞDIRILMƏSININ INKIŞAF ISTIQAMƏTLƏRI 

 

 



3.1. Azərbaycanda  birja ticarətinin müasir durumu və mövcud problemlə

Azərbaycan  əmtəə  birjalarının  yaranması  və  fəaliyyəti  XIX  əsrin  sonlarına 

təsadüf edir. Məhz bu dövdə Bakı şəhəri sürətli inkişaf edən sənaye və ticarət mərkəzi 

idi.  Azərbaycanda  əmtəə  birjasının  yaranma  tarixi  1886-cı  il  18  iyun  tarixi  hesab 

edilir.  Məhz  bu  gün,  123  il  bundan  əvvəl  birinci  Bakı  birjasının  (indiki  Respublika 

Ə

mtəə  Birjası)  nizamnaməsi  qəbul  olunub.Azərbaycanın  Asiya  ilə  Avropanın 



qovuşduğu  mövqeyində  uğurlu  yerləşməsi,  ölkədə  limanın  mövcud  olması  və  neft, 

ipək,  duz,  zəfəran,  xalça  və  digər  qiymətli  mallarla  ticarətin  inkişafı  burada  birja 

işinin irəliləməsi üçün önəmli rol oynayıb. Hətta Azərbaycanın sovetləşdirilməsindən 

sonra  da  Bakıda  birjanın  fəaliyyət  göstərməsi  məsələsi  işgüzar  dairələrdə  çox  fəal 

müzakirə edilib.28 mart 1922-ci il tarixində keçmiş Qafqaz bankının binasında Bakı 

birjasının  təntənəli  açılışı  birdə  keçirilib.  Birja  yeni  qismdə  xalq  təsərrüfatınin 

inkişafında böyük rol oynamalı idi. 

Bakı Birjasının əsasını birja cəmiyyəti təşkil edirdi, oraya yerli və xarici tacirlər 

daxil  idilər.  Sonra  cəmiyyət  üzvülərindən  Komitə  seçilib.  Komitənin  sədri,  müavini 

və  4  nəfər  üzv  və  namizəd  olub.  Komitə  birjanın  işinə  rəhbərlik  edirdi.  Müxtəlif 

illərdə  Birja  Komitəsi  üzvlüyünə  köhnə  Bakının  məhşur  işadamlarından  Mirzə  Şəfi 

oğlu  Əsədullayev,  Kərbəlayi  srafil  Hacıyev  və  başqaları  namizəd  olmuşlar. 

Sənayeçilər  və  müəssisələr  arasında  yaranan  mübahisələri  araşdırmaq  üçün  birja 

yanında münsiflər komissiyası fəaliyyət göstərirdi.  

Həmin  dövrdə  Bakı  birjası  özünün  spesifik  qanun  və  qaydaları  ilə  fəaliyyət 

göstərməklə  bir  növ  iqtisadi  həyatın,  siyasi  etirazların  və  ambisiyaların  barometri 

olmuşdur. Azərbaycan Sovet hakimiyyəti qurulduqdan sonra Bakı Birjası ləğv edildi. 

1990-cı  ilin  ortalarında  mövcud  olan  yenin  iqtisadi  şərait  Bakıda  yenidən  birja 

yaradılması vacibliyini meydana çıxardı. Məhz bu dövrdən başlayaraq Bakı Birjasının 



66 

 

adı dəyişdirilərək Respublika Əmtəə Birjası (RƏB) adlandırıldı. Respublikanın ən iri 



müəssisə və birlikləri birjanın təsisçiləri oldular. RƏB-in təsisçiləri sırasına “Azneft”, 

“Bakıelektrikməişətcihaz”,  “Xalq  üçün  mallar”  dövlət  konserni,  Dövlət  Təchizat 

Komitəsinin idarələri, Bakı şəhərinin ən iri neftayırma zavodları və s. müəssisələri aid 

etmək olar. Az bir vaxtda RƏB MDB ölkələrinin 100-ə qədər birjaları ilə işçi əlaqələri 

qurmuş,  80  broker  firmaları  RƏB-də  qeydiyyatdan  keçərək  öz  müştərilərinə  xidmət 

göstərir.  

1994-cü  ildə  may  ayının  25-də  “Azərbaycan  Respublikasının  əmtəə  birjası 

haqqında”  qanunu  qəbul  edilmişdir.  Bu  qanun  əmtəə  birjalarının  yaradılması  və 

fəaliyyəti,  birja  ticarəti,  əmtəə  birjalarında  fəaliyyətin  hüquqi  təminatları  üzrə 

münasibətləri 

tənzimləyir. 

“Azərbaycan 

Respublikasında 

xarici 


ticarətin 

sərbəstləşdirilməsi  haqqında”    Azərbaycan  Respublikasının  prezidentinin  5  aprel 

1994-cü  il  fərmanı  birja  fəaliyyətini  genişləndirmək  üçün  geniş  şərait  yaratmışdır. 

Birjanın  fəaliyyəti  dövründə  broker  firmalarının  səyi  nəticəsində  respublikaya  iri 

həcmdə  ağac,  metal,  kərpic,  maşın  mexanizmləri  və  ərzaq  malları  gətirilmişdir.  Bu 

dövr ərzində RƏB-də 329-dan çox müqavilə bağlanmışdır. Bu müqavilələrin ümumi 

məbləği 115350 manatdan çox olmuşdur.  

Respublika  Əmtəə  Birjasında  ticarətin  aparılmasının  ümumi  qaydaları 

aşağıdakılardan ibarətdir: 

1.

 

Birja  ticarətləri  Respublika  əmtəə  birjasının  yerləşdiyi  binada,  hər 

həftənin  cümə  günü  saat  14:  00  da  açıq  elan  edilir.Ticarət  günü  bayram  günlərinə 

düşən  hallarda  ticarətin  keçirilmə  vaxtı  Azərbaycan  Respublikasının  Nazirlər 

Kabinetinin  qərarı  əsasında  müvafiq  günə  keçirilir.  Belə  bir  qərar  olmadığı  halda 

Birja ticarəti bir təqvim günü əvvələ keçirilir. 



2.

 

Respublika  əmtəə  birjasında  birja  ticarətinin  təşkili  və  keçirilməsi 

qaydaları  birjada  ticarətin  hazırlanmasını  və  keçirilməsini  tənzim  edir,  bağlanmış 

birja  əqdlərinin  hazırlanmasını,  rəsmiləşdirilməsini,  həmçinin  bu  qaydaların 

pozulduğu  surətdə  ticarət  iştirakçılarına  qarşı  sanksiya  tədbirləri  görülməsi  və  s. 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə