onun keyfiyyətinin etibarlı olmasını göstərməklə yüksək
qiymətə satılmasına təminat verir. ndiyənə kimi London metal
birjasında dünyanın azı 65 ölkəsinin təxminən 400 metal
markaları dövlət qeydiyyatından keçmişdir.
London metal birjasında əlvan metallar üzrə
kommersiya əməliyyatları cəmi bircə səhifədə yerləşən standart
əqdlər üzrə aparılır.
Tərəfmüqavillərin sövdələşmə şərtlərindən asılı
olaraq birja əqdlərinin icrası üç aydan 27 aya kimi müddəti
əhatə edə bilər. Lakin məhsulların real göndərilməsi hər ayın 3-
cü həftəsi yerinə yetirilir və əmtəənin faktiki çəkisi anbar
şəhədətnaməsində göstərilmiş çəkidən bu və ya digər tərəfə
2%-dən artıq tərəddüd etməməlidir.
Təcrübədə hər bir kəs London metal birjası vasitəsilə
kommersiya əməliyyatlarını həyata keçirə bilər. Lakin bunun
üçün onlar həmin birjada üzvlük statusuna malik şirkətlərə və
yaxud xüsusi broker kontorlarına müraciət etməlidirlər. Həmin
vasitəçi qurumlar kənardan olan alıcı və ya satıcılara göstərdiyi
əlaqələndirici vasitəçi xidmətlərinə görə reallaşan kommersiya
əməliyyatının ilgisinin ümumi məbləğinin 0,16% ölçüsündə
komission alırlar.
London metal birjasında ticarət günü hər bir metal
üzrə səhər və axşam hərəsi 5 dəqiqədən olan alış-veriş aktı
kimi keçirilir. Lakin yalnız səhərki ikinci ticarət sesiyasında
«dairə»nin içində səslənən qiymətlər həmin birjanın rəsmi
məzənnəsi kimi götürülür. Həmin məlumatlar tezliklə bu və ya
digər metal üzrə beynəlxalq qiymətlər kimi qeyd olunurlar.
Bunun üçün əlvan metalların satışında ikinci səhər ticarət
sesiyası daha əhəmiyyətli hesab edilir.
Dünyanın ən böyük əlvan metallar birjasının biri də
hələ 1933-cü ildə müxtəlif profilli metallar, kauçuk və s.
birjalarının birləşdirilməsi nəticəsində yaranmış Nyu-Yorkun
Komeks əmtəə birjasıdır. Lakin zaman keçdikcə həmin birja
satdığı malların çeşidini daraltmaq məcburiyyətində qalmış və
nəticədə yalnız iki növ mis, cəmi alüminium, qızıl və gümüş
çeşidlərinə daxil olan məhsulları realizə etməklə məşğuldur.
Nəticədə «Komiteks» satdığı əlvan metalların məzənnəsini–
qiymətqoymasını da həyata keçirərək, beynəlxalq miqyasda öz
nüfuzunu nəzərə çarpan dərəcədə yüksəltməyə nail olmuşdur.
Azərbaycan Respublikasında bir sıra təbii sərvətlərin
hasilatı (çıxarılması) və emaledici sahələrinin inkişafı, neft-
kimya və qaz komplekslərinin genişləndirilməsi məqsədilə
maşınqayırma sənayesinin yeni vüsət alması burada neft, neft
məhsulları və qaz kondesatı (propan və s.) birjası – bazarının
yaradılması daha üstün və aktual məsələyə çevirir. Bununla
belə, Azərbaycanın gələcək taleyini neft və neft-kimya, eləcədə
onlarla əlaqədar bir sıra sənaye sahələrinin inkişafı ilə
bağlamazdan əvvəl, həmin sahələrin beynəlxalq bazarlarında
olan tələb, təklif və azad qiymətlərin xüsusiyyətləri və
dəyişmək meyllərini dərindən təhlil etmək gərəkdir. Bununla
yanaşı həmin sahələrin inkişafı variantları, istehsal, ekologiya
və s. riskləri köklü öyrənməli, inhisarçılıq meylləri və
korrupsiya amilləri də nəzərdən yayınmamalıdır. Onu unutmaq
lazım deyil ki, hələ XIX əsrin sonlarında yaranmış ilk Bakı
əmtəə birjasında neft və neft məhsullarının alış-verişi çoxluq
təşkil edirdi. Yalnız 1901-ci ildə Azərbaycanda 10 mln. tona
qədər neft çıxarılaraq, bütün dünyada hasil olan neftin yarısını
təşkil edirdi. Bu qədər neftin çıxarılması və emal edilməsi uzun
müddət dəyişməz olaraq qalmışdır. Neft və neft məhsullarının
qiymətləri isə nəqliyyat xərcləri ilə birlikdə durmadan
yüksəldiyi halda, neft hasilatı və emalı sahibkarları və satışına
daxili və xarici bazarda cəlb olunan vasitəçilərə sabit gəlir
gətirirdi
1
. Beynəlxalq bazarda isə neft və neft məhsullarına
1
15 ийун 1889-жу илдян башлайараг Бакыдан Батуми лиманына
дашынан нефт мящсулларына дямирйолу тарифляри Русийада о
заманкы пул ващиди цзря ики гяпик артырылараг, дашыма хяржи щяр
бир пуд нефтя 18,6 гяпик тяшкил етди. Бакыда ися бир пуд нефт
olan tələb, təklif və qiymətlər müxtəlif ölkələrdə daima elm,
texnika və texnologiya inkişaf etdikcə dəyişir, təkmilləşir və
yüksəlirdi. Lakin ikinci dünya müharibəsindən sonra və
ələlxüsus ərəb ölkələri və randa zəngin neft yataqları kəşf
edildikdən sonra neft və neft məhsulları bazarları Qərbdən
Şərqə yönəlmişdir. Belə ki, 1974-cü ildən etibarən
Amsterdamın müddətli əməliyyatlar birjasında dizel yanacağı
üzrə fyuçers əqdləri bağlanılmağa başladı. Məhz həmin
dövrdən başlayaraq Nyu-Yorkun pambıq və əmtəə birjalarında
tədricən neftin, bunker və dizel yanacaqlarının topdan ticarətini
mənimsəməyə başladılar. Hələ 1971-ci ildə Nyu-Yorkun
pambıq birjasında propan üzrə əqddlərin satışına qədəm
qoyuldu. Nəhayət rəqabət mübarizəsi, bazarların və satılan
məhsulların bölgüsü və təkrarən bölgüsü nəticəsində propanın
satışı həmin şəhərdə fəaliyyət göstərən əmtəə birjasına keçdi.
Onu da qeyd edək ki, bir çox ölkələrdə neft və neft
məhsullarını propan kimi birja məhsulları sırasına daxil etməyə
cəhdlər göstərmişdir. Ancaq Avropa ölkələri ilə yanaşı ABŞ-da
da bütün bu cəhdlər ciddi nəticə verməmişdir, çünki neft və
neft məhsulları bazarı dünyanın müxtəlif nöqtələrindəki siyasi,
iqtisadi, hərbi və digər dəyişikliklərə həddindən artıq
hissiyatlıdır. Hərbi dairələrdən nəşriyyata sızan məlumatlara
əsasən nisbi sülh şəraitində müxtəlif ölkələrin neft məhsulları
ehtiyatları orta hesabla iki il təşkil edir. Deməli, əksər dövlətlər
neft və neft məhsullarının ehtiyatlarını artırmağa yox, cari
tələbatı ödəmək məqsədilə alırlar. Bununla yanaşı, neft və neft
məhsulları bazarı Şell, Britiş Petrolium, Lukoil və b. kimi
nəhəng neft şirkətləri ilə neft və neft məhsulları ixrac edən
ölkələr arasında rəqabətin kəskinləşməsini labüd edir. Misal
жями 4 гяпийя баша эялирди, Авропа базарларында ися бир пуд аь
нефт 18,5 гяпийя сатылырды. Няглиййат хяржляринин артмасы нефт
магнатлары
тяряфиндян
пис
гаршыланырды
(Азярбайжан
Республикасы тарих архиви фонд 5, он.1, иш 29, с.66).
Dostları ilə paylaş: |