17
12 üzv ölkənin dövlət və ya hökumət başçıları 1991-ci ilin
sonlarında Hollandiyanın Maastrixt şəhərində toplanaraq siyasi və
iqtisadi birlik haqqında əhəmiyyətli qərar verdilər. Sözü gedən
Saziş 7 fevral 1992-ci ildə imzalandı və üzv ölkələrinin hamısının
təsdiq etməsi ilə qüvvəyə mindi. Maastrixt Sözləşməsi Avropa
Birliyinin vahid pul vahidinə keçməsini nəzərdə tutur. Valyuta
Birliyi Avropa Komissiyasının sədri Jak Delors tərəfindən 1989-cu
ildə hazırlanan bir planda nəzərdə tutulan məqsədlər üç mərhələdə
həyata keçəcəkdir.
Birinci mərhələ 1989-cu ilin iyun ayında başladı. Üzv
ölkələrin maliyyə və kredit siyasəti sahəsində əməkdaşlıq və
iqtisadi inkişaflarının bir-birinə yaxınlaşdırılmasını nəzərdə
tuturdu. Bundan başqa birlik daxilindəki kapital hərəkətlərinə qarşı
bütün məhdudiyyətlər aradan qaldırıldı.
kinci mərhələ 1994-cü ilin yanvar ayında Avropa Valyuta
nstitutunun qurulması ilə başlayır. Bu orqan gələcəkdə qurulacaq
bir Avropa Mərkəzi Bankının avanqardı olaraq nəzərdə
tutulmuşdur. Avropa Valyuta nstitutu üzv ölkələrin mərkəzi
banklarının sədrlərindən ibarətdir. Üzvlər arasında bütün pul
mövzularında əməkdaşlığı və mərkəz banklarının monetar
siyasətlərinin uyğunlaşdırılmasını təmin etmək qurumun əsas
vəzifələrindən biridir.
Sonrakı mərhələdə isə bu qurumun yerini Avropa Mərkəzi
Bankı alacaqdır. Avropa Mərkəzi Bankı üzv ölkələrin mərkəzi
bankları ilə birlikdə Avropa Mərkəzi Bankları Sistemini meydana
gətirəcəklər. Birliyin pul siyasətini hazırlamaq və idarə etmək üzv
ölkələrin valyuta ehtiyatlarını tutmaq və ödəmələr sisteminin
axsamadan işləməsini təmin etmək qurumun əsas vəzifələridir.
Daha sonra üzvlər makroiqtisadi siyasətlərini daha yüksək
səviyyədə bir-biri ilə uyğunlaşdıracaq. Uyğunlaşma mövzusunda
bəzi konkret göstəricilər var. Bunlar, məsələn inflyasiya hədlərinin
bu sahədə ən yaxşı vəziyyətdə olan ilk üç ölkənin ortalamasına
görə 1,5%-dən artıq olmaması, büdcə kəsirinin ümumi daxili
18
məhsulun 3%-ni, dövlət borclarının isə ÜDM-in 60%-ini
aşmamasıdır.
Avropa Valyuta Sistemi Avropa pul vahidi – «Avro»-ya
ə
saslanır. Avropa Birliyi ölkələrinin 1995-ci ilin sonlarında
Madriddə təşkil etdikləri Zirvə toplantısında Ekyü-nün adı Avro
olaraq dəyişdirildi.
Üçüncü mərhələyə keçid 1997-ci ildə başladı. Amma bu
mərhələ 1999-cu ildə tamamlandı. Bu son dövrdə üzv ölkələrin
milli valyutaları geri qayıtmayacaq şəkildə sabit kurslardan Ekyü-
yə bağlandı və tətbiq edildi. Tək valyuta sisteminin
formalaşdırılması, valyuta bazarına müdaxilə və açıq bazar
ə
məliyyatları kimi vəzifələri yerinə yetirmək üçün Avropa
Mərkəzi Bankı qurulmalı idi. Bu isə üzv ölkələrin pul təklifi, pul
siyasəti kimi mövzularda müstəqillik haqqlarından imtina etmələri
deməkdir. Bundan başqa üzv ölkələr büdcə siyasəti sahəsində də
tam bir sərbəstliyə malik olmayacaqdılar. Ortaq mərkəzi bank üzv
ölkələrin mərkəz bankları üstündə analoji şəkildə ABŞ-dakı
Federal Rezerv Bank rolunu oynayacaq.
Valyuta birliyi mövzusuna bütün üzv ölkələrin münasibətləri
eyni deyil. Məsələn, ngiltərə Avropa Birliyinin iqtisadi və valyuta
birliyi uğrundakı təşəbbüslərini müntəzəm olaraq əngəlləməyə
cəhd edib. Bunun müxtəlif səbəbləri var. Əvvəla, bu ölkə siyasi
suverenlik haqlarından imtina etməyib. Bundan başqa, ngiltərənin
sterlinqin milli pul olaraq istifadəsindən imtina etməməsi və
Avropa Birliyinin iş qaydalarına tabe olmaması da əsas səbəblər-
dən biridir.
Qeyd etmək lazımdır ki, üzv ölkələr arasındakı dil,
mədəniyyət və digər milli fərqlər valyuta birliyi sahəsində inkişafı
ləngidir.
Ş
übhəsiz, son zamanlar maliyyə bazarlarının tam
inteqrasiyası üçün əsas cəhət bir sıra Avropa ölkələrinin vahid
bazar yaratmağa can atmasıdır. «Avropa – 1992» qanunlar
paketinin bir hissəsinə uyğun olan liberallaşdırma tədbirlərinin
19
geniş dairəvi mal və xidmətlər ticarəti həcmini, o cümlədən kapital
axınını artırmışdır.
Bu qanunlar paketinin məqsədi – Avropa Birliyi üzv ölkələri
arasında kapitalın dövriyyəsinə qoyulmuş məhdudiyyətləri ləğv et-
mək, o cümlədən bu birlik daxilində maliyyə fəaliyyəti sahəsində
olan məhdudiyyətləri nəzərə çarpacaq dərəcədə azaltmaqdır. Lakin
xüsusi düzəliş bu üzv ölkələrə imkan verir ki, onlar maliyyə
bazarlarında və ya tədiyə balanslarında problemləri yarananda
kapital üzərində müvəqqəti nəzarət qoysunlar.
Kapitalın dövriyyəsinə, o cümlədən depozitlər və qiymətli
kağızlar ticarəti üzərindəki bütün məhdudiyyətlər 1990-cı ilin iyul
ayına qədər artıq ləğv edilmişdir. ndi Avropa Birliyi üzvü
ölkəsinin investoru istənilən ölkədə hesab aça və qiymətli kağızları
alıb və ya sata bilər. Avropa Birliyinə üzv olan ölkələrin
banklarına bu birliyin istənilən ölkəsində iş aparılmasına o vaxt
icazə veriləcək ki, onların öz ölkələrində fəaliyyət göstərməsi üçün
lisenziyası olsun. Kommersiya banklarına da həmçinin, qiymətli
kağızlarla əməliyyat aparmağa icazə veriləcək ki, bu da ABŞ üçün
ə
nənəvi olan bank investiyası fəaliyyətinin bir növüdür. Birlik
üzvü olmayan ölkələrin bankları üçün «Avropa – 1992» layihəsi
aşağıdakı qarşılıqlı prinsipi formalaşdırır: birlik üzvü olmayan
ölkələrin banklarına o halda birlik bazarlarına daxil olmağa icazə
verilir ki, həmin ölkələr birlik ölkələri banklarına yüksək
ə
lverişlilik rejimi təqdim etsinlər.
Bundan
başqa,
qiymətli
kağızlarla
ticarətin
liberallaşdırılması da planlaşdırılır. Məsələn ondadır ki, birlik
ölkələri birjalarını birləşdirmək yolu ilə qiymətli kağızların birgə
Avropa bazarını yaratmağa çalışırlar. Bu məsələ həll olunduqdan
sonra, misal üçün, Paris fond birjasında qeydiyyatdan keçmiş
ş
irkətlərin hamısının o biri birlik ölkələri birjalarında
qiymətləndirmə aparmaq və ticarət etmək ixtiyarı var – Frankfurt,
London, Milan və s. eyni qayda ilə bir ölkədə lisenziya almıq
qarşılıqlı fondlar öz fəaliyyətlərini bütün birlik ölkəsi üzrə apara
bilər.
Dostları ilə paylaş: |