198
DB əsasən Beynəlxalq Yenidənqurma və nkişaf Bankı və
Beynəlxalq
nkişaf Assosiasiyası vasitəsilə Azərbaycanın
nəqliyyat
(52,34%),
enerji/dağ-mədən
sənayesi
(2,31%),
səhiyyə/qidalanma/əhali (2,22%), kənd təsərrüfatı (5,74%), təhsil
(1,15%), maliyyə (0,57%), sosial inkişaf (1,22%), sosial müdafiə
(0,51%), urbanizasiya (7,58%), ətraf mühit (0,6%), su təsərrüfatı
(22,63%), dövlət sektorunda idarəetmə (1,44%), maliyyə/özəl
sektorun inkişafı (1,7%) sektorlarına investisiya yatırmışdır.
Azərbaycanda həyata keçirilməkdə olan 2006-2015-ci illər üzrə
Yoxsulluğun Azaldılması və Davamlı nkişaf üzrə yeni Dövlət
Proqramı (YAD DP), 2007-2010-cu illəri əhatə edən və YAD DP-
in məqsədlərini özündə birləşdirən Ölkə Tərəfdaşlıq Strategiyası
(ÖTS) çərçivəsində DB ilə əməkdaşlıq davam etdirilməkdədir.
ÖTS Azərbaycan Respublikası Hökuməti tərəfindən müəyyən
olunmuş ehtiyac və prioritetlərə əsaslanan partnyorluq planıdır. Bu
Strategiyada yüksələn struktur islahatları, dövlət sektorunun idarə
olunması və institusional potensialın gücləndirilməsi və daha geniş
dövlət zəmanətli investisiya proqramının dəqiqliklə prioritetləşdi-
rilməsi və səmərəli icrası əks olunmuşdur. ÖTS YAD DP-in məq-
sədlərini əks etdirir və aşağıda qeyd olunan dörd vacib prinsipə
ə
saslanır: (i) dövlət sektorunun idarə olunmasının keyfiyyət və şəf-
faflığının təkmilləşdirilməsi; (ii) qeyri-neft iqtisadiyyatının davam-
lı və tarazlaşdırılmış inkişafının dəstəklənməsi; (iii) sosial xidmət-
lərin keyfiyyətinin və onlara çıxış imkanlarının yaxşılaşdırılması;
(iv) ətraf mühitin idarə olunması və mühit dəyişikliklərinin inkişaf
etdirilməsi. Hazırda DB ilə 2011-2014-cü illəri əhatə edəcək yeni
Ölkə üzrə Tərəfdaşlıq Strategiyasının hazırlanması istiqamətində
müvafiq tədbirlər həyata keçirilməkdədir.
AMB DB ilə sıx əməkdaşlıq əlaqələrinə malikdir və eyni
zamanda DB-də Azərbaycan tərəfindən müdir AMB-nin sədridir.
Bu əməkdaşlıq çərçivəsində DB-nin Azərbaycan üzrə ölkə
Strategiyasında nəzərdə tutulmuş tədbirlərin və sosial-iqtisadi və
infrastruktur layihələrin həyata keçirilməsində əlaqələndirici rol
oynayır.
199
Eyni zamanda, DB-nın Azərbaycanda müxtəlif sahələrdə
həyata keçirdiyi layihələrlə yanaşı maliyyə sektorunda həyata
keçirilən islahatlara yardım göstərilməsi məqsədilə BVF və DB-
nin dəstəyi ilə AMB tərəfindən formalaşdırılmış və həyata
keçirilən “Maliyyə sektorunun inkişaf strategiyası”ndan irəli gələn
strateji məqsədlərə xidmət edən “Maliyyə sektoruna texniki
yardım” layihəsinin icrası müvəffəqiyyətlə reallaşdırılmışdır. Bu
layihə çərçivəsində ölkədə mütərəqqi texnologiya əsasında ödəniş
sistemlərinin inkişaf etdirilməsi, o cümlədən Xırda Ödənişlər üzrə
Hesablaşma Klirinq Sistemi, Kart Prosessinq Mərkəzi, Mərkəzləş-
dirilmiş Kredit Reyestri və s. mühüm layihələr həyata keçirilmiş-
dir. Layihənin əsas məqsədləri kimi a) hüquqi, tənzimləyici və nə-
zarət sisteminin təkmilləşdirilməsi, b) bank infrastrukturunun güc-
ləndirilməsi və c) bankların yenidənqurulması və diversifikasiya-
sına texniki yardım göstərilməsi müəyyən olunmuşdur. Layihə
bank sektorunda islahatların stimullaşdırılması və dəstəklən-
məsində əhəmiyyətli rol oynamaqla bank sisteminin həcminin,
habelə xidmətlərin miqyasının və keyfiyyətinin nəzərəçarpacaq
artımına gətirib çıxarmışdır. Layihənin Mərkəzi Bank komponenti
çərçivəsində müəyyən olunmuş fəaliyyət planına uyğun olaraq
aşağıdakı hədəflər üzrə əsaslı nəticələr əldə olunmuşdur:
• Xırda Ödənişlər üzrə Hesablaşma – Klirinq Sisteminin
(XÖHKS) yaradılması;
• “Millikart” Prosessinq Mərkəzinin yaradılması;
• Bank sisteminin mühasibat uçotunun beynəlxalq mühasibat
uçotu standartlarına (BMUS) tam keçidinin təmin olunması;
• Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) yaradılması;
• Kommunal Xidmət Haqları Ödənişi Sisteminin (KXHÖS)
yaradılması.
2002-ci ildən başlayaraq DB ilə fəal danışıqlar aparılmış və
nəhayət 24 may 2005-ci il tarixində Azərbaycan Respublikası ilə
Beynəlxalq nkişaf Assosiasiyası arasında dəyəri 8,4 milyon SDR
200
(12,25 milyon ABŞ dolları) məbləğində “ nkişaf krediti haqqında”
Saziş (Maliyyə xidmətlərinin inkişafı layihəsi) imzalanmışdır.
Layihə
“Azərpoçt”
Dövlət
Müəssisəsinin
mövcud
platformasından (şöbə və agentliklər, digər cari və potensial
imkanlar) istifadə etməklə Azərbaycanda maliyyə xidmətlərinin
inkişafına şərait yaratmağı, kənd yerlərində və kiçik şəhər
mərkəzlərində əhalinin bank-maliyyə xidmətlərinə sərbəst çıxışını
təmin etməyi və yerli poçt şöbələri vasitəsilə müştərilərə geniş
həcmli xidmətlər təklif etməyi nəzərdə tutur.
1.3. BEYNƏ LXALQ HESABLAŞ MALAR BANKI
Beynəlxalq Hesablaşmalar Bankı (BHB) beynəlxalq monetar
və maliyyə əməkdaşlığının inkişafını təmin edən və mərkəzi
banklara xidmət göstərən beynəlxalq təşkilatdır. BHB öz
mandatını yerinə yetirmək üçün mərkəzi banklar arasında və
beynəlxalq maliyyə sferasında müzakirələrin aparılması və
siyasətin təhlilinin təşviqi üzrə forum, iqtisadi və monetar
tədqiqatlar üzrə mərkəz, maliyyə köçürmələrində mərkəzi banklar
üçün ilkin tərəfdaş, beynəlxalq maliyyə əməliyyatlarında agent
kimi fəaliyyət göstərir.
Hazırda BHB dünyanın ən yaşlı beynəlxalq maliyyə
təşkilatıdır. BHB-nin müştəriləri əsasən mərkəzi banklar və
beynəlxalq təşkilatlardır və buna görə də BHB özəl fərdlərə və ya
hüquqi şəxslərə maliyyə xidmətləri göstərmir və onlardan depozit
qəbul etmir. BHB tərəfindən hər il təşkil edilən tədbirlərdə
mərkəzi banklar və nəzarət agentliklərindən 5000-dən çox
nümayəndə iştirak edir.
BHB tərəfindən təşkil edilən ən vacib görüş mərkəzi bank
Sədrləri və rəhbər işçilərinin müntəzəm görüşüdür. Bu görüş Bazel
şə
hərində 2 aydan bir təşkil edilir və məqsədi dünya iqtisadiyyatı,
maliyyə bazarları barədə müzakirələr aparmaq, mərkəzi bankların
fəaliyyəti ilə əlaqədar təcrübə mübadiləsi üçün imkan yaratmaqdan
Dostları ilə paylaş: |