262
AMBS-nin funksiyaları istənilən digər mərkəzi bankın
funksiyaları kimidir. Lakin bu funksiyalar bir dövlətə deyil, ölkələr
qrupuna tətbiq olunur. Onlar aşağıdakılardır:
• Avropa Birliyinin monetar siyasətinin müəyyənləşdiril-
məsi və həyata keçirilməsi;
• valyuta əməliyyatlarının idarəetməsi;
• AB-yə üzv ölkələrin rəsmi valyuta ehtiyatlarının
saxlanması və idarə edilməsi (bu halda valyuta ehtiyatlarının
müəyyən hissəsi
– «cari balanslar» – iştirakçı ölkə hökumətlərinin
sərəncamında qalır);
• ödəniş sisteminin normal fəaliyyətinin təmin edilməsi.
Bundan başqa, Avropa mərkəzi bankı (öz səlahiyyətləri
çərçivəsində) məsləhətçi funksiyaları yerinə yetirir, statistik
məlumatları toplayır və əsasən də beynəlxalq əməkdaşlıqda iştirak
edir, xüsusi halda, AB-ni beynəlxalq maliyyə təşkilatlarında təmsil
edir. Maraqlıdır ki, AMB-nin razılığı və istəyi ilə bu təşkilatların
işində milli mərkəzi banklar da iştirak edə bilər.
AMB-nin əsas funksional vəzifəsi Avropa Birliyinin vahid
monetar siyasətinin həyata keçirilməsidir. Bu vəzifə birlik ölkələ-
rində qiymətlərin stabilliyinin təmin edilməsinə istiqamətlənmiş-
dir. Avropa mərkəzi bankı inflyasiya məqsədi qismində «avro zo-
nası» üçün stehlak qiymətlərinin harmonizasiyalaşmış indeksin-
dən ( QH ) istifadə edir. Fərdi milli inflyasiya göstəriciləri «avro
zonasında» monetar siyasət üçün əhəmiyyət kəsb etmirlər. Məsələ
bundadır ki, AMB valyuta zonasındakı qiymətlərin orta inkişafına
yalnız bərabərləşdirilə bilir. QH hər il 2%-dən çox olmayaraq
arta bilir. Bununla da Avropa mərkəzi bankı QH zənbilindəki
məhsulların keyfiyyətinin yüksəlməsi səbəbindən qiymət artımının
qaçılmazlığını mümkün hesab edir və bununla da real qiymət
artımının yüksəlmə effektinə gətirib çıxarır.
Avropa Mərkəzi Bankı avro zonasında vahid monetar
siyasətinin tətbiqi üçün aşağıdakı vasitələrdən istifadə edir.
263
Birincisi, inflyasiya səviyyəsinə nəzarət ilə bağlı əsas pul
aqreqatları üçün məqsədyönlü cari qiymətlərin müəyyən olunması
nəzərdə tutulur.
kincisi, baza faiz dərəcələrinin, o cümlədən, onların bütün
avro zonası üzrə yayılması müəyyən olunur. AMB bütün avro
zonası ölkələri üçün vahid sayılan yenidən maliyyələşmə qiymətini
müəyyən edir. Faiz dərəcələrinin xarakteri və dəyişilməsi həcmi
onların həcmindən asılıdır.
Üçüncüsü, kommersiya bankları üçün, eləcə də, faiz
mükafatına nisbətdə minimal ehtiyat tələbləri müəyyən olunur.
Öhdəliklərin vahid siyahısı müəyyən edilmişdir və bunun üçün
normativ, həmçinin vəsaitlərin ehtiyatda saxlanması müddətinə
ə
məl edilməməsi üçün cərimə sanksiyaları tətbiq edilir. Bu
vəzifələrdən biri kimi minimal ehtiyat tələblərinin müəyyən
olunması AV
ölkələrində faiz dərəcələri bərabərləşdirilməlidir.
Dördüncüsü, daim fəaliyyətdə olan mexanizmlər adlanan
avro pul bazarında likvidliyin tənzimlənməsi üzrə qısamüddətli
ə
məliyyatların məcmusu müəyyən olunur. Onlar bütövlükdə
AMB-nin kredit və depozit mexanizmlərinə bölünür. Beləliklə,
depozit mexanizminə kredit institutlarının müvəqqəti əldə olan pul
vəsaitlərinin bir günlük AMB-nin depozitlərinə (overnight
depozitləri) yerləşdirilməsi aid edilir. Bu depozitlər üzrə müəyyən
olunan dərəcə (norma) avro bazarının birgünlük banklararası
kreditlərinin aşağı həddini təşkil edir və AMB faiz dərəcələri
sistemində minimal baza dərəcəsi hesab olunur. Analoji olaraq
kredit mexanizmlərinə Avrosistemin istənilən mərkəzi bankı
tərəfindən birgünlük kreditlərin verilməsi aid edilr. Müvafiq faiz
dərəcəsi birgünlük banklararası avro kreditləri bazar qiymətinin
yüksək həddini müəyyən edir.
AMB AV mərkəzi banklarına birgünlük kreditlərin
verilməsi formasını müstəqil seçmək hüququ vermişdir və girov
(lombard) kreditləri və birbaşa birgünlük repo sövdələşmələri
onların içərisində ən əsası hesab olunur.
264
Birgünlük kreditlər üzrə AMB tərəfindən müəyyən olunan
və iki kateqoriyaya bölünən aktivlər girov kimi istifadə edilə bilər.
Hər iki kateqoriyadan olan aktivlər üzrə kriteriyalar da həmçinin
AMB tərəfindən müəyyən olunmuşdur. Kredit institutu özünün
milli mərkəzi bankında yenidən maliyyələşmə kreditlərinin
alınması zamanı bu kateqoriyalardan birindən olan aktivləri AB
ə
razisində hər hansı depozitara yerləşdirir. AMB girov qoyulmuş
aktivlərin bazar qiymətindən asılı olaraq verilən kreditlərin
həcmini, eləcə də, qeyd olunan bazar qiymətinin dəyişdiyi halda,
ə
lavə ödəmələrə dair normativləri müəyyən etmişdir.
Beşincisi, açıq bazarda əməliyyatlar aparılır və bununla
AV -də, bir qayda olaraq, yalnız qiymətli kağızlar bazarında
aparılan əməliyyatlar deyil, mərkəzi bankların bazarda bərabər
hüquqlu kontragentlər kimi çıxış etdiyi hər hansı sövdələşmə
nəzərdə tutulur. Qeyd olunan əməliyyatlar arasında başlıca və
uzunmüddətli yenidən maliyyələşmə vasitəsi, o cümlədən,
ehtiyatla təşkil edilən və struktur əməliyyatlar daha çox əhəmiyyət
kəsb edir. Əsas yenidən maliyyələşmə vasitəsinə əsasən kedit
institutları arasında 14 gün müddətinə sabit faiz dərəcəsi üzrə
həftəlik auksionların keçirilməsi tələb edilir. Uzunmüddətli
yenidən maliyyələşmə vasitəsi əsas maliyyələşmə vasitəsi ilə
oxşardır, amma burada üçaylıq kreditlərlə aylıq auksion ticarətinin
təşkil olunması tələb olunur. O, avroya keçid etməzdən əvvəl,
təkrar hesaba alınan veksellər vasitəsilə bir sıra AV ölkələrində
qüvvədə olan uzunmüddətli yenidən maliyyələşmə formasını
dəyişdirmişdir. Hər iki yenidən maliyyələşmə vasitələri üzrə
auksionlar qeyri-mərkəzləşmiş şəkildə, yəni, Avrosistemin
mərkəzi bankları tərəfindən keçirilir, amma satışa qoyulmuş kredit
vəsaitlərinin ümumi həcmi AMB vasitəsilə təyin olunur. Ehtiyatla
təşkil edilən və struktur əməliyyatlar, AV bazarlarında likvidliyin
və faiz dərəcələrinin tənzimlənməsi üçün təcili müdaxilə lazım
olduqda, qısa müddət ərzində müntəzəm və tez-tez aparılır. Bura,
xüsusi olaraq, “sürətli” kredit və depozit tenderləri, valyuta
mübadilə svopları (yəni, hər hansı valyutanın alqı-satqısı üzrə spot
Dostları ilə paylaş: |