www.muselmanlar.com
1
İSLAMA ƏSASƏN SEKSUAL HƏYAT
Müəllif:
Ali Rza Dəmircan
Azərbaycan dilinə çevirib uyğunlaşdıran Fəqani Bəylərov
(fəlsəfə
doktoru: fəlsəfə və ilahiyyat elmləri)
II FƏSİL
CİNSİ HƏYAT İBADƏT HƏYATININ BİR
HİSSƏSİDİR
Ağıl və elm vasitəsilə öyrənilməyənləri də öyrədən Qurana
əsasən insan Allahın Ruhundan üfürdüyü torpaq mənşəli bir
varlıqdır.
1
Yer üzündə ibadət sınağından keçiriləcəyi üçün O, bütün
mənfilər kimi (fücur) bütün müsbətlərə (təqva) də təmayüllü və
qabiliyyətli yaradılmışdır.
2
Heyvanlarla ortaq olan cinsi həyatı onun torpaq xüsusiyyəti ilə
əlaqədar olub
fücura meylli cəhətidir. İslam əmr və qadağaları ilə
cinsi həyatı da ibadət halına gətirmişdir. Bununla da onun pis
cəhətini ruhi-mənəvi ucalığı üçün vasitəçi etmişdir. Onu bir növ
insanı Allahın rizasına (razılıq, məmnunluq) və Cənnətə aparan
əmələ çevirmişdir.
3
Deməli, cinsi həyat ibadət həyatının bir hissəsidir.
1
Baxın: Hicr surəsi, 26-29-cu ayələr.
2
Baxın: Şəms surəsi, 7-8-ci ayələr.
3
Baxın: Muminun surəsi, 1-11-ci ayələr.
www.muselmanlar.com
2
Cinsi həyat da Allaha ibadət vasitəsidir
“Ölüm gəlib sənə çatana qədər Rəbbinə ibadət et.”
(Hicr, 15/99)
Allah varlığını öz zatından əxz edən əzəli və əbədi Rəbbdir.
O, birdir. Bütün varlıqlar Ona möhtacdırlar. O, doğmamış,
doğulmamışdır. Tayı-bərabəri (oxşarı) da yoxdur. Bilən, eşidən və
görəndir.
Bütün varlıqları xəlq edən Odur.
O, həzrəti Adəmi xəlq etdi. Onu yaratdığı nəfsdən yoldaşını xəlq
etdi. Çoxalma qanununu qoydu. Həzrəti Adəm və yoldaşından kişi
və qadınları törətdi.
Uca Allah əbədi həyat təqdir edib yaratdığı insana əql və iradə
verdi. Ona öz iradəsindən istədiyi kimi istifadə etmək ixtiyarı verdi.
Sonra da onu ibadət sınağından keçirdi. Allaha bəndə olmağın
bönövrəsini də ibadət olaraq qoydu.
Ulu Allah ilk insan olan həzrəti Adəmə ilk peyğəmbərlik
tapşırığını verdi. Həzrəti Adəm və ondan sonrakı insanların
arasından seçib göndərdiyi hər bir peyğəmbərin vasitəsilə insanlara
əmr etdi ki, Ona ibadət etsinlər. Başa saldı ki, onlar ibadət etmək üçün
xəlq olunublar. Onlarıa ölüm gəlib çatana qədər ibadət etmək və
ibadətlərdə səbrli olmaq öhdəliyi yüklədi.
4
4
Baxın: Nəhl, 16/36; Zariyat, 51/56; Hicr, 15/99; Məryəm, 19/65. Yeri gəlmişkən, biz bu
fəsildə çalışacağıq ki, islami qayda və məqsədlərə müvafiq formada yaşanan cinsi həyatın
ibadətlərin bir hissəsi olduğunu xüsusi olaraq seçilmiş ayə və hədislərlə izah edək. Bununla
belə, qeyd etmək lazımdır ki, həmin xüsusi dəlillər olmasaydı belə, cinsi həyatı ibadətlərin bir
hissəsi kimi qiymətləndirmək mümkün olardı. Çünki görülməyi və görülməməyi birbaşa savab
və günah olmayan mübah işləri də Allahın razılığını nəzərə almaqla ibadətə çevirmək
www.muselmanlar.com
3
Allah ibadət edən bəndələrinə müjdə vedi: Onları əbədi səadətə
çatdıracağını bildirdi. İman gətirib Ona üz tutmayan, üz tutduğu
halda layiqincə ibadət etməyən bəndələrini isə Cəhənnəm əzabı ilə
qorxutdu.
5
O, əlbəttə ki, insanları yaratmağa, onları sınaqdan keçirməyə və
ibadət tapşırığı verməyə möhtac deyildi. Lakin istədi və xəlq etdi.
Xəlq etdi və onlara öhdəliklər yüklədi. O, məsul hesab edən, ancaq
məsul hesab edilməyən, dilədiyini edən Rəbdir.
6
Əsl məsələ bundan ibarətdir ki, insan ibadət etmək üçün
yaradıldı. Ona belə bir öhdəlik yükləndi. Əbədi xoşbəxliyi də bundan
asılı hesab edildi.
mümkündür. Müfəssir-alim M. Əli Sabuni Safvətu-t-təfasir adlı əsərində (Beyyinə surəsinin
təfsirinin axırıncı hissəsi, 3/579) bu məsələni belə izah edir:
“İslam alimləri əməlləri 3 yerə ayırırlar:
A) Namaz qılmaq, oruc tutmaq və zəkat vermək kimi əmr edilən əməllər. Bunları ixlasla,
yəni, Allahın razılığına nail olmaq məqsədi ilə yerinə yetirmək lazımdır. Əgər bu əməllər həyata
keçirildiyi vaxt Allahın rizasının xaricində bir məqsəd güdülsə, riyakarlıq olar (Riyakarlıq isə
insanı günahkar hala salır).
B) İçki içmək, zina etmək və faiz yemək kimi haram edilən əməllər. Allahın razılığını
qazanmaq məqsədilə bu əməllərdən uzaq duran insan savab qazanır. Həmin əməllərdən Onun
razılığını nəzərə almadan çəkinən insan isə ancaq məsuliyyətdən yaxa qurtarmış olur.
C) Yemək, içmək və cinsi əlaqədə olmaq və bu kimi əməllər, eləcə də, görülülb
görülməməyi insanın öz seçiminə həvalə edilmiş mübah əməllər. Əgər insan bu işləri Allahın
rizasını nəzərə almaqla görürsə, savab qazanır. Əgər Onun rizasını qazanmaq məqsədi ilə
görmürsə, savab qazana bilmir. Yaxşı bilmək lazımdır ki, ibadət üçün güc-qüvvə toplamaq
məqsədilə yemək-içmək və seksual qadağalardan uzaq durmaq üçün həyat yoldaşı ilə cinsi
əlaqədə olmaq kimi, Allahın razılığına çatmaqdan ötrü görülən bütün mübah işlər də ibadət
hesab olunur.”
5
Baxın: Muminun surəsi, 60-cı ayə.
6
Baxın: Ənbiya surəsi, ayə 23; Buruc surəsi, ayə 16.
www.muselmanlar.com
4
İbadət nədir?
İbadət Allah və Onun elçisi həzrəti Muhəmmədin (əs) buyuruq
və qadağalarına itaət etmək deməkdir.
7
Allahın qanunlarına tabe olub ibadət etmək
Dini cəhətdən cavabdeh olan mömin bir insan tərəfindən
bilinməli və həyata keçirilməli olan ilk tapşırıq ibadət etməkdir.
İbadət etməli olan insan ibadəti nə cür edəcəyini bilmədiyi üçün
bu, ona öyrədilib.
Qiyamətə qədər davam edəcək Muhəmməd dövrü insanlığı üçün
ibadətin əsas yolu Allahın Qurani-Kərimdə bildirdiyi əmr və
qadağalara boyun əymək, yəni, tabe olmaqdır.
Qurani-Kərim Allahın kitabıdır. Uca Allah onu söz və məna
formasında Cibril (Cəbrayıl) adlı mələyin vasitəsilə həzrəti
Muhəmmədə (əs) 23 illik bir müddət ərzində hissə-hissə və vəhy yolu
ilə nazil etdi.
Misallar:
A) Namaz qılmaq, oruc tutmaq, zəkat vermək və sairə ibadətdir.
Çünki bunların hamısı Allah tərəfindən Qurani-Kərimdə əmr olunub.
Elə isə Onun əmrlərinə tabe olmaq ibadət deməkdir.
B) Allahın qanunları ilə ziddiyyət təşkil edən qayda-qanunu
düzgün hesab etmək, içki içmək, qumar oynamaq və faiz alıb vermək
kimi haramlardan uzaq durmaq da ibadətdir. Çünki Allah bunları
Qurani-Kərimdə qadağan edib. Onun qadağalarına tabe olmaq, başqa
sözlə desək, onlardan çəkinib uzaqlaşmaq ibadətdir.
7
Bəqərə, 2/21; Hicr, 15/99; Nisa, 4/80.
www.muselmanlar.com
5
Allahın elçisinin – peyğəmbərin əmr və qadağalarına tabe
olmaqla ibadət etmək
İbadətə layiq olan yeganə nüfuz sahibi ilah ancaq və ancaq Uca
Allahdır. Buna görə də Ona ancaq və ancaq Onun özünün əmr və
haramlarına itaət etməklə ibadət etmək olar. Eyni zamanda Allah
axırıncı və cahanşümul peyğəmbər olan həzrəti Muhəmmədə (əs)
itaət etməyi də məhz Özünə (Allaha) itaət hesab edir. Deməli,
peyğəmbərin (əs) buyuruq və qadağalarına riayət etmək də ibadət
deməkdir.
8
Misallar:
A) Sünnət olmaq, ilahi qanunların hökm dairəsinə daxil olmayan
məsələlərdə məsləhət və məşvərət etmək, geyim-kecim, yaşayış və
idarəetmə formasında batil din və ideologiyaların mənsublarına
müxalif olmaq, intiqam almağa imkanı olduğu halda, bağışlamaq...
Bütün bunlar ibadət deməkdir. Çünki bunlarla əlaqədar öyüd-
nəsihət verən Allahın elçisi həzrəti Muhəmməddir (əs).
B) Allaha üsyan edib insanlara itaət etmək, müqəddəs hesab
etmək məqsədilə insanların qabağında yerə döşənmək, gözəlləşmək
üçün qaş aldırmaq, dişləri nazikləşdirmək, saqqal və bığı dibindən
qırx(dır)maq və oxşar əməllərdən çəkinmək (uzaq olmaq) ibadətdir.
Çünki bunları peyğəmbər (əs) qadağan edib. Onun qadağalarından
uzaq olmaq isə yuxarıda da qeyd etdiyimiz kimi, ibadətdir. Əslində
peyğəmbərin (əs) bütün əmr və qadağaları Quranı izah etdiyi üçün
ona tabe olmaq Allaha itaət etmək deməkdir.
Xülasə, ata-anaya qarşı cavabdehliklərdən tutmuş beynəlxalq
hüquqa qədər, istehsal və istehlakdan miras və cəzalara qədər, yeyib-
8
Baxın: Nisa surəsi, ayə 80.
www.muselmanlar.com
6
içməkdən tutmuş ayaqyoluna girib çıxmağadək Allah və
peyğəmbərinin (əs) buyuruq və qadağalarına tabe olmaq ibadətdir.
Məhz buna görə hər bir vaxt ibadət vaxtı, hər bir yer də ibadət
yeridir. Hər bir söz, hərəkət və rəftar da ya ibadətdir, ya da ondan
kənarda qalan bir əməldir.
İndi isə gəlin, ümumi olaraq təhlil etdiyimiz bu məsələyə əsl
mövzumuzdan – cinsi həyatdan misallar verək və cinsi həyatın
əslində ibadətin bir hissəsi olduğunu izah etməyə çalışaq.
Seksual münasibətləri mühafizə etmək və ondan istifadə ibadət
deməkdir
Hər bir məxluqun xilqət (yaradılış) qanunlarını qoyan və təbii
öhdəliklərini müəyyən edən məhz Allahdır.
Allahın qoyduğu yaradılış qanun və öhdəliklərini mühafizə
etmək, yəni, onlara tabe olmaq onun əmri olduğuna görə ibadətdir.
9
İnsanlarda cinsiyyət üzvlərini, o cümlədən doyurulmalı və
ödənməli olan seksual istəkləri yaradan və onlara çoxalma öhdəliyini
yükləyən Allahdır. Onun xəlq etdiyi cinsi münasibətlərə hörmət edib
qoyduğu
qanunlar
çərçivəsində
evlilik
vasitəsilə
cinsiyyət
üzvlərindən istifadə etmək və çoxalmaq Allahın yaradılış prinsipi və
buyuruqlarını qoruyub saxlamaq deməkdir. Bu səbəbdən də xalis
ibadətdir.
Bunun xaricində bir fikrə düşmək və bu qəbildən bir iş görmək
isə yaradılış nizam-intizamını dəyişdirmək deməkdir. Təbii ki, bu,
Allaha üsyan xarakteri daşıyır.
Muhəmməd peyğəmbər (əs) məhz bu üsyanın qarşısını almaq
məqsədilə seksual həyatdan uzaqlaşmağı qadağan etmişdir:
9
Baxın: Taha surəsi, ayə 50; Rum surəsi, ayə 30.
www.muselmanlar.com
7
“İslamda
(evlənməmək və evlilikdə) seksual həyatdan kənar olmaq
yoxdur.”
“Şübhəsiz ki, Allah bizdən ötrü
(cinsi həyatdan çəkilmək olan)
rahibliyi evliliyi əhatə edən və asanlıqla dolu olan İslam şəriəti ilə
dəyişdirdi.”
10
Cinsi həyata ailə qurmaqla başlamaq və onu davam etdirmək
ibadətdir
Allahın və peyğəmbərinin buyuruqlarını yerinə yetirib evlənmək
və beləliklə, cinsi həyata başlamaq ibadətdir.
Halal olan və haramdan uzaq saxlanan seksual ehtiyac və
istəkləri ibadət şüuru daxilində Allah və peyğəmbərinin əmr etdiyi
evlilik vasitəsilə ödəmək, beləcə, rahatlığa çatmaq da ibadətdir.
Evlənib ailə qurmaq Allahın istəyi, Onun elçisinin həyata
keçirdiyi bir əməldir. Çünki bizə tətbiq olunan ibadət sınağına əsasən
cavabdeh olduğumuz dini məsələlərin böyük bir hissəsi (misal üçün,
qohumluq, dolanışıq xərclərinin təmin edilməsi, miras və boşanma)
ailə üzərində qurulub.
Evlilik sadəcə olaraq cinsi həyatla formalaşdırıla bilir. Məsələyə
bu baxımdan yanaşdıqda məlum olur ki, halal seksual münasibətlər
də ibadətdir.
10
Kəşfu-l-xəfa, hədis nömrəsi 3154; İbn Macə, Nikah, 1 (hədis nömrəsi 1843); Camiu-s-səğir,
2/189; Əbu Davud, Mənasik, 3. Ruhbaniyyət (rahiblik) sözü dünya işləri və nemətlərindən üz
döndərmək mənası versə də, bu hədislərin orijinal mətnlərində seksual həyatdan uzaqlaşmaq
mənasında işlədilib. Baxın: Kamil Miras, Təcrid, 1-ci nəşr, 6/255; Məcməu-z-zəvaid, 4/252; Haqq
dini, Quran dili, 6/3904.
www.muselmanlar.com
8
Cinsi haramlardan uzaq durmaq da ibadətdir
Seksual haramlar da daxil olmaqla Allah və peyğəmbərinin (əs)
bütün qadağalarından çəkinmək ibadətdir. Uzaq durulmalı olan ilahi
qadağalardan biri zinadır.
Allah buyurur ki, zinaya yaxın durmayın.
11
Quranın Furqan surəsinin 68-69-cu ayələrində isə belə deyilir:
“(Mərhəməti bütün məxluqatı əhatə edən Allahın sevimli
bəndələri) Allahla yanaşı, başqa birini tanrı kimi görüb ona ibadət
etməzlər. Ölümə layiq olanlardan başqa Allahın haram etdiyi cana
dəyib toxunmazlar. Zina da etməzlər. Kim bu əməlləri etsə, cəzasını
çəkər. Qiyamət günü onun əzabı qatbaqat olar. Həmin ürpərdici
əzabın içində xor və biabırçı bir halda əbədi olaraq qalar.”
Zina etməyə imkanı olduğu halda Allahın əzabından qorxaraq və
Onun razılığını qazanmaq məqsədilə bu günahdan uzaq durmaq elə
böyük bir ibadətdir ki, bu dünyada möcüzəvi hadisələrə də səbəb
olur. Yəni, bu əməl o dərəcədə ülvi bir əməldir.
Zina günahından uzaq qalmaq möcüzəvi hadisələrin baş
verməyinə səbəb ola bilər
Abdulla ibn Ömər (ra) nəql edir:
Bir gün Allahın rəsulu bizə belə bir əhvalat danışdı:
“Günlərin bir günü sizdən əvvəlki cəmiyyətlərdən birinin
nümayəndəsi olan 3 nəfər yola çıxırlar. Bir qədər yol getdikdən sonra
hava qaralır və onlar gecələmək üçün bir mağaraya girirlər.
Elə olur ki, dağdan qopub düşən böyük bir daş parçası mağarının
girəcəyini tutur. Vəziyyəti belə gördükdə öz aralarında danışıb
11
İsra, 17/32.
www.muselmanlar.com
9
deyirlər ki, bizi bu çətinlikdən ancaq və ancaq öz gözəl əməllərimiz
xilas edə bilər. Daha doğrusu, Allaha dua edib kömək diləsək, bəlkə,
yaxşı əməllərimizin xətrinə buradan xilas olarıq.
Həmin şəxslərdən biri dedi ki, Allahım, mən ata-anama qarşı o
qədər xoş rəftar edirdim ki, az qalırdı uşaqlarımı yaddan çıxardam.
O bir şəxs isə öz sərəncamında işlətdiyi adamın haqq-hüququna
çox rəayət etdiyini deyib Allaha dua etdi. Allahdan mağaranın
qapısının açılmağını dilədi.
Beləcə, bu səmimi duaların sayəsində daş yerindən bir az
tərpəndi. Amma mağaradan çıxmaq hələ mümkün deyildi.
Üçüncü şəxs isə belə bir hadisəni danışıb Allaha dua etdi:
- Ya Rəbbi! Mənim əmimin bir qızı var idi. Mən onu çox istəyirdim. Bir
gün istədim ki, onunla cinsi əlaqədə olum. Amma bu, mənə qismət olmadı.
Bunun üstündən illər keçdi. Bir gün qıtlıq baş verdi. Əmimin qızı çətinliyə
düşdüyü üçün məndən kömək istəməyə gəldi. Ona dedim ki, əgər mənimlə
cinsi əlaqəyə razı olsan, sənə 120 qızıl verərəm. O da bunu qəbul edib
paltarlarını çıxartdı. Bu dəm mən öz yerimi tutdum. Ona tamamən
toxunacaqdım ki, mənə belə dedi:
“Allahdan qorx! Arada kəbin olmadan yaxınlıq edib) bakirəliyi
pozmaq sənə halal deyil!”
Mən isə onu çox sevdiyim və istədiyim halda, günaha batmamaq üçün
kənara çəkildim. Verdiyim qızıllar da onda qaldı (mən belə istədim).
Allahım! Əgər mən bu əməli sənin razılığına nail olmaq məqsədilə
etmişəmsə, bizi hal-hazırda düşdüyümüz bu dar vəziyyətdən xilas et.
www.muselmanlar.com
10
Bu duadan sonra mağaranın ağzındakı qaya yerindən tamamilə
oynadı. Onlar da oradan çıxıb yollarına davam etdilər.”
12
Zina günahından uzaq durmaq insanı Allah tərəfindən verilən
əmin-amanlığa aparır
Yuxarıda qeyd etdik ki, başda zina olmaqla özünü seksual
qadağalardan qorumaq möcüzəvi hadisələrə səbəb ola bilər. Yeri
gəlmişkən, deyək ki, bu, insanı eyni zamanda Allah tərəfindən bəxş
edilmiş bir əmin-amanlığa da çatdırır. Muhəmməd peyğəmbər (əs)
bunu aşağıdakı kimi izah etmişdir:
“Başqa bir kölgənin olmadığı Qiyamət günündə Allah Təala,
yeddi dəstə insanı öz kölgəsində saxlayacaq:
- Ədalətli dövlət başçısı (və idarəçi);
- Allaha ibadət edərək böyüyüb boya-başa çatan cavan;
- Ürəyi məscidlərə bağlı müsəlman (məscidlərdə cəm halda
ibadətləri çox sevən) şəxs;
- Bir-birlərini Allah üçün sevən və bu sevgiyə əsasən görüşən və
ayrılan iki mömin insan;
- Sağ əlinin verdiyini sol əlinin bilməyəcəyi qədər gizli sədəqə
verən kimsə;
- Tək başına olduğu vaxt Allahı xatırlayıb göz yaşı tökən adam;
- Gözəl və ictimai mövqeyə malik olan bir qadının birlikdə olmaq
istəyinə: “Mən Allahdan qorxuram”, - deyə, müsbət cavab verməyən
adam.”
13
12
Buxari, İcarə, 12; Riyazu-s-salihin, İxlas babı, hədis nömrəsi 12. Burada hədis yığcam
formada qeyd edilib. Yeri gəlmişkən, dua və təbiət hadisələrinin arasındakı əlaqə üçün Nuh
surəsinin 10-12-ci ayələrinə baxın.
www.muselmanlar.com
11
Seksual qadağalara rəayət edən mömin Allahın məhəbbətinə
nail olur və bu rəftarı onu Cənnətə aparır
Mömini Qiyamət gününün dəhşətli qorxularından, o cümlədən
insanın iliklərinə qədər işləyən əzab-əziyyətdən qoruyan əməllər
şübhəsiz ki, onun Cənnətə girməyinə də səbəb olacaq.
Həqiqətən də, Allah nicat tapan və Firdovs cənnətlərinə girməyə
layiq olan bəndələrini bu cür təsvir edir:
- Sidq-ürəkdən namaz qılan;
- Zəkat vermək üçün işləyən, əlləşib-vuruşan;
- Mənasız söz və işlərdən çəkinən;
- Verdiyi sözü yerinə yetirən, sözünə bütöv və əhdinə vəfalı olan
bəndələr.
Bununla yanaşı, Allah həmin bəndələrin cinsi haramlardan uzaq
durduqlarını da bildirir:
“Möminlər, həqiqətən də, nicat tapmışlar;
(Onlar) o kəslərdir ki, namazlarında mütidirlər,
o kəslərdir ki, sözbazlıqdan və boş işdən qaçırlar,
o kəslərdir ki, zəkat verirlər (zəkat vermək imkanına malik
olmaq üçün çaışırlar),
o kəslərdir ki, öz cinsi orqanlarını (həmişə) qoruyurlar,
13
Ət-Tac, 5/76; Buxari, 8/20.
www.muselmanlar.com
12
azad zövcələri və sahib olduqları cariyələr (kəbinli əsir
arvadları) istisnadır (onlarla ancaq cinsiyyət üzvündən əlaqədə
olurlar). Onlar (buna görə heç) qınanmazlar.
Bundan artığına (zina və homoseksuallıq kimi haram
münasibətlərə) can atanlar isə (üsyankar və) həddi aşanlardır.
O (mömin) kəslər ki, onlara verilən tapşırığı və verdikləri sözü
yerinə yetirirlər.
O kəslər ki, namazlarını müntəzəm olaraq qılırlar.
Məhz onlardır varis olanlar!
Firdovs cənnətinə varis olanlar, orada əbədi qalanlar!”
14
Evlilik həyatındakı seksual haramlardan uzaq durmaq da
insanı Allahın məhəbbətinə layiq hala gətirir
Uca Allah və Onun peyğəmbəri tərəfindən qoyulan və cinsi
münasibətlərlə əlaqədar olan haramlardan uzaq durmaq da ibadətdir.
Bu hal da insanın Allahın razılığına nail olmağına zəmin yaradır.
Allah qadının aybaşı halında cinsi əlaqədə olmağı, eləcə də, həyat
yoldaşına tərs yoldan yaxınlaşmağı qadağan edib. O, bu iki əməldən
uzaq olan bəndələrini sevdiyini belə bildirir:
“Həqiqətən Allah (hər ay təmizləndikləri vaxt qadınlarına)
qayıdanları, (ancaq təmizlik vaxtı əlaqədə olanları) sevər. O, yaxşı-
yaxşı təmizlənənləri (aybaşı halında qabaq və arxa orqandan cinsi
əlaqədə olmaqdan çəkinənləri də) sevər.”
15
14
Muminun, 23/1-11.
15
Bəqərə, 2/222. Mötərizədə bildirilən fikirlər barədə ətraflı məlumat almaq üçün “Aybaşı
və zahılıq halında cinsi əlaqədə olmaq” fəslindəki şərhlərə baxın.
www.muselmanlar.com
13
Həyat yoldaşı ilə cinsi əlaqədə olmaq da ibadətdir
Buraya qədər verdiyimiz məlumatlar göstərir ki, Allahın haram
etdiyi şeylərdən uzaq durmaq fərzdir.
Fərzləri həyata keçirmək üçün görülən işlər də fərzdir. Bundan
ötrü də seksual xarakterli haramlardan qorunmağımıza kömək edən
işlər görmək lazımdır. Fərz əməlləri yerinə yetirmək Allaha itaət
etmək deməkdir. Bu, ibadətdir. Aşağıdakı hədis bu məsələni ətraflı
izah edir:
Həyat yoldaşı ilə cinsi əlaqədə olmağa savab yazılır
Səhabələrdən Əbu Zər (ra) nəql edir:
Bir gün peyğəmbər bizə belə dedi:
- “Sübhanallah” formasındakı hər bir təsbehdə, “əlhəmdulillah”
sözündəki hər bir həmddə, “Allahu əkbər” ifadəsindəki hər bir
təkbirdə və “la ilahə illəllah” cümləsindəki hər bir təhlildə, o
cümlədən hər bir Haqqa çağırışda və kimi isə pis bir işdən
uzaqlqşdırmaqda xeyir savabı var.
(Digər tərəfdən) sizin aranızdan bir nəfərin həyat yoldaşı ilə cinsi
əlaqədə olmağında da sədəqə savabı var.”
Bu sözləri eşidən səhabələr təəccüb və maraqla soruşdular:
“Ey Allahın elçisi! Məgər seksual istəkləri ödəməklə savab
qazanmaq olar?”
Peyğəmbər buna belə cavab verdi:
www.muselmanlar.com
14
“Təbii ki, buna da savab verilir. Bəs sizin aranızdan bir nəfər zina
etsəydi, günaha batmayacaqdı? Buna nə deyirsiniz? Elə isə bilin ki, öz arvadı
ilə cinsi əlaqədə olduğu vaxt da ona savab yazılır.”
16
Başqa bir hədisdə isə belə deyilir:
“Allah kişinin arvadı ilə cinsi əlaqədə olmağından məmnun olur. Onlara
bu səbəbdən savab verir və onlar üçün halal ruzi yaradır.”
Övlad sahibi olmaq üçün cinsi əlaqədə olmağa da savab yazılır
Allah ilk insanı torpaqdan yaradıb. Onun çoxalmağını diləyib.
Onu elə yaradıb ki, nəslinin çoxalmağı cinsi əlaqədə olmaqdan
asılıdır. Dua edən bir övladı olmaq məqsədilə həyat yoldaşı ilə cinsi
əlaqədə olmaq Allahın ehsanını (yaxşılıq) istəmək deməkdir. Bu
ehsana məhz Onun məqbul hesab etdiyi yolla nail olmağa çalışmaq
da Allahın razılığını qazanmaq deməkdir. Buna əsasən uşaq sahibi
olmaq məqsədi ilə cinsi əlaqəyə girmək də ibadət hesab olunur.
Aşağıdakı hədis bu məsələni çox yaxşı izah edir:
Əbu Zər (ra) nəql edir:
Bir gün Muhəmməd peyğəmbər (əs) bizə belə öyüd-nəsihət verdi:
- İnsan günəşin çıxdığı hər gün öz nəfsi üçün sədəqə verməlidir.
Mən bunu eşidən kimi dedim:
“Ya rəsulallah, axı bizim malımız-pulumuz yoxdur. Mən onu
haradan ala bilərəm ki, sədəqə verim?”
Mənə belə cavab verdi:
16
Müslim, Zəkat, 53; Mişkatu-l-məsabih, hədis nömrəsi 1898; Müsnəd, 5/167-168.
www.muselmanlar.com
15
“(Sədəqə qapıları çoxdur. İndi sənə sadalayacaqlarım) həmin
qapılardandır.
Sübhanallah, əlhəmdulillah, Allahu əkbər, la ilahə illəllah, əstəğfirullah
(bütün bu zikrlərin hamısı sədəqə deməkdir).
İnsanları Haqqa dəvət edərsən, onları din, elm və yetkin ağlın qəbul
etmədiyi şeylərdən uzaqlaşdırarsan, insanların keçdikləri yollardan tikan,
sümük və daşları təmizləyərsən, kor olana yol göstərərsən, lal və karlara bir
şeyi onların başa düşəcəkləri qaydada başa salarsan, başının çıxdığı işdə
səndən kömək istəyənə vasitəçilik və kömək edərsən, kömək istəyən aciz və
zəifə var qüvvənlə kömək edərsən.
Budur, bunların hamısı sənin öz nəfsin üçün aça biləcəyin sədəqə
qapılarındandır.
Əlavə olaraq, xanımınla cinsi əlaqədə olmağına da savab yazılır.”
Mən özümü saxlaya bilməyib soruşdum:
“Ya rəsulallah! Mən öz şəhvani hislərimi cinsi əlaqə vasitəsilə
doyururam deyə, necə ola bilər ki, mənə savab yazısın?”
Peyğəmbər (əs) bu sualıma belə cavab verdi:
“Ey Əbu Zər! De görüm, sənin bir uşağın olsaydı, böyüyüb-boşa
çatdıqdan sonra (əsl bəhrə verməyə başladığı vaxtda) ölsəydi, onun ölümünə
görə sənə savab verilərdimi?”
Mən: “Bəli, ya rəsulallah”, - deyə cavab verdim.
O isə başqa bir sual da soruşdu:
“Bəs savab qazanmağına səbəb olan o uşağı sən yaratmış olacaqdın,
yoxsa yox?”
“Xeyr, əlbəttə ki, Allah yaradacaqdı”, - dedim.
“Bəs onu düzgün yola kim çatdırardı?”
www.muselmanlar.com
16
“Allah”, - dedim.
“Ruzisini kim verəcəkdi? Sən?”
Cavab olaraq: “Xeyr, təbii ki, onun ruzisini də Allah verəcəkdi”, -
dedim.
Peyğəmbər busual-cavabdan sonra sözlərinə belə davam etdi:
“Bax belə! Deməli, sən cinsi əlaqədə olmaqla onun həyatına səbəb
olursan. Buna görə də Allah tərəfindən sənə savab verilir.
İndi sən həyat maddəsini öz yerinə (arvadının bətninə) axıt. Onu haram
yerə boşaltma.
Əgər Allah istəsə, onu yaradıb yaşadacaq. Diləməsə, yaratmaz. Yaratsa
da, öldürər. Bununla belə, sən övlad sahibi olmaq istədiyin üçün savab
qazanırsan.”
17
Seksual münasibətlərdə peyğəmbərin sünnəsinə tabe olmaq da
ibadətdir
Yuxarıda izah etdik ki, Allahın elçisinin seksual məzmunlu
buyuruqlarına itaət etmək də ibadətdir. Deməli, əməli və şifahi
Sünnəyə əsasən hərəkət etmək, cinsi əlaqədə bunlara tabe olmaq da
ibadət hesab olunmalıdır. Buna misal olaraq aşağıdakıları gösətərmək
mümkündür:
a) Cinsi əlaqədən qabaq bismillah demək;
b) Şeytandan Allaha pənah aparmaq;
c) Cinsi əlaqəyə yaxşı-yaxşı sevişdikdən sonra başlamaq;
d) Həyat yoldaşı (xanım) seksual doyuma çatmamış cinsi əlaqəni
baş vurmamaq;
17
Müsnəd, 5/168-169.
www.muselmanlar.com
17
e) Xanımın razılığını almadan kənara boşalmamaq.
Yeri gəlmişkən, qeyd edək ki, bu məsələləri müvafiq hədislərə
əsasən kitabın xüsusi bir fəslində geniş formada izah edəcəyik.
İndi isə belə hesab edirik ki, cinsi həyatın ibadət həyatının bir
hissəsi olduğuna dair şərhlərimiz bu məsələni kifayət qədər izah edir.
Əslində bu kitabda oxuduğunuz və cinsi həyatımızla əlaqədar olan
hər bir dini qayda da bunu açıq-aydın surətdə göstərir. Çünki ibadət
hər şeydən əvvəl Allah və peyğəmbərinin əmr və qadağalarına
müvafiq hərəkət etmək deməkdir.
Burada bir məsələyə də toxunmaq istəyirik:
Hədisləri nəql edən insanlar (ravi) onları bizə peyğəmbərimizin
işlətdiyi sözlərlə deyil, məna olaraq öz söz və ifadələri ilə nəql
ediblər. Hədislər o dəqiqə yazılmayıb. Ona görə də bu hal zəruri bir
haldır. Buna görə də bilmək lazımdır ki, peyğəmbərimizdən rəvayət
olunan sözlər onun (hərfi olaraq) orijinal sözləri deyil.
Dostları ilə paylaş: |