Microsoft Word Cografi Eko cavab az imtahan doc



Yüklə 308,08 Kb.
Pdf görüntüsü
səhifə6/12
tarix11.04.2018
ölçüsü308,08 Kb.
#37288
1   2   3   4   5   6   7   8   9   ...   12

yanacaq qrupu; kimya qrupu; metallurgiya qrupu; inşaat qrupu. 

          Faydalı  qazıntıların  kompleks  istifadə  edilməsi  zamanı  təkmilləşmiş 

texnologiyalardan istifadə edilməsinə böyük ehtiyac yaranmışdır.Həmçinin mineral 

sərvətlərdən öz təyinatına görə istifadə olunması zəruridir. 

          Yer  qabığı  mürəkkəb  olduğu  kimi,həm  də  dinamik  sferadır.Bu  dinamiklik 

özünü zəlzələlər,vulkan püskürmələri, qravitasiya hərəkətlərində göstərir. 

 

18) Coğrafi təbəqə və onun ekoloji xüsusiyyətləri. 

          Məlum  olduğu  kimi  təbii  sferaların  məcmuu  və  mürəkkəbliyi  coğrafi 

təbəqənin əsasını təşkil edir.Bunu bəzi ədəbiyyatlarda landşaft adlandırırlar. ndiyə 

qədər coğrafi təbəqəyə litosferin üst hissəsi ,hidrosfer,biosfer,atmosferin troposfer 

hissəsi daxil  edilirdi.  Bəzi çoğrafiyaçılar  isə stratosferi və  Ozon  qatını da  coğrafi 

təbəqəyə  daxil  edirlər.  Noosferin  də  coğrafi  təbəqəyə  daxil  edilməsi  ,  onun 

xüsusiyyətlərini  daha  da  mürəkkəbləşdirir.Coğrafi  ekologiyanın  tamlığı  və  onun 

böıgüləri təbii landşaft və insan birliklərinin  əsasını  əhatə edir.Onılar arasındakı 

struktur prosesləri coğrafi ekosistemin funksionallığını formalaşdırır. 

          Coğrafi təbəqənin qalınlığı bəzi ədəbiyyatlarda 25 km və mürəkkəb struktura 

malik olduğu göstərilir. Coğrafi ekologiyanın öyrənilməsində aşağıdakı proseslərə 

xüsusi diqqət vermək lazımdır: 

- sferalarda ikitərəfli,çoxtərəfli əlaqələrə; 

- coğrafi təbəqədəki bifurkasion və xaotik proseslərə; 

- coğrafi təbəqəni formalaşdıran alt və üst sistemlərinə. 

          Bütün  təbii  sferalarda  gedən  proseslər  və  onların  nəticələri  ,  eləcə  də 

antropogen təsirlər noosferdə özünü göstərir.Noosfer coörafi təbəqə daxilində əhali 

coğrafiyası,nəqliyyat  coğrafiyası,etnik  coğrafiya,təsərrüfatın  coğrafiyası  və  s. 

sahələrdə öyrənilir. 



          Coğrafi  təbəqənin  əsasını  təşkil  edən  litosfer  Günəşin  enerjisi  ilə  birlikdə 

bütünlüklə  Yerdə  həyatın  əmələ  gəlməsinin  əsasını  təşkil  edir.  Yerdə  gedən 

proseslər  nəticəsində  Yerin  səthi,nüvəsi,mantiya,hidrosfer  və  atmosfer,eləcə  də 

kosmik  təsirlər  Yerin  öz  oxu  və  Günəş  ətrafında  hərəkət  etməklə  mürəkkəb 

tərkibdə  və  formada  olurlar  Həmin  prosesdə  müxtəlif  ərazilər  geokimyəvi  və 

geofiziki proseslərin təsiri ilə dəyişirlər. 

 

19) Coğrafi təbəqənin bütövlüyü və kontrastlığı. 

          Yer  kürəsi  Günəş  sisteminə  daxil  olan  planetlərdən  biri  kimi  yeknəsək 

hərəkətlər  sisteminə  -  öz  oxu  ətrafında  və  günəş  ətrafındakı  hərəkətlərə  malikdir. 

Eyni  zamanda  onun  Günəşdən  olan  məsafəsinin  sabitliyi,  sahəsi,forması  ilə 

ə

laqədar  kəmiyyət  ölçülərinin  simmetrial  qurulması  Yerə  bütövlük    və  cazibəlik 



verməklə  yanaşı,onun  ətrafında  atmosefer  təbəqəsini  yaratmışdır.  Bütövlüyün 

yaranmasında enerji və maddələr mübadiləsinin daimi təkrarlanması və bunblarla 

ə

laqədar  biosfer  qatının  formalaşmasına  şərait  yaranması  insanlar  üçün  optimal 



mühit əmələ gətirmişdir. 

          Yerin  göstərilən  xüsusiyyətlərindən  biri  olmasaydı  Yer  kürəsində  Mars  , 

Venera və digər planetlərdə oladuğu kimi həyat yarana bilməzdi. Yerin daxilində 

nüvədən,  mantiyadan  başlamış  litosferə  qədər  qarşılıqlı  əlaqələr  Yer  kürəsində 

həyatın əmələ gəlməsi və davam etməsi üçün  tarazlıq yaranmasına təsir etmişdir. 

Həmin  tarazlıq  coğrafi  təbəqəni  formalaşdırmış  və  bu  da  təbii  zonaların 

formalaşmasına  şərait  yaratmışdır.Coğrafi  təbəqənin  kürə  şəklində  olması  təbii 

zonallıq  qanunun  əsasını  təşkil  edir  ki,  onun  da  2/3  hissəsində  ekoloji  şərait 

insanlar üçün optimal sayıla bilər. 

          Yerdə  həyatın  tarazlığınl  saxlayan  xüsusiyyətlərdən  biri  də  Yer 

maqnetizmidir.Radiasiya  qurşağı  yeri  Günəş  fəallığından  ,ondan  ayrılan 

plazmadan, kosmik cisimlərdən qoruyur. 




          Coğrafi  təbəqədə  çox  göclö  kontrastlıq  da  mövcuddur.  S.Kolesnik 

yazmışdır: " Yer kosmosun aralıq cismi deyil, ağır elementlərlə zəngin olduğunda 

kosmosda  özünəməxsus  geokimyəvi  anomaliyadır".  Deməli,Yer  kürəsində 

bütövlük  ,  təbii  tarazlıq  ilə  yanaşı  anomal  hadisələr  də  mövcuddur.  Bunların 

təkrarlanması Günəş fəallığının qısa və çoxillik dövriyyəliyi ilə əlaqədardır.Onlar 

qlobal, regional və yerli xüsusiyyətlər kimi təzahür edirlər. 

 

20) Coğrafi təbəqədə maddələr və enerji mübadiləsi. 

          Coğrafi  təbəqədə  baş  verən  proseslər  olduqca  mürəkkəbdir.  Həmin 

mürəkkəblik  maddələr  və  enerji  mübadiləsi  ilə  daha  çox  əlaqəlidir.Maddələr  və 

enerji  dövranı  Yerin hərəkəti kimi  daimidir.  Lakin  çox  mürəkkəb və geniş  sahəli 

olub dəyişən mürəkkəb hərəkət ritminə və istiqamətlərinə malikdir. Proseslər güclü 

olmaqla  eyni  zamanda  onların  hərəkəti  açıq  sistemlərdən  ibarətdir.Proseslərin 

hərəkət  mexanizmi  aşaöıdakı  xassələrə  malikdir:  mexaniki,aqreqasiya,  kimyavi, 

fiziki  və  bioloji.Coğrafi  hərəkətdə  maddələr  və  enerji  mübadiləsinin  mexaniki 

xassəsi atmosferin sirkulyasiyası ilə əlaqədardır.Bu prosesdə quru və okeanın səth 

axınları  da  iştirak  edir.Prosesin  gücü,  istiqaməti  mürəkkəb  olmaqla  hərəkət  ritmi 

olduqca dəyişkən olur. 

          Maddələrin  aqreqasiya  halı  Yerdə  rütubətlənmənin  dərəcəsi  və  dövranı  ilə 

ə

laqədardır.Bu  hal  havanın  həcmindən,  relyefin  və  landşaftın  xüsusiyyətlərindən 



də asılıdır. 

          Maddələr və enerji mübadiləsinin kimyavi halı kimyavi proseslərlə yaranan 

transformasiya  prosesidir.Kimyavi  transformasiyada  maddə  və  elementlərin 

xassələri , atmosfer sirkulyasiyası, rütubət və bioloji dövranında iştirak edir.Fiziki 

proseslər  də  (istilik,rütubət,təzyiq,cazibə  qüvvəsi  və  s.)  həmin  prosesə  çox  aktiv 

təsir göstərir. 

          Bioloji dövranın yaranmasında yalnız biotik proseslər deyil, abiotik proseslər 

də  iştirak  edir.Maddələr  və  enerji  mübadiləsi  olduqca  dinamikdir.Onlar  həm 




Yüklə 308,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə