73
və fəaliyyətindən asılıdır. Bunun üçün təhsil sisteminin pedaqoji heyəti tədris
prosesində informasiya və kommunikasiya texnologiyalarından effektiv istifadə
edilməsi üçün mütəmadi olaraq treninqlərdən keçir. KT üzrə təlimlərdə iştirak
edən müəllimlər KT-nin imkanlarından istifadə edərək səmərəli dərsin təşkil
edilməsi sahəsində ilkin təcrübəyə, psixoloji hazırlığa, bir sözlə innovativ
biliklərə yiyələnir və onları sinifdə gedən tədris prosesində necə tətbiq etməyi
öyrənirlər. KT-nin istifadəsi təlim prosesini həm əyaniliyi ilə zənginləşdirir,
öyrənənlərin tədqiqat aparma, çoxsaylı informasiya bazasından bəhrələnmə, gərəkli
olanı seçmə və məqsədinəuyğun olandan istifadə etmə imkanları verir.
Azərbaycan Respublikasında nternet Texnologiyalarının interfeys imkanlarının
artırılması ( Azərbaycan dilli tədris kontentinin), təhsil müəssisələri arasında şəbəkə
ə
laqələrinin yenidən qurulması təlim prosesində nternet texnologiyalarının tətbiqinin
elmi əsaslarının tədqiq edilməsi təlimdə informasiya mübadiləsinin keyfiyyətinə
müsbət təsir göstərmişdir. Həmçinin yaradılmış olan bütün elektron resurslar bir
mənbədə cəmlənərək təhsil portalı yaradılmışdır. Burada videodərslər, multimediali
proqramlar, elektron dərsliklər və s yerləşdirilmiş müəllim və şagirdlərin istifadəsinə
verilmişdir.
Ölkəmizdə distant təhsil sahəsində də bir çox addımlar atılmışdır lakin nəticə tam
olaraq əldə edilməmişdir. Bu gun çox az sayda tələbə və ya sagird distant təhsil ala
bilir. Ancaq texnoloji imkanlar olduğu təqdirdə, bu təhsil formasının uğurlu
olacağından bəhs etmək olar. Azərbaycanda təhsil müəssisələri texnoloji imkanlarla
təchiz olunsalar, hətta regionda yaşayan hər hansı bir şəxs paytaxtda keçirilən
dərslərdə iştirak imkanı əldə edə bilər. Bu sistemin tətbiqi istiqamətində bəzi ali təhsil
qurumları müəyyən texniki baza ilə təchiz olunublar. Məhz bu təhsil müəssisələri
istər texnologiya, istərsə də kadr baxımından distant təhsil üçün əlverişli hesab edilə
bilər.Bir neçə universitetdə distant təhsilə imkan verən infrastruktur
formalaşdırılmışdır.Bunlara misal olaraq AD U və Qafqaz Universitetini göstərmək
olar.
74
Bütün bunlarla bərabər aparılan araşdırmalar göstərir ki, ölkənin təhsil sistemində
müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin hazırkı səviyyəsi
dünya təhsil məkanına inteqrasiya baxımından o qədər də qənaətbəxş hesab edilə
bilməz. Ölkədə təhsil ocaqlarının kompyuter avadanlığı ilə təminatındakı irəliləyişlərə
rəğmən, bütövlükdə təhsil sisteminin informasiya infrastrukturunun səviyyəsi günün
tələblərindən geri qalır.
Ölkəmizdə yerləşən bütün təhsil müəssisələrinin internet şəbəkəsi ilə təmin
olunmasına baxmayaraq onun verdiyi imkanlardan hələ də tam şəkildə istifadə
edilmir.Bu isə onunla bağlıdır ki, kənd məktəblərində kompüterlər köhnəlmiş və ya
hal-hazırda rayon və şəhər məktəblərində istifadə olunan KT avadanlıqları və
interaktiv lövhələrlə təmin olunmamışdır. Həmçinin kənd məktəblərinə paylanılmış
kompüterlərin sayca az olması, sıradan çıxdığı zaman təmiri və ya dəyişdirilməsi
zaman aldığından,bu kimi problemlər orada təhsil alan şagirdlərin daha yüksək
səviyyədə təhsil almaq imkanlarını məhdudlaşdırır.
Bununla yanaşı, multimedia xarakterli dərsliklərin və digər tədris vasitələrinin
işlənilməsi, yayılması və təhsil prosesində tətbiq olunması ləngiməkdədir. Son dövrdə
bu sahədə bir sıra tədbirlər həyata keçirilmiş, elektron tədris sistemlərinin
formalaşdırılması istiqamətində əməli addımlar atılmışdır. Lakin KT tətbiqi üzrə elmi-
metodiki bazanın təkmilləşdirilməsi, ümummilli səviyyədə vahid elektron təhsil
məkanının təşəkkül tapması günün əsas tələbi olaraq qalmaqdadır.
KT-nin təhsildə tətbiqinin keyfiyyətinin artırılması üçün bu kimi problemlər tam
həllini tapmalıdır.
TƏKL FLƏR
1.
Təhsildə KT-nin geniş imkanlarından təşkilati, elmi-metodik və s. cəhətdən
səmərəli istifadə etmək məqsədi ilə təhsilin informatlaşması üzrə təhsil sistemi
kadrlarının hazırlanması və təkmilləşdirilməsi, təhsil müəssisələrinin KT
avadanlığı ilə təminatı və servis infrastrukturunun yaradılması, təhsilin
informatlaşdırılmasında təhlükəsizliyin təmin olunması və hüquqi normativ
75
bazanın formalaşdırılması, elmi və tədris-metodiki təminatı,strateji-konseptual
sənədlər toplusu hazırlanmalıdır
2.
KT-nin təhsilin idarəedilməsinə səmərəli inteqrasiyası davam etdirilməli,
təhsilin vahid informasiya sisteminin yaradılması yolu ilə informasiya əsaslı
idarəetmə mexanizmlərinin tətbiq edilməsinə nail olunmalıdır. Bunun üçün isə
Elektron sənəd dövriyyəsi sisteminin tətbiqi genişləndirilməli və nəticədə təhsil
sisteminin idarəedilməsində şəffaflıq artırılmalıdır. Eyni zamanda, Təhsil
televiziya kanalı yaradılmalıdır.
3.
Təhsil sistemində keyfiyyətin artırılmasında KT-nin imkanlarından tam
istifadə olunması üçün ölkədə olan bütün ümumtəhsil məktəbləri və ali təhsil
ocaqları KT infrastrukturu ilə təchiz edilməli, onlardan istifadəni təmin etmək
üçün lazımi şərait yaradılmalıdır.
4.
Təhsil sisteminin səmərəliliyində, onun nailiyyətlərinin formalaşmasında
müəllimamilinin həlledici əhəmiyyətini nəzərə almaqla müəllim hazırlığının
gücləndirilməsinə xüsusi önəm verilməlidir. Bütün ümumi təhsil
müəllimlərinin fəal/interaktiv təlim texnologiyaları və inklüziv təhsil üzrə
məqsədli ixtisasartırması təmin edilməli, hər bir müəllimin KT bacarıqlarına
yiyələnməsi üçün çevik sistem yaradılmalıdır.Azərbaycanda müəllimlərin
təkmilləşdirilməsi beynəlxalq standartlarla uzlaşdırılmalı, müəllimlərin karyera
inkişafı və fəaliyyətinin stimullaşdırılması, qabaqcıl müəllimlərin iş
təcrübəsinin yayılması sahəsində müasir tələblərə uyğun mexanizmlər
yaradılmalıdır. Pedaqoji kadrların işə qəbulu sahəsində tətbiq edilmiş yeni
mexanizm beynəlxalq təcrübəyə uyğun daha da təkmilləşdirilməli, ucqar kənd
məktəblərinin pedaqoji kadrlarla təminatı üçün nəzərdə tutulmuş maddi
stimullaşdırma tədbirləri gücləndirilməlidir.
5.
Azərbaycan təhsilinin dünya və Avropa təhsil məkanına inteqrasiyası
surətləndirilməli, təhsil standartlarının unifikasiyası Azərbaycanın təhsil
ocaqlarının, xüsusilə də ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin
genişləndirilməsinə, təhsil sahəsində həyata keçirilən beynəlxalq proqramlara
onların fəal cəlb olunması üçün müvafiq şəraitin yaradılmalıdır.
76
6.
Beynəlxalq təcrübə göstərir ki, nformasiya cəmiyyətinə keçid mərhələsində
təhsilin kompüterləşməsinin əsas missiyası, məqsədi Vahid nformasiya Təhsil
Məkanının (V TM) formalaşmasına xidmət etməlidir. Bir tərəfdən V TM
nformasiya cəmiyyətinə keçid məqsədi ilə yaradılan Vahid Milli nformasiya
Məkanının altsistemi kimi formalaşmalı, digər tərəfdən o, qlobal təhsil
məkanının alt sistemi olub, Avropa Vahid nformasiya Məkanına inteqrasiya
edilməlidir. Bu qlobal ideya və məqsədlərin konkretləşməsindən sonra təhsilin
informatlaşması konsepsiyası və proqramları hazırlanmalıdır.
7.
Özünütəhsil və ömür boyu təhsilə artan tələbatın ödənilməsi üçün kitabxana
fəaliyyətinin modernləşdirilməsi, rəqəmsal təhsil resurslarından istifadə
imkanlarının genişləndirilməsi həyata keçirilməlidir. Elektron kitabxanaların
sayı artırılmalıdır. Distant Təhsil Mərkəzi yaradılacaq, ali təhsil
müəssisələrində distant təhsilin tətbiqi genişləndiriləcəkdir.
8.
Elektron təhsil texnologiyalarının tətbiqi əhəmiyyətli şəkildə genişləndirilməli,
müəllim və şagirdlər üçün virtual öyrənmə mühiti formalaşdırılmalıdır. Bu
məqsədlə bütün fənlər üzrə elektron tədris və metodiki resursların yaradılması
davam etdirilməli, elektron resursların etibarlı saxlanılması və onlara asan
çıxışın təmin olunması üçün “Bulud” texnologiyaları tətbiq olunmalıdır.
Ödənişsiz əsaslarla fəaliyyət göstərən açıq təlim resursları yaradılmalı, bu
resurslartəhsil prosesinə və müvafiq açıq istifadəyə müəllif-hüquq lisenziyaları
ilə təmən olunmaqla inteqrasiya edilməlidir.
9.
Ümumtəhsil məktəblərində yeni kurikulumlar və informasiya-kommunikasiya
texnologiyalarının təhsildə tətbiqi üzrə təlimlərdən keçmiş müəllimlər və
inzibati-idarəetmə heyəti üzvlərinə həm pedaqoji, həm də tədris prosesində
təhsil texnologiyalarının tətbiqi üzrə dəstək göstərə biləcək peşəkar mentorlar
hazırlanmalıdır.
77
Xülasə
Müasir pedaqoji praktikada, texnoloji təlim metodikası çərçivəsində, elektron
təlim vasitələrinin tətbiqi müasir təhsil sisteminin inkşaf etdirilməsində aparıcı
tendensiyadır. Bu baxımdan, qabaqcıl təlim-texnoloji komplekslərdən, xüsusi olaraq
KT-nin imkanlarından təlim prosesində istifadə olunması, təhsilin keyfiyyətinin
yüksəldilməsində mühüm amildir. Bu nöqteyi-nəzərdən, KT-nin təlim prosesində
tətbiqi, yeni elektron tədris sistemlərinin yaradılması və effektivliyinin artırılması,
nəticə etibarilə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Təhsil sahəsində ənənəvi təlim sistemindən interaktiv təlimə keçilməsi KT-yə
olan tələbatı daha da artırdı. Bu məqsədlə ölkə təhsil sistemində keyfiyyətin
78
artırılması üçün inkişaf etmiş ölkələrdə olduğu kimi mərhələli islahatlar keçirilmişdir.
AR Prezidentinin 2005-ci il 21 avqust tarixli “Azərbaycan Respublikasında
ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə
təminatı programı (2005-2007-ci illər)” , 2008-ci il 10 iyun tarixli “2008-2012-ci il
illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə
Dövlət Proqramı” Sərəncamları artıq öz bəhrəsini verməyə başlamışdır. Belə ki,
bütün təhsil pillələri üçün KT üzrə proqramlar hazırlanıb təsdiq edilmiş, distant
təhsil üzrə eksperimentlər aparılmağa başlanılmışdır. Təhsil portalı formalaşdırılmış,
bir çox təhsil müəssisələrinin saytları yaradılmışdır. Təhsilin idarə olunmasının
məlumat
sistemlərinin
yaradılması,
informasiya
və
kommunikasiya
texnologiyalarının ümumtəhsil məktəblərində tətbiqi və ümumtəhsil məktəbləri üçün
informasiya və kommunikasiya texnologiyaları sahəsində ixtisaslı pedaqoji, həmçinin
köməkçi heyət (laborant) kadrlarının hazırlanması üzrə işlər isə aparılmaqda davam
edir. Həmçinin dərslərin standartlara uyğun qurulması üçün bütün ümümtəhsil və ali
məktəblər kompüterlər və KT avadanlıqları ilə təmin olunmuşdur. Son dövrlərdə isə
dərslərin effektiv qurulmasını daha da sadələşdirən interaktiv lövhələrin paylanılması
prosesinə başlanılmışdır.Bütün siniflər üzrə elektron dərsliklər hazırlanmış və
e.dərslik.edu.az saytında yerləşdirilmişdir.Bundan başqa qabaqcıl müəllimlərin
keçdikləri dərslər, multimedia vasitələri, digər elektron vəsaitlər hazırlanmış və təhsil
iştirakçılarının ixtiyarına buraxılmışdır.
Bildiyimiz kimi təhsil sahəsində müəllimlərin rolu əvəzedilməzdir. Bu məqsədlə
müəllimləri KT bacarıqlarına yiyələndirmək,ondan mütəmadi olaraq istifadəni təmin
etmək üçün təlimlər keçirilmişdir və keçirilməkdə davam edir.
Bütün bunlara baxmayaraq təhsilin informatlaşdırılması çətin bir proses
olduğundan hələ də bəzi problemlər qalmaqda davam edir. KT tətbiqi üzrə elmi-
metodiki bazanın təkmilləşdirilməsi, ümummilli səviyyədə vahid elektron təhsil
məkanının təşəkkül tapması günün əsas tələbi olaraq qalmaqdadır.
79
РЕЗЮМЕ
В
современной педагогической практике использование электронного
обучения
ведущая тенденция в развитии современного образования. В этом
случае
использование возможностей ИКТ в учебном процессе один из важных
факторов
повышении качества образования. В ведение ИКТ в учебном
процессе
, создание новой электронной учебной системы и повышение
эффективности
, и результате служит повышению качества образования.
В
сфере образования переход от традиционной учебной системы к
интерактивному
методу ещё больше увеличил потребность к ИКТ. С этом
целью
в системе образования страны для развития качества были проведены
поэтапные
реформы. Таким образом для всех шагов образования разработались
программы
по ИКТ, начались эксперименты по дистанционному обучению.
80
Формировался
образовательный портал, создавались сайты многих учебных
заведений
. Продолжаются работы по созданию информационной системы
управления
, по подготовке специализированных кадров а также лаборантов в
области
информационно коммуникативной технологии, по использовании ИКТ
в
общеобразовательных школах.
Также
для создания уроков в соответствии со стандартами все
общеобразовательные
и
высшие
учебные
заведения
оборудованы
компютерами
. В последнее время начался процесс раздачи электронных досок
которые
упрощают эффективность уроков. По всем классам разработаны
электронные
учебники и разместили их в сайте
http://www.e-derslik.edu.az
.
Как
вы знайте в области образования роль учителей незаменима. С этой
целю
регулярно проводятся тренинги для учителей по программам ИКТ и это
продолжается
до сих пор.
Несмотря
на всё это все ещё остаются некоторые проблемы.
Усовершенствование
научно-методической базы по использованию ИКТ,
создание
единого электронного образования общенациональном уровне
остаётся
главной проблемой нашей жизни.
SUMMARY
In modern pedagogical practise the application of electronic teaching equipment
is the main tendency in the development of contemporary educational system. From
this point of view the usage of ICT possibilities in the process of teaching is one of
the essential factors in the development of education quality. The application of ICT
in the teaching process, the establishment of new electronical teaching systems and
the increase of efficiency as a result serves to improve the quality of education.
The access from traditional teaching system to the interactive teaching system. In
the educational field has risen the demand for ICT. In order to improve the
educational quality in our country many reforms have been carried out step by step as
in other highly-developed countries. This ICT programmes have been prepared and
testified for all educational stages, some experiment have been carried out on distant
81
education. Educational portal has been formed, many sites of different educational
institutions have been created. The formation of information systems in operation of
teaching, the application of information and communication systems in secondary
schools and the preparation of qualified pedagogical staff in communication and
information fields at schools, also assistance staff are still being carried out.
All secondary and high schools have also been supplied with computers and ICT
equipments to help to organize the lessons according to the standarts. Recently the
process of giving out interactive boards which will help to simplify the organizations
of efficient lessons has started. Electronical text books have been prepared for all
classes and uploaded on
http://www.e-derslik.edu.az
.
As we know the role of teachers in the process of teaching is irreplaceable. In
order to ensure the teachers ICT abilities and to provide them to use it regularly
special trainings have been held and are still being held.
In spite of all these as the process of educational reformatting is a very difficult
one, there are still some problems to solve. The main demand of the day is to upgrade
the science-methodology basis, the creation of common national electronical
educational space.
Ə
DƏBIYYAT
1.
Book_I_Full.”Elm Və Təhsildə Informasiya və Kommunikasiya
Texnologiyalarının Tətbiqi “ məqalələr.Bakı,2007
2.
sa smayılov, Cavid Abdullayev.Təlimin texniki vasitələri və yeni
informasiya texnologiyaları Tədrisdə onlardan istifadə metodikası,Bakı,2006
3.
Azərbaycan Respublikasi Təhsil Nazirliyi Təhsil Problemləri Institutu.
“Təlim prosesində yeni pedaqoji və KT texnologiyalardan istifadənin elmi
ə
sasları və təlimin keyfiyyətinə onların təsiri” hesabat.Bakı,2012
82
4.
Fazilova lahə. Yeni informasiya texnologiyalarının öyrənmə prosesinə
tətbiqində müəllimin rolu.Bakı,2015
5.
Təranə smayılova. KT – nin təhsildə tətbiqi məqalə.
6.
Hümeyir Əhmədov. Distant təhsilin müasir vəziyyəti və onun inkişaf yolları
məqalə.Bakı,2013
7.
Aynur brahimova. KT-nin təhsildəki üstünlükləri müsahibə.Bakı,2015.
8.
Veysova Z. Fəal/interaktiv təlim: müəllimlər üçün vəsait. Bakı, 2007.
9.
Soltanova G. nformasiya cəmiyyəti və müasir təhsilin yenidən qurulmasında
ş
agidlərə alternativ yanaşma. «Təhsil problemləri» qəzeti, 24-31 oktyabr
2010-cu il. New computer Technology in Education 2012
10.
A.Mehrabov. Təhsildə texnoloji yanaşmaların mahiyyəti və əsas
xüsusiyyətləri. Azərbaycan müəllimi qəzeti, Bakı, 2006.
11.
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası. B.,
“Təhsil” jurnalı, 2013,
12.
Abdulla Mehrabov.
Müasir Dərs: Onun Təşkili Və Gedişinə Qoyulan Əsas
Tələblər. Bakı,2013.
13.
http://musabiqe.edu.az/upload/iblock/5d3/tehsilde_ikt_muhazire.doc
14.
http://www.informatik.az
15.
http://www.edu.gov.az
16.
http://www.share.az/94663ff6v5be/%C4%B0KT-MUHAZIRE.doc.html
17.
http://www.kurikulum.az
18.
http://vebiki.blogspot.com
19.
http://www.anl.az
20.
http://www.serqqapisi.az
21.
http://xalqqazeti.com
83
22.
http://www.qu.edu.az/az/news/Az%C9%99rbaycant%C9%99hsilind%C9%9
9-yeni-m%C9%99rh%C9%99l%C9%99%3A-distant-t%C9%99hsil-
7133.html
23.
http://www.tehsilproblemleri.com
24.
http://muallim.edu.az/www.old/arxiv/2015/39/39.htm
25.
http://www.slideshare.net
26.
http://www.telebe.az
27.
http://news.milli.az
28.
http://www.elearn.ru/
29.
http://www.hypermethod.ru/
30.
http://www.brainbench.com/
31.
http://tests.specialist.ru/
32.
http://www.firststeps.az/
33.
http://referat.ilkaddimlar.com/d_word_finw_infor_6.doc
Dostları ilə paylaş: |