25
özünüzdə bu cür idarəetmə qərarı nöqsansız ola bilər. Lakin istisna deyil ki,
idarəetmə qərarı resurs və ya maddi-texniki təchizat sahəsində yaranan gərginliyin
əsas səbəbləri olan riski Bankın nəzarəti altından çıxaracaqdır.
26
I FƏS L. Bank risklərinin nəzəri-metodoloji əsasları
1.2 Bank risklərinin idarə olunmasının mahiyyəti
Bank risklərinin idarə olunma sistemi dedikdə: bank fəaliyyətində qeyri-
müəyyənlik olduqda bank işçilərinin müsbət maliyyə nəticələrinin təmin
olunmasına yönəldilən sulların məcmusu basa düsülür. Bankların riskdən
qorunması mexanizmi riskin cari nizamlaşdırılması və onun minimumlaşdırılması
tədbirlərini əhatə edir. Risklərin idarə edilməsi prosesi Bankın fəaliyyətinə xas olan
risklərin müəyyən edilməsi, qiymətləndirməsi, onlar barədə hesabatların
hazırlanması, məqbul risk limitlərinin müəyyən edilməsi vasitəsi ilə onlara nəzarət
edilməsi və risklərin azaldılmasıdır.
Risklərin idarə edilməsi siyasəti aşağıdakı məqsədləri ifadə edir:
1) Etibarlı, üzərinə məqbul sayılan səviyyədən artıq risklər götürməyən bank
imicinin yaradılması və qorunması;
2) Bank tərəfindən üzərinə götürülmüş öhdəliklərin şərtsiz icra olunmasının təmin
edilməsi;
3) Bankın yalnız məqbul və onun mövcud biznes həcminə adekvat olan riskləri öz
üzərinə götürməsinin təmin olunması;
4) Bankın adekvat aktivlər və passivlər portfelinin formalaşdırılması.
Risklərin idarə edilməsi siyasəti aşağıda qeyd olunan vəzifələri yerinə
yetirir:
1) Bankın inkişaf strategiyasının həyata kecirilməsinin təmin olunması;
2) Məsul şəxslər tərəfindən müvafiq limitlər və səlahiyyət bölgülərinə riayət
olunmasının təmin edilməsi;
3) Böhran şəraitində Bankın normal fəaliyyətinin təmin edilməsi;
4) Bankın uzun müddət ərzində həddən artıq riskə məruz qalmasına yol
verilməməsi;
5) Aktiv-passivlərin idarə edilməsi üzrə səmərəli sistemin yaradılması.
27
Risklərin idarə edilməsi siyasətinin prinsip və standartları aşağıdakı
qaydada müəyyən edilir:
1) Bankda mövcud olan bütün xidmətlər (məhsullar) üzrə iş prosedurlarının
müvafiq daxili sənədlərdə əks olunması;
2) Bankda böhran şəraitində risklərin idarə edilməsi prosedurlarının mövcüd
olması;
3) Risklərin idarə edilməsində "stress-test" metodologiyasından istifadə edilməsi;
4) Bank üçün məqbul sayılan risk səviyyəsinə uyğun olmayan, əvvəlcədən
araşdırılmamış və təsnifləşdirilməmiş risklərin əmələ gəlməsinə şərait yaradan
əməliyyatların aparılmasına yol verilməməsi;
5) Bankın hər hansı bir fəaliyyət növü ilə bağlı olan risklərin Bankın bütün
fəaliyyətinə təsirinin minimallaşdırılması;
6) Hər hansı bank əməliyyatının daxili sənədlərlə nəzərdə tutulmuş tələblərə uyğun
olmadığı halda həmin əməliyyatın aparılmasına yol verilməməsi;
7) Bankın hər hansı bir fəaliyyət növü üzrə risk səviyyəsinin bankın digər fəaliyyət
növləri və bank biznesinin ümumi risk səviyyəsindən artıq dərəcədə
fərqlənməməsinin təmin edilməsi;
8) Risklərin idarə edilməsi üzrə prosedur və mexanizmlərin fasiləsiz və daimi icra
olunması;
9) Risklərin idarə edilməsi sisteminin ictimaiyyətə şəffaf və aydın çatdırılması;
10) Müştərilər və partnyorlarla münasibətlərin xüsusiyyətlərindən asılı olaraq,
müxtəlif müştəri və ya partnyor qrupları üçün məqbul risk səviyyələrinin müəyyən
edilməsi;
11) Hər növ əməliyyatların aparılması və qərarların qəbul edilməsi üzrə limitlərin
və səlahiyyətlər bölgüsünün müəyyən edilməsi;
12) Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılması və terrorculuğun maliyyələşdirilməsi məqsədilə Bankın
infrastrukturundan istifadə olunmasının qarşının alınması.
28
Risklərin idarə edilməsi prosesi bankın fəaliyyətinə xas olan risklərin
müəyyən edilməsi, qiymətləndirməsi, onlar barədə hesabatların hazırlanması,
məqbul risk limitlərinin müəyyən edilməsi vasitəsi ilə onlara nəzarət edilməsi və
risklərin azaldılmasıdır. Risklərin idarə edilməsi funksiyası Müşahidə Şurası
səviyyəsindən işçilərin səviyyəsinə kimi bank daxilində yuxarıdan aşağı
istiqamətdə müəyyən edilən vəzifə və səlahiyyətlərin ümumi strukturudur. Bu
funksiyanın əsas məqsədi bankın fəaliyyətinə xas olan spesifik riskləri
müəyyənləşdirmək və qiymətləndirmək, həmin risklər barədə hesabat vermək,
onlara nəzarət etmək və azaltmaq üçün istifadə olunan üsulları təyin etməkdən
ibarətdir.Bu məqsədlə risklərin idarə edilməsi funksiyası aşağıdakıların aydın
müəyyənləşdirilməsini tələb edir:
1) Risklərin idarə edilməsi funksiyası tərəfindən nəzarət edilən risklərin həcmi.
Risklərin həcmi səciyyəvi olaraq bankın hər bir əməliyyat bölməsinin üzləşdiyi
müəyyən risklər haqqında ətraflı məlumatı təsvir edən Risk Xəritəsinin yaradılması
vasitəsilə müəyyən edilir. Bankın fəaliyyətinə xas olan risklərin əsas növləri
təfərrüatı ilə bu Standartın 2-ci bədində göstərilmişdir.
2) Risklərin idarə edilməsi funksiyasını həyata keçirən təşkilati strukturunun
bankın ümumi təşkilati strukturunun daxilindəki mövqeyi. Risklərin idarə edilməsi
funksiyasını həyata keçirən təşkilati strukturunun təsviri bu Standartın 1.1-ci
bəndində göstərilmişdir.
3) Risklər haqqında məlumatın qiymətləndirməsi, onlar barədə hesabatların
hazırlanması, nəzarət edilməsi (limitlərin müəyyən edilməsi) və işgüzar qərarların
qəbul edilməsi prosesinə daxil edilməsi metodologiyası. Bu metodologiyanı
hazırlanması Standartın 2-ci və 3-cü bəndində göstərilmişdir. Hər bir bank
fəaliyyətinin xüsusiyyətlərinə və əldə edilən məlumatlara uyğun olaraq öz
metodologiyasını yaradmalıdır.
Risklərin idarə edilməsi üzrə səlahiyyət səviyyələri və onlarla əlaqədar
operativ qərarların qəbul edilməsi Müşahidə Şurasından başlanır və yuxarıdan
aşağı hər bir ixtisas sahəsi üzrə həvalə olunur. Məsələn, bankda risklərin idarə
Dostları ilə paylaş: |