59
“Fyüçers kontraktının alqısı” anlayışı kontraktın icra anı çatdıqda ilkin birja
aktivini, kontraktın əks tərəfindən qəbul etmək və onun dəyərini, kontrakt bağlanan
andakı məzənnə ilə ödəmək öhdəliyi mənasını verir. “Fyüçers kontraktının satqısı”
dedikdə, kontraktın icra anı çatdıqda, ilkin birja aktivini, kontraktın əks tərəfinə
çatdırılması və bunun müqabilində kontraktın satış qiymətinə əsasən müvafiq pul
vəsaitlərinin alınması başa düşülür.Hər bir fyüçers kontraktının ömrü məhdudur.
Onunla ticarətin son günü və bu günün hansı anınadək ticarətin aparılacağı
ə
vvəlcədən məlumdur.
Fyüçers kontraktlarının icrası və bütün hesablaşmalar fond birjası və ona
hesablaşma orqanı kimi xidmət edən hesablaşma (klirinq) palatası tərəfindən
zəmanətləndirilir. Hər bir fyüçers kontraktı üzrə sığorta fondu yaradılır. Bir qayda
olaraq bu kontraktlarla əməliyyat keçirməkdən ötrü investorlar müqavilə
ə
mtəəsinin dəyərinin müəyyən həcmində ( 8-15 %) pul girovu qoyur. Bu vəsaitlər
müqavilə tərəflərinin götürdüyü öhdəliklərin maliyyə zəmanəti kimi çıxış
edir.Fyüçers kontraktlarının tarixi sələfi Forvard kontraktlarıdır.
9) Svop – müəyyən edilmiş şərtlərlə gələcəkdə ödəmələrin mübadiləsi haqqında iki
tərəf arasında bağlanılan razılaşmadır. Svop üzrə mübadilə obyekti kimi dəyişməz
və dəyişən faiz dərəcəli borc öhdəlikləri (faiz svopları), valyuta vəsaitləri və
valyuta faizləri (valyuta svopları), həcmi müəyyən əmtəənin qiymətindən asılı olan
dəyişməz və dəyişən ödəmələr (əmtəə svopu) çıxış edə bilər.
20-ci əsrin 80-ci illərində dinamik fəaliyyət göstərən beynəlxalq svop bazarı
formalaşmışdır. Faiz svop əməliyyatlərı xüsusilə böyük vüsət almış, artıq 90-cı
illərin əvvəllərində onun həcmi 3 trilyon dollardan çox olmuşdur ki, bu da valyuta
svopları bazarının dövriyyəsindən təxminən 3 dəfə artıqdır. Müasir dövrdə svop
dilerlərinin beynəlxalq assosiasiyası da yaradılmışdır.
10) Varrant – ingilis sözü olub (warrant) vəkalət, ixtiyar, səlahiyyət deməkdir.
Varrant anlayışı iki məna verir. Birincisi, sertifikat olmaqla bu sertifikatı saxlayana
müəyyən müddət ərzində və ya müddətsiz razılaşdırılmış qiymətə qiymətli kağızlar
almaq hüququnu verən sənəddir. Yəni, varrant əsas qiymətli kağızların buraxılışı
60
ilə birgə yaranmaqla sahibinə təyin edilmiş qiymətlə müəyyən müddət ərzində
qiymətli kağız almaq hüququ verir. kincisi isə, anbar şəhadətnaməsi olmaqla
müəyyən malın saxlamaq üçün qəbul edilməsini təsdiqləyən sənəddir.
61
II FƏS L
.
Azərbaycanda qiymətli kağızlar bazarının faktiki vəziyyəti və prosessual təhlili
2.3.Azərbaycan qiymətli kağızlar bazarının hal-hazırkı vəziyyəti
Hal-hazırkı
dövrdə
respublikamızın
qiymətli
kağızlar
bazarı
bəzi
çatıçmamazlıqlarına baxmayaraq inkişaf etməyə davam edir. Nəzərə alsaq ki,
Azərbaycanda bu bazarın formalaşması üçün əsas qanunverici-normativ və
təşkilati-hüquqi baza 1999-2000-ci illərdə yaranıb, o vaxtdan 7-8 il ərzində görülən
tədbirləri qiymətli kağızlar bazarının inkişafı üçün uğurlu bir dövr adlandırmaq
olar. Bu müddət ərzində bubunla bağlı bir çox normativ-hüquqi sənədlər qəbul
olnmuş, yeni tənzimləyici və digər orqanlar təsis edilmiş, bir çox layihələr həyata
keçirilmişdir.Göstərilənlər fond bazarının respublikamızın müstəqillik dövrünə aid
hissəsini əhatə edir. Lakin ümumilikdə Azərbaycanda qiymətli kağızlar bazarının
yaranması XIX əsrin sonu XX əsrin əvvəllərinə təsadüf edir. Ölkəmizdə ilk
səhmlər 1913-cü ildə Bakı Tacir Bankının nizamnaməsinin təsdiq edilməsi ilə
buraxılmışdır. Bu bankın əsas səhmdarları Azərbaycanın tanınmış sahibkarları-
ş
uranın sədri H.Z.Tağıev, üzvləri M.Ş.Əsədullayev, M.Nağıyev, M.Muxtarov və
başqaları olmuşlar. XX əsrin ilk iki onilliyində Bakıda bir sıra səhmdar
cəmiyyətləri fəaliyyət göstərmişdir. Onlardan "Neft məhsulları səhmdar
cəmiyyəti", "Bül-Bülə neft və ticarət səhmdar cəmiyyəti", "Balaxanı-Zabrat neft
istehsalı səhmdar cəmiyyəti" və digərlərini qeyd etmək olar.
Hələ 1900-cu ilin "Kaspi" qəzetinin səhifələrində veksel islahatı haqqındakı
məqalələrdə bu qiymətli kağızın o zaman geniş istifadəsi və labüdlüyünü təsdiq
edən maraqlı məlumatlar dərc olunurdu. Həmin dövrdə Bakı Tacir Bankı və
Bakıda fəaliyyət göstərən digər banklar tərəfindən veksellər və faiz kağızları
buraxılmışdır. Veksellərdən ödəniş prosesində və borc münasibətlərinin
formalaşmasında geniş istifadə olunmuşdur. Veksel bazarı Azərbaycan
Demokratik Respublikası dövründə də inkişaf etmiş, lakin Sovet hakimiyyəti
dövründə məhdudlaşdırılmışdır.Sovet Azərbaycanında dövriyyədə olan əsas
qiymətli kağız uduşlu dövlət istiqrazları və veksellər (kommersiya kreditləri)
Dostları ilə paylaş: |