101
yolunu seçməsi ilə müəyyən olunur. Bazar iqtisadiyyatı isə azad sahibkarlığa
ə
saslanır. Buna nail olmağın əsas üsulu isə dünya təcrübəsindən məlum olan
özəlləşdirmə, yəni dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesinə keçilməsidir.
Məhz belə bir şəraitdə, dövlətimizin xarici təcrübəyə əsaslanaraq seçdiyi
özəlləşdirmənin həyata keçirilməsi prosesində qiymətli kağızlar bazarının
mövcudluğu zəruriyyəti meydana çıxdı. Beləki, əvvəllərdə qeyd etdiyimiz kimi
özəlləşdirmənin normativ-hüquqi bazasını təmin etmək məqsədilə 7 yanvar 1993-
cü ildə “Dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan
Respublikasının Qanunu qəbul edildi. Bu prosesin həyata keçirilməsi üçün
prezidentin 23 iyun 1992-ci il Fərmanına uyğun olaraq Dövlət Əmlak Komitəsi
(hazırda Dövlət Əmlakının darə Edilməsi Üzrə Dövlət Komitəsi) yaradıldı. Bu
komitəyə dövlət əmlakının özəlləşdirilməsi haqqında proqram hazırlamaq
tapşırıldı. Birinci proqramın həyata keçirilməsi istənilən nəticə vermədi və 29
sentyabr 1995-ci ildə 1995-98 illərdə Azərbaycanda dövlət mülkiyyətinin
özəlləşdirilməsinin yeni Respublika Proqramı qəbul edildi. Məhz bu proqramın
qəbulu ilə özlləşdirmə kimi mühüm problemin həllində fond bazarının iştirak
etməsi zəruriliyi meydana çıxdı.Həmin proqramda özəlləşdirmənin müddəti və
mərhələləri, məqsədləri, üzəlləşdirilən müəssisələrin təsnifatı, onların səhmdar
cəmiyyətə çevrilməsi, səhmləşdirmənin konkret variantları, özəlləşdirmə çeklərinin
verilmə şərtləri, miqdarı və onlardan istifadə qaydaları öz əksini tapırdı.
Müəssisələrin
özəlləşdirilməsi
bazarın
və
bazar
münasibətlərinin
formalaşdırılması; istehsal prosesinə rəqabət qabiliyyətli müəssisələrin cəlb
edilməsi; istehsalın idarə olunmasında çevikliyin yüksəldilməsi; xarici
investisiyaların cəlb olunması; fond birjası və fond bazarının formalaşdırılması;
büdcə kəsirinin azaldılması və ləğv edilməsi və s. kimi problemlərin həlli ilə
ə
laqələndirilirdi.Resbublikamızda fond bazarının rolu digər tərəfdən də
özəlləşdirilən kommersiya müəssisələrinin səhmdar cəmiyyətləri formasında təşkil
olunması ilə sıx əlaqəli idi. Çünki, bu prosesin həyata keçirilməsi ölkədə ən azı
səhm bazarının mövcudluğunu şərtləndirirdi. 12 iyun 1994-ci ildə “Səhmdar
102
Cəmiyyəti haqqında” Qanun qəbul edildi. 29 noyabr 1996-cı ildə “Dövlət
müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsi qaydaları haqqında Əsasnamə”
təsdiq edildi. Sonra 14 may 1997-ci ildə bir-birinin ardınca “Dövlət özəlləşdirmə
opsionları”, “ xtisaslaşdırılmış çek investisiya fondları (Ç F) haqqında”, “Milli
Depozit Sistemi”, “Dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı yaradılmış SC-
nin və ixtisaslaşdırılmış Ç F-un səhmdarlarının reyestrlərinin aparılması qaydaları
haqqında Əsasnamə”lər qəbul olundu. Bu normativ-hüquqi aktların qəbul olunması
və onların həyata keçirilməsi ölkədə hərtərəfli şəkildə formalaşmış qiymətli
kağızlar bazarının yaradılması zərurətini doğururdu. Özəlləşdirmə ilə əlaqədar yeni
proqrama uyğun olaraq səhmdar cəmiyyətlərinin yaradılması çek və opsion
bazarının mövcudluğunu şərtləndirdi. 18 may 1997-ci il respublikada çek
auksionunun (hərracının) başlanğıcı hesab olunur. Həmin ildə 14 çek auksionu
keçirilmiş və satışa 724 səhmdar cəmiyyətinin səhmləri çıxarılmışdır.1996-cı ildə
Nazirlər Kabineti tərəfindən “DQ -nin buraxılışı, yerləşdirilməsi və dövriyyəsi
Qaydaları barədə Əsasnamə” qəbul edildi və həmin il ilk dəfə olaraq Maliyyə
Nazirliyi tərəfindən dövlət istiqrazları buraxıldı ki, bu da ölkədə istiqraz bazarının
yaranması üçün ilkin şəraiti təmin etmiş oldu. 140iyul 1998-ci ildə “Qiymətli
kağızlar haqqında” Qanun qəbul olundu.Respublikamızda fond bazarının
yaranması korporativ idarə etmənin əsasını qoydu. Ölkəmizdə bu idarəetmə
səhmdar cəmiyyətləri formasında həyata keçirilir.
Onu da qeyd edək ki, özəlləşdirmə prosesinin 16 ilə yaxın bir müddətdə
həyata keçirilməsinə baxmayaraq hələ də bir çox müəssisələr özəlləşdirilməmişdir.
Bunun bir səbəbi özəlləşdirmə prosesinə xarici investorların cəlb edilə
bilməməsidir. Bunun üçün qiymətli kağızlar bazarı və ölkədə mövcud olan
investisiya şəraiti barədə informasiyanın daha çox verilməsi vacibdir.
Digər tərəfdən heç də bütün müəssisələr özəlləşdirilməyə cəlb olunmur. Bu,
həmin müəssisələrin dövlət üçün xüsusi strateji əhəmiyyət daşıması ilə əlaqədardır.
Məsələn, ilk dövrlərdə Azərbaycan Dövlət Neft Şirkəti özəlləşdirilməyə
çıxarılsa da, sonradan onun dövlət üçün əhəmiyyəti nəzərə alınaraq bu prosesdən
103
çıxarıldı. Bundan əlavə “AzərSu”, “Azər Enerji” kimi səhmdar cəmiyyətləri dövlət
mülkiyyətindədirlər.Aşağıdakı qrafikdə 1996-2007-ci illər ərzində özəlləşdirilmiş
kiçik dövlət müəssisə və obyektlərinin illər üzrə bölgüsünə nəzər salaSahələr üzrə
götürsək 2007-ci ildə “icarəyə verilmiş və istifadəsiz qeyri-yaşayış sahələri”
özəlləşdirilən obyektlərin siyahısında 1-ci yerdədir (1195 obyekt). lk dəfə olaraq
2007-ci ildə 13 səhiyyə müəssisəsi, 41 kinoteatr, 65 uşaq bağçası özəlləşdirilib.
2007-ci ildə dövlət müəssisələri bazasında yaradılmış səhmdar
cəmiyyətlərinin sayı 43 olmuşdur. Siyahıda 1-ci yeri “tikinti” sahəsi tutur. 2006-cı
ildə bu rəqəm 12 ədəd təşkil edirdi. Qeyd edək ki, dövlət müəssisələri bazasında
yaradılmış səhmdar cəmiyyətlərinin ən yüksək göstəricisi 1998-ci (507) ildə qeydə
alınmışdır. Ümumilikdə dövlət müəssisələri bazasında yaradılmış səhmdar
cəmiyyətlərinin sahələr üzrə strukturu aşağıdakı kimidir:
Dostları ilə paylaş: |