Microsoft Word elilliyin-ve-usaqlarin-saglamliq-imkanlari-mehdudlugunun-qarsisinin-alinmasi-elillerin-ve-saglamliq-imkanlari



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə4/18
tarix26.03.2018
ölçüsü0,58 Mb.
#34295
1   2   3   4   5   6   7   8   9   ...   18

Əqli  və  ya  fiziki  inkişafındakı  qüsurlara  görə  ümumi  məktəbəqədər  uşaq  tərbiyə 

müəssisələrində tərbiyə edilməsinə imkan olmayan sağlamlıq imkanları məhdud uşaqları üçün 

xüsusi məktəbəqədər uşaq tərbiyə müəssisələri təşkil edilir.

 

 

 

Maddə 17. Məktəb yaşlı sağlamlıq imkanları məhdud uşaqların evdə təhsili



 

 

 

Ümumtəhsil  məktəblərində  oxumaq  imkanı  olmayan sağlamlıq  imkanları  məhdud 



uşaqların təhsili  onların  və  valideynlərinin  arzusu  ilə  ev  şəraitində  təşkil  edilir. Müvafiq  icra 

hakimiyyəti  orqanlarısağlamlıq  imkanları  məhdud  uşaqların evdə  təhsil  almasına  hərtərəfli 

şərait yaradırlar.

 

Evdə  təhsilə  cəlb  edilmiş sağlamlıq  imkanları  məhdud  uşağın valideynlərindən  birinə, 



yaxud  onu  əvəz  edən  şəxsə  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilən 

qaydada  və  şərtlərlə  maddi  təminat  və  güzəştlər  verilir.  Belə uşağa qulluq  vaxtı  əmək  stajına 

daxil edilir.

 

[31]

 

Müvafiq  təlim-tərbiyə  müəssisəsi sağlamlıq  imkanları  məhdud  uşaqlara evdə  təlim 



verilməsində valideynlərə kömək göstərir.

 

 

 

Maddə 18. Sağlamlıq imkanları məhdud uşaqların məktəbdənkənar təhsili



 

[32]

 

 

 

Sağlamlıq  imkanları  məhdud  uşaqları hərtərəfli  və  ahəngdar  inkişaf  etdirmək,  onlarda 



ictimai  fəallıq  oyatmaq,  onları  əməyə,  elmə,  texnikaya,  incəsənətə  və  idmana  cəlb  etmək 

məqsədilə  təhsil  orqanları,  digər  dövlət  orqanları sağlamlıq  imkanları  məhdud 

uşaqları məktəbdənkənar təhsili

 

üçün lazımi şəraiti təmin etməlidirlər.



 

 

 

Maddə 19. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ümumi, orta ixtisas və ali 



təhsili 

[33]

 

Əlillərin və  sağlamlıq  imkanları  məhdud  uşaqların ümumi,  orta  ixtisas  və  ali  təhsili 



ümumi  tipli  təhsil  müəssisələrində,  zərurət  olduqda  isə  xüsusi  təhsil  müəssisələrində  həyata 

keçirilir.



 [34]

 

Əlillərin və  sağlamlıq  imkanları  məhdud  uşaqların təhsili  üçün  xüsusi  şəraitin  təmin 



edilməsi  məqsədilə 

ilk  peşə-ixtisas,  orta  ixtisas  və  ali  təhsil  müəssisələrinin

 əlillər və 

sağlamlıq  imkanları  məhdud  uşaqlar üçün  ixtisaslaşdırılmış  fakültələri  və  ya  şöbələri  təşkil 

edilir.

 [35]

 

Stasionar 



müalicə-profilaktika 

və 


ya reabilitasiya müəssisələrində (mərkəzlərində) müalicə  kursu  keçən sağlamlıq  imkanları 

məhdud uşaqlar üçün də dərs məşğələləri təşkil edilir.

 

[36]

 

İstedadlı sağlamlıq  imkanları  məhdud  uşaqların ümumi  təhsil  müəssisələrində  və  ya 



xüsusi məktəbdənkənar təhsil müəssisələrində pulsuz musiqi təhsili almaq, təsviri, bədii-tətbiqi 

sənətlərə yiyələnmək hüququ vardır.



 [37]

 

Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların qəbul imtahanları verməsi üçün lazımi 



şərait yaradılır.

 

Qəbul  imtahanlarını  müsbət  verən  əlillər  ali  və  orta  ixtisas  təhsili  müəssisələrinə 



müsabiqədənkənar qəbul edilmək hüququna malikdirlər.

 

[38]



 

 

 



Təhsil dövründə pensiyalar və təqaüdlər tam məbləğdə ödənilir.

 

I  və  II  qrup əlil  və  ya  sağlamlıq  imkanları  məhdud  18  yaşınadək  tələbələrə, 



şagirdlərə aldıqları təqaüdün 50 faizi məbləğində əlavə ödənc verilir.

 

[39]

 



1990-cı ilin 19-20 yanvar Bakı hadisələrində, Azərbaycan dövlətinin ərazi bütövlüyünün, 

müstəqilliyinin  və  konstitusiya  quruluşunun  müdafiəsi  zamanı  I  və  II  qrup  əlil  olmuş 

və 

ödənişli  əsaslarla



 ali  və  orta  peşə-ixtisas  təhsili  alan  şəxslərin  təhsil  haqqı  dövlət  büdcəsi 

hesabına ödənilir.



 [40]

 

Dövlət əlil - gənc mütəxəssislərin öz ixtisasları üzrə işə düzəlməsini təmin edir.



 

Tədris müəssisəsini bitirdikdən sonra əlillərə iş yeri seçməkdə üstünlük verilir.

 

Tədris  müəssisəsini  bitirdikdən  sonra  bölgü  üzrə  göndərilmiş  əlili  işə  qəbul  etməkdən 



imtina etdikdə, ona ixtisası üzrə iş vermədikdə və ya əmək qanunvericiliyinin başqa şərtlərinə 

əməl etmədikdə müəssisənin (birliyin), idarənin və təşkilatın müdiriyyəti onun iş yerinə gəlmək 

və daimi yaşayış yerinə qayıtmaq xərclərini habelə zəruri hallarda müşayiətçinin yol xərclərini 

ödəyir.


 

[41]

 

 



 

 

 

Maddə  20. Stasionar  müəssisələrdə sağlamlıq  imkanları  məhdud  uşaqların təlim-



tərbiyəsi

 

 

 

Stasionar  müəssisələr  orada uzunmüddətli  (21  gündən  artıq)  olan sağlamlıq  imkanları 



məhdud  uşaqların sosial-məişət  və  əmək  uyğunlaşması  ilə  üzvi  əlaqə  şəraitində  onların 

fasiləsiz təlim-tərbiyəsini təmin edir.

 

[42]

 

 

 

Maddə  21. Əlillərin və  sağlamlıq  imkanları  məhdud  uşaqların peşə  hazırlığı və əlavə 



təhsili

 

[43]

 

Əlillərin və  sağlamlıq  imkanları  məhdud  uşaqların peşə  hazırlığı  və  əlavə 



təhsili

 

fərdi reabilitasiya proqramına və  əlillərin  və  sağlamlıq  imkanları  məhdud  uşaqların 



reabilitasiyası  haqqında  dövlət  proqramına uyğun  olaraq  təhsil 

müəssisələrində

, o  cümlədən 

dövlət  məşğulluq  xidmətinin  tədris  mərkəzlərində,  müəssisələrdə  və  təşkilatlarda 

(ixtisaslaşdırılmış  və  ya  ümumi  tipli)  əlillərə və  sağlamlıq  imkanları  məhdud  uşaqlara sosial 

yardım göstərən idarələr və onların ictimai təşkilatları ilə birlikdə təmin edilir.



 [44]

 

Dövlət  məşğulluq  xidməti  əmək  qabiliyyətli  əlillərə  və  sağlamlıq  imkanları  məhdud 



uşaqlara  onların  peşə  hazırlığı,  yeni  peşə  öyrədilməsi  və  məşğulluq  imkanlarını  müəyyən 

etmək məqsədilə peşə yönümü xidməti göstərilməsini təmin edir.

 

[45]

 

Görməyən və zəif görən uşaqlar Brayl yazı sistemi ilə çap olunmuş dərsliklərlə, danışan 



kitablarla, əyani vəsaitlərlə, xüsusi maqnitofonlarla, lupalar, əl ağacları, karlar eşitmə cihazları 

və digər tiflo-surdotexniki vasitələri ilə təmin olunur, onlar üçün xüsusi təhsil müəssisələri və 

səsyazma studiyası yaradılır, xüsusi kitabxanalar təşkil edilir.

 [46]

 

Peşə  hazırlığı  və  əlavə  təhsil  dövründə  əlillərin və  sağlamlıq  imkanları  məhdud 



uşaqların maddi  təminatı  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilən 

qaydada və şərtlərlə həyata keçirilir.



 [47]

 

 

 

Maddə 22. Şəxslərarası ünsiyyət vasitələri



 

 

 

Dövlət  hərəkətlər  dilini  şəxslərarası  ünsiyyət,  təlim  və  tərcümə  xidmətləri  göstərmək 



vasitəsi kimi təsdiq edir.

 

Görmə qüsurları olan şəxslər Brayl sistemi üzrə təlimlə, audiovasitələr və iri şriftlə təmin 



edilirlər.

 

Əqli qüsurları olan şəxslərə dilin asan başa düşülməsinin öyrədilməsi sistemi təşkil edilir.



 

Nitq qüsurları olan şəxslərə müasir texniki ünsiyyət vasitələri verilir.

 

 

 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə