5
Tədqiqat obyekti kimi seçdiyimiz «Azərtunelmetrotikinti» səhmdar
cəmiyyəti mənfəətlə işləyən iri, çoxsahəli podrat tikinti təşkilatlarındanbiridir.
Səhmdar Cəmiyyətinin mühasibat balansı üzrə ilin sonuna mənfəət məbləği 2013-
cü ildə 61548 min man. (o cümlədən bölüşdürülməmiş mənfəət 388 min man.),
2014-cü ildə 95764 min man. (10531 minman.) olmuşdur.
Mənfəətlə işləmələrinə baxmayaraq cari tədiyyə öhdəlikləri ilbəil artmaqda
davam etmişdir. Təkcə bunu göstərmək kifayətdir ki, 1 yanvar 2014-cü il tarixə
ödəmə müddəti çatmış kreditor borc məbləğləri 93741 min manat olmuşdur ki, bu
da ilin əvvəli ilə müqayisədə (84093 min man.) 11,47% çoxdur.
Ödəmə vaxtı çatmış 93741 min manat məbləğində kreditor borcları
qaytarmaq üçün müəssisənin kassasında 205 min man., hesablaşma hesabında
5127 min man. valyuta hesabında 38 min man. və sair pul vəsaiti 932min man.,
cəmi pul vəsaiti 5237 min manat məbləğindətəcili likvidlik vəsaiti vardır. Bu halda
təcili cari likvidlik əmsal 5237:93741=0,06 olur ki, bunu da qənaətbəxş hesab
etmək olmaz. Deməlisəhmdar cəmiyyəti tədiyyə öhdəliklərinin ancaq 6%-ni
ödəmək iqtidarındadır.
Mənfəətlə işləyən, rentabellik səviyyəsi yüksək olan müəssisənin cari
borcları, hətta mübahisəsiz qaydada alınan büdcəyə olan borclardanqaytarmaq
iqtidarında olmamasımənfəətin formalaşmasının, uçot registrlərində qeydə
alınması və hesabatlarda əks etdirilməsinin qüvvədə olan qaydalarında, digər
normativ sənədlərdə olan qüsur və çatışmamazlıqlarla əlaqədardır (bu problem
dissertasiya işində ətraflı şərh olunmuşdur).
Bu hal öz növbəsində mövzunun aktuallığını bir daha sübut edir.
Problemin öyrə nilmə sə viyyə si. Qeyd etmək lazımdır ki, təsərrüfat
subyektlərinin istehsal, maliyyə və investisiya fəaliyyətinin son nəticəsi hesab
edilən mənfəətin formalaşması, bölüşdürülməsi və istifadəsinin uçotu və təhlili
metodikasının təkmilləşdirilməsi problemi iqtisad elmində ən çox tədqiq olunan
məsələlərdən biri sayılır. Tanınmış iqtisadçılardan A.D.Şeremet, V.F.Paliy,
V. .Petrova, R.S.Sayfulin, Q.Ə.Abbasov, S.M.Səbzəliyev, S.M.Yaqubov,
H.A.Cəfərli, N.M. smayılov və digərləri əsərlərində bu məsələ ilə bağlı dəyərli
6
fikir və mülahizələr irəli sürsələr də mənfəətin formalaşmasının müasir
konsepsiyaları üzrə tədqiqat aparılmasını başa çatdırmamışlar.
Tə dqiqat iş inin mə qsə d və və zifə lə ri. Aparılan tədqiqat işində əsas məqsəd
müəssisənin istehsal və maliyyə fəaliyyətinin son nəticəsi hesab olunan mənfəətin
formalaşmasının uçotu və inflyasiya şəraitində maliyyə nəticələrinin amilli təhlilini
aparmaqdır. Buna görə də tədqiqatın məqsədinə müvafiq olaraq aşağıdakı vəzifələr
kompleksinin həlli nəzərdə tutulmuşdur:
- Təsərrüfat subyektlərinin son maliyyə nəticəsi hesab olunan mənfəətin
mikroiqtisadi parametrlər sistemində yerinin müəyyənləşdirilməsi;
- Inflyasiya şəraitində mənfəətin formalaşması, bölüşdürülməsi və
istifadəsinin təhlilinin nəzəri-metodoloji və praktiki problemlərinin həll
edilməsi;
- Mənfəət və zərərlər haqqında hesabat konsepsiyasının harmonizasiya
edilməsi probleminin araşdırılması;
- Milli Mühasibat uçotu standartlarına uyğun olaraq mənfəət və zərərlərin
uçotunun aparılmasının təkmilləşdirilməsi.
Tə dqiqatın predmeti və obyekti. Tədqiqatın predmeti təsərrüfat
suğyektlərində təsərrüfat-maliyyə fəaliyyətinin son maliyyə nəticəsi sayılan,
müəssisənin daimliyinin təmin edilməsində, xüsusi kapitalın çoxaldılmasında
təsisçilərin, investorların, persionalın, maliyyə orqanlarının maddi maraqlarının
təmin edilməsində həlledici rol oynayan mənfəət və ondan istifadə problemidir.
Tədqiqatın obyekti isə 312,5 milyon manat məbləğində xüsusi vəsaiti olan, ildə
həm öz gücü il əvə həm də subpodratçıların xidmətlərindən istifadə etməklə
mürəkkəb stukturda tikinti- quraşdırma işlərini icra edən, hazır tikinti məhsulunu,
qurtarmış mərhələlər üzrə tikinti quraşdırma işlərini sifarişçilərə təhvil verən
«Azərtunelmetrotikinti» Səhmdar Cəmiyyətidir.
Tədqiqatın nəzəri və metodoloji əsasını “Mühasibat uçotu haqqında”
Azərbaycan Respublikasının qanunu, “Azərbaycan Respublikasının Vergi
Məcəlləsi”, həmçinin Nazirlər Kabinetinin uçot və hesabatın hüquqi
tənzimlənməsinə dair normativ sənədləri təşkil edir.
7
Tədqiqat işində iqtisadi-riyazi, balans-monoqrafik, məqsədli proqram, qrafik
üsullarından istifadə edilmişdir.
Elmi yenilik. Dissertasiya işində mənfəətin formalaşmasında, o cümlədən,
məhsul, iş və xidmətlər satışından alınan, əsas vəsait obyektlərin ləğv edilməsi və
satışından alınan, sair satışdan alınan mənfəətin formalaşmasında, uçot
registrlərində qeydə alınmasında və hesabatlarda əks etdirilməsində mövcud olan
qüsur və çatışmamazlıqları elmi cəhətdən əsaslandırılmış və beynəlxalq uçot
standartlarına uyğunlaşdırılmış şəkildə şərh edilmişdir.
Tə crübə vi ə hə miyyə t. «Mühasibat uçotu, audit və iqtisadi təhlil» elmi tətbiqi
elmlər sırasına daxildir. Bu səbəbdən də mənfəətə dair real göstəricinin
hesablanması, uçot registrlərində və hesabatlarda əks etdirilməsinə dair tədqiqatın
nəticələrinin podrat tikinti təşkilatlarında tətbiqi onların effektli idarə edilməsi
üçün dəqiq, gerçək informasiyaların alınmasında və idarəetmə qərarlarının
hazırlanmasında böyük əhəmiyyət kəsb edəcəkdir. Təhlilin nəticələrinin istehsal
müəssisələriedə tətbiqi onların maliyyə vəziyyətinin, xüsusilə də ödəniş
qabiliyyətinin yaxşılaşdırılmasında xüsusi əhəmiyyət kəsb edəcəyi şübhəsizdir.
ş
in nəticələrinin aprobasiyası və tətbiqi. Magistr dissertasiya işi ilə
ə
laqədar tədqiqatın nəticələri Azərbaycan Dövlət qtisad Dövlət Universitetində
keçirilən elmi konfranslarda müzakirə olunmuş və tədqiqatın nəticələri tətbiq
olunmaq məqsədilə “Azərtunel metrotikinti” səhmdar cəmiyyətinə göndərilmişdir.
ş
in strukturu və həcmi. Magistrlik dissertasiya işi giriş, üç fəsil, nəticə və
istifadə olunan ədəbiyyatın siyahısından ibarətdir.
Dostları ilə paylaş: |