58
kimi) qanun şəklinə saldı. Ölüm hökmləri gecikdiril-
mədən həmin gecə yerinə yetirilirdi. “NKVD” zindanına
hətta təsadüfi yanlışlıq (məsələn, ad-soyadın eyniliyi)
üzündən düşmüş şəxsin oradan iş almadan çıxması
möcüzə sayılardı.
Ölkədə o qədər işlək çuğulçuluq sistemi yaradılaraq
hay-küylə təbliğ edilirdi ki, valideynlər övladlarından, ər-
arvad bir-birindən, övladlar ata və bacı-qardaşlarından
“NKVD”-yə xəbərçilik edərək məhbuslar şəbəkəsini
sürətlə genişləndirirdilər. Xalq Pavlik Morozov xəstəliyinə
yoluxdurulmuşdu. İstənilən şəxs haqqında kiminsə yalan-
dan “o, hökumət haqqında xoşagəlməz söz söylədi” de-
məsi həbs üçün yetərliydi. Artıq 1937-1938-ci illərdə
“Stalin dustağı”nın ədalətin ən zəif işartısına belə umud
bəsləməsi imkan xaricindəydi.
Əliabbas Qədimovun dördüncü həbsi bu dönəmə
düşdü və sonuncu oldu.
PR-23530 SAYLI İSTİNTAQ İŞİ
Qarşımızda 229 vərəqlik, hər vərəqi sanki bir ton
ağırlığında, hər səhifəsindən haqsız insanların göz yaşları,
hönkürtü və ah-nalələri, yeri gəldikcə üsyan hayqırtıları
duyulan çox ciddi bir sənəd var. Bu, Əliabbas Əli oğlu
Qədimov və Mədinə xanım Mehdi qızı Qiyasbəyla’nin
Azərb. SSR Cinayət Məcəlləsinin (CM) 72/73-cü maddə-
ləriylə ittiham edildikləri, 7 dekabr 1936-cı ildə başlanıb 5
sentyabr 1937-ci ildə bitmiş 13506 saylı (indi PR-23530
saylı) istintaq işidir.
59
Dilsiz-ağızsız vərəqlərdə Azərbaycanın iki ən qeyrətli
övladının güllələnməsinə çalışan allahsız çekistlərin
bütün saxtakarlıqları, ozamankı hüquq sisteminin heç bir
əndazəyə sığmayan ədalətsizliyi, kommunistlərin öz
siyasi rəqibləri olan dustaqlara düşməncəsinə münasibəti
gerçək əksini tapıb. Bu sənəddə yazılanlar yalnız adı
çəkilən iki görkəmli şəxsiyyətin deyil, bütövlükdə kom-
munist ağalığı illərindəki bütün ziyalılarımızın, millət-
sevər, yurdsevər insanlarımızın bir-birinə hədsiz bənzə-
yən talelərini əks etdirdiyinə görə oradakı bəlgələrdən
maksimum yararlanmaqla ən önəmlilərini oxuculara
çatdıracağıq.
“GİZLİ MÜSAVAT MK-sı 4-cü HEYƏTİNİN ÜZVÜ”
Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı (XDİK)
Dövlət Təhlükəsizlik İdarəsi (DTİ) Gizli-Siyasi Şöbəsi
(GSŞ) əməkdaşlarının 29 dekabr 1936-da tərtib etdiyi, hə-
min şöbənin rəisi, dövlət təhlükəsizliyi kapitanı Gerasi-
mov
’un 30 dekabrda təsdiqlədiyi arayışda Əliabbas Qədi-
movun həbs edilməsinin motivləri belə “əsaslandırılır”:
Arayış
12288 saylı istintaq işinə əsasən həbs olunan gizli Müsa-
vatın Mərkəzi Komitəsinin 4-cü heyətinin fəal üzvlərindən biri
də 1902-ci ildə
(?! – müəl.) anadan olmuş Şəki şəhər sakini,
Quba rayon xəstəxanasının həkimi
Qədimov Abbasdır.
İndi həbsdə olan fəal müsavatçı Mədinə xanım Qiyasbəy-
linin ifadəsinə görə, Abbas Qədimov Müsavat təşkilatının
üzvüdür. Qədimov Abbas 1930-cu ildə Şəkidən Bakıya, Mədinə
60
xanımın yanına gəlmiş və gizli üsyan təşkilatının adından
bildirmişdir ki, Şəki rayonunda baş vermiş üsyan hərəkatına kö-
mək əldə etmək üçün onun vasitəsiylə müsavatçılarla əlaqə
yaratmaq istəyir.
Hesab edirik ki, bu ifadə əsasında Qədimov Əliabbasın həbs
edilməsi və Azərbaycan SSR CM-nin 72/73-cü maddələriylə
məsuliyyətə cəlb olunması zəruridir.
2-ci gizli-siyasi şöbənin əməliyyat müvəkkili, dövlət
təhlükəsizliyi kiçik leytenantı
Sonkin S.
2-ci gizli-siyasi şöbənin rəisi, dövlət təhlükəsizliyi baş
leytenantı
Atakişiyev.
29 dekabr 1936-cı il.
Sənədin aşağısında sağ küncdə Sonkinin öz əliylə
yazaraq qolladığı bu qeydi oxuyuruq: “Həbs ASSR xalq
səhiyyə komissarı y. Pantsxava ilə razılaşdırılıb. 3/I-37”
.
SƏNƏDƏ SÖZARDI
1920-ci il aprelin 28-də bolşevik Rusiyasının işğal
etdiyi Azərbaycanda Müsavat Partiyası gizli fəaliyyətə
keçməyə məcbur oldu. Məhz gizli iş şəraitində partiyanın
Mərkəzi Komitəsinin (MK) yeni heyəti seçildi. MK-nın 15
nəfərdən ibarət bu heyətinin tərkibinə Mirzəbala Məhəm-
mədzadə
(sədr), Məhəmmədsadıq Quluyev (təşkilat katibi),
Əbdülvahab Məhəmmədzadə
(müavin), Cəfər Cabbarlı (katib),
Məhəmmədhəsən Baharlı
(maliyyə katibi) və b. daxil oldu-
lar.
1923-cü ilin sentyabrında Fövqəladə Komissiya Müsa-
vatın gizli mətbəəsini aşkarladı. Yenidən həbslər dalğası
61
başlandı. Repressiya nəticəsində gizli Müsavatın ali or-
qanı olaraq fəaliyyət göstərən MK-nın ilk heyəti də
sıradan çıxdı.
Daim ölüm və həbs təhlükəsi altında yaşamalarına
baxmayaraq müsavatçılar MK-nın ikinci heyətini forma-
laşdıra bildilər. Ancaq 1926-cı ilin martında FK Mərkəzi
Komitə üzvləri Dadaş Həsənov, Əhməd Hacınski, Əli Yusif-
zadə
və 34 nəfər başqa müsavatçını həbs etdi. Həmin ilin
oktyabrında partiyanın daha 31 üzvü həbsxanaya atıldı.
Bununla da MK-nın ikinci heyətinin fəaliyyəti başa çatdı.
1926-cı ildə Sovet İttifaqının beynəlxalq durumunun
pisləşməsi Müsavatın yenidən fəallaşmasına səbəb oldu.
Bu mərhələ 1931-ci ilədək davam etdi. Həmin dövrdə
partiya daha çox ideoloji mübarizəyə və gənclərlə aparı-
lan işə önəm verirdi.
1927-ci ildə Həsənağa Axundzadə (məsul katib), Haşım
Aslanov
(təşkilat şöbəsinin müdiri) və Əliağa Aslanov
(xəzinədar) tərəfindən “Gənc Azər” təşkilatı yaradıldı. Bu
təşkilatın müxtəlif təhsil ocaqlarında və sənaye müəssi-
sələrində özəkləri meydana gəldi. Müsavatdakı bu
canlanma yeni repressiyaya səbəb oldu. 1929-cu ildə 1.142
nəfər Müsavat tərəfdarı tutuldu. Həbslər, sürgünlər 1930-
1931-ci illərdə də davam etdi. Tutulan müsavatçıların və
Müsavat tərəfdarlarının bir hissəsi güllələndi, başqa
hissəsi isə sovet imperiyasının uzaq şimal vilayətlərinə
gedərgəlməz sürgünlərə göndərildi.
Beləliklə, 1931-ci ildə gizli Müsavat təşkilatına başçılıq
edən MK-nın 3-cü heyətinin fəaliyyəti başa çatdı.
Dostları ilə paylaş: |