10
• maliyyə bazarı və qiymətli kağızlar bazarının vəziyyəti və səviyyəsi;
• ölkənin xarici və daxili borculanma səviyyəsi;
• tədiyə balansının kəsiri;
• investisiya fəaliyyətinin aktivləşməsinin maliyyə şərtləri.
• maliyyə sisteminin bütün səviyyələrində maliyyə axınları və hesablaşma
münasibətlərinin sabitliyi;
• ödəniş öhdəliklərinin icrası, ödənişlərin icra olunmama səviyyəsi;
• maliyyə axınlarının “şəffaflığı”;
• dövriyyənin ümumi həcmində pul hesablaşmalarının payı;
• maliyyə kapitalının xaricə qanunsuz axını;
• pul kütləsinin dövriyyə sürəti;
• tədavüldə olan pul kütləsinin həcmi.
Makromaliyyə sabitliyi ölkənin sosial-iqtisadi məqsədə çatmaq üçün hökumət
xərclərinin və gəlirlərinin tənzimlənməsi üzrə dövlətin maliyyə tədbirlərinin
məcmusuna əsaslanır. Ona görə də makromaliyyə sabitliyinə dövlətin iqtisadi
funksiyalarının icra olunmasındakı mexanizmi kimi baxmaq olar. Makromaliyyə
sabitliyinə nail olmaq üçün dövlət iqtisadi və sosial siyasətin əsas məqsədlərini və
onların təmin olunması üsullarını müəyyənləşdirməlidir. Maliyyə sabitliyini düzgün
maliyyə siyasəti əsasında təmin etmək olar. Maliyyə sabitliyini təmin edilməsi üzrə
aparılan siyasətlər zaman etibari ilə uğursuz ola bilər. Bəzi siyasətlər qısamüddətli
dövrdə maliyyə sabitliyini təmin edə bilsələr də, uzunmüddətli dövrdə təmin edə
bilmir və daha çox xərc tələb edə bilər.
Qiymət sabitliyinin təmin edilməsi maliyyə sabitliyinin əsas tərkib hissəsidir.
Qiymət sabitliyi inflyasiya səviyyəsinin insanların iqtisadi qərarlarına təsir edə
bilməyəcək qədər aşağı olduğu bir vəziyyətdir. Yəni, qiymətlərin sabit və dəyişməz
olduğu vəziyyət deyil, hədəflənən ortalama qiymət səviyyəsində davamlılığının təmin
edilməsidir. Qiymətlərinin ümumi səviyyəsindəki illik ortalama artım sürətinin xüsusi
olaraq 1-2 % olduğu iqtisadiyyatlarda qiymət sabitliyinin olduğunu demək olar[31,
11
səh.85]. Hətta inkişaf etməkdə olan ölkələrdə qiymətlərinin ümumi səviyyəsindəki
illik ortalama artım sürəti 5%-ə qədər normal qarşılana bilər.
nflyasiya pulun alıcılıq qabiliyyətinin azalması- pulun dəyərdən düşməsidir.
Qiymətlərin hər cür artması inflyasiya demək deyildir. Qiymətlər məhsulun
keyfiyyətinin yaxşılaşdırılmasından, istehsal xərclərinin artmasından, bayramqabağı
qiymətlərin qalxımından ola bilər. nflyasiya məcmu tələblə məcmu təklif arasında
balansın pozulması nəticəsində ölkənin bütün bazarlarında qiymətlərin ümumi
artımına səbəb olur.
nfliyasiyanın sosial-iqtisadi nəticələri özünü –gəlirlərin əhali qrupları, istehsal
sferaları, iqtisadi subyektlər arasında qeyri-bərabər bölüşdürülməsi, eləcə də iqtisadi
subyektlərin pul yığımlarının dəyərsizləşməsi kimi göstərir və makromaliyyə
sabitliyinin pozulmasına səbəb olur.
Müasir şəraitdə bazar iqtisadi sisteminə keçidlə əlaqədar olaraq iqtisadi
nəzəriyyənin predmetinə və metodoloji baxımdan tədqiqat obyektinə müvazinətlik
probleminin daxil edilməsi mühüm elmi, nəzəri və praktiki problemlərdən biri hesab
edilməlidir.
qtisadi problemlərin tədqiq edilib öyrənilməsi, onların mahiyyətinin açılması,
hadisələrin mahiyyətinə nüfuz edilməsi metodologiyadan istifadənin prinsipləridir.
Odur ki, iqtisadi problemlərin öyrənilməsində metodoloji prinsiplərin istifadə
edilməsi ön plana çəkilməlidir.
Metodologiya metodlar haqqında elmdir. qtisadi tədqiqat metodlarına abstrak,
analiz, sintez, məntiqilik, tarixilik, induksiya, deduksiya, dialektik və s. aiddir.
Metodologiyanın prinsiplərinə uyğun olaraq tədqiqat prosesində metodlardan istifadə
edilir ki, öyrənilən iqtisadi hadisə və proseslərin mahiyyətinə nüfuz edilsin, onların
ziddiyyətliliyi, inkişaf istiqamətləri aşkar edilsin. Maliyyə sabitliyinin öyrənilməsi
zamanı dialektik metoddan istifadə olunması daha məqsədə uyğundur. Dialektik
metod hər bir hadisə və prosesi inkişafda və qarşılıqlı əlaqədə öyrənir.
qtisadi nəzəriyyənin predmetinin və metodologiyasının müvazinətlik
nəzəriyyəsi ilə əlaqələndirilməsi, onların bağlılığının açıqlanması mühüm elmi
12
ə
həmiyyət kəsb edir. Müvazinətlik probleminin elmi-nəzəri əsaslarının açılmasında
metodologiyadan istifadə edilməsi zəruri şərtlərdən biridir.
Qeyd etmək lazımdır ki, müvazinətlik probleminə müxtəlif iqtisadi məktəbin
nümayəndələri müxtəlif baxımdan yanaşmışlar.
qtisadi tarazlıq nəzəriyyəsinin əsasını əsas üç konsepsiya - son faydalılıq, son
məhsuldarlıq və tələb-təklif təşkil edir. qtisadi tarazlıq nəzəriyyəsinin iqtisadi-riyazi
modelləri tərtib edilir ki, bu modellər də son faydalılıq, son məhsuldarlıq, tələb və
təklif nəzəriyyələrinin təhlilinə əsaslanan sintezlərə söykənir. Sosial-iqtisadi
baxımdan iqtisadi tarazlıq nəzəriyyəsi istehlakçının, müxtəlif siniflərin və sosial
qrupların vəhdətinə, müəyyən iqtisadi hadisələrin sabitliyinə və ya da bu iqtisadi
sabitliyin qismən dəyişməsinə əsaslanan konsepsiyadır.
Bir çox Qərb iqtisadçı - alimləri, o cümlədən K.Menger, E.Bem- Baverk,
F.Vizer, A.Marşall tələb və təklif nəzəriyyəsini son faydalılıq və istehsal xərcləri
nəzəriyyələrilə əlaqələndirirdilər. Bu nəzəriyyənin davamçısı kimi 70-ci illərdə
P.Samuelson və C. Xiks göstərirdi ki, tələb və təklif istehsal xərcləri və son faydalılıq
nəzəriyyələrindən asılıdır. Bu nəzəriyyədə Keynsçi fiskalizm ideayaları ilə
neoklassiklərin iqtisadiyyatı pul-kredit siyasəti ilə tənzimləməsini nəzərdə tutan
konsepsiyası ilə birləşdilər. P.Samuelsonun fikrincə maliyyə siyasətinin qarşısında
duran əsas məsələ “ictimai əmtəə” təklifi bölməsi üçün tənzimləyici tədbirlərin təmin
edilməsindən ibarətdir. P.Samuelson iddia edirdi ki, istehsal xərcləri qiymət sisteminə
təsir etdiyi kimi təklifə də həmin dərəcədə təsir göstərir.
Ümumi tarazlıq ideyası başlanğıcını klassiklərin əsərlərindən götürür. A. Smit
göstərmişdir ki, iqtisadi adam öz şəxsi maraqlarını gözləməklə sonda özü də
istəmədən ümumi maraqların qorunmasına və ümumi tarazlığın bərqərar olmasına
şə
rait yaradacaqdır.
Tələb və təklif nəzəriyyəsinin ilk yaradıcılarından biri J.B.Sey olmuşdur.
J.B.Sey qiyməti və dəyəri həm tələb və təklifin arasında olan nisbətlə, həm də
faydalılıqla əlaqədar olaraq izah edirdi. Sey qanuna görə təklif özünə uyğun tələb
yaradır. Çünki, əmtəə və xidməti satan onun əvəzində pul alır və həmin pula başqa
Dostları ilə paylaş: |