o
Əllər (B:III)
Yarıqlı lampa ilə biomikroskopiya
o
Göz yaşı təbəqəsi (A:III)
o
Kirpiklər (A:III)
o
Göz qapaqlarının ön və arxa kənarları (A:III)
o
Göz yaşı nöqtələri (A:III)
o
Aşağı tağ və tarzal konyunktiva (A:III)
o
Bulbar konyunktiva (A:III)
o
Buynuz qişa (A:III)
Müalicəyə göstərişlər
Göz yaşının defisiti olan xəstələrə aşağıdakı tədbirlər göstərişdir:
o
Vəziyyəti ağırlaşdıran dərman vasitələrinin istifadəsini azaltmalı (A:III)
o
Göz ətrafı manipulyasiyaları azaltmalı (A:III)
o
Ətraf mühitin havası nəmləndirilməlı (A:III)
o
Komputerlə iş azaldılmalı (A:III)
o
Süni göz yaşı preparatlarından istifadə etməli (A:III)
Göz yaşının defisiti olan xəstələrdə dərman müalicəsi effekt vermədikdə aşağıdakı cərrahi
müdaxilələr həyata keçirilə bilər:
o
Blefaritlər, trixiaz və ya qapaq qüsurlarının korreksiyası ( laqoftalmiya,
entropion/ektropion) (A:III)
o
Göz yaşı nöqtələrinin okkluziyası (A:III)
o
Ağır vəziyyətlərdə tarzoraffiya (göz qapaqlarının tikilməsi) (A:III)
Xəstələrin maarifləndirilməsi
Xəstələri quru göz sindromunun xroniki xüsusiyyəti və gedişi barədə məlumatlandırmalı
(A:III)
Müalicənin rejimi barədə xüsusi təlimatla təmin etməli (A:III)
Xəstələrə baş verə biləcək mümkün struktur dəyişikliyinin riskini anlatmalı və onları
effektiv müalicə nəticəsində mümkün yaxşılaşmanın olmasına inandırılmalı (A:III)
Sistem xəstəliklərin manifesti müşahidə olunan xəstələri uyğun mütəxəssisə göndərməli
(A:III)
Başlanğıc mərhələdə olan quru göz sindromundan əziyyət çəkən xəstələri LASİK və FRK
ə
məliyyatlarından sonra gözlərinin vəziyyətinin ağırlaşa biləcəyi barədə xəbərdar etməli
(A:III)
Ezotropiya – Daxili çəpgözlük
(İlkin və sonrakı müayinələr)
(Qiymətləndirmə: A: Xüsusi ilə vacib, B: Vacib, C: Münasibdir, ancaq vacib deyil.
Dəlilin qüvvəsi:
I: Güclü, II: Zəruridir I olmadıqda, III: I və II olmadıqda mütəxəssis rəyi ilə
razılaşma )
İlkin subyektiv müayinə
Okulyar simptom və əlamətlər (A:III)
Okulyar anamnez ( deviasiyanın başlanma vaxtı və tezliyi, diplopiyanın olub-olmaması)
(A:III)
Ümumi anamnez ( pre-, peri- və postnatal tibbi faktorlar) (A:III)
Çəpgözlük, ambliopiya və ekstraokulyar əzələlərdə həyata keçirilən əməliyyatlar daxil
olmaqla ailə anamnezi (A:III)
İlkin obyektiv müayinə
Görmə itiliyi (A:III)
Ortoforiya ( uzağa və yaxına) (A:III)
Ekstraokulyar əzələlərin funksiyası (A:III)
Hissi parametrlər (A:III)
Makulanın vəziyyəti nəzərə alınmaqla göz dibinin müayinəsi (A:III)
Sikloplegiyadan sonra refraksiyanın təyini (A:III)
Müalicəyə göstərişlər
İlk olaraq klinik əhəmiyyətli refraksiya qüsurlarını korreksiya etməli (A:III)
Ezotropiyaların bütün formalarını müalicə üçün nəzərdən keçirməli və ortoforiyanı
təxirasalınmadan təmin etməli (A:III)
Optik korreksiya ortoforiyanı təmin etmədiyi hallarda, cərrahi korreksiyanı həyata
keçirməli (A:III)
Mümkün binokulyarlığı artırmaq üçün klinik əhəmiyyətli ambliopiyanı cərrahi
ə
məliyyata qədər müalicə etməli (A:III)
Sonrakı müşahidələr
Sonrakı müşahidələr zamanı aşağıdakılar nəzərə alınmalıdır:
o
Müalicəyə tolerantlıq və əlavə effektlər (A:III)
o
Refraksiya qüsurunun korreksiyası ilə görmə itiliyinin və fiksasiyanın
müayinəsi (A:III)
o
Refraksiya qüsurunun korreksiyası ilə üzaq və yaxın məsafəyə fiksasiya zamanı
deviasiya (A:III)
o
A və ya V patternlərinin və/və ya çəp disfunksiyanın müşahidəsi (A:III)
o
Binokulyar görmənin xarakteri (A:III)
Hipermetropiyanı təyin etmək üçün ən azı bir il olmaqla, lazım olduqda 4-6 aylıq
fasilə ilə
sikloplegiyadan istifadə etməli (A:III)
Növbəti müayinələrin intervalları (A:III)
Yaş (illər)
Rutin müayinələrin intervalı (aylar)*
0-1
1-3
1-5
3-6
5-10
6-12
*Ambliopiya aradan qalxmadıqda və ya ortofariyada pisləşmə müşahidə edildikdə,
müraciətlərin sayı artırıla bilər
Xəstələrin maarifləndirilməsi
Xəstəliyi anlamaq, həmçinin ona qarşı birgə mübarizə aparmaq üçün xəstəlik və onun
nəticələrini xəstə və /və ya valideynləri ilə müzakirə etməli (A:III)
Yaşlı xəstələrlə müxtəlif müalicə üsullarının üstünlüklərini və çatışmazlıqlarını müzakirə
etməli (A:III)
Xəstənin valideynləri və/və ya ailə üzvləri ilə münasib müalicə planını formalaşdırmalı
(A:III)
Lazım olduqda xəstə və/və ya valideynləri ilə yaranan əlavə psixoloji effektləri müzakirə
etməli (A:III)
Cüzam zamanı görmə üzvünün xəstəlikləri
(İlkin müayinə və müalicə)
(Qiymətləndirmə: A: Xüsusi ilə vacib, B: Vacib, C: Münasibdir, ancaq vacib deyil.
Dəlilin qüvvəsi:
I: Güclü, II: Zəruridir I olmadıqda, III: I və II olmadıqda mütəxəssis rəyi ilə
razılaşma )
İlkin subyektiv müayinə
Okulyar simptomlar (görmənin zəifləməsi, yaşaxma, qıcıqlanma əlamətləri) (A:III)
Laqoftalmiyanın müddəti ( 6 aydan az və ya çox) (A:III)
Cüzamın müddəti (adətən diaqnoz qoyulan vaxtdan) (B:III)
Cüzamın tipi (A:III)
Çox saylı preparatlarla müalicə; nə qədər və hansı preparatların qəbulu (A:III)
Cüzam reaksiyasının anamnezi (B:III)
İlkin obyektiv müayinə
Görmə itiliyi (A:III)
Göz qapaqları və gözün bağlanması (A:III)
Buynuz qişanın həssaslığı (A:III)
Konyunktiva (A:III)
Sklera (A:III)
Bəbək (A:III)
Nazolakrimal aparat (A:III)
Yarıqlı lampa biomikroskopiyası
o
Buynuz qişa epitelinin tamlığı
o
Buynuz qişanın sinir liflərinin muncuqvari olması, stromal bulanıqlıq (B:III)
o
Ön kamera (A:III)
o
Qüzehli qişanın atrofiyası (A:III)
o
Qüzehli qişa “mirvariləri” (B:III)
o
Arxa sinexiyalar (A:III)
o
Katarakta (A:III)