26
adlandırmaq olar. nformasiya iqtisadiyyatını xarakterizə edən xüsusiyyətlərə:
qlobal xarakter; biliklərə istiqamətlənmə; innovasiya təbiəti; “istehlakçı –
istehsalçı” münasibətlərinin dəyişməsi; əməyin yaradıcı, intellektual xarakteri aid
edilir. Mahiyyət etibarı ilə informasiya iqtisadiyyatı bazar iqtisadiyyatı xüsusiyyət-
lərinə malikdir. Yəni burada istehlakçının müstəsna səlahiyyətləri təmin edilir,
bazarda rəqabət mövcuddur, ”görünməz əl” prinsipi işləyir və dövlət bazarın
fəaliyyətinə müdaxilə etmir. Lakin sadalanan xüsusiyyətlərin reallaşdırılması
özəlliklərə malikdir. Bu baxımdan, ən vacibi istehlakçının sərbəstliyinin təmin
olunması hesab edilməlidir. Müvafiq bazarın xüsusiyyətləri baxımından isteh-
lakçının sərbəstliyinin təmin olunmasında əsas məqam onun məhsul və bazar,
həmçinin firmaların davranışı haqqında məlumatlılığıdır. Hesab olunur ki, burada
mühüm problem informasiyanın asimmetrikliyi potensialı ilə bağlıdır. Asimmetrik
informasiya nəzəriyyəsinə görə, istehlakçılar məlumatlılıq baxımından iki qismə
ayrılır: simmetrik informasiyaya malik olan güclü istehlakçılar və asimmetrik
informasiya şəraitində bazara uyğunlaşmağa çalışan digər istehlakçılar.
“Təmiz” mübadilə iqtisadiyyatında istehlakçı və onun davranışı “simmetrik
informasiya” şəraitində qiymətləndirilir. Bu zaman hesab olunur ki, istehlakçı
aşağıdakı 4 xüsusiyyətə malikdir:
1) onun istehlak çoxluğu əmtəə çoxluğunun alt çoxluğudur;
2) onun seçimi zövqü və istəyi ilə müəyyənləşir;
3) o əvvəlcədən müəyyən təminata malikdir və bu təminat mövcud qiymətlər
şə
raitində onun rifahını tənzimləyir;
4) faydalılığın maksimumlaşdırılmasına istiqamətlənmiş rasional istehlakçı
istəyi onun təmin olunma səviyyəsi ilə məhdudlaşır.
nformasiya o zaman simmetrik olur ki, qərar qəbulu zamanı bütün agentlərin
qeyri-əminlik səviyyəsi eyni olsun. Həm obyektiv, həm də subyektiv
informasiyanın ehtimallığı eynidir, sanki simmetriya təşkil edir. Obyektiv
informasiya, adətən, bazarın bütün agentləri üçün simmetriya təşkil edir, ancaq
subyektiv informasiya asimmetriya yaradır. Həmişə bazara uyğunlaşmağa çalışan
istehlakçılar satıcılarla nisbətdə daha çox informasiyaya malik olur. Asimmetrik
27
informasiya problemi XX əsrin 70-ci illərindən iqtisadi nəzəriyyədə müxtəlif
praktiki nümunələrlə izah edilir.
Ə
sas nəticə ondan ibarətdir ki, asimmetrik informasiya şəraitində
tərəfdaşlardan biri daha əlverişli imkanlara malikdir.
Asimmetrik informasiya konsepsiyası aşağıdakı nəticələrlə ifadə olunur:
1) əgər bazarda asimmetriya varsa, onda firmaya yalnız əmtəə və xidmətlərin
satıcısı kimi, istehlakçıya isə əməyin və əmtəələrin alıcısı kimi baxmaq – düzgün
deyil, bu halda bazar agentlərinin qarşılıqlı fəaliyyəti üçün yeni faktordan-onların
məlumatlılığı faktorundan istifadə olunmalıdır;
2) simmetrik informasiya şəraitində istehlakçının davranışı kifayət qədər sadə
aksiomlar toplusu ilə izah edilirsə, asimmetrik informasiya şəraitində istehlakçının
davranışını onun müxtəlifliyi, çoxcəhətliliyi səbəbindən proqnozlaşdırmaq və
tənzimləmək praktiki olaraq mümkün deyil, çünki bu zaman o, öz risklərini
azaltmaq və maraqlarını müdafiə etmək üçün çox ehtiyatlı və düşünülmüş
hərəkətlər edir;
3) simmetrik informasiya şəraitində istehlakçının davranışında özünə əminlik
olduğundan “istehlakçı – bazar” vektoru fərddən bazara doğru istiqamətlənmiş
olur, asimmetrik informasiya şəraitində isə agentlərin optimal davranışı onların
qeyri-əminliyi ilə müəyyənləşir və münasibətlər vektoru bazardan istehlakçıya
doğru istiqamətlənir;
4) istehlakçı mübadilə zamanı az və ya daha çox məlumatlıdırsa, kəmiyyət və
qiymətlər kifayət qədər aşkar deyilsə, onda güclü istehlakçı haqqında danışmaq
olmaz: belə ki, istehlakçı özünün əmin olmaması səbəbindən və digər agentlərin
reaksiyaları baxımından şəraitə uyğunlaşmağa məhkumdur.
Asimmetrik informasiyanın bütün hallarının nəzərə alınması praktiki olaraq
mümkün olmadığından onları aşağıdakı 4 qrupda birləşdirirlər:
1) tarazlığın rasional gözlənilməsi;
2) mənəvi risklər;
3) passiv seçim;
4) axtarış.
28
Birinci qrupa insanların proqnoz modellərinə əsasən davranış halları aid
edilir. Bu halda modellərin rolu ikilidir: bir tərəfdən, onlar davranışın
proqnozlaşdırılmasına xidmət edir; digər tərəfdən isə bu davranışı əvvəlcədən
müəyyənləşdirir və onu tənzimləyir. Belə yanaşma tərəfdarları hesab edir ki, həm
hökumət, həm də fərdlər səviyyəsində bütün mümkün informasiyaların istifadə
olunması rasional gözləmələri daha böyük ehtimallı edir. Lakin bu yanaşmanın
ə
leyhdarları hesab edir ki, əvvəla, belə informasiyanın əldə edilməsi kifayət qədər
baha başa gəlir, ikincisi, çəkilmiş zəhmət itə bilər, çünki informasiya onun əldə
edildiyi məqamda öz aktuallığını itirir.
Mənəvi risklər müəyyən şərtlər daxilində ödəmələrin alınması zamanı yarana
bilir, çünki həmin şərtlər bilərəkdən və ya təsadüfən dəyişə bilər. Passiv seçim isə
ondan ibarətdir ki, böyük qrup insanların eyni şərtlərdən yararlanması fərqli ola
bilər. Axtarış modelində isə bazar qiymətləri müqayisə edilir və ilk növbədə
keyfiyyət meyarları nəzərə alınır. Adətən, hesab olunur ki, keyfiyyət, ilk növbədə
qiymətdə əks olunur.
qtisadi nəzəriyyənin informasiya paradiqması əsas iqtisadi kateqoriyaların
dinamikası və məzmununun dəyişmələrini tədqiq etməyə, iqtisadi indikatorların
böyük qrupunun proqnoz əhəmiyyətini və mühümlüyünün dəyişməsini qiymətlən-
dirməyə imkan yaradır. nformasiya iqtisadiyyatında ənənəvi mahiyyəti daha tez
dəyişən iqtisadi kateqoriyalar aşağıdakılar hesab olunur: dəyər, faydalılıq, kapital,
istehlak, istehsal və mülkiyyət münasibətləri.
Bir sıra tədqiqatçıların fikrincə, informasiya iqtisadiyyatında istehsalın maddi
elementlərinin yığımı yox, bilik və müxtəlif informasiyaların yığımı baş verir.
Ə
nənəvi olaraq iqtisadiyyatın əsas birləşdirici ideyası olan yığım prosesi öz yerini
kommunikasiyalara verir. Bu, ilk növbədə, onunla əlaqədardır ki, elmi-texniki
tərəqqi inkişaf etdikcə kapitalın da sürəti artır. Ona görə də investisiyaların
müxtəlif istiqamətlərə paylanması baş verir və pulun yeni texnologiyalara
qoyulması imkanları artır.
Beləliklə, deyilənləri ümumiləşdirərək, qeyd etmək olar ki:
Dostları ilə paylaş: |