111
qoruyur, münasibətlər və əlaqələr sferasında istiqamətləndirir
və hərəkətləri edən şəxslərin maraq və ehtiyaclarını,
tələbatlarını ödəyən əsas ümumiləşdirici və konkretləşdirici
kriteriya kimi çıxış edir. Hüququn konseptuallığı universal
ə
saslarla insanların səlahiyyət və vəzifələrinin vəhdətini
yaratmaqdadır.
Hüquq özü bir böyük anlayışdır və əhatəlidir. Onun
ə
hatəliyi və genişliyi insanların fəaliyyətinin genişliyində
büruzə verir. İnkişafın ardıcıllığı hüquqların genişlənməsi üçün
ə
sas şəraitlərin yarnmasını təmin edir və müvafiq resursları
meydana gətirir. Bununla yanaşı, insan hüquqlarının geniş
olması onun tərəflərin hüquqlarında təsbit olunması ilə də
ə
laqəlidir. İnsanlar fərdi qaydada və qrup halında tərəf olurlar
və tərəflərə çevrilən zaman onların da hüquqları və
səlahiyyətləri və vəzifələri ortaya çıxmış olur. İnsanlar həm
fərdi əsaslarda, həm də təşkilatlar səviyyəsində hüquqlar əldə
etmiş
olurlar.
Kollektiv
hüquqlar
fərdi
hüquqların
zənginləşməsi üçün enerji rolunda çıxış edir. Məsələn, hər
hansı bir qanunvericilik aktı fərdi qayda ilə yanaşı, ümumi
ə
saslarla da hüquqları təmin etmiş olur. Hüquqların
konseptuallığı onların universal strukturlarında da öz əksini
tapır. Hüquqlar normaların yaranmasının əsaslarını təşkil edir
və sənədləri ortaya çıxarır. İnsanların fərdi əhəmiyyət kəsb
edən fəaliyyətləri (istər fərdi qaydada, istərsə də təşkilat
çərçivəsində
fərdi
fəaliyyətləri)
insan
hüquqlarının
konseptuallığını şərtləndirir. Hüququn ümumi sənədlərdə və
universal normalarda təsbit olunması da onun konseptuallığını,
yəni ümumi təsəvvürün obyekti olmasını dəyərləndirir.
Hüququn konseptuallığı onun ayrı-ayrı sahələr arasında bütöv
formalar yaratmasının əsaslarını təşkil edir.
Hüquq çox geniş səviyyəli və əhatəli dərketmənin
obyektidir. Bu baxımdan da spesifik və dərin, əhatəli məna
kəsb edir. Hüququn dərin mənalılığı onun universal tərkibə
malik olmasındadır. Eyni zamanda insanların mənəviyyatına
112
aid olan bütün kriteriya və anlayışları özündə əks etdirməsidir.
Hüquq iradəyə, əqli düşüncəyə bağlıdır və hərəkətləri də məhz
ş
üuru olaraq tənizmləyən kriteriyadır. Hüququn konseptuallığı
həm də onun tərkibində birləşdiriciliyin və ümumiliyin
yaradılmasındadır. Hüquq öz daxilində ləyaqət, şərəf, namus,
vicdan kimi əxlaq normalarını və qaydalarını cəmləşdirir.
Hüququn fəlsəfi aspektlərlə dərk olunmasında konseptuallığı
(çox dərin olması və daxilən sahələr üzrə bağlayıcılığı
yaratması) mühüm əhəmiyyət kəsb edir. Hüquq anlayışı özü
insanların bütün sahələrdə fəaliyyətlərini bağlayır, yəni
fəaliyyət istiqamətlərini bir-birilərinə “tikir”. İnsan azadlığını
bütün hərəkətlərdə və zaman ardıcıllığında normalarla
tənzimləyir. Bu baxımdan da, qəbul etmək lazımdır ki,
hüquqdan kənarda azadlıq xaosdur, nizama xidmət etməyəndir.
Nizam isə öz növbəsində cəmiyyətin və fərldərin inkişafının
ə
saslarını yaradandır. Hüquq özü azadlıq normalarını
yaradandır, azadlığa səlahiyyət verəndir. Belə bir sadə
sillogizmdən çıxış etmək olar: Hüquq azadlığı nizamlayandır.
Azadlıq həyatın başlıca qayəsidir. Deməli, hüquq həyatı
nizamlayandır. Hüququn konseptuallığı həm də onun
azadlıqla vəhdətindədir və universallığındadır. Hüququn
konseptuallığı bu baxımdan dövlətin tərəf kimi universal
hüquqlara
malik
olmasındadır.
Bütün
azadlıqlar
trayektoriyasında hüquq universal norma kimi məhdudlaşdırıcı,
eləcə də genişləndirici əhəmiyyət kəsb edir. (Bax, Qrafik-10).
Hüquq bir anlayış kimi böyük mənaya malik olur və
insanların fəaliyyətində digər mənaların dərk olunması üçün
mərkəzi anlayış kimi ortaya qoyulur. İnsan həyatının və
fəaliyyətinin tənzimləyicisi olan digər anlayışlar (məsələn,
azadlıq, sərbəstlik, resursların və potensialın geniş şəkildə
istifadə olunması) məhz hüquq anlayışının konseptuallığından
doğur və bu zaman anlayışların dərk olunmasında deduktiv və
induktiv əsaslarla strukturalizm meydana gəlir. İnsan hüquqları
normalarından ibarət olan strukturlar məzmun etibarilə oxşar
113
mənaya və əhəmiyyətə malik olur. İnsan hüquqları anlayışının
konseptual əsaslarının formalaşması insanların ali dəyərli
varlıqlar kimi mövcudluqlarından və fəaliyyətlərindən irəli
gəlir.
İ
nsan hüquqlarının konseptuallığı məsələsinə də iki
aspektdən yanaşmaq olar: birincisi, insan hüquqlarının sahələr
üzrə genişliyi; ikincisi, insan hüquqlarının sahələr üzrə
genişliyindən və material aləmin çoxluğundan yaranan geniş
tərkibi. Burada əvvəlcə qeyd olunduğu kimi, hüququn
inkişafını resursların bolluğu yaradır. İnsan hüquqlarının geniş
tərkibi həm də onların ayrı-ayrı sahələrdə material aləmə
nisbətən genişlənməsindən irəli gəlir. Hüquq fəaliyyətlə
genişləndikcə daha da böyük məna kəsb etməyə başlayır.
Hüquq özü inkişaf edən məkanda və zaman ardıcıllığında
insanları və digər tərəfləri (təbii ki, burada tərəflərdə də
insanlar iştirak edir və insanlar özləri yaradır) həm də qorumaq
funksiyasını öz üzərinə götürür. Resursların artması daha çox
nizamlamanı tələb etdiyindən hüquq normalarına olan
ehtiyaclar da artır. Bu anda hüquq normaları inkar oluna-oluna
genişlənir və sənədlər dəyişikliyə məruz qalır.
Hüququn konseptuallığı həm də onun törəmə funksiyasına
malik olmasından irəli gəlir. Yəni bir universal hüquq
sənədindən ayrı-ayrı sahələr üzrə hüquq sənədləri ortaya çıxır.
Normalardan və qaydalardan (baza hüquqlara söykənən
normalar) yeni normalar və qaydalar yaranmış olur. Bütün
törəmə prosesləri zamanı insanların təbii hüquqları öz
mahiyyətini qoruyub saxlayır. Daha dəqiq desək, törəmə
prosesləri əslində təbii hüquqlara xidmət edir. Təbii hüquqlar
isə insanların özləri ilə doğulur və insanların əqli və fiziki
qabiliyyətlərinə müvafiq olaraq da inkişaf edir. Bütün
hüquqlar da təbii hüquqlardır və pozitiv hüquqlar anlayışı
şə
rtidir və insan fəaliyyətinə uyğun olaraq resursların artması
da insan hüquqlarının təbii olaraq genişlənməsinə xidmət edir.
Təbii hüquqlar genişlənir və vasitələrin istifadə normaları
114
pozitiv normaların yaranmasının əsaslarını gtəşkil edir.
Hüququn konseptuallığı da məhz müxtəlif yaş dövrlərində və
eyni yaş dövrlərində olan insanlar üçün müvafiq normaları
(onların təbii hüquqlarının əks olunduğu və təbii hüquqlara
xidmət edən pozitiv hüquqların əsaslarını əks etdirən normalar)
yaratmaqdan ibarətdir.
İ
nsan hüquqlarının konseptuallığı həm də onun müsbət
məzmununda özünü büruzə verir. Belə ki, insan hüquqlarının
yerinə yetirilməsi nəticə etibarilə insanlara xidmət etdiyindən
və insanlar üçün faydalı olanları əldə etdiyindən onun zəruri
olması və müsbət meyar kimi əhəmiyyət kəsb etməsi vacib
amilə çevrilir. İnsan hüquqlarının təmin olunmasının müsbət
tərəfləri onu zəruri edir ki, bu hüquqlar bütün sahələrdə
resurslardan asılı olaraq daima genişlənsin, böyüsün və inkişaf
etsin. İnsan hüquqlarının təmin edlməsi ilə insan həyatının
sağlamlaşması,
insanların
sosial–rifah
hallarının
yaxşılaşdırılması bu anlayışın daima aktual olduğunu sübut
edir. İnsan hüquqları anlayışının konseptuallığı onun geniş
ə
hatəsində öz əksini tapır. İnsan hüquqları nəzəri baxımdan
konsepsiyaya malikdir və həyatın bütün sahələrini əhatə
etməkdədir.
İ
nsan
hüquqları
ümumiləşdirici
məfhum
olduğundan onun tərkibi də bölgüsü kimi çox zəngin olur.
İ
nsan hüquqları məfhumuun bölgüsü məhz insan hüquqlarının
normalar şəklində bütün sahələrdə eyni və oxşar məzmunla
tətbiqinin əsaslarını təşkil edir.
İ
nsan hüquqlarının konseptuallığı həm də onun ümumi
imperativliyində, yəni bütün sahələr üzrə məcburi olaraq
mövcudluğunda öz əksini tapır. Baza hüquqlar da imperativlik
baxımından
insan
hüquqlarının
konsepsiyasının
ş
axəli
olmasının əsaslarını yaradır. İnsan hüquqlarının inkişafı eyni
zamanda resurslara bağlıdır. Resurs amili də insan hüquqlarının
inkişafının əsaslarını təşkil edir. Resursların tətbiqi və insan
hüquqlarının təmin olunması da bu anlayışın konseptuallığını
üzərə çıxarır. İnsan hüquqlarının konseptuallığı onu təmin
115
etmək məsuliyyəti və öhdəliyində də əksini tapır. İnsanlar
bütün sahələrdə öz dövlətlərinin köməyinə ehtiyac duyurlar və
dövlətin də əsas vəzifəsi məhz insanların hüquqlarını
qorumaqdan və təmin etməkdən ibarətdir. Dövlət hüququnun
konseptuallığı
elə
insan
hüquqlarının
konseptual
məzmunundan doğur.
116
NƏTİCƏ:
İ
nsan özünə məxsus olan və özünü müəyyən edən,
statusunun
ə
saslarını
formalaşdıran
kriteriyalar
olaraq
hüquqlarını dərk etməyə borcludur. Hüquqların tərkibinin
nələrdən ibarət olmasını bilmək hər kəs üçün vacibdir. İnsan
hüquqları həm məfhum, həm də anlayış kimi dərk olunduqda,
insanlar öz hərəkətlərinin müvafiq yerlərdə diapazonlarını da
müəyyən edə bilirlər. Hüquq insanlara lazmi qədər pozitiv
hərəkətlər üçün əsas verir. Hərəkətlərin istiqamətlənməsi
məqsədilə lazımi nəzəri və təcrübi əsasları təqdim edir. Hüquq
insanların fəaliyyəti sayəsində əldə olunmuş vasitələr (predmet
və obyektlər üzərində) üzərində insanların istifadə haqlarını
müəyyən etmək üçün əsas kriteriya müəyyənedici amildir.
İ
nsan hüquqlarının əxlaqla vəhdəti insanların daima qoruna-
qoruna inkişaf etmələrinin əsaslarını üzərə çıxarır. Əxlaq insan
hüquqlarını lazımi anlarda genişləndirir, bir çox hallarda isə
məhdudlaşdırır. Əxlaqla hüquq həm də tərkib etibarilə oxşar
məfhumlardan təşkil olunubdur. Əxlaqla hüququn tarazlı sintezi
cəmiyyətin tarazlı əsaslarla inkişafı üçün lazımi şəraitlərin
meydana gəlməsini təmin edir. Hüquq-əxlaq vəhdəti cəmiyyətin
sabit şəraitdə inkişafı üçün əsasları meydana gətirir.
İ
nsan hüquqlarının dərk olunmasında əqli nəticələr çıxarmaq
mühüm əhəmiyyət kəsb edir. Əqli nəticələr çıxararkən hüquq
məfhumunun və hüquq anlayışının başlanğıc və son mənaları və
məzmunları arasında bağlılıq meydana gəlir. Hüquq anlayışının
və dialektik məzmununun tərkib etibarilə bölünməsində və fikir
zəncirliliyndə sillogizmlər mühüm əhəmiyyət kəsb edir. Sillogizm
formal məntiqin əsasını təşkil etməyə baxmayaraq, onun birləşmiş
və mürəkkəb forması hüququn dialektik və bu baxımdan da ətraflı
məzmununun dərk olunmasında böyük rol oynayır.
Hüququn geniş məzmunu, geniş mətnlərdə öz əksini tapır.
Hüquqi ifadələrdə əqli nəticələrin çıxarılması hüquqi fikirlər
arasında məna bağlılılığını yaradır. Hüquqi ifadələrdə nəticələr
(yüklənmiş hissələr də demək olar) hüququn mənasını ətraflı
dərk etməyə imkan verir.
117
İ
STİFADƏ OLUNMUŞ MƏNBƏ VƏ ƏDƏBİYYAT:
Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. I Cild.
Bakı, “Şərq-Qərb”, 2006, 744 səh.;
Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. II Cild.
Bakı, “Şərq-Qərb”, 2006, 792 səh.;
Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. III Cild.
Bakı, “Şərq-Qərb”, 2006, 672 səh.;
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin
kommentariyası/hüquq elmləri doktoru, professor Firudin
Yusif oğlu Səməndərovun redaktəsi ilə. “Digesta”
nəşriyyatı, Bakı, 2001-ci il, 952 səh.;
Aqşin İsabala oğlu Quliyev. Hüquq ensiklopediyası.
Bakı-Qanun-2007. 1108 səh., səh. 467;
Q 82. Quliyev R.M. Sosiologiya: nəzəriyyə və tədqiqat
metodologiyası (Monoqrafiya). Bakı, BSPİ, “Siyasət”
nəşriyyatı, 1995, 424 səh.;
Fəlsəfə ensiklopedik lüğət. Baş redaktor İsmayıl
Vəliyev. “Azərbaycan Ensiklopediyası nəşriyyat poliqrafiya
birliyi”. Bakı, 1997;
M.M. İsrafilov. Məntiq: Dərs vəsaiti.-B.: Maarif, 1987.-
333 səh.;
118
Ümumi psixologiya. Pedaqoji institutların tələbələri
üçün dərslik. Prof. A.V. Petrovskinin redaktorluğu ilə.
Ə
lavələr edilmiş və yenidən işlənilmiş 2-ci nəşrindən (M.,
1977) tərcümə. “Maarif” nəşriyyatı, 1982;
M52. Məmmədov İ. İzahlı psixologiya lüğəti. Bakı,
“Təhsil”, 2002, 76 səh.;
Ə
.S.Bayramov, Ə.Ə.Əlizadə. B19 Psixologiya. Ali
məktəblər üçün dərslik. Bakı, “Çinar-çap” Nəşriyyat-
Poliqrafiya müəssisəsi, 2006, 620 səh.;
S. Xəlilov. Elm haqqında elm. Bakı, “Azərbaycan
Universiteti” nəşriyyatı, 2011, 752 səh.;
Ümumdünya İnsan Hüquqları Bəyannaməsi. BMT Baş
Assambleyasının 10 dekabr 1948-ci il tarixli 217 A(III) saylı
qətnaməsi ilə qəbul və elan edilmişdir. AMEA-nın İnsan
Hüquqları İnstitutu. Din və etiqad azadlığı beynəlxalq,
regional və milli hüquqi sənədlərdə. Bakı, “Elm və Təhsil”
nəşriyyatı-2013;
Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Pakt.
BMT Baş Assambleyasının 16 dekabr 1966-cı il tarixli 2200
A (XXI) saylı qətnaməsi ilə qəbul edilmidir. 23 mart 1976-cı
ildə qüvvəyə minmişdir. Azərbaycan Respublikası Milli
Məclisinin 1992-ci il 21 iyul tarixli, 227 nömrəli qərarına
ə
sasən ratifikasiya edilmişdir. I Hissə. Maddə-1. AMEA-nın
İ
nsan Hüquqları İnstitutu. Din və etiqad azadlığı
beynəlxalq, regional və milli hüquqi sənədlərdə. Bakı, “Elm
və Təhsil” nəşriyyatı-2013;
119
Qadınlar barəsində ayrı-seçkiliyin bütün formalarının
ləğv
edilməsi
Haqqında
Konvensiya.
BMT
Baş
Assambleyasının 34/180 saylı 18 dekabr, 1979-cu il tarixli
qətnaməsi ilə qəbul edilmişdir. 3 sentyabr 1981-ci il tarixində
qüvvəyə
minmişdir.
Azərbaycan
Respublikası
Milli
Məclisinin 1995-ci il 30 iyun tarixli, 1074 nömrəli qərarı ilə
ratifikasiya edilmişdir. AMEA-nın İnsan Hüquqları İnstitutu.
Din və etiqad azadlığı beynəlxalq, regional və milli hüquqi
sənədlərdə. Bakı, “Elm və Təhsil” nəşriyyatı-2013;
İ
slamda İnsan Hüquqlarına dair Qahirə Bəyannaməsi
(İslam Konfransı Təşkilatına üzv dövlətlər tərəfindən 5
avqust 1990-cı il tarixində Qahirədə qəbul olunmuşdur).
AMEA-nın İnsan Hüquqları İnstitutu. Din və etiqad
azadlığı beynəlxalq, regional və milli hüquqi sənədlərdə.
Bakı, “Elm və Təhsil” nəşriyyatı-2013;
Малахов
В.С., Филатов В.П., составление, 1991.
Современная
западная философия. Словарь. М.;
Издательство
политической литературы. 1991;
http://wikipedia.org/wiki/Sillogizm;
Ф
.56. Философский энциклопедический словарь.-
М
.: ИНФРА-М, 1999.-576 с.;
Понятие
силлогизма. Простой категорический
силлогизм
.
http://www.e-reading-
lib.com/chapter.php/99495/57/Shadrin-
Logika_konspekt_lekcii.html;
С
67 Философский словарь Владимира Солвьева.
Ростов
н/Д:Изд-во «Феникс», 1997.-464 с.;
120
Силлогизм
.
http://vocabulary.ru/dictionary/14/world/silogizm;
С
24.
Современная
философия
:
Словарь
и
хрестоматия
.
Ответственный
редактор
доктор
философских
наук. Кохановский В.П. Ростов-на-Дону.
Феникс
, 1996 г. С.511;
Лекция
№ 11. Простые суждения. Понятие и виды.
http://www.plam.ru/philos/logika_konspekt_lekcii/p11.php.
Б
79. Большой юридический словарь/Под.ред. А.Я.
Сухарева
, В.Д.Зорькина, В.Е. Крутских.-М.:ИНФРА-М,
1999.-VI, 790c.-(Библиотека словарей «ИНФРА-М», səh.
514.
121
ELŞƏN MİSİR OĞLU NƏSİBOV
“İnsan hüquqları” anlayışının
dərk olunmasında fəlsəfi–məntiqi
(formal (ənənəvi-klassik) və dialektik məntiq) metodlar
Dərketmənin ontoloji və qnoseoloji əsasları
I KİTAB
122
Формат: 60х84
1
/
16
. Тираъ 50. Сифариш № 70
ДИА-нын мятбяяси
Dostları ilə paylaş: |