33
-
təşkil etmə;
-
əlaqələndirmə;
-
hüquqmühafizəetmə.
Sual 3.
nzibati hüququn mənbələri anlayışı və onların növləri
Hüquq normalarının xarici ifadə formaları vardır. Çünki onlar elə tərtib olunmalıdırlar
ki, onların ünvanlandıqları insanlar onlarla tanış ola bilsinlər.
Hüquq normaları dövlət orqanlarının aktlarında maddə, bənd, paraqraf və s.
formalarını özündə əks etdirirsə, onda həmin aktlar öz xarici ifadə formaları ilə hüququn
mənbələrinə çevrilirlər.
nzibati hüququn mənbələri dedikdə - inzibati-hüquqi normaların xarici ifadə formaları
başa düşülür. nzibati hüququn normaları öz xarakterlərinə və əhəmiyyətlərinə görə müxtəlif
hüquqi aktlarla ifadə olunurlar. nzibati hüquq normlarını özlərində əks etdirən dövlət
orqanlarının aktları - inzibati hüquq normalarının mənbələri hesab edilirlər.
nzibati hüquq sahəsi üçün hüquq normaları mənbələrinin çoxluğunun mövcud olması
daha xarakterikdir. Bu inzibati hüququn predmetini təşkil edən geniş dairəli idarəetmə
münasibətlərinin mövcudluğu ilə izah olunur. Belə mürəkkəb sahənin inzibati-hüquqi
nizama salınması, yəni idarə olunması çox saylı qanunların və qanunqüvvəli normativ
aktların mövcudluğunu tələb edir. Bununla yanaşı, inzibati hüquq normaları təkcə inzibati-
hüquqi aktlarda deyil, hüququn müxtəlif sahələrinin normativ aktlarında da öz əkslərini
tapırlar. Bir çox qanunlar və digər hüquqi aktlar eyni vaxtda özlərində konstitusiya hüququ
normalarını, maliyyə hüququ normalarını, mülki hüquq normalarını və hüquq sahəsinin digər
normalarını, o cümlədən də inzibati hüquq normlarını əks etdirirlər.
nzibati hüququn mənbələrinə aşağıdakı normativ-hüquqi aktlar aiddirlər:
1. Azərbaycan Respublikasının Konstitusiyası. 12 noyabr 1995-ci il.
Azərbaycan Respublikasının Konsitusiyasında öz əksini tapan ümumi normaların çoxu
öz məzmunlarına görə birbaşa inzibati-hüquqi məzmuna malikdirlər. Konsitusiyada öz
ə
ksini tapmış belə ümumi normalara Azərbaycan Respublikasında icra hakimiyyətinin təşkili
və həyata keçirilməsi ilə bağlı olan aşağıdakı kimi normaları misal olaraq göstərmək olar:
icra hakimiyyətinin və onun orqanlarının təşkil edilməsinin və fəaliyyətlərinin
ə
saslarını müəyyən edən normalar. Bu normalar Konstitusiyanın 99, 109, 113-120, 124 və s.
maddələrində göstərilmişdirlər;
dövlət idarəetmə sahəsində vətəndaşların hüquq və azadlıqlarının əsaslarını
möhkəmləndirən normalar. Bu normalar Konstitusiyanın 54-55-ci maddələrində
göstərilmişdirlər;
dövlət idarəetmə sahəsində vətəndaşların vəzifələrini müəyyən edən normalar. Bu
normalar Konstitusiyanın 72-80-ci maddələrində göstərilmişdirlər.
2. nzibati hüquq normaları qanunvericilik aktlarında öz əkslərini tapırlar.
Qanunvericilik aktları içərisində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən
qəbul edilən qanunlar və qararlar daha böyük əhəmiyyətə malikdirlər. Belə qanunlara misal
olaraq 28 oktyabr 1999-cu il tarixli ″Polis haqqında″; 04.02.1992-ci il tarixli ″Fövqəladə
vəziyyət haqqında″; 06.01.1994-cü il tarixli ″Hərbi vəziyyət haqqında″, 1996-cı il tarixli
34
″
Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında″ Azərbaycan Respublikasının
Qanunlarını və s. Qanunları göstərmək olar.
3. Azərbaycan Respublikası Prezidentinin qəbul etdiyi normativ-hüquqi aktlar inzibati
hüququn mənbələri hesab edilirlər.
Azərbaycan Respublikası Konsitusiyasının 113-cü maddəsinə əsasən: ″I Ümumi
qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Prezidenti fərmanlar, başqa
məsələlər barəsində isə sərəncamlar qəbul edir...″.
nzibati hüququn mənbələri kimi qəbul edilən Azərbaycan Respublikası Prezidentinin
qəbul etdiyi fərmanlara misal olaraq aşağıdakıları göstərmək olar:
″Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq
qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında″ 09 avqust 1994-cü il;
″ nsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində
tədbirlər haqqında″ 22 fevral 1998-ci il;
″Azərbaycan Respublikasının nzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi,
qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında″ 29 avqust 2000-
ci il və s.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ-hüquqi aktları da inzibati
hüququn mənbələri sırasına daxildirlər.
Azərbaycan Respublikasının Konstitusiyasının 120-ci maddəsinə əsasən: ″I Ümumi
qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərarlar, başqa
məsələlər üzrə sərəncamlar qəbul edir...″.
nzibati hüququn mənbələri kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul
etdiyi qərarlara misal olaraq aşağıdakıları göstərmək olar:
″Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə Respublika komissiyası
haqqında Əsasnamənin təsdiq edilməsi barədə″ 19 fevral 1993-cü il tarixli 110 nömrəli
qərarı ilə təsdiq edilmişdir;
″Azərbaycanlı gənclərin təhsil almaq üçün xarici ölkələrə göndərilməsi və xarici
ölkə vətəndaşlarının Azərbaycanın tədris müəssisələrində təhsil almaları barədə
Ə
sasnamənin təsdiqi haqqında″ 12 dekabr 1992-ci il tarixli 662 nömrəli qərarı ilə təsdiq
edilmişdir.
5. Azərbaycan Respublikasının komitə, xidmət, nazirliklərin, dövlət komitələrin
normativ aktları sahələrarası və sahəvi miqyasda inzibati hüququn mənbəyi qismində xidmət
edirlər.
6. Yerli icra hakimiyyəti başçılarının qərarları və sərəncamları da inzibati hüququn
mənbəsi hesab edilirlər.
7. Dövlətlərarası müqavilələrdə də inzibati hüquq normaları öz əkslərini tapa
bilərlər. Belə hallarda həmin müqavilələr inzibati hüququn mənbəsi qismində çıxış edirlər.
8. Nəhayət, təşkilatdaxili xarakterli inzibati hüququn mənbəsi sırasına idarə,
müəssisə, təşkilat, konsern, birliklərin rəhbərlərinin normativ aktlarını da daxil etmək olar.
Normativ-hüquqi aktlar dövlətin müxtəlif hüquqyaratma orqanları tərəfindən qəbul
edilirlər. Onlar eyni hüquqi qüvvəyə malik deyil, zaman baxımından üst-üstə düşmür,
müxtəlif obyektlərə və müxtəlif ərazi məkanına şamil edilir. Təbii ki, zaman keçdikdə
onların arasında ziddiyyətlər meydana gəlir. Normativ materialların sayının artması ondan