57
nzibati hüquq münasibətləri hüquq münasibətlərinin növlərindən biri olmaqla,
onlara xas olan əlamətlərin (xüsusiyyətlərin) hamısını özlərində cəmləşdirir.
Hüquq münasibətlərinə xas olan əsas əlamətlər (xüsusiyyətlər) inzibati hüquq
münasibətlərə də aiddir. Bu əlamətlər (xüsusiyyətlər) aşağıdakılardır:
•
hüquq münasibəti hüquq norması əsasında yaranır; bu da həmin ictimai
münasibətin hüquq norması vasitəsi ilə tənzimləyici təsirinin nəticəsidir ki, bu xüsusiyyət
ona hüquqi forma verir;
•
hüquq münasibətlərinin tərəflərinin hərəkətləri (davranışları) hüquq normaları ilə
tənzimlənir;
•
hüquq münasibətlərinin tərəfləri hüquq normaları ilə müəyyən edilmiş qarşılıqlı
hüquq və vəzifələrin daşıyıcıları kimi çıxış edirlər;
•
hüquq münasibətləri şüurlu-iradəvi mahiyyətə malikdirlər; onlar bir tərəfdən
insanların (orqanların) şüurlu-iradəvi fəaliyyətinin məhsulu olan hüquq normaları əsasında
ə
mələ gəlir, digər tərəfdən isə hüquq münasibətlərinin iştirakçıları hüquq normalarında
nəzərdə tutulmuş hüquq və vəzifələrini öz iradəvi, şüurlu hərəkətləri vasitəsi ilə həyata
keçirirlər;
•
hüquq münasibətlərinə dövlət tərəfindən təminat verilir və zəruri hallarda onlar
dövlətin məcburetmə vasitələri ilə qorunurlar.
Yuxarıda göstərilənlərə uyğun olaraq, inzibati hüquq münasibətləri dedikdə – inzibati
hüquq normaları vasitəsi ilə tənzimlənən idarəetmə xarakterli ictimai münasibətlər başa
düşülür. Bu münasibətlərdə tərəflər inzibati hüquq normaları ilə müəyyən edilmiş və təminat
verilmiş qarşılıqlı hüquq və vəzifələrin daşıyıcıları kimi çıxış edirlər.
nzibati hüquq münasibətlərin ümumi xarakteristikasını tamamlayan bəzi amilləri
qeyd etmək lazımdır. Çünki onlar inzibati hüquq münasibətlərini başqa hüquq
münasibətlərindən fərqləndirməyə imkan verirlər. Bu amillər inzibati hüquq münasibətlərin
təbiətinə təsir göstərirlər, ona görə də onların araşdırılması lazımınca zəruridir. Bunlar
aşağıdakılardır:
•
onların yaranma sahəsi (icra hakimiyyəti mexanizminin fəaliyyət göstərdiyi sahə);
•
inzibati-hüquqi tənzimlənmənin spesifik xüsusiyyətləri (idarəetmə subyektinin
iradəsinin amiranə və birtərəfli ifadə edilməsi);
•
inzibati hüquq normaların hüquqi məzmunu.
nzibati hüquq münasibətlərin problemləri daim kəskin surətdə diskussiyalı olmuşdur.
Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası öz müstəqilliyni bərpa etdikdən sonra
dövlət idarəetmə sisteminin bazar iqtisadiyyatı vəziyyətinə keçirilməsi ilə əlaqədar olaraq bu
problem daha da kəskinləşib.
Ona görə də bu problem ümumiyyətlə inzibati hüququn, xüsusilə də inzibati-hüquqi
tənzimlənmə vasitələrinin mövcudluğunu başa düşmək üçün prinsipial əhəmiyyətə malikdir.
Beləliklə, inzibati hüquqi münasibətlərin mahiyyətini xarakterizə edə bilən elə elementlərin
ayrılması əsas əhəmiyyət kəsb edir ki, onların köməkliyi ilə hüquq münasibətləri sistemində
həmin elementlərin real yerlərinin müəyyən edilməsi mümkündür.
nzibati hüquq münasibətlərin xüsusiyyətləri aşağıdakılardır:
1.
nzibati hüquq münasibətləri haqqında geniş fikir yayılmışdır ki, digər hüquq
münasibətlərindən (birinci növbədə mülki-hüquqi) fərqli olaraq, onlar ″hakimiyyət-tabeçilik″
ə
sasında təşkil edilmiş ″hakimiyyət münasibətləri″ kimi mövcuddurlar.
58
nzibati hüquq münasibətlərin belə qiymətləndirilməsi üçün müəyyən əsaslar
mövcuddur. Lakin onların ″hakimiyyət-münasibəti″ kimi şərh edilməsi bir çox
dəqiqləşdirmələrin, araşdırmaların və əlavələrin açıqlanmasını tələb edir. Qeyd etmək
lazımdır ki, hüquq ictimai münasibətlərin xüsusi tənzimləyicisidir. Özünün sosial və hüquqi
məzmununa görə o, lazımi dərəcədə ″hakimiyyət″ başlanğıcını əks etdirir.
nzibati hüquq münasibətləri hakimiyyət münasibətləri kimi adlandırmaqla, ifrata
qapılmaq və inzibati hüququn rolunu polis səviyyəsinə gətirmək, inzibati hüquq
münasibətləri isə son dərəcədə dövlət məcburetməsinə əsaslanmış kimi qəbul etmək lazım
deyil. Lakin onların xarakteristikasına bilavasitə belə yanaşma daha geniş yayılmışdır.
Hakimiyyət münasibətinə bir kateqoriya kimi inzibati hüquq münasibətin spesifik
xüsusiyyəti kimi baxmaq olmaz. Digər tərəfdən isə onların məhz bu əlamətləri üstünlük
təşkil edir, çünki onların bu əlaməti dövlət idarəetmə fəaliyyətinin əsasən birinci əlaməti
kimi müəyyən edilmişdir.
Dövlət idarəetmə fəaliyyətinin təbiəti sosial idarəetmənin istənilən başqa növləri kimi,
idarəetmə subyektlərinin yeni hakimiyyət səlahiyyətlərinə malik olan tərəfin mövcudluğu
zəruriyyətini tələb edir. Qeyd etdiklərimizə əsaslanaraq göstərmək olar ki, idarəedən
subyektin iradəsi (vahid idarəetmə iradəsi) müəyyən dərəcədə üstünlüyə malikdir. Buna
uyğun olaraq da onun öz şüurlu-iradəvi təsirini göstərməsi idarəetmə obyektinin davranışının
tənzimlənməsinə yönəldilmişdir. darəetmə obyektinin davranışlarının tənzimlənməsi
yönəldilmiş tənzimlənmənin təcrübi cəhətdən belə ifadə edilməsi, adətən ″göstəriş″ kimi
xarakterizə edilir, bu da ″hakimiyyət-tabeçilik″ əlaqəsinə körpü vasitəsidir.
Ə
lbəttə, ″göstəriş″ sözü burada lazımınca sərt formada səslənir. Lakin həmişə real
vəziyyəti nəzərə almaq lazımdır ki, hər şey tənzimlənən vəziyyətdən asılıdır. Bəzi hallarda
(məsələn, fövqəladə vəziyyət şəraitində) onu həqiqətən daha sərt formada, lakin bəzi hallarda
isə inzibati hüquq münasibətlərin iştirakçılarının davranışlarına yumşaq formada təsir
göstərmə kimi (məsələn, icazə vermə, mükafatlandırma) hiss etmək olar. Bir halda ki, dövlət
idarəetməsi hakimiyyət xarakteri daşıyır, onda idarə olunanların iradələrinə, şüurlarına və
davranışlarına tənzimləmənin təsir etmə prosesini digər formada təsvir etmək çətindir.
nzibati hüquq münasibətlərin - ″hakimiyyət münasibəti″ kimi xarakterizəsi - bir
tərəfin, yəni idarəedən tərəfin (idarəetmə subyektinin) ″hakim mövqe tutma″ vəziyyəti ilə
müəyyən edilir. Belə hallarda ″hakimiyyət – iradə başlanğıcı″ özünün birbaşa ifadə formasını
sosial idarəetmənin istənilən növünə xas olan, lakin müxtəlif formalarda ifadə olunan
formada tapır. Bu, dövlət idarəetmə sahəsində, yəni icra hakimiyyətinin funksiyaları
bilavasitə həyata keçirildikdə və ya inzibati hüquq münasibətlərdə özünü hüquqi cəhətdən
daha qabarıq şəkildə biruzə verir. Xüsusən buna görə də onlar bir çox hallarda hakimiyyət
münasibətləri kimi xarakterizə olunurlar.
2. Dövlət idarəetmə fəaliyyəti prosesində inzibati hüquq münasibətləri icra
hakimiyyətinin vəzifə, funksiya və səlahiyyətlərinin təcrübi cəhətdən həyata keçirilməsi ilə
birbaşa bağlıdırlar. Onların bu xüsusiyyəti hüquq münasibətlərinin istənilən iştirakçlıranın
davranışlarına müəyyən iz (yer) qoyur; onların vəzifə və hüquqları icra hakimiyyətinin
mərkəzdə və yerlərdə təcrübi cəhətdən həyata keçirilməsi ilə hökmən bağlıdır.
Beləliklə də, inzibati hüquq münasibətlərin müəyyən edilmiş xüsusiyyətinin mahiyyəti
ondan ibarətdir ki, onlar, bir qayda olaraq dövlət və ictimai həyatın xüsusi sahələrində
dövlət idarəetmə sahəsində yaranırlar.