sadə əmtəə istehsalı şəraitində meydana gəlmişdir və XIX əsrin ortalarına qədər inkişaf etmiş
ölkələrin iqtisadiyyatlarında əsas yer tutmuşdur. Bu o deməkdir ki, bu və ya digər sahəvi
bazarda eyni növ məhsulu alan və satan çoxlu şəxslər olur. Bundan başqa istehsalçı satıcıların
istehsal fəaliyyəti o qədər də böyük olmadığından və bazarda hakim mövqeyə malik
olmadığından onlar həmin növ məhsulun bazar qiymətini müəyyən edə bilmir. Məhsulun
qiyməti bazarda ona olan tələbdən asılı olaraq sərbəst surətdə formalaşır. Eyni sahəyə daxil
olan istehsalçılar arasında yaranan bu rəqabət təkmil rəqabətdir. Fərdi istehsalçılar arasında
yaranan rəqabət əsasən bir sahənin daxilində aparılır ki, bu sahədaxili rəqabət adlanır. Deməli
təkmil rəqabətdə hər bir istehsalçı bu və ya digər istehsal sahəsində sahibkarhq fəaliyyəti ilə
məşğul olmaqda tam sərbəstdir. Bununla bərabər müxtəlif sahələrə daxil olan istehsalçılar da
öz aralannda rəqabət aparırlar ki, bu da sahələrarası rəqabətdir.
6.3 Vergi – təkmil rəqabətin formaları
XIX əsrin II yarısından başlayaraq isə iri müəssisələr və onların birlikləri yaranır və
tədricən sahəvi bazarın daha böyük hissəsinin əhatə etməyə başlayır. İri müəssisələrdə və
birliklərdə iş qüvvəsinin, istehsalın həcminin əhəmiyyətli hissəsinin toplanmasında təzahür edən
istehsalın təmərküzləşməsi inkişaf edir. Artıq iri müəssisələr bazar qiymətinə təsir etmək imkanı
əldə edirlər. İri maşınlı sənayenin formalaşması ilə sahədaxili rəqabətlə yanaşı sahələrarası
rəqabət mübarizəsi də inkişaf edir. Daha yüksək gəlir əldə etmək məqsədilə bir qisim
istehsalçılar bazarda özlərinə müstəsna şərait təmin edirlər ki, bu da digər subyektlərin
fəaliyyətini, azadhğını məhdudlaşdırır. Beləliklə, təkmil rəqabət qeyri-təkmil rəqabətə çevrilir.
Oliqopolik bazarda fırmaların sayı 3-10 arasında tərəddüd edir. Oliqopolik ("olige" - az,
"pole" - satıram) rəqabətdə istehsalçıların sayı az olduğundan onlar satışdan alınan məbləğin
xeyli hissəsini qazanmış olurlar. Əgər təkmil rəqabətdə qiymətlər bazarda tələb və təklifm
dəyişməsinə müvafıq olaraq tez-tez dəyişikliyə uğrayırlarsa, qeyri-təkmil rəqabətin oliqopolik
formasında qiymətlərin dəyişməsi müəyyən vaxt intervalında dəyişilir. Oliqopoliyalar karter
razılaşması prinsipinə əsaslanırlar ki, buraya istehsalın həcmi, qiymətqoyma səviyyəsi, bazar
payının bölüşdürülməsi və ya kvotanın müəyyənləşdirilməsi aiddir.
Qeyri — mükəmməl rəqabətin III tipi inhisarçı rəqabətdir. İnhısarçı rəqabət oxşar
məhsulları bazara çıxaran bir çox istehsalçıların bir-biri ilə rəqabətini əks etdirir. Qeri-
mükəmməl rəqabətin bü növündə istehsalçılar qiymətlə bərabər məhsulun keyfıyyəti sahəsində
də yarışa girirlər.
Həm də onların məhsulun qiymətlərinə nəzarət etmə imkanları məhduddur. Məhsulun
qiymətini yalnız alıcılar müəyyən edirlər. İnhisarçı rəqabətin müsbət xüsusiyyəti ondan ibarətdir
ki, xalis inhisardan və oliqopoliyadan fərqli olaraq istehsalçıların sahəyə daxil olması asandır.
İnhisarçı rəqabət şəraitində qısa və uzun müddət ərzində son gəlirin son xərcə bərabərliyi
prinsipinə əsaslanır.
6.4 İnhisarların sosial – iqtisadi nəticələri
İnhisarçılığın mahiyyətindən danışarkən qeyd etmək lazımdır ki, XIX əsrin axırlarında
qabaqcıl kapitalist ölkələrində istehsalın və kapitalın təmərküzləşməsi və mərkəzləşməsi
istehsalın əsas hissəsinin az miqdarda iri müəssisələrin əlində cəmləşməsinə, inhisarların əmələ
gəlməsinə səbəb oldu. Deməli inhisar istehsalın çox böyük hissəsini öz əlində cəmləşdirən və
yüksək inhisar qiymətinə satan iri müəssisələrin birliyidir. İnhisarların başlıca məqsədi daha
yüksək mənfəət, inhisar mənfəəti əldə etməkdir.
Artıq XX əsrin 30-50-ci illərində inhisarların inkişafı elə bir səviyyəyə gəlib çıxmışdır ki, o
bütöv iqtisadiyyatı əhatə etmişdir. Daha doğrusu bazarda hakim mövqe tutan təsərrüfat
subyektləri inhisarçıya çevrilmişlər. Beləliklə inhisarçılıq daha yüksək gəlir əldə etmək məqsədilə
azad rəqabətin məhdudulaşdırılmasına və aradan qaldırılmasına yönəldilən fəaliyyətdir.
İnhisarçılıq fəaliyyətinin ilkin mərhələsində iştirakçılar müəyyən məsələlərdə razılıq əldə edə
bilirdilərsə sonralar inhisar qiyməti vasitəsilə rəqibləri sıxışdırırdılar. İqtisadiyyatda inhisarçılığın
bir çox formaları mövcuddur: istehsal inhisarçılığı (kartel, sindikat, konsern, konqlomeratlar,
konsorsium), texnoloji inhisarçılıq, idarəetmə inhisarçılığı və s.
Burada inhisarçıhğm formalarının qısa məzmununun verilməsi yaxşı olardı. İnhisarçılığın
sosial-iqtisadi nəticələrindən danışarkən göstərmək lazımdır ki, inhisarçılıq qiymətlərin süni
surətdə artırılıması yolu ilə məhsulun qiymətinin yüksəlməsinə səbəb olur ki, bu da əhalinin
sosail vəziyyətinə mənfı təsir göstərir. Bundan başqa inhisarçılıq eyni zamanda istehsalın
həcminin aşağı düşməsinə səbəb olur. İnhisarçılığın mənfı nəticələrindən biri də istehsal
xərclərinin aşağı salınmasında inhisarçıların maraqlı olmamasıdır. Həmçinin inhisarçı bazarda öz
mövqeyini saxlamaq və sahəyə daxil olmaq üçün çoxlu vəsait xərcləyir ki, bunlar iqtisadi
səmərəliilyə mənfı təsir göstərir.
6.5 Antiinhisar tənzimlənməsi.
İnhisarçılığın mənfı nəticələrindən biri də istehsal xərclərinin aşağı salınmasında
inhisarçıların maraqlı olmamasıdır. Buna görə də inhisarçılığa qarşı mübarizə dövlətin mühüm
iqtisadi funksiyalarından biri hesab olunur. Bu mübarizədə məqsəd azad rəqabətin inkişafına
köməklik göstərmək və təsərrüfat subyektlərinin fəaliyyətlərini tənzimləməkdir. İlk antiinhisar
qanunları XIX əsrin axırlarmda ABŞ-da yaranmış və tətbiq edilmişdir. 1890-cı ildə qəbul olunmuş
Şerman qanunuda ticarətin gizli inhisarlaşması və qiymətlər barədə razılaşmanı qadağan
etmişdir. Kleyton qanunu (1914) satış sahəsində, qiymət ayrıseçkiliyi sahəsində, Robinson -
Petman (1936) qanunu ticarət sahəsində, inhisarçılığın əleyhinə yönəldilmişdir. Sellor — Kefover
fərmanı isə aktivlərini almaq yolu ilə birləşməyə məhdudluq qoyan Kleytonun (1950) fərmanını
tamamladı.
Azərbaycanda «Antiinhisar fəaliyyəti haqqında» Qanunda (4 mart 1993-cü il) göstərilir ki,
əgər bir müəssisə bazarda müvafiq istehsalın 33%, müəssisə 50%-nə, 5 müəssisə isə 66,6%-ni
əhatə edirsə, bu inhisarçılıq adlanır.
Mövzu 7. Firma mikroiqtisadi fəaliyyətin əsasıdır.
7.1. Firmanın iqtisadi məzmunu. Firma və müəssisə.
Göstərmək lazımdır ki, bazar iqtisadiyyatı şəraitində mülkiyyətin müxtəlif növlərinə uyğun olaraq
müxtəlif əmək fəaliyyətləri və onların tətbiq olunduğu müxtəlif firmalar mövcud olur. Firma əmək
bölgüsü sistemində müstəqil, xüsusiləşmiş istehsal-təsərrüfat vahidi, iqtisadi və hüquqi subyektdir. O
əmtəə və xitmətlər istehsal etmək yolu ilə mənfəət əldə edən və bu istiqamətdə istehsal ehtiyatlarını
məqsədyönlü təşkilatdır. Firma istehsalın ilkin özəyi kimi məhsul istehsalına xidmət göstərmək üçün
maddi, əmək resurslarını birləşdirən hüquqi şəxsdir. Firma ilə müəssisə arasında oxşar cəhətlərə
baxmayaraq müəyyən fərqlər də mövcuddur. Belə ki, müəssisə daha çox istehsal fəaliyyəti ilə məşğul
olur, həm də bir profili məhsul istehsal edir. Firma anlayışı isə bazar iqtisadiyyatı üçün xasdır. O təkcə
sahibkarlıq fəaliyyəti ilə deyil biznes fəaliyyəti ilə də məşğul olur. Firma bir neçə müəssisədən ibarət ola
bilər. O, həm də sənaye və ticarət müəssisələrinin şərti adıdır.
7.2. Firmanın məqsədi və strategiyası.
Hər bir firma çalışır ki, istehlakçının tələbatını daha yaxşı ödəmək üçün bazara daha çox məhsul və
xidmətlər təklif etsin. İstehlakçının tələbatının daha tam ödənilməsinə cəhd göstərməklə firma
maksimum gəlir götürməyə nail olur. Firma istehsal xərclərinin azaldılması, bazardakı yerinin
möhkəmləndirməsi və fəaliyyətinin davamlı olması üçün öz mənfəətinin maksimumlaşdırılmasına çalışır.
Bu bazarda üstünlük qazanmağa çalışan analoji məhsullar istehsal edən firmalar arasında rəqabət
Dostları ilə paylaş: |