E R M Ə N İ ( Y A D ) E L ( L İ ) N A Ğ I L L A R I
33
Hörmətli oxucular! Gətirilən
faktlardan məlum olur ki,
erməni
plagiatının təşəkkül tapmasına, Azərbaycan mədəni ənənələrinin mə-
nimsənilməsi erməni ənənəsinin formalaşmasına imkan yaradan şərt-
lər Azərbaycan dilinin erməni əhalisi arasında geniş yayılması, folk-
lor nümunələrimizin toplanması və erməni əlifbasında yazıya köçü-
rülməsi, onların erməni dilinə tərcümə olunması və əlbəttə, müəyyən
erməni arxivlərinə və fondlarına verilməsi olmuşdur. Folklor nümu-
nələrinin kütləvi şəkildə yayılmasında “erməni ifaçıları” – “aşıqların”
rolu da böyükdür. Bir vaxtlar məşhur erməni xadimləri Azərbaycan
xalq yaradıcılığı nümunələrindən plagiatı həmin nümunələrin erməni
əhalisi arasında böyük nüfuza malik olması və ermənilərin Azərbay-
can dilinə xüsusi münasibəti ilə izah edirdilər. Bu, məşhur erməni
xadimlərinin yuxarıda göstərilən etiraflarından da aydın görünür.
Sonralar folklor nümunələrinin “oxşarlıgı”na apellyasiya verən,
məsələn, E.Arustamyanda (“Azərbaycan və erməni atalar sözləri və
məsəllərinin oxşar əlamətləri”) olduğu kimi arqumentlər meydana
çıxdı. Təqdimat formasının ümumiliyi və məzmun yaxınlığı tarixi,
ictimai və iqtisadi əlaqələr və eyni zamanda coğrafi yaşayış arealının
ümumiliyi ilə
izah edilirdi. Üstəlik, qeyd etməyi də unutmurdular ki,
folklor nümunələrimizin çoxunun ermənilər tərəfindən ilkin formada,
orijinalda istifadə olunmasının səbəbi onların erməni dilinə tərcümə
edilməsinə imkan verməyən dərin fəlsəfi mahiyyətinin saxlanılması
cəhdləri ilə əlaqədardır. Heç də təsadüfi deyildir ki, XIX əsrin son-
larından başlayaraq, “Erməni mahnıları”, “Tiflisin mədəni həyatı”,
SMOMPK
və digər nəşrlərin
səhifələrində Azərbaycan folkloru ifa-
dələri Azərbaycan və paralel olaraq erməni dilində çap olunur və be-
ləcə də arxivlərə ötürülürdü. Buna baxmayaraq, yuxarıda göstərdiyi-
miz kimi, folklor nümunələrimiz bir çox hallarda xarici dillərdə
erməni xalqının yaradıcılıq sərvəti kimi verilirdi. Bu, XIX əsrin ikin-
ci yarısında planlı şəkildə həyata keçirilirdi. Sonralar Azərbaycan
nümunələrinin ermənilərə mənsub olmasını “əsaslandırmaq” üçün
müxtəlif
üsullar ortaya çıxmağa başlayır və geniş vüsət alırdı. Hətta
ermənilərin bu nümunələri niyə Azərbaycan dilində işlətdiklərinə
izahlar da tapılırdı. Misal üçün, erməni “aşıqları” tərəfindən Azər-
K A M R A N İ M A N O V
34
baycan əsərlərinin orijinalda ifa edilməsi necə “əsaslandırılırdı”. O.
Tatevosyan görkəmli erməni aşıqlarından biri sayılan Quçağın
bu cür
ifasını onunla izah (“N.Quçağın şeirləri”, Tiflis, 1903, erməni dilin-
də) edirdi ki, guya erməni ifaçısı Azərbaycan dilindən deyil, xüsusi
erməni dialekti - “xayeren”dən istifadə etmişdir. Həmin müəllifdən
sitat gətiririk: “...Keçmişdə (hələ indi də) müxtəlif tarixi səbəblərdən
erməni xalqı öz mahnılarını türkcə oxuyurdu. Bununla belə, o (xalq)
öz sırasından çıxmış ifaçıların erməni dilində ifalarını da sevirdi. On-
ları forma və mahiyyətini türkcədən fərqləndirmək üçün “xayeren”
adlandırırdılar”.
Sonrası daha maraqlıdır! Akademik M. Abeqyan “Qusanların
qədim xalq mahnıları” əsərində “sübut edir” ki, qusanlar, yəni “ermə-
ni aşıqları” “xayeren” dialektindən savayı, “antuni”
adlanan daha qə-
dim formadan da istifadə etmişlər. Ən başlıcası isə odur ki, türklərin
də “xayeren” və “antuni” nümunələrinə oxşar qədim və orta əsrlərə
aid “türkü” və “şərqi” adlanan mahnı nümunələri mövcud olmuşdur.
Belə çıxır ki, “xayeren” və “antuni” “türkü” və “şərqi”nin prototiplə-
ridir. Başqa cür də yox!
Əlbəttə, oxucular başa düşürlər ki, “xayeren” və “antuni” ən yax-
şı halda Azərbaycan motivlərinin erməni dilinə Azərbaycan sözləri
ilə qarışdırılmış tərcüməsi, əksər hallarda isə Azərbaycan xalqının
orijinalda olan nümunələridir.
Ortaya çıxan bu suallar da çox təbiidir: özlərinin “xayeren” və
“antuni”si ola-ola, qusanlar nəyə görə “türkü” və “şərqi”
ifa edirdilər,
Azərbaycan aşıqları isə ermənilərin heç nəyini ifa etmirdilər və nə-
hayət, erməni dilində qoşulmuş “xayeren”lər niyə Azərbaycan dilin-
də ifa olunurdu? Bunların cavabını bir sözlə ifadə etmək olar:
Plagiat
və yenə plagiat. Növbəti paraqraflarda da biz Azərbaycan xalqının
müxtəlif yaradıcılıq nümunələrinin mənimsənilməsi və erməniləşdi-
rilməsi həqiqətlərini nümayiş etdirmək niyyətindəyik.
Yekun olaraq, xalqımızın əqli mülkiyyətinin ermənilər tərəfindən
oğurlanmasının ümumi mərhələlərini göstərməyi vacib hesab edirik.
“Erməniləşdirmə” prosesi, bir qayda olaraq, işlənmiş müəyyən sxem
E R M Ə N İ ( Y A D ) E L ( L İ ) N A Ğ I L L A R I
35
üzrə: yiyələnmək məqsədi ilə qavramaq, mənimsəmək və sonda
“erməniləşdirmək” mərhələləri vasitəsi ilə aparılırdı.
Görünür, mədəni sərvətlərimizi mənimsəmək, üstəlik də, bütün
dünyaya ermənilərinki kimi təqdim etmək (“erməniləşdirmək”) üçün
ilk öncə onları qavramaq lazım idi. Erməni mühiti
buna hər cür
hazırlanıbmış və bu mərhələ onunla nəticələndi ki, Azərbaycan dilini
bilən və az-çox ifaçılıq məharəti olan ermənilər mahnılarımızı oriji-
nalda ifa edir və geniş istifadə edirdilər. Onlar bu mərhələdə çalı-
şırdılar ki, əhalinin daha çox hissəsini buraya cəlb etsinlər və buna
görə də folklor nümunələrimizin erməni əlifbasında yazıya köçürül-
məsi həyata keçirilirdi. Bunun ardınca əsərlərimizin erməni dilinə
tərcüməsi başlayırdı, özü də imkan daxilində burada şərait, məişət,
personajların adları erməni tərzinə uyğun dəyişdirilib erməniləşdi-
rilirdi. Yerlərin orijinal coğrafi adları ermənilərin kompakt yaşayış
yerlərinin adları ilə dəyişdirilir və digər təhriflər edilirdi. Beləliklə,
haqqında danışdığımız yiyələnmək məqsədi ilə qavramaq mərhələsi
bizim nümunələrin
qəsb edilməsi, plagiatı, saxtalaşdırılması və də-
yişdirilməsi ilə müşayiət olunan geniş istifadə və yayılma mərhələsi
olmuşdur və yad əqli mülkiyyətin kütləvi erməni şüurunda özününkü
kimi qavranılmasına istiqamətləndirilmişdir.
Müəyyən müddət keçəndən və ictimai şüurda erməni variantı
möhkəmlənəndən sonra mənimsəmək mərhələsi başlamışdı və bunu
da həmin və digər (o cümlədən maddi, “tarixi” və elmdən uzaq) üsul-
larla “əsaslandırmağa” cəhd göstərilirdi. Bu məqsədlə Azərbaycan
orijinallarının mənimsənilmiş nümunələri erməni variantında maddi
daşıyıcılara köçürülür, süni şəkildə “qədimləşdirilir”, arxivlərə və
fondlara verilir, hökmən, əksər hallarda isə xarici dillərdə nəşr olu-
nurdu. Paralel olaraq, artıq oğurlanmış sərvətlərin uydurma sübutlar,
yalan faktlar, “qədimlik” və s. əsasında erməni mənşəli olmasının
əsaslandırılmasına və izahına yönəldilən “elmi” işlər yazılırdı.
Bununla da mənimsəmə mərhələsi həyata
keçirilən əqli oğurlu-
ğun saxtalaşdırılmış “dayaqlarının” və maddi sübutlarının formalaş-
dırılması mərhələsi olmuşdur.
K A M R A N İ M A N O V
36
Yekun mərhələnin - erməniləşdirmə mərhələsinin səciyyəvi xü-
susiyyəti ondan ibarətdir ki, qəsdən təhrif edilmiş “sübut və dəlil-
lər”dən istifadə etməklə, informasiya - təbliğat metodları vasitəsi ilə
beynəlxalq ictimaiyyəti öz tərəfinə çəkməyə çalışmaqla və bununla
paralel olaraq, saxta dəlillərə istinad edən geniş informasiya mənbə-
ləri yaratmaqla (ardıcıl “istinadlar” sistemi yaradılır) ermənilər əqli
mülkiyyətin mənşəyi və ona sahibliklə bağlı bu əqli
mülkiyyətin əsl
sahibləri ilə müzakirələr açmağa cəhdlər göstərirlər. Beləliklə, bu
mərhələnin mahiyyəti “yalançılıqda ifşa edilməmək üçün özün daha
ucadan ifşa etməlisən” məntiqinə əsaslanan riyakarlıq və ikiüzlülük
üstündə qurulmuşdu.
Qeyd olunan sxem çərçivəsində nəyin və necə “özününküləşdi-
rilməsi”ni isə aşağıda göstərməyə çalışacağıq.