3
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD
FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU
HÜSEYN NADİM NAXÇIVANİ
DİVAN
Bakı‐2011
4
Azərbaycan MEA Məhəmməd Füzuli adına Əlyazmalar
İnstitutu elmi şurasının 23‐24 noyabr 2011‐cu il tarixli 10 №‐li
iclasının qərarı ilə nəşr edilir.
Rəyçilər:
Möhsün Nağısoylu
filologiya elmləri doktoru
Əskər Qədimov
filologiya elmləri doktoru
Toplayıb tərtib edən, ön söz, lüğət və izahların müəllifi:
Hacı Mustafa Mailoğlu
Redaktor:
Hacı Arif Buzovnalı
5
ÖN SÖZ
XIX əsrin əvvəlləri və XX əsrin 20‐ci illərinə qədər –
sovet hakimiyyəti qurulanadək – Azərbaycanın demək olar
ki, əksər böyük şəhərlərində ədəbi məclislər fəaliyyət
göstərmişdir. Baxmayaraq ki, Azərbaycan xalqının mədəni
həyatında ədəbi məclislərin tarixi çox qədimdir, lakin XIX
yüzillik ədəbi məclislərin tarixində, əgər belə demək
mümkünsə, intibah dövrüdür.
Həmin yüzillikdə Tiflisdə Mirzə Şəfi Vazehin və
Gəncədə Mirzə Mehdi Nacinin başçılıq etdikləri “Divani‐
hikmət”, əsrin 30‐cu illərində Qubada A.A. Bakıxanovun
rəhbərliyi ilə “Gülüstan”, yüzilliyin 30‐cu illərindən etibarən
Ordubadda Şıxəli Naib tərəfindən əsası qoyulmuş, əsrin
ortalarından etibarən Hacağa Fəqirin, onun vəfatından sonra
isə Məhəmməd Tağı Sidqinin başçılığı ilə “Əncümənüş‐
şüəra”, 1850‐1900‐cu illərdə Lənkəranda Mirzə İsmayıl
Qasirin rəhbərlik etdiyi “Fövcül‐füsəha”, 1867‐ci ildən
Şamaxıda əvvəlcə Seyid Əzimin, sonra isə Molla Ağa
Bixudun başçılığı ilə “Beytüs‐səfa”, 1864‐cü ildən Şuşada
əvvəlcə Hacı Abbas Agəhin, daha sonra Xurşid Banu
Natəvanın rəhbərlik etdikləri “Məclisi‐üns”, 1872‐ci ildə Mir
Möhsün Nəvvabın təşəbbüsü ilə yaradılmış “Məclisi‐
fəramuşan”, əsrin 80‐cı illərində Bakıda Məhəmmədağa
Cürminin rəhbərliyi ilə “Məcməüş‐şüəra” kimi ədəbi
məclislər fəaliyyət göstərmişdir.
1
Qeyd edək ki, klassik irsin
öyrənilməsində, söz sənətinin xalq
arasında
təbliğ
olunmasında,
həmçinin
yeni‐yeni
istedadların
üzə
çıxmasında ədəbi məclislərin böyük əhəmiyyəti olmuşdur.
1
Poetik məclislər. Bakı, Yazıçı, 1987
6
Belə istedadlardan biri də, Azərbaycan ədəbiyyatına bir
çox böyük sənətkarlar bəxş etmiş “Əncümənüş‐şüəra” ədəbi
məclisinin fəal üzvlərindən biri, Naxçıvan ədəbi mühitində
özünəməxsus yeri olan Kərbəlayi Hüseyn Nadim
Naxçıvanidir.
Azərbaycan ədəbiyyatı tarixində “Nadim” təxəllüsü ilə
yazıb‐yaradan bir neçə şair olmuşdur. Lakin bunlardan ikisi
daha çox məşhurdur. Birincisi XIX əsrdə yaşamış və
özündən sonra çox böyük irs qoyub getmiş navahılı Mirzə
Baxış Nadim, ikincisi isə növhə və sinəzənləri indi də dillər
əzbəri olan Hüseyn Nadim Naxçıvanidir. Çox təəssüflə qeyd
etmək lazımdır ki, hər iki sənətkarın əsərləri bu vaxta qədər
bütöv halda çap olunmamış, yaradıcılıqları ətraflı şəkildə
araşdırılmamışdır.
* * *
Yazın əvvəlləri idi. İstedadlı qəzəlxan‐şair, dostum
Hacı Arif Buzovnalı mənə zəng vurub Nadim adlı şair
haqqında nə bildiyimi soruşdu. Mən Mirzə Baxış Nadimi
nəzərdə tutduğunu zənn edib dedim ki, mərhum tədqiqatçı
Cəfər Rəmzinin tərtib etdiyi “Deyilən söz yadigardır” adlı
topluda onun haqqında bəhs olunmuş və bir neçə qəzəli
verilmişdir.
Əlyazmalar
İnstitutunda
da
əsərləri
qorunmaqdadır. Lakin Hacı Arif cavabında başqa Nadimi
nəzərində tutduğunu dedi. Məlum oldu ki, bu, Naxçıvanın
Nehrəm kəndindən olan və orada yaşayıb‐yaratmış və
orada da vəfat etmiş Hüseyn Nadim Naxçıvanidir. Mən bu
şair haqqında eşitdiyimi, lakin təəssüflər olsun ki, həyatı
və yaradıcılığı barədə məlumatsız olduğumu dedim. Hacı
Arif məndən onun Əlyazmalar İnstitutunda saxlanılan
əsərləri haqqında məlumat əldə etməyimi xahiş etdi və