3
AZƏRBAYCAN RESPUBL KASI TƏHS L NAZ RL Y
AZƏ
RBAYCAN DÖVLƏ
T QT SAD UN VERS TET
MAG STRATURA MƏ
RKƏ
Z
Ə
lyazması hüququnda
Nə
srullayeva Şə
fə
q Nemə
t qızı
“ xrac-istehsal zonalarının fəaliyyət prinsipləri və xüsusiyyətləri”
mövzusunda
MAG STR D SSERTAS YASI
xtisasın şifri və adı __060401_Dünya iqtisadiyyatı
xtisaslaşma __ Beynəlxalq maliyyə və valyuta-kredit münasibətləri
Elmi rəhbər: Magistr proqramının rəhbəri:
prof. .A.Kərimov i.e.d. M.R.Cəmilov
Kafedra müdiri: prof. .A.Kərimov
BAKI-2016
4
G R Ş
Mövzunun aktuallığ
ı. Maddi material dəyərlərinin əldə edilməsi, istifadəsi
və bölüşdürülməsi onların təkcə ölkədaxili səviyyədə deyil, o cümlədən də
ölkələrarası səviyyədə mübadiləsini tələb edir. Ölkələr arasında mübadilə
ə
məliyyatlarının
həyata
keçirilməsinin
labudlüyü
beynəlxalq
iqtisadi
münasibətlərin ayrıca bir iqtisadi kateqoriya kimi formalaşmasını gücləndirdi,
həmçinin beynəlxalq əmək bölgüsünün intensiv inkişafına və ticarətin, kapitalın,
elmi-texniki biliklərin, işçi qüvvəsinin, informasiyanın hərəkəti sahəsində qarşılıqlı
ə
laqələrin möhləmlənməsinə gətirib çıxardı. Əminliklə söyləmək olar ki,
beynəlxalq əmək bölgüsü və beynəlxalq iqtisadi münasibətlərdən düzgün və
səmərəli istifadə iştirakçı ölkələrin hər birinə böyük fayda verə bilər.
Açıq iqtisadiyyatın reallaşdırılması prinsipləri içərisində ən vaciblərdən biri
də azad iqtisadi zonaların yaradılması hesab olunur. Onların fəaliyyət göstərməsi
xarici iqtisadi fəaliyyətin liberallaşması və fəallaşdırılması ilə sıx əlaqədardır.
Azad iqtisadi zonaların təsərrüfat həyatı xarici dünyaya yüksək formada açıqlığı ilə
seçilir, buradakı gömrük, vergi və investisiya rejimi isə daxili və xarici
investisiyalar üçün əlverişlidir. Bu mənada dissertasiyanın mövzusu aktualdır,
mühüm nəzəri və təcrübi əhəmiyyət daşıyır.
Son bir neçə onilliklərdə azad iqtisadi zonaların inkişafı dünya
iqtisadiyyatında baş verən yeni hadisələrdən biridir. Onlar dünyanın bir çox
ölkələrində geniş yayılmışlar. Bu baxımdan azad iqtisadi zonaların mahiyyətinin
və onların xarici iqtisadi əlaqələrdə tutduğu rolunun öyrənilməsi mühüm aktuallıq
kəsb edir.
Tə
dqiqatın mə
qsə
d və
və
zifə
lə
ri. Tədqiqatın əsas məqsədi azad iqtisadi
zonaların mahiyyətinin və formaları-nın araşdırılması, A Z-rin mühüm növü kimi
ixrac-istehsal zonalarının mahiyyəti, onların dünyanın müxtəlif ölkələrində
yaradılması təcrübələrinin tədqiqi, həmçinin bu cür zonaların Azərbaycanda da
təşkil edilməsi zəruriyyətinin və perspektivlərinin təhlil edilməsidir.
Müasir dünyamızda beynəlxalq inteqrasiyaya qoşulmaqla milli
iqtisadiyyatı daha intensiv inkişaf etdirmək obyektiv zərurətdən irəli gəlir. Bu işdə
5
azad iqtisadi zonalar da mühüm əhəmiyyət kəsb edir. Xüsusi azad iqtisadi zonalar
da bir bazar infrastrukturu kimi sivilizasiyalı bazar iqtisadiyyatı şəraitində mühüm
spesifik rola malikdir. Bu zonalar bir neçə tipdə fəaliyyət göstərirlər. Məsələn,
azad ticarət zonaları, azad istehsal zonaları, azad ixrac-istehsal zonaları, azad bank
zonaları, azad-açıq iqtisadi şəhər, azad elmi-texniki zonalar, azad liman zonalar və
s. Son məlumatlara görə, dünyada 700-ə qədər azad iqtisadi zona fəaliyyət göstərir.
Azad, sərbəst iqtisadi zonaların yaradılması hər bir müstəqil dövlətin xarici
siyasətinin tərkib hissəsidir. Belə zonalar sərbəst surətdə xarici ölkələrin üzünə
açılır. Məqsəd xarici ölkələrin maliyyə imkanlarından, qabaqcıl texnika və
texnologiyasından istifadə edərək və bu vasitə ilə yüksək xeyir götürərək öz
ölkəsinin iqtisadiyyatını inkişaf etdirməkdir.
Tə
dqiqatın elmi yeniliyi və
tə
crübi ə
hə
miyyə
ti. Azad iqtisadi zonaların
fəaliyyət göstərməsi həm bir tərəfdən qabaqcıl xarici firmalarla, şirkətlərlə,
kommersantlarla əməli istehsal, ticarət əməkdaşlığı, elmi-texniki və digər
sahələrdə intensiv mübadilələr yaranır və həm də azad zona ölkələrinin daxili
bazarına və onun xarici ticarətinə çox fayda gətirir. Aşağıdakı elmi yeniliklər
diqqəti cəlb edir:
1. xrac-istehsal, sənaye istehsalı və elmi-sənaye parkları istiqamətində
formalaşan ərazilər aid edilməlidir;
2. xrac-istehsal zonasının yaradılmasının və fəaliyyətinin idarə edilməsi
xüsusi investisiya təşkilatları, yaxud birgə müəssisələr tərəfindən həyata
keçirilməlidir;
3. Sənaye istehsal zonası ixrac yönümlü idxalı əvəzləyən məhsullar
istehsalı üçün ayrılan xüsusi gömrük rejimi ərazilərində yaradılır.
4. Bu zonalarda milli, müştərək və xarici tədqiqatçılar, layihəçilər, elm-
istehsal firmaları cəmləşir.
Ümumiyyətlə, iqtisadi inkişaf səviyyələrindən asılı olmayaraq dövlətlər
azad iqtisadi zonalar yaratmağa can atırlar və bundan çox xeyir götürürlər. Bu
zaman hər bir dövlət bu və ya digər zonanın milli iqtisadiyyatının inkişafında
rolunu və başqa amilləri nəzərə alaraq müəyyən məhdud əraziləri sərbəst iqtisadi
zona elan edir. Burada fəaliyyət göstərmək istəyən xarici və milli sahibkarlar,