Sənayenin inkişafı ilə yanaşı, kənd təsərrüfatında da yüksək inkişaf meyilləri
nəzərə çarpmağa başladı. Ulu öndər milli sahibkarlığın inkişafına xüsusi diqqət yetirir
və yerli sahibkarların daha fəal olması sayəsində bazar iqtisadiyyatının inkişafının
sürətlənəcəyinə, özəl bölmənin xüsusi çəkisinin artacağına dərin inam bəsləyirdi:
“Azərbaycanın hər bir sahibkarı özünü respublika iqtisadiyyatının bir hissəsi bilməli və
ölkənin iqtisadi tərəqqisi üçün səylər göstərməlidir. Məhz belə sahibkarlar uğurla
fəaliyyət göstərə bilər, girişdikləri məsələlərlə sərbəst məşğul ola bilər, öz iqtisadi,
intellektual potesnialından heç bir məhdudiyyət olmadan istifadə etmək imkanına malik
olar, eyni zamanda, Azərbaycanda sahibkarlığın, bazar iqtisadiyyatının inkişafına,
böhranın aradan qaldırımasına kömək göstərə bilərlər. Mən sahibkarlıq fəaliyyəti ilə
məşğul olan hər bir Azərbaycan vətəndaşına məhz belə yanaşıram, onlara öz ehtiramımı
bildirir, onların fəaliyyətinə səmimi münasibət göstərirəm”.
qtisadiyyatın real inkişaf templəri məhz özəl sektorun payının artması, milli
sahibkarlığın aparıcı qüvvəyə çevrilməsi sayəsində mümkün oldu. 1999-cu ilin
dekabrında Azərbaycanın mənfəət nefti ilə doldurulmuş ilk tankerinin dünya bazarlarına
çıxarılması isə respublikamızın etibarlı maliyyə ehtiyatlarının formalaşmasının əsasını
qoydu. Bununla da, ölkəmizdə islahatların dinamikliyini daha da artırmaq, irimiqyaslı
layihələr həyata keçirmək, əhalinin sosial yaşayışını yaxşılaşdırmaq üçün davamlı və
etibarlı maliyyə rezervləri mənbəyi formalaşdı. Azərbaycan hökuməti mənfəət neftinin
satışından daxil olan vəsaitlərin səmərəli idarə edilməsini, həmin vəsaitlərin prioritet
sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən
layihələrin həyata keçirilməsinə yönəldilməsini başlıca prioritetlər hesab etdiyini ilk
gündən atdığı addımlarla sübut etdi.
qtisadiyyatda aparılan islahatlar ölkənin maliyyə vəziyyətinin yaxşılaşmasını,
dövlət büdcəsinin gəlirlərinin ildən-ilə artmasını təmin etdi. 2002-ci ildə dövlət
büdcəsinin bütün mənbələrdən daxil olan gəlirləri 1993-cü ilə nisbətən 85 dəfə artaraq
4,6 trilyon manata (köhnə manatla) çatdı. Beləliklə, tam əminliklə demək olar ki, 1993-
2003-cü illərdə Azərbaycan iqtisadiyyatı böhran və tənəzzül məngənəsindən çıxaraq,
iqtisadi inkişaf və yüksəliş yoluna qədəm qoydu. Ulu öndər milli inkişaf modelinin əsas
istiqaməti kimi iqtisadiyyatın sosialyönümlü olmasına mühüm əhəmiyyət verirdi. Məhz
bu nöqteyi-nəzərdən inkişaf edən ölkənin milli gəlirləri sosial proqramların təmin
olunmasına yönəldilib.
Ümumiyyətlə, iqtisadi və sosial islahatlar həyata keçirilərkən həm də idarəetmə
prosesi ilə sıx bağlı olur. darəetmənin doğru, elmi və hərtərəfli həyata keçirilməsini
cəmiyyətin normal və sabit inkişafının əsası hesab etmək olar. nsanların sosial
vəziyyətinin inkişafı, onların yaşam tərzlərindəki kəskin fərqlərin aradan qaldırılması
isə ancaq sosial ədalət prinsipinin idarəetmədə əsas mövqe tutması ilə bərqərar ola bilər.
Azərbaycan hökuməti bütün bu komponentləri uğurla reallaşdırıb və yüksək nəticələr
ə
ldə edib. qtisadiyyatın proporsional və balanslaşdırılmış inkişafının təmin olunması,
həmçinin, effektivliyə doğru irəliləyişi, bazar iqtisadiyyatının intensivləşdirilməsi,
liberal iqtisadiyyatın yeni mexanizmlərinin tətbiq olunması və digər islahatlar əhalinin
maddi və mənəvi rifahının yüksəlməsinə, sosial ədalətin bərqərar olmasına şərait
yaradıb. Bu prinsiplər Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident lham
Ə
liyevin həyata keçirdiyi siyasətin başlıca hədəflərini təşkil edib və dövlət başçısının
rəhbərliyi ilə sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın
formalaşdırılması prosesində mühüm uğurlara imza atılıb.
Ulu öndərin əsasını qoyduğu inkişaf strategiyasını zamanın tələblərinə cavab
verən yeni çalarlarla zənginləşdirərək uğurla davam etdirən Prezident lham Əliyev
Azərbaycanın tamamilə keçid iqtisadiyyatını arxada qoymasına nail olub. Yeni inkişaf
mərhələsi isə Azərbaycanın iqtisadi modelinin tətbiq olunması fonunda başlayıb.
Davamlı, dinamik inkişaf məntiqinə əsaslanan bu modelin strateji istiqamətləri
tamamilə liberal bazar münasibətlərinə əsaslanan, sosialyönümlü iqtisadi sistemin və
milli iqtisadiyyatın formalaşdırılması, ölkədə mövcud olan təbii-iqtisadi, texniki-istehsal
və elmi-texniki potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb olunması, milli
iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli şəkildə inteqrasiyasından ibarətdir.
I.3.Milli iqtisadiyyatın inkiş afında innovasiyanın mahiyyə ti və xüsusiyyə tlə ri
Azərbaycanın müstəqil dövlət kimi yaşaması və inkişaf etməsi üçün
respublikanın iqtisadi potensialı əsas şərt sayılsa da (hətta Sovetlər ttifaqının dağılması
prosesi zamanı dövrün böyük iqtisadçıları dəfələrlə belə fikir söyləyirdilər ki, Sovetlər
ttifaqına mənsub olan yalnız Rusiya və Azərbaycan iqtisadi cəhətdən müstəqil yaşamaq
imkanına malikdir), bu potensialdan səmərəli istifadənin çox mühüm əhəmiyyət kəsb
etdiyi, bunun isə öz növbəsində, ancaq çox düşünülmüş, cəsarətli islahatlar yolu ilə
reallaşdırılma imkanı ölkə başçısı tərəfindən dəfələrlə vurğulanmışdır.
Mövcud iqtisadi potensialdan səmərəli istifadə etmək üçün hər gün, hər ay, hər
rüb və hər il yorulmadan çalışmağı tövsiyə edən Heydər Əliyev bunu iqtisadiyyatın
inkişafı, adamların işlə təmin edilməsi və nəticədə maliyyə vəziyyətimizin
yaxşılaşdırılması, vətəndaşlarımızın həyat səviyyəsinin yüksəldilməsi və bütövlükdə,
iqtisadi böhrandan çıxış üçün əsas kimi qiymətləndirirdi.
slahatlar aparılarkən xarici ölkələrin təcrübəsindən yaradıcılıqla bəhrələnməyi
daim tövsiyə etməklə yanaşı, həmin işdə kor-koranə ehkamçılığa və tələskənliyə qarşı
çıxan Heydər Əliyev dəfələrlə qeyd etmişdir ki, “bu iş Azərbaycan Respublikasının
iqtisadiyyatına, ənənələrinə uyğun olaraq təşkil edilməlidir” və “yerli şərait, milli
xüsusiyyətlər, milli ənənələr nəzərə alınmaqla” həyata keçirilməlidir.
Keçid dövrünün Azərbaycan üçün xarakterik xüsusiyyətləri nəzərə alınmaqla
iqtisadi islahatların aparılması onun müvəffəqiyyətini təmin etmişdir və burada Heydər
Ə
liyev dühasının əvəzolunmaz rolu vardır. Belə ki, ilk növbədə, onun fövqəladə
zəhməti sayəsində bağlanan neft sazişləri iqtisadiyyatın bütün sahələrinin
dirçəlməsində əhəmiyyətli rol oynadı.
Respublikamızda iqtisadi islahatlar ardıcıl surətdə həyata keçirilməklə öz
müsbət nəticələrini verdi. slahatların hüquqi bazasını təşkil edən “Müəssisələr
haqqında”, “Səhmdar cəmiyyəti haqqında”, “Torpaq islahatı haqqında”, “Sovxoz və
kolxozların islahatı haqqında”, “Banklar və bank fəaliyyəti haqqında”, “Müflisləşmə və
iflas haqqında” və bir sıra digər qanunlar qəbul edilmiş, vergi qanunvericiliyinin
beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində mühüm dəyişikliklər edilmiş,
Dostları ilə paylaş: |