10.Qə rb mə də niyyə ti
Qərblilər Şərqdə insan sayca çoxaldıqca, biri - biri ilə fiziki zəmində
mübarizə güsləndiksə sıxışdırılan, incik salınan, məğlub olmuş, qaçqın əhvalı ilə
Qərbə - coğrafi şəraiti diha kəskin, təbiəti sərt, günəşi az və s. olan ərazilərə
sıxışdırılan insanlardır. Qərbdə insanlar cəmiyyət, ölkə, dövlət kimi formalaşanda
Şə
rq artıq çox inkişaf etmişdi. Şərq mədəniyyəti formalaşarkən onun üçün ən
qüdrətli varlıq günəş idisə, Qərb mədəniyyəti formalaşanda günəşlə onun arasında
bir Şərq qüdrəti də vardı. Qərbli, uzun illər boyu təbiətin səxavəti, dünyadakı
sərbəstliyi hesabına romantika, xəyallar aləmində formalaşmış şərqlidən fərqli
olaraq daha real amillərin təsiri altinda, Yer qayğıları ilə, sosial həyatın sərt
tələbləri ilə üz–üzə olaraq formalaşırdı. XV əsrdən başlayaraq, Qərb
mədəniyyətinin inkişafı üçün mühüm tarixi şərait yarandı. Amma öz mahiyyəti
etibarı ilə də Qərb mədəniyyəti Yer üzünü tamamilə dərk etmək gücündə deyildi.
Qərb mədəniyyəti öz mahiyyətinə uyğun olaraq daha çox praktik, praqmatik
dəyərlərə üstünlük verməyə başladi. Artiq praktik elm sahələri daha sürətlə inkişaf
etməyə başladı. Elmdə harmoniklik yox, praktiklik prinsipləri üstünlük qazandi.
Elm sahələri daha çox biri-birindən təcrid olunmağa, biri-birini nəzərə almadan
formalaşmaq yolunu seçdi. Şərq elmindən bəhrələnərək və bu bəhrələnməni
gizlədən, bir çox hallarda bu elmin incəliklərini axıra qədər dərk etməyən Qərb
elmi bir plagiatlıq və məhdudluq özülləri üzərində, nöqsanlı olaraq formalaşdı. Bu
nöqsanlı özül üzərində qurulan, sürətlə inkişaf edən dünyəvi elmlər Qərb
mədəniyyətinin formalaşmasında olduqca fəal rol oynadı. Yer qayğılarına daha çox
önəm verən Qərb mədəniyyəti özünü məişətdə, texnikada göstərməyə başladı.
Mənəviyyat amilləri arxa plana keçməyə məcbur oldu. XVI əsrdə yaşamış talyan
siyasətçisi Nikkolo Makiavellinin (1469 - 1527) “Məqsədə çatmaq üçün istənilən
addım məqbuldur!” ideyası sürətlə bütün Qərb aləminin iliyinə, sümüyünə
yeriməyə, bu mədəniyyətin xarakterini müəyyənləşdirməyə başladı. Utilitarlıq (öz
mənafeyini güdmə), bazar munasibətləri həlledici amillər kimi ortaya çıxdı. XVII
ə
srdən başlayaraq qərbdə (C. Lokk, A. Smit, Ş. Monteskye və s. alimlərin təlimləri
ilə ) liberalizm ideyaları geniş yayılmağa başladı.
11. Mədəniyyətin strukturuna dair
Mədəniyyətin strukturuna dair müхtəlif yanaşmalar mövcuddur. Məsələn,
“Vinculum Substantiale” yanaşmasına görə, mədəniyyətin bütün elementləri (din,
fəlsəfə, sənət, dil, həyat tərzi, ailə quruluşu, təhsil ənənələri və s.) arasında
substansional vahid əlaqə vardır. Bu baxış dini mahiyyətə malik olub, «vəhdəti –
vücud» ideyasından çıхış edir. Bu yanaşmaya görə, insan, tarix, o cümlədən,
mədəniyyət vahid ilahi başlanğıcın məhsulu kimi vəhdət təşkil edirlər.
“Vinculum Functionale” yanaşmasına görə isə, əksinə, mədəniyyət
elementləri funksional əlaqəyə malikdirlər. Bu baxış isə plüralizm və
paradiqmallığı dəstəkləyən elmi yanaşmadır. O, mədəniyyət fenomenlərinin
spesifikliyindən çıхış edir və onların subordinasiyasına əsasən iyerarхik
strukturunu müəyyənləşdirməyə imkan verir.
Sistem kimi bütövlük təşkil edən mədəniyyətin hissə və elementlərinin nisbi
sabit quruluşu onun strukturunu təşkil edir. Mədəni sistemin ayrı-ayrı
elementlərinin bir-birilə münasibətinə, ehtiva etdiyi sahə, səviyyə, statik (sabit) və
ya dinamik (dəyişkən) olmasına, məzmun və s. cəhətlərinə görə struktur
vahidlərini fərqləndirmək olar.
Mədəniyyətin strukturunu müхtəlif meyarlara əsasən təsnif etmək olar.
Məsələn, sosial struktura görə siyasi, iqtisadi, hüquqi, dini, elmi, teхniki, bədii
mədəniyyət fərqləndirilir. Gerçəkliyin spesifik mənimsənilməsi üsulu kimi
nəzərdən keçirilən mədəniyyət struktur etibarilə biliklər, teхnologiyalar və
sərvətlərə bölünür.
Səviyyəsinə görə kütləvi və elitar mədəniyyəti ayırd etmək olar. Elitar
mədəniyyət cəmiyyət üzvlərinin ali mənəvi fəaliyyətinin nəticələrini ehtiva edir. O,
cəmiyyətin müхtəlif - siyasi, elmi, iqtisadi və s. sferalarındakı yüksək təbəqələrinin
tələbatlarına uyğun formalaşır. Bundan başqa, bu gün elitaya (fransız sözü “elite”
– ən yaхşı) yaradıcı ziyalıları – mədəniyyətin yeni sərvətlərini yaradan incəsənət və
elm хadimlərini də aid edirlər. Elitar mədəniyyət ictimai tərəqqinin sütünunu təşkil
edir. Ən ümumi halda isə maddi və mənəvi mədəniyyəti ayırd edirlər.
12.Maddi mə də niyyə t
lk əmək alətlərindən tutmuş bütün fiziki əməyin və fəaliyyətin nəticələrini
özündə əks etdirən məhsullar, artefaktlar maddi mədəniyyəti təşkil edir. nsanın
yaradıcı əməyinin məhsulu olan maddi və mənəvi sənət abidələri artefaktlar
adlanır. Artefaktlar müəyyən simvolik mənaya malik olub, yarandığı hər hansı
konkret dövrün, cəmiyyətin хarakterini müəyyən etmək, öyrənmək üçün əvəzsiz
mənbədir.
Maddi mədəniyyət – bütöv bəşər mədəniyyətinin hissəsidir, insanın
mənəviyyatının, yaradıcı fəaliyyətinin nəticələrinin əşya formasına çevrilməsidir.
Daha doğrusu, insanın yaradıcı fəaliyyəti zamanı təbiət əldə edilən materiallar
insanın varlığını təmin edən predmetə çevrilir. Maddi mədəniyyətə müxtəlif
istehsal vasitələri – enerji və xammal, əmək alətləri, kommunikasiya və nəqliyyat
vasitələri, məişət, idarə, əyləncə təyinatlı tikililər və s. və i.a. daxildir.
Maddi mədəniyyət obyektiv mahiyyətə malikdir, mənəvi mədəniyyət isə,
ə
sasən, subyektiv хarakter kəsb edir. Maddi mədəniyyət nümunələri, məsələn,
bina, körpü və ya məscid tikildiyi gündən obyektiv şəkildə mövcuddur. Mənəvi
mədəniyyət nümunəsi olan hər hansı mərasim və ya ayin icra olunduqda mövcud
olur, əхlaqi rəftar insanın daхili istəkləri ilə subyektiv məqamlarla müşayiət
olunur. Bütün mənəvi dəyərlər maddi obyektlər vasitələri ilə ifadə olunur.
Məsələn, musiqi ifa alətində, rəsm tabloda, bilik kitabda təcəssüm tapır və s. Və ya
ə
ksinə, maddi mədəniyyət mənəvi tərəflərsiz qeyri-mümkündür.
nsanların yaradıcı əməyi sayəsində, yəni süni şəkildə yaradılan maddi
mədəniyyət əşyaları onlara təbii və sosial həyatlarını daha rahat, əlvərişli və
səmərəli şəkildə qurmağa imkan verir. Şübhəsiz ki, maddi mədəniyyət
nümunələrinin yaradılması insanların müxtəlif tələbatlarının ödənilməsi məqsədini
daşıyır. Bu tələbatlar artdıqca maddi mədəniyyət nümulərinin həm sayı, həm də
Dostları ilə paylaş: |