9
ə
ldə edə bilərlər.
Daha yüksək dərəcəli üstünlükləri (patentləşdirilən texnologiya, unikal mallar və
ya xidmətlər ilə fərqlənmə, güclü marketinq fəaliyyətinə əsaslanan firmanın nüfuzu və
ya müştərilərlə sıx əlaqələrin mövcudluğu) daha uzun müddət ərzində saxlamaq olur.
Rəqabət üstünlüklərinin saxlanılmasını müəyyən edən ikinci amil müəyyən
firmanın aşkar rəqabətli istehsal mənbələrinin sayından asılıdır.
Rəqabət üstünlüyünün saxlanılmasının üçüncü amili – istehsalın və digər
fəaliyyət növlərinin daima yeniləşdirilməsindən ibarətdir. Əgər üstünlüyü əldə saxlamaq
istəyirsənsə, bir yerdə dayanmaq olmaz. Firma yeni üstünlükləri rəqiblərin mövcud olan
ş
eyləri təqlid etdikləri sürətlə yaratmalıdır. Əsas vəzifə - firmanın göstəricilərini
yorulmadan yaxşılaşdırmaq və bununla da mövcud üstünlükləri gücləndirməkdən
ibarətdir (məsələn, istehsalat güclərindən səmərəli istifadə etmək və ya müştərilərə
çevik xidməti təşkil etmək).
Hər hansı bir ölkənin rəqabət üstünlüyünün formalaşmasında rolunu təhlil edən
zaman o sahələr daha çox maraq təşkil edirlər ki, orada rəqabət beynəlxalq xarakter
daşıyır. Müxtəlif sahələrdə beynəlxalq rəqabətin formaları köklü surətdə fərglənirlər.
Rəqabət formasının spektrinin bir ucunda çoxsaylı-milli forması kimi adlandırıla bilən
forma dayanır. Hər bir ölkədə və kiçik ölkələr qrupunda rəqabət bir-birindən asılı
olmayaraq baş verir.
Spektrin əks tərəfində - qlobal sahələr dayanır ki, firmanın bir ölkədəki rəqabət
mövqeyi onun digər ölkələrdəki mövqelərinə əhəmiyyətli təsir edir. Qlobal rəqabət
özünü sərnişin təyyarələri, televizorlar, yarımkeçirici cihazlar, surətçıxarma aparatları,
avtomobil və saatlar istehsalı sahələrində daha çox biruzə verir. Qlobal sahələrdə
rəqabət üstünlüyünü qazanmaq qabiliyyəti ölkənin firmasına həm ticarət sahəsində, həm
də xarici sərmayələrdə böyük mənfəət vəd edir. Qlobal strategiya altında o başa düşülür
ki, firma öz məhsullarını bir çox ölkədə satır və bu zaman eyni cür yanaşma
prinsiplərini tətbiq edir.
Rəqabət qabiliyyəti –
inkişafda olub daimi dinamik dəyişiklərə məruz qalan
çoxcəhətli mürəkkəb iqtisadi anlayışlardan biridir. Rəqabət qabiliyyətliliyinə mövcud
olan müxtəlif yanaşmaların təsnifatı cədvəl 1.2.-də göstərildiyi kimidir.
Cədvəl 1.2
10
Rəqabət qabiliyyətliliyinə müxtəlif yanaşmaların təsnifatı
Yanaşmanın adı
Ə
sas
nümayəndələri
Yanaşmanın mahiyyəti
Çatışmazlıqları
Davranış
yanaşması
A.Smit,
D.Rikardо,
C.St.Mill,
А
.Mаrşal,
К
.Маrks,
P.Heyne,
М
.Porter və b.
lk əvvəl iqtisadi ədəbiyyatda
təşəkkül tapmışdır. О, rəqabəti
alıcıların tələbatlarının ödənil-
məsi yolu ilə onların pulu
uğrunda mübarizə kimi ifadə
edir. Rəqabətin əsasını mal
istehsalçıları arasında malların
daha əlverişli istehsal və satış
şə
raiti uğrunda mübarizə, maksi-
mal mənfəət əldə olunması təşkil
edir. Rəqabətin əsası – sonrakı
təkrar istehsal üçün lazım olan
nadir rifahlara meyarların
çıxışını daha yaxşı təmin etməyə
can atmadan ibarətdir.
Bu yanaşmanın əsas çatış-
mazlığı rəqabətin qiymət
növünə daha çox diqqətin
olmasından ibarətdir. Bundan
başqa, o, rəqabət fəaliyyəti-
nin dinamikasının öyrənilmə-
sini təkzib edir, vaxt amilini
nəzərə almır, rəqiblərin
fəallığının motivləşdirilmə-
sini səthi nəzərdən keçirir.
Bu zaman rəqabət və
inhisarçılıq – bunlar iki bir-
birinə əks olan bazar
vəziyyətləridirlər və onlar
arasında bazarın aralıq
vəziyyəti mövcud deyildir.
Struktur
yanaşması
F.Ecuort,
А
.Кurno,
E.Çemberlin,
Ç.Robinson
və b.
Bu, bazarların əsas tiplərinin:
xalis inhisarçılıq, oliqopoliya,
inhisarçı rəqabət və mükəmməl
rəqabət kimi müasir qərb
nəzəriyyəsinin inkişafı üçün
ə
sasdır. Struktur yanaşması
zamanı əsas vurğu şirkətlərin
bir-biri ilə mübarizəsindən,
satıcının (bazar formasıının)
müstəqillik dərəcəsinin müəyyən
olunması və bazardan çıxmanın
üsulunun müəyyən olunması
üçün bazarın strukturunun
təhlilinə, bazardakı qiymətlərin
ümumi səviyyəsinə təsir etmənin
prinsipial imkanlarının (və
yaxud imkansızlığının)
müəyyənləşdirilməsinə keçir.
Ə
gər bu cür təsir mümkün
deyisə, bu zaman söhbət
mükəmməl rəqabətdən, əks
halda isə – mükəmməl rəqabətin
müxtəlif növlərindən birindən
gedir.
Bu nəzəriyyəyə əsasən,
rəqabətin təbiəti öyrənilən
zaman ona fikir verilmir ki,
ş
irkət, bazarın bu və ya digər
strukturu zamanı daha
yüksək rəqabət qabiliyyətli-
liyinə nail olmaq üçün necə
hərəkət etməlidir. Bu halda
müəssisənin bazarda manevr
etməsi ilkin hal kimi qəbul
olunur, bundan da bazarda
rəqabət mübarizəsinin
intensivlik dərəcəsi haqqında
nəticə çıxarmaq olar.
Funksional
yanaşma
Y.Şumpeter,
F.Hayek,
S.Hant
Rəqabətin iqtisadiyyatda rolunu,
köhnənin yeni ilə mübarizəsi
kimi, gizlini mövcudluq kimi
açıqlayır. Rəqabət mexanizmi
köhnə texnologiyalardan istifadə
edən müəssisələri bazardan
sıxışdırıb aradan çıxarır. Rəqabət
qabiliyyətliliyi fəal innovasiya
prosesi vasitəsilə yeniləşir.
Rəqabətin təbiətini birtərəfli
nəzərdən keçirir, onu innova-
siyanın köhnəlmiş texnolo-
giyalar ilə mübarizəsi kimi
təsəvvür etdirir. Bu da,
rəqabətin bazarda
mahiyyətini tam mənada
açmağa imkan verir.