Microsoft Word mirzaliyeva gunel docx



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə3/30
tarix20.10.2017
ölçüsü0,72 Mb.
#5593
1   2   3   4   5   6   7   8   9   ...   30

 

qidalanma  səviyyəsi  ölkənin  ümumi  iqtisadi  inkişafının  səviyyəsini  xarakterizə 



edir.  Belə  ki,  ərzaq  məhsullarının  istehsalı  istənilən  istehsal  növünün  ilkin  şərti 

olub, var və olacaqdır. Əhalinin ərzaq məhsulları ilə təminatı sosial həyatın iqtisadi 

strukturun həyat qabilyyətliliyinin səviyyəsinin vacib faktoru və müəyyənləşdirici  

kriteriyasıdır. 

Ə

rzaq problemi  insanın  yarandığı  gündən  mövcud olmuş  və insanın  inkişafı 



ilə  öz  xüsusiyyət  və  miqyaslarını  dəyişmişdir.  Artıq  XX  əsrin  ikinci  yarısından 

başlayaraq  ümumbəşəri  problemə  çevrilmişdir.  Ərzaq  məhsulları  lazımi  həcmdə 

istehsal  olunmadıqda  bu  cəmiyyətdə  o,  nəzərə  çarpan  bir  fakta-ərzaq 

çatışmamazlığına, bu isə öz növbəsində ciddi sosial–siyasi problemə çevrilir. Təbii 

fəlakətlər,  müharibələr,  ölkədə  iqtisadi  böhranlar,  ictimai  quruluşda  radikal 

dəyişikliklər,  əhalinin  və  ərzaq  istehsalı  obyektlərinin  əraziyə  görə  qeyri-

proporsional  yerləşməsi  və  s.  ərzaq  çatışmazlığı  problemini  yaradan 

səbəblərdəndir. Bununla əlaqədar olaraq, dövlət və eləcə də  bütün bəşəriyyət üçün 

ə

rzaq və ərzaq təhlükəsizliyinin stabil təminatı ən vacib problemlərdəndir. 



XX  əsrdə  dövlətlərarası  ticarətin  inkişafı  ilə  əlaqədar  olaraq  ərzaq  problemi 

bir  qrup  dövlətlərin  digərləri  üzərində  siyasi  təzyiq  vasitəsinə  çevrilmişdir.  Belə 

ölkələr digər ölkələrdəki ərzaq problemini mütəmadi öyrənirlər. Eyni zamanda öz 

ölkələrində  ərzaqla  təminatı  yüksək  səviyyədə  saxlayaraq  digər  ölkələrin 

bazarlarında  öz  paylarını  genişləndirməyə  çalışırlar.  Bu  isə  ixracatçı  ölkələrə 

idxalçı  ölkələrlə  qarşılıqlı  münasibətlərdə  yumşaq  təsir  vasitələri  (gömrük 

baryerləri,  qiymət  siyasəti,  ixrac  subsidiyaları  və  s.)  ilə  yanaşı,  sərt  tədbirlərin 

(embarqo, idxala qoyulan qadağalar, iqtisadi sabotaj və s.) tətbiqinə şərait yaradır. 

Eyni  zamanda,  ərzaq  idxal  edən  ölkələr  xarici  iqtisadi  siyasəti  daxili  ərzaq 

bazarının, daxili istehsalçı və ixracatçıların xarici rəqabətdən müdafiəsinə, eləcə də 

ə

rzaqla  özünü  təminatını  yüksəldərək  daxili  bazarların  idxal  üçün  tamamilə  



bağlanması  istiqamətinə  yönəldirlər.  Göründüyü  kimi,  ərzaq  təhlükəsizliyi  bütün 

dünya  ölkələri  üçün  dövlətin  suverinitetinin,  onun  daxili  siyasətinin  və  eyni 

zamanda, beynəlxalq əlaqələr müstəvisində suverenliyinin əsas şərtidir. 



 

Beləliklə, ərzaq təhlükəsizliyi nəinki dövlətin iqtisadi təhlükəsizliyinin, eləcə 



də  siyasi  və  ekoloji  təhlükəsizliyinin  əsas  elementidir.  Bu  isə  ərzaq 

təhlükəsizliyinin  milli  təhlükəsizliyin  tərkibində  aparıcı  rol  oynadığını 

müəyyənləşdirir.  Ərzaq  təhlükəsizliyinin  mahiyyəti  “ərzaq  təhlükəsizliyi” 

anlayışının daha dəqiq tərifində ifadə olunmalıdır. Qeyd etmək lazımdır ki, ilk dəfə 

“ərzaq  təhlükəsizliyi”  bir  termin  kimi  1974  -  cü  ildə  Romada  taxılın  qiymətinin 

kəskin artması ilə bağlı ƏKTT (FAO) - nin təşkil etdiyi Ərzaq problemləri ilə bağlı 

Ümumdünya  Konfransında  qəbul  edilmişdir.  Bu  anlayışın  mahiyyəti  20  il  sonra 

analoji  olaraq  konfransda  aydınlaşdırılmışdır.  ƏKTT  -  yə  görə  “ərzaq 

təhlükəsizliyi - bütün insanların aktiv öz sağlam həyatını təmin etmək üçün lazımı 

həcmdə  təhlükəsiz  və  qidalı  ərzaq  məhsullarına  fiziki  və  iqtisadi  əlçatanlığının 

mümkünlüyüdür”.  Keçən  əsrin  90  -  cı  illərinin  II  yarısından  başlayaraq  “ərzaq 

təhlükəsizliyi”  termini  nəinki  sənədlərdə,  həm  də  elmi  ədəbiyyatda  geniş  istifadə 

olunmağa başlandı. Bu ədəbiyyatı nəzərdən keçirərək belə qənaətə gəlmək olar ki, 

bu  kateqoriyanın  mahiyyəti  haqqında  hələ  də  yeganə  və  dəqiq  tərif  yoxdur. 

Düzgün strategiya və taktikanın seçilməsi bu kateqoriyaya verilən mənadan asılıdır. 

[31] 


Ə

rzaq  təhlükəsizliyi  iqtisadiyyatın  elə  bir  vəziyyətini  özündə  əks  etdirir  ki, 

mövcud imkanlar hesabına əhalinin fəal sağlam həyat tərzi keçirməsi üçün zəruri 

həcmdə  ərzaq  məhsullarına  olan  tələbatını  təmin  etmək  mümkün  olsun.  Ərzaq 

təhlükəsizliyi  hər  bir  vətəndaşın  ərzaq  istehlakı  səviyyəsindən  bilavasitə  asılı 

olmaqla həm mikro, makro, həm də qlobal səciyyə daşıyır. Ərzaq təhlükəsizliyinin 

mikro  aspekti  hər  bir  fərdin  yaşamaq  imkanları  ilə  xarakterizə  olunur.  Makro 

aspektlər  ölkənin  ümumi  inkişaf  səviyyəsi,  qlobal  aspektlər  isə  beynəlxalq 

münasibətlər  və  dünyada  baş  verən  geosiyasi  dəyişikliklərlə  bilavasitə  bağlıdır. 

Ümumiyyətlə, ərzaq təhlükəsizliyi həm xroniki, həm də müvəqqəti - dövri olaraq 

özünün  kəskin  mərhələsini  yaşayır.  Ərzaq  təhlükəsizliyinin  xroniki  xarakter 

daşıması  adətən inkişaf  etməkdə olan  ölkələr üçün səciyyəvi hal hesab edilir.  Bu 

proses  həmin  ölkələrdə  iqtisadi  inkişaf  səviyyəsinin  aşağı  olması,  eyni  zamanda 

büdcə  imkanlarının  məhdudluğu,  kənd  təsərrüfatında  və  onunla  bağlı  digər 




10 

 

sahələrdə  intensiv  texnologiyaların    tətbiqinin  aşağı  səviyyədə  olması, 



infrastrukturun zəif inkişafı, əhalinin alıcılıq qabiliyyətinin yerli ərzaq istehsalının 

rəqabətə  davamlılığının  keyfiyyətinin  aşağı  olması  və  s.  çoxsaylı  faktorlarla 

bağlıdır.   

Ə

rzaq  təhlükəsizliyi  ilk  növbədə  hər  bir  ölkənin  milli  ərzaq  müstəqilliyinə 



ə

saslanır.  Hər  hansı  bir  dövlətin  siyasi  suverenlyi  hələ  onun  ərzaq  suverenliyinin 

təmin edilməsi demək deyildir. Ölkənin milli ərzaq suverenliyi o deməkdir ki, baş 

verə biləcək hər hansı ekstremal fövqəladə vəziyyətlər  zamanı dövlət əhalini ərzaq 

və qida məhsulları ilə təmin etmək məqsədi ilə xarici ölkəyə üz tutmur. Yaranmış 

tələbatı  xüsusi  mənbələr  hesabına  ödəmək  iqtidarında  olur  və  ölkənin  ərzaq 

böhranı yaşamasına imkan vermir.  

Ə

rzaq  təhlükəsizliyinin,  eyni  zamanda  ölkənin  milli  ərzaq  müstəqilliyinin 



təmin  edilməsini  şərtləndirən  amillər  mövcuddur  ki,  bunlara  da  aşağıdakılar  aid 

edilir: 


- ölkədə ərzaq və yeyinti məhsullarının istehsal səviyyəsi; 

- qida  məhsullarının istehsalının iqtisadi cəhətdən sərfəliliyi; 

- qida  məhsullarının qiymətliliyinin səviyyəsi; 

- ölkə  əhalisinin alıcılıq qabiliyyəti; 

- əhalinin gəlirləri və əməkhaqqının orta aylıq səviyyəsi; 

-  dövlət  tərəfindən  aztəminatlı  əhali  təbəqələrinə  verilən    güzəştlər  və 

müavinətlər; 

- dövlətin ərzaq resursları. 

Ə

rzaq  təhlükəsizliyi  probleminin  beynəlxalq  miqyas  alması  xüsusilə 



qloballaşma  fonunda  daha  qabarıq  təzahür  edir.  Belə  ki,  ərzaq  təhlükəsizliyinin  

təmin  edilməsi  istehsalın  artırılması  və  əhalinin  alıcılıq  qabiliyyəti  ilə  bilavasitə 

bağlı  olduğundan  bu  proses  ölkənin  maliyyə  imkanlarından,  dövlət  büdcəsinin 

vəziyyətindən də bilavasitə asılı olur. Odur ki, son zamanlar bu aktual problemin 

həllində  beynəlxalq  qurumlar  -  Beynəlxalq  Yenidənqurma  və  nkişaf  Bankı 

(BE B),  Avropa  Yenidənqurma  və  nkişaf  Bankı    (AY B),  Beynəlxalq  Valyuta 

Fondu (BVF)  və s., təşkilatlar da aktiv rol oynamağa başlamışdır. 



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə