41
Qərb mənəviyyatsız, yalnız həyatın maddi tərəfi ilə
maraqlanan, plüralist, özünəməxsus cəhətlərdən məhrum olan
bir dünya kimi qavranılır. Buna görə də şərqyönümlü ideyalar
Avropayönümlü konsepsiyaya qarşı qoyulurdu.
1
Alman filosofu
olmuş Georg Vilhelm Fridrix Hegel (1770-1831) Şərqlə Qərb
arasındakı fərqli xüsusiyyətlərə belə qiymət verirdi: “Şərq
bilirdi və bilir ki, ancaq bir şəxs azaddır, yunan və Roma
dünyası bilir ki, bəziləri azaddırlar, German dünyası bilir ki,
hamı azaddır”. Ümumiyyətlə isə qeyd etmək olar ki, Hegel öz
fəlsəfəsində həm müasirliyi, həm də antik Afinaya, Qüdsə və
Romaya gedib çıxan tarixi hadisələri əhatə etməyə səy göstərir.
Hegel öz baxışlarında liberalizm və konservatizmi xüsusi
həqiqətlər
olaraq
ortaya
çıxarır.
O,
liberalizmin və
konservatizmin dialektik sintezini tapmışdır. Liberalizm
(tezis)-zəka ənənədən yüksəkdir. Fərd cəmiyyətdən yüksəkdir.
Konservatizm (mənfi reaksiya, antitezis)-ənənə zəkadan
yüksəkdir. Cəmiyyət (dövlət) fərddən yüksəkdir. Hegel bu iki
baxışın sintezində nəticəyə gəlirdi ki, ənənə -zəkalıdır, fərd -
təbiətən sosialdır.
2
ABŞ-ın Corc Vaşinqton Universitetinin professoru Seyyid
Hüseyn Nəsr Şərq ilə Qərb arasında fərqlərin və ziddiyyətin
deyil, ümumi cəhətlərin önə çəkilməsinin tərəfdarıdır. Onun
fikrincə, birlik yolu hadisələr müstəvisində yox, ideya
müstəvisində axtarılmalıdır. Onun fikrincə, islam peripatetizmi,
işraqilik və təsəvvüf təliminin birləşməsindən yaranan islam
fəlsəfəsi Qərb fəlsəfəsi ilə əlaqəlidir. “Düzgün idrak” üçün
əvvəlcə nurlanma və ruhun işıqlanması vacibdir.
3
1
Mehdiyev. R.Ə. Fəlsəfə. Dərs vəsaiti. Bakı, “Şərq-Qərb”, 2010, 360 səh., səh.327.
2
Skirbekk Q., Gilye N. Fəlsəfə tarixi: Müasir dünyanın fəlsəfi qaynaqlarına bir
baxış, Ali məktəbin tələbələri üçün dərs vəsaiti, Fəlsəfə elmləri doktoru Adil
Əsədovun rus dilindən tərcüməsi, Bakı, “Zəkioğlu” nəşriyyatı, 2007., səh. 464.
3
S.Xəlilov. İslam fəlsəfəsi və müasirlik.-Seyyid Hüseyn Nəsrin fəlsəfi baxışlarının
analizi. Azərbaycan Fəlsəfə və sosial-siyasi elmlər Assosiasiyası. Fəlsəfə və sosial-
siyasi elmlər. Elmi-nəzəri jurnal. 1(19), Bakı; Azərbaycan Universiteti, 2008; s.54-
58.
42
Tədqiqatçı R.Ulusel qeyd edir: “Şərq xalqlarının irəlidə
getdiyi, Qərbinsə geri qaldığı çağlarda Şərq mədəniyyəti Qərb
xalqlarına öz təsirini göstərmişdi. Lakin nə vaxt ki, Qərb irəli
sıçradı, bizsə arxaca gedər olduq,-onda Qərb sivilizasiyası təbii
ki, bizim dilimizə də, fikrimizə də, əxlaqımıza da təsir
göstərməyə başladı. Hər halda Qərb xalqları qədim çağlarda
bizim ərsəyə gətirdiklərimizlə qidalanıb. İndi isə Şərq xalqları
Qərbin hazır etdiyi ilə bəhrələnir. Lakin dərd burasındadır ki,
seçib sonalamır, elə bütöv-bütöv udur, faydalı ilə faydasızı
ayırd eləmir. Məni bu qorxudur, həyəcanlandırır. Şərq bəzən
mənə dişləri tökülmüş qocanı, bəzən də hələ dişi-damağı
bərkiməmiş körpəni xatırladır. Qərb ruhu biz şərqlilərin həm
dostu, həm də düşmənidir. Dostumuzdur-əgər bəhrələnib-
bəhrələndiririksə,
düşmənimizdi-əgər
bizim
üzərimizə
hökmranlığa qalxırsa! Dostumuzdu-hərgah ürəyimizi ona
açırıqsa, düşmənimizdi-hərgah ürəyimizi ona veririksə!”
1
Onu da nəzərə almaq lazımdır ki, Şərq ilə Qərb arasında
mübarizə ilə yanaşı, sivilizsiyalararası elementlərin keçidləri də
baş verib. Ünsürlər Şərq ənənələrini, şərq yeniliklərini Qərbə
daşıyıblar. Məsələn, ərəblər (tacirlər) Şərq elminin Qərbə
daşıyıcıları
olmaqla
yanaşı,
Çindən
kağız
istehsalını
məniməsyib Avropaya aparıblar. (Qeyd:Eramızın 105-ci ilində
məmur Tsay Lun köhnə-kürüş, kətan və ağacdan qatı kütlə alıb,
nazik qat yayıb və qurudub. Beləliklə, o kağızı icad edib.
2
Həmçinin ərəblər Avropanın cənub hissəsində, indiki
İspaniyada (Kordova xilafəti) böyük memarlıq ənənəsi
yaradıblar, məsələn, Kordova məscidini buna nümunə
göstəmək olar.
Kordovada üç mədəniyyət-müsəlman, xristian və yahudi
mədəniyyəti qovuşur. Kordova məscidi ətrafında yahudilər
1
Rahid Ulusel (Xə
43
yaşayırlar. 1526-cı ildə katoliq kilsə məhkəməsi olan İnkvizisiya
İspaniyada Qranada müsəlmanlarına qarşı da autodafe-tonqalda
yandırma-tətbiq edib. Xristianlar belə tələb edirdilər ki, müsəlmanlar
ya katolik olmalı, ya da ölkəni tərk etməlidirlər. İnkivizisiyanın
qərarları ilə katolikliyi qəbul etməyənlər diri-diri tonqalda
yandırılırdılar. Bu baxımdan da 20 il ərzində çoxlu sayda
müsəlmanlar katolikliyi qəbul etmişlər. 1620-ci ildə bütün
müsəlmanların (mavrların) İspaniyadan qovulması haqqında qərar
qəbul etmişlər. Bunun nəticəsi olaraq on il ərzində çoxlu sayda
müsəlman İspaniyadan qovulmuşdu. Kordova məscidi də məcburi
olaraq xristian kilsəsinə çevrilmişdi. İnkvizisiya məhkəməsi XIII-
XIX əsrlərdə mövcud olmuşdur.
Belə hesab edilir ki, orta əsrlərdə əsasən üç mədəniyyət
mərkəzi olub-Hind, Ərəb və Avropa mədəniyyəti. Eləcə də
Avropa memarlığı Şərqə gəlib çatıb. Məsələn, XIX əsrin sonu
XX əsrin əvvəllərində Bakı şəhərində Avropa memarlığı
üslubunda binalar və saraylar (teatr və idarə binaları, yaşayış
sarayları) inşa edilib. Avropa kapitalı və neft bazarı özü ilə
memarlıq üslublarının transferini zəruri edib. Həmçinin
musiqidə də transfer prosesi yaşanıb. Məsələn, XV əsrdə
İtaliyada yaranan opera musiqisi 1908-ci ildə dahi Azərbaycan
bəstəkarı Üzeyir Hacıbəyovun (1885-1948-ci illərdə yaşayıb və
ilk bəstəkar olub) 1908-ci ildə “Leyli və Məcnun” operası ilə
müsəlman Şərqinə qədəm qoyub. Üzeyir Hacıbəyovun 1937-ci
ildə yazdığı “Koroğlu” operasında, həmçinin dahi şair Nizami
Gəncəvinin 800 illik yubileyi münasibətilə onun əsərlərinə
yazdığı “Sənsiz” və “Sevgili canan” romanslarında da Qərb-
Şərq musiqi nümunələri melodiya baxımından qarışıq şəkildə,
qovuşmuş məzmunda verilmişdir.
1
Bununla bərabər, Qərbin hüquq və siyasət sistemlərinin
nəzəri və təcrübi əsasları da Şərqə transfer edibdir. Müasir və
1
Opera (ital. Opera “iş, əmək, lat. dilində də iş, əsər deməkdir) dram incəsənətinin
musiqi janrıdır. Burada əsasən vokal musiqisindən istifadə edilir. Bu musiqi janrı
misteriyalarda-bibliya mövzularında orta əsr dramları, dini təqdimatlarda,
tamaşalarda meydana gəlib. Romans lirik məzmunlu kiçik vokal əsəridir.
Dostları ilə paylaş: |