"Proqramlaş
dırma dillə
ri və
nformatika" fə
nnində
n imtahan cavabları.
1. nformasiya anlayışı, onun mövcudolma və təsvir formaları.
nformasiya ifadə olunma formasından asılı olmayaraq insanlar, canlılar,
cansızlar, faktlar, hadisələr, proseslər və s. haqqında olan məlumat və biliklərdir
nformasiya-latın sözü olub (informatio), baş vermiş hadisə və ya fakt
haqqında məlumat vermək mənasını daşıyır. Informasiya ətraf mühitin obyektləri
və hadisələri, onların parametrləri və xassələri haqqında xəbərdir. nformatikada bu
xəbərlər verilənlər də adlanır.
Ümumiyyətlə, insan informasiyanı iki yolla ətraf aləmdən duyğu üzvləri
vasitəsilə və insan beyninin fəaliyyətinini nəticəsi kimi əqli mühakimələr
ə
sasında alır.
nformasiya
tə
svir olunmalıdır, daha doğrusu maddi ifadəsini tapmalıdır.
Bu, müxtəlif üsullarla, o cümlədən şifahi və yazılı formada əldə edilir.
Iqtisadi informasiya üçün yazılı təsvir forması xasdır, idarəetmə fəaliyyətinin
həyata keçirilməsində şifahi informasiya məhdud rol oynayır. Informasiyanın
təsvir edilməsinin elementar vahidi siqnallardır: rəqəmlər, hərflər və digər işarələr.
nformasiya quruluş vahidlərinin təşkil olunduğu informasiya siqnallarının yazılı
təsviri qeydiyyat adlanır.
Qeydiyyat müəyyən maddi mühitin olmasını tələb edir. həmin mühit
qeydedicilər və ya informasiya daşıyıcıları adlanır. Informasiya daşıyıcıları iqtisadi
informasiyanın əsas təsvir formalarına aiddir.
Qeydedicilərdən əlavə informasiya indikatorlar vasitəsilə yazılış formasında
da təsvir edilir. Onların qeydedicilərdən fərqi ondan ibarətdir ki, təsvir edilən
informasiya diskret hərf-rəqəm siqnalları ilə deyil, fasiləsiz siqnallarla göstərilir.
Informasiyanın yazılı təsvir edilməsi üsullarından biri qrafik üsuludur, bu
zaman informasiya həndəsi fiqurlarla göstərilir. Qrafik üsulundan həm iqtisadi
informasiyanın öyrənilməsi üçün həm də idarəetmə işlərinin aparılması
təcrübəsində istifadə edilir.
2. nformatikada informasiya, verilənlər və bilik.
“ nformasiya” latın sözüdür. Uzun illər ərzində onun mənası müəyyən təkamülə
uğramışdır. Əvvəllər “informasiya” dedikdə, “təqdimat”, “anlayış”, “kontur”,
sonralar isə “məlumat”, “xəbərlərin verilməsi” başa düşülürdü. “ nformasiya”
sözünün hamı tərəfindən qəbul edilmiş mənası olduqca elastikdir. Ona görə də son
illərdə alimlər informasiyanı “məlumatda müəyyənlik ölçüsü” adlandırmışlar.
Informasiya informatikanın öyrəndiyi başlıca predmetdir. Hətta yeni elm sahəsi –
informasiya nəzəriyyəsi yaranmışdır ki, bu da informasiyanın yığılması,
ötürülməsi, saxlanması və işlənməsi problemlərinə həsr edilmişdir.
nformatikada fakt, məlumat, xəbər terminləri çox vaxt “verilənlər” sözü ilə
ifadə olunur. “Verilənlər” texniki vasitələrlə (məsələn, kompüterlə) saxlanması,
işlənməsi və ötürülməsi üçün formal şəkildə təsvir olunan (kodlaşdırılan)
məlumatdır. “Verilən” termini latınca “datum” (fakt) sözündən yaranmışdır. Lakin
verilən bəzən konkret və ya real fakta uyğun gəlməyə bilər. Verilənlər bəzən qeyri-
dəqiq, həqiqətdə mövcud olmayan anlayışları ifadə edə bilər. Odur ki, verilənlər
dedikdə öyrənilən obyektin, hadisənin və ya fikrin təsviri başa düşülür.
Verilənlər ümumi halda ad, qiymət, tip struktur xarakteristikaları ilə təyin
olunurlar.
Verilənin adı onun mənasını (semantikasını) ifadə edir.
Verilənin qiyməti isə əslində verilənin özünü xarakterizə edir, çünki faktları
bir-birindən ayırmaq üçün onları qiymətləndirmək lazımdır. Təbii dilin zənginliyi
verilənlərinin adları ilə qiymətlərinin birlikdə təsvirinə imkan verir. Məsələn,
“temperatur +30 dərəcədir” ifadəsində “+30” verilənin qiyməti, “temperatur dərəcə
ilə” verilənin adıdır.
Verilənlərin tipi xarakteristikasından əsasən proqramlaşdırmada istifadə
olunur. Tipinə görə verilənləri 4 qrupa ayırırlar: hesabı (və ya rəqəm tipli), mətn
(və ya simvol tipli), məntiqi və göstərici tipli verilənlər. Hesabı verilənlərdə qiymət
rəqəmlə ifadə olunur (məsələn, boyu 174 sm). Mətn tipli verilənlərdə qiymət sözlə
(simvollarla) ifadə olunur (məsələn “qırmızı rəngli”). Məntiqi verilənlərdə qiymət
məntiqi kəmiyyətlə ifadə olunur (məsələn, “ikinci tək ədəd olması yalandır”).
Göstərici tipli verilənlərdən isə proqramlaşdırmada yaddaş ünvanları ilə işləmək
üçün istifadə olunur. Qeyd edək ki, proqramlaşdırmada verilənlər həmçinin say
sisteminə, təsvir formasına görə də xarakterizə edilir.
Qısa izahatdan göründüyü kimi “informasiya”, “fakt” (“məlumat”, “xəbər”)
və “verilənlər” anlayışları bir-birinə çox oxşar olsa da onlar arasında müəyyən
fərqlər var. Buna baxmayaraq, informatikada bu anlayışlar eyni məna kəsb edirlər,
yəni bu terminlər sinonim kimi qəbul olunur. Bunun əsas səbəbi ondan ibarətdir ki,
kompüterdə saxlanan, işlədilən (emal olunan) və istifadəyə çatdırılan verilənlərin
(faktların) informasiya daşıyıb-daşınmaması məsələsi istifadəçiyə aiddir. Beləliklə,
informatikada ən çox işlədilən “informasiya” və “verilənlər” sözləri qarşılıqlı əvəz
olunan anlayışlardır.
Bir çox hallarda məlumat və informasiya anlayışları da eyniləşdirilir.
Doğrudan da əksər hallarda onların məna yükü eynidir. Bununla belə, məlumat və
informasiya anlayışlarını bütün hallarda eyniləşdirmək düzgün deyildir. Belə ki,
məlumat informasiyaya nəzərən daha geniş anlayışdır. Başqa sözlə, hər bir
informasiya məlumat olduğu halda, hər bir məlumat informasiya olmaya bilər.
Informasiya məlumata nəzərən, daha yığcam, konkret və mükəmməl olub,
çevrilmə obyektidir. “Sözün geniş mənasında informasiya dedikdə saxlanma,
ötürülmə və çevrilmə obyekti olan məlumat başa düşülür”(F.D.Fesenko).
Informasiya insana onun hissi qavrayışları və təsəvverləri sayəsində çatır.
Informasiya bütün hallarda mənbə və istehlakçının (qəbul edənin) mövcudluğunu
nəzərdə tutur.
Ə
traf mühitdən əldə edilən informasiya dərk edilir və yadda saxlanır. Bu
informasiyanın yaddaşda toplanması nəticəsində bilik yaranır. Dərketmə prosesi