26
- Abışova Çinarə Nazim qızı (10 yaşında) əsirlikdə qalmışdır, taleyi məlum deyil.
- Ağayev Vüsal Səttar oğlu (10 yaşında) Kətik meşəsində güllə yarasından
ölmüşdür, cəsədi orada qalmışdır, götürmək
mümkün olmamışdır.
- Ağayarova Sevinc İsa qızı (7 yaşında) 11 yaşlı qardaşı Nəbi və 6 yaşlı qardaşı Romanla Dəhraz meşəsində qalmışlar,
taleləri haqda heç bir məlumat yoxdur.
- Cəfərov Samir Tacir oğlu (5 yaşında) ermənilər tərəfindən girov götürülmüşdür, taleyi haqda heç nə məlum deyil.
- Çobanova Nəzakət Tapdıq qızı (8 yaşında) Qara qaya yaxınlığında qətlə yetirilmişdir.
- Ələkbərov Səxavət Təvəkkül oğlu (9 yaşında) güllə yarası ilə öldürülmüşdür.
- Əliyev Elgiz Firdovsi oğlu (8 yaşında) 10 yaşlı qardaşı Elçinlə birlikdə itgin düşmüşdür, taleləri haqda məlumat yoxdur.
- Əliyev Elşən Əbil oğlu (5 yaşında) “Alazan”raketinin qəlpəsi ilə öldürülmüşdür.
- Əliyeva Yeganə Məhərrəm qızı (yaşyarımlıq) düşmən gülləsi ilə öldürülmüşdür.
- Əmirova Yeganə Təvəkkül qızı (6 yaşında) Qaraqaya yaxınlığında ermənilər tərəfindən qətlə yetirilmişdir.
- Əzimov Natiq Abbasqulu oğlu (6 yaşında) Naxçivanik yaxınlığında qətlə yetirilmişdir.
- Həsənov Elgün Nazim oğlu (4 yaşında) Naxçivanik yaxınlığında qətlə yetirilmişdir.
- Həsənova Aygün Nazim qızı (yaşyarımında) Naxçivanik yaxınlığında qətlə yetirilmişdir.
- Hüseynova Maral Kamil qızı (6 yaşında) Naxçivanik yolunda öldürülmüşdür.
- Xəlilova Lalə Tahir qızı (4 yaşında) Xocalını tərk edərkən qətlə yetirilmişdir.
- Qasımova Rəsmiyyə Ağa qızı (11 yaşında) Xocalı faciəsi zamanı itgin düşmüşdür, taleyi məlum deyil.
- Qəmbərova Esmira Səfər qızı (7 yaşında) Xocalıda qətlə yetirilmişdir.
- Quliyev Samir Taleh oğlunu (2 yaşında) erməni zabiti tüfəngin qundağı ilə başını vurub dağıtmış və qətlə yetirilmişdir.
- Quliyeva Nuranə Qaryağdı qızı (13 yaşında) itgin düşmüşdür, taleyi haqda heç bir məlumat yoxdur.
- Quliyeva Rəvanə Qaryağdı qızı (16 yaşında) itgin düşmüşdür, taleyi haqda məlumat yoxdur.
- Quliyev Şükür Qaryağdı oğlu (7 yaşında) itgin düşümüşdür, taleyi haqda məlumat yoxdur.
- Quliyeva Sevinc Əkbər qızı ( 8 yaşında) qətlə yetirilmişdir.
- Mehdiyeva Aysel Murad qızı (5 yaşında) Naxçivanik yolunda qətlə yetirilmişdir.
- Mehdiyeva Gülmirə Murad qızı (2 yaşında) Naxçivanik yolunda qətlə yetirilmişdir.
- Muradova Ayşən Zöhrab qızı (1 yaşında) Xocalı faciəsi ərəfəsində ermənilərin atdıqları raket qəlpəsi ilə öldürülmüşdür.
- Nəbiyeva Maral Kamil qızı (8 yaşında) Xocalının həndəvərində qətlə yetirilmişdir.
- Orucova Xəyalə Telman qızı (6 yaşında) Naxçivanik yaxınlığında qətlə yetirilmişdir.
- Orucova Natəvan Nəbi qızı (2 yaşında) qətlə yetirilmişdir.
- Səfiyev Sarvan Elxan oğlu (1 yaşında) Naxçivanik meşəsində soyuqdan donub ölmüşdür.
- Şükürova Əntiqə Vaqif qızı (1 yaşında) Xocalı yaxınlığında qətlə yetirilmişdir.
- Vəliyev Ağasif Zakir oğlu (6 yaşında) Naxçivanik ətrafında qətlə yetirilmişdir.
- Yusifova Natəvan Pənah qızı (5 yaşında) Xocalıda qətlə yetirilmişdir.
- Zeynalova Aynurə Tofiq qızı (6 yaşında) meşədə qətlə yetirilmişdir.
366-cı polkun Xocalı soyqırımında iştirak etmiş zabit və praporşik heyəti:
- Zarviqarov Yuri Yuryeviç. Polkun komandiri.
27
- Çitçiyan Valeri İcakoviç. Polkun birinci batalyonunun qərargah rəisinin müavini, mayor.
- Aqriyan Vaçaqan Qriqoryeviç. Polkun kəşfiyyat rəisi, mayor.
- Ohanyan Seyran Muşeqoviç. Polkun 2-ci batalyonunun komandiri, mayor.
- Arutyunov Aleksandr Aleksandroviç. Polkun birinci batalyonunun komandiri, mayor.
- Akopyan Nerses Qrantoviç. Rota komandiri, baş leytenant.
- Arutyunov Vladislav Vladimiroviç. Rota komandiri, kapitan.
- Beyleryan Armen Volodyeviç. Texnik, praporşik.
- Ayrapetyan Vaçik Qurgenoviç. Starşina.
- Mirzoyan Vaçik Qrantoviç. Starşina.
- Şixanyan Andrey Artuşeviç. Batalyon komandirinin müavini.
- Boqdasaryan Valeri. Starşina.
- Kisebeyan Qriqori Akapoviç. Vzvod komandiri, praporşik.
- Petrosyan Aşot. Məxfi hissənin rəisi, praporşik.
- Nabokix Yevqeni. 3-cü batalyonun komandiri (arvadı erməni idi).
- Lixodey İqor İvanoviç. Artilleriya bölməsinin komandiri.
- Kuznetsov Andrey. Kimyəvi müdafiə rotasının komandiri.
- Qarmaş Viktor. Tank rotasının komandiri, baş leytenant. Və digərləri.
- İstintaq materiallarında göstərilir ki, Kərkicahan və Malıbəyli kəndlərinə hücum edən erməni silahlılarına 2-ci
batalyonun komandiri Seyran Ohanyan rəhbərlik etmişdir. Xocalıya hücum isə 3-cü batalyonun komandiri Yevgeni
Nabokix və 2-ci batalyonun komandiri Seyran Ohanyanın rəhbərliyi ilə həyata keçirilmişdir.
Xocalı faciəsindən az sonra Rusiya hərbi komandanlığı 366-cı alayı Xankəndindən çıxardı, bu vaxt alayın 25
tankı, 87 zirehli piyada maşını, 28 digər zirehli texnikası, 45 artilleriya-minomyot sistemi erməni tərəfinə təhvil verildi.
Ermənilər Xocalı faciəsindən sonra da vəhşiliklərini davam etdirdilər. İşğalçılar martın 12-də Sırxavənd, Qaraşlar,
Bəşirlər, Baş Güneypəyə, Orta Güneypəyə, Xatınbəyli, Manikli kəndlərini zəbt edib yandırdılar. 1992-ci il aprelin 7-də
Kəlbəcər rayonunun Ağdaban kəndi darmadağın edildi. Kənd tamamilə yandırıldı, 67 nəfər dinc sakin vəhşicəsinə qətlə
yetirilidi, o cümlədən 90-100 yaşlı 8 qoca, 2 uşaq, 7 qadın diri-diri yandırıldı. Aprelin 12-də ermənilər bəşəriyyət əleyhinə
cinayət hesab olunan daha bir vəhşiliyə əl ataraq, Şuşanın müdafiəçilərinə qarşı kimyəvi silahdan istifadə etdilər. Bunun
ardınca Ermənistanın silahlı birləşmələri aprelin 26-da Zəngilan rayonunun Qazançı və Dərəli kəndlərinə soxuldular.
Xocalı soyqırımından və ermənilərin törətdikləri digər vəhşiliklərdən sonra beynəlxalq təşkilatlar Qarabağ
məsələsinə diqqəti artırdılar. Birləşmiş Millətlər Təşkilatı 1992-ci il martın 2-də Azərbaycanı öz üzvlüyünə qəbul etdi və
bununla ölkəmizin müstəqilliyi, suverenliyi, Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü rəsmi qaydada tanıdı. 1991-
1992-ci illərdə bir sıra vasitəçilik cəhdləri oldu. B. Yeltsin və N.Nazarbayevin birgə missiyası oldu. ABŞ-ın keçmiş dövlət
katibi S.Vens BMT baş katibinin xüsusi nümayəndəsi kimi regiona gəldi. İranın qısamüddətli vasitəçiliyi oldu. ATƏM
(ATƏT) isə vasitəçilik missiyasına təsadüf nəticəsində başladı. 1992-ci il yanvarın 30-da keçmiş SSRİ respublikalarının
əksəriyyəti eyni vaxtda bu quruma üzv qəbul olundular. ATƏM-in Praqada keçirilən bu yığıncağının sonunda britaniyalı
nümayəndə gözlənilmədən çıxış üçün söz istədi və bildirdi ki, bu gün üzv qəbul olunan ölkələrdən ikisi – Azərbaycan və
Ermənistan müharibə vəziyyətindədir, bu məsələ ilə məşğul olmaq lazımdır. Oradaca qərara alındı ki, vəziyyəti öyrənmək
üçün regiona missiya göndərilsin. Həmin il martın 24-də qurumun xarici işlər nazirlərinin Helsinki görüşündə təklif
olundu ki, bu məsələ ilə bağlı sülh konfransı çağırılsın. Belorus nümayəndəsinin konfransın öz ölkəsinin paytaxtında