11
səciyyələnir. l ərzində şaxtasız dövrün davamiyyəti 250 gün və daha çox, havanın
temperaturunun 0ºC-dən aşağı olan günlərin sayı isə Abşeronda 10-20 gün təşkil
edir. l ərzində qar örtüyü olan günlərin sayı 10 və daha az olur. Ərazi rəngarəng
landşaft müxtəlifliyinə malikdir. Belə ki, ərazidə səhra, yarımsəhra, bozqır və dağ-
çəmən landşaftları vardır.
Abşeron yarımadası dünya okeanı səviyyəsindən 28 metr aşağıda yerləşir.
Bakının və Abşeronun iqlimi mülayim- isti, yarımsəhra və çöl iqlimi olub yalnız
Abşerona xas olan küləklərlə səciyyəvidir. "Xəzri" deyilən şimal küləyi yayda
havanı sərinləşdirir, qışda isə hədsiz dərəcədə soyudur. "Gilavar" deyilən cənub
küləyi yayda isti gətirir, qışda isə soyuğu bir qədər mülayimləşdirir.
Ümumiyyətlə müasir Bakının iqlimi bakılıların sevə-sevə becərdikləri
bağların və parkların sayəsində xeyli mülayimləşmişdir. XX əsrin əvvəllərində
güclü külək və toz əldindən Bakının küçələrinə çıxmaq mümkün deyildi, bu gün
isə Bakı ilıq və rahat həyat tərzi ilə seçilən bir şəhərə çevrilmişdir.
Ərazinin iqlimi mülayim-isti, yarımsəhra və quru səhra tipinə malikdir. Yay
aylarında isti, qış aylarında isə soyuq iqlim üstünlük təşkil edir. Bakı meteoroloji
stansiyasının çox illik müşahidələrinə görə havanın orta illik hərarəti 14.2 ºC təşkil
edir. Hərarətin mütləq maksimumu 42 ºC iyul, mütləq minimumu isə mənfi (-
15ºC) yanvar ayları üçün xasdır. Yay aylarında torpağın hərarəti 47º-48 ºC-yə çatır.
Qışda torpağın donma dərinliyi 0.4 m-dən artıq olmur.
Ərazidə il boyu əsasən şimal (“nord”) küləkləri əsir və ümumi küləklərin 1/3
hissəsini təşkil edir. Onların orta illik sürəti 6.7 m/s, bəzən 15-20 m/s və hətta 30-
40 m/s –yə çatır. Cənub və cənub-qərb küləklərinin orta illik sürəti 7 m/s təşkil
edir. Müsbət hərarətli günlərin sayı 255-293 arasında dəyişir. Atmosfer
yağıntılarının illik həcmi 240-260 mm təşkil edir. llik buxarlanma çox yüksəkdir
və 1150-1250 mm arasında dəyişməklə əsas həcmi may-sentyabr aylarında qeydə
alınır. Havanın orta illik nisbi nəmliyi 68-71 % olmaqla, qışda (dekabr-yanvar
aylarında) 79-84 %, yayda isə 52-58 % təşkil edir.
Geomorfoloji quruluşuna görə tədqiqat sahəsi terraslaşmış abraziya-
akkumlyativ düzənlikdir. Qeyd etmək lazımdır ki, gölün qərb hissəsindəki
yamacda yerüstü suların fəaliyyəti ilə yaranmış və gölə istiqamətlənmiş dərinlikləri
7-8 m, eni 5-6 m-ə qədər olan 5 yarğan mövcuddur.
1.3.Abşeron yarımadasının torpaq ehtiyatları.
Respublikada həlli vacib olan məsələlərdən biri də ekoloji problemlərdir. Ölkə
ə
halisinin 40%-i, sənaye potensialının isə 70%-i Abşeron yarımadasında yerləşir.
Yarımada da ekoloji problemlərin yaranmasında əsas səbəblərdən biri neft-qaz
hasilatıdır. Belə ki, neft və lay suları torpağın üst qatını çirkləndirir, gölməçələr və
süni göllər yaranır. Abşeron yarımadasının ümumi sahəsi 222 min hektardır, onun
33 min hektarı yararsız torpaqlardır. Neftlə çirklənmiş torpaqların sahəsi 10,6 min
hektar təşkil edir.Digər ekoloji problem yarımadada kanalizasiya sistemlərinin
lazımi vəziyyətdə olmaması ilə əlaqədardır.
12
Ümumilikdə, Bakı şəhəri ərazisində il ərzində təqribən 560 mln kub metr
həcmində tullantı suları formalaşır. Bu suların 164 mln kub metr bioloji, 23 mln
kub metr mexaniki təmizləmədən keçdiyi halda, 373 mln kub metr tullantı suları
isə təmizlənmədən dənizə və daxili su hövzələrinə axıdılır. Tullantılarla yanaşı su
hövzələrinə neft məhsulları, asılı maddələr, sulfat birləşmələri, xlorid duzları, səthi
aktiv maddələr, fenol və müxtəlif ağır metallar atılır.
Abşeron yarımadasının ən ciddi ekoloji problemlərindən biri məişət
tullantılarının idarə olunması ilə bağlıdır. Yarımadada olan 5 məişət tullantıları
poliqonunun ümumi sahəsi- 232,5 ha-dır. Qeyri-qanuni zibilliklərin sahəsi isə
448,6 ha-dır ki, bunların da sayı 128-dir. Bakı şəhərində rəsmi fəaliyyət göstərən
poliqonlar ekoloji norma və standartlara cavab vermir. Civə üsulu ilə kaustik soda
və xlor istehsalı zamanı əmələ gələn təhlükəli tullantılar Sumqayıt şəhərində və
ümumilikdə Abşeron yarımadasında böyük ekoloji problemlər yaradan amillərdən
biridir. Atmosfer havasının çirklənməsi də Bakının əsas ekoloji
problemlərindəndir.
Son illər əsasən köhnə avtomobillərin hesabına nəqliyyat vasitələrinin sayının
artması, poliqonlarda tullantıların yandırılması səbəbindən atmosfer havasına atılan
zərərli maddələrin miqdarının artması atmosfer havasının çirkləndirməklə ətraf
mühit və insanların sağlamlığı üçün ciddi təhlükə yaradır. Abşeron yarımadasında
ümumi sahəsi 3325 ha qədər olan 200-dən artıq göl mövcuddur.
Bu göllərin ətraf mühitə təsiri torpaqların deqradasiyaya uğraması və
ş
oranlaşmasından, səviyyənin qalxması nəticəsində əlavə torpaq sahələrinin su
altında qalmasından, buxarlanma nəticəsində karbohidrogenlər və digər zərərli
maddələrin atmosferə atılmasından, yaşayış məntəqələrinə, müəssisələrinə, yollar
və digər kommunikasiya xətlərinə xələl yetirilməsindən ibarətdir. Daha çox
çirklənməyə məruz qalmış göllər - Böyük Şor, Bülbülə, Qırmızıgöl, Hacı Həsən və
Çuxurdərə gölləridir.
Böyük Şor Abşeron yarımadasının ən böyük gölü olmaqla Binəqədi, Sabunçu
və Nərimanov rayonları ərazisində yerləşir. Əvvəllər adıçəkilən göl əsasən yeraltı
sularla qidalanırdı. Su səthi 1300 ha, uzunluğu 10 km, eni - 1,5-2,0 km, dərinliyi 4-
8 m olan bu gölə hal-hazırda axıdılan çirkab suların gündəlik həcmi- 15,2 min kub
metr təşkil edir. Suların tərkibində neft məhsullarının, fenolların, səthi-aktiv
maddələrin, ağır metalların və digər zəhərli maddələrin qatılığı yol verilən
normadan dəfələrlə çoxalıb, dib çöküntülərində radionuklidlərin artması müşahidə
olunur.
Yaşayış massivlərində kanalizasiya sistemləri tikilmədiyindən təsərrüfat-məişət
tullantı sularının gölə və ətraf ərazilərə axıdılması göl ərazisində ekoloji vəziyyəti
daha da kəskinləşdirir. Abşeronun neft və neft məhsulları ilə ən çox çirklənmiş
torpaq sahələri Qaradağ, Binəqədi, Sabunçu, Suraxanı, Əzizbəyov və Səbail
rayonlarının ərazilərindədir.
Gərgin ekoloji sahəsi olan digər ərazi Bakı buxtasıdır. Ümumi sahəsi 50
kvadrat metr, sahil xəttinini uzunluğu 20 km, ora axıdılan çirkab suların gündəlik
miqdarı-937,0 min kub metr təşkil edir ki, bunun da 750 min kub metr məişət
çirkab sularının payına düşür. Sumqayıt Səthi Aktiv Maddələr Zavodunda hazırda