7
Nəşrlər: Dissertasiya işinə aid 22 elmi əsər nəşr olunmuşdur.
Dissertasiyanın quruluşu və həcmi: Dissertasiya işi ümumi həcmi 185
səhifə olmaqla, giriş, 5 fəsil, yekun, nəticələr, tövsiyələr, istifadə edilmiş
ədəbiyyat siyahısı və əlavələrdən ibarətdir. Dissertasiya işində 33 cədvəl
və 31 şəkildən istifadə olunmuş, 212 ədəbiyyat mənbəyinə istinad
edilmişdir.
2. TƏDQİQATIN MATERİALI VƏ METODİKASI
Tədqiqat obyekti kimi Abşeron yarımadasına, Şabran, Quba və
Nabran bölgələrinə məxsus, Vitis vinifera növünə aid 65 yerli üzüm
nümunəsindən (31 mədəni və 34 yabanı) istifadə olunmuşdur. Bu üzüm
genotipləri AMEA Genetik Ehtiyatlar İnstitutunun və Az. ET
Üzümçülük və Şərabçılıq İnstitutunun üzüm kolleksiyalarına aiddirlər.
Üzüm nümunələrinin biomorfoloji-kəmiyyət əlamətləri beynəlxalq
deskriptorlar [1983] əsasında tədqiq edilmiş, korrelyasiya, “path”,
“principle component” (əsas komponent) və klaster kimi çoxölçülü
statistik proqramlar əsasında analiz olunmuşdur. Üzüm nümunələrinin
nüvələrindəki genetik müxtəlifliyi 27 RAPD (Random Amplified
Polymorphic DNA - təsadüfi amplifikasiya olunmuş polimorf DNT) və
15 SSR (Simple Sequence Repeats - sadə ardıcıllığın təkrarları)
praymeri, xloroplastlarındakı genetik müxtəlifliyi isə 3 ccmp (consensus
chloroplast microsatellite primers - konsensus xloroplast mikrosatellit
praymerləri) ilə tədqiq etmək üçün total DNT S.Decroocq tərəfindən
modifikasiya edilmiş Doyle və Doyle-nin [1990] CTAB protokolu
əsasında üzüm qələmlərinin yaşıl toxumalarından ekstraksiya edilmiş,
spektrofotometrdə miqdarı təyin olunmuş, 1.5%-li aqaroza gellərində
elektroforez edilməklə təmizlik dərəcəsi yoxlanılmış, müvafiq qatılıqda
durulaşdırılmış və PZR (polimeraza zəncirvari reaksiyası) aparılmışdır.
RAPD praymerləri ilə əldə olunmuş PZR məhsulları 2%-li aqaroza
gellərində, SSR praymerləri və ccmp-lərlə əldə olunmuş PZR
məhsulları isə 6%-li poliakrilamid gellərində elektroforetik analiz
edilmişlər.
Molekulyar-genetik analizlər Fransada INRA-nın (Institut
National de la Recherche Aqronomique) Üzüm və Şərab Elmləri
İnstitutunun “Üzümün ekofiziologiyası və funksional genomu”
laboratoriyasında yerinə yetirilmişdir. Analizlərdə MSTATC,
POPGENE, SPSS, STAT GRAPH, NTSYS, PhotoCapt, GENETIX,
Arlequin və GIMP kompyuter proqramlarından istifadə olunmuşdur.
8
3. Genetik müxtəlifliyin biomorfoloji-kəmiyyət əlamətləri əsasında
çoxölçülü statistik metodlarla tədqiqi
Azərbaycanın Abşeron yarımadasına məxsus 30 mədəni, Şabran,
Quba və Nabran bölgələrinə məxsus 30 yabanı üzüm nümunəsinin
genetik müxtəlifliyini ampeloqrafik xüsusiyyətləri əsasında tədqiq
etmək məqsədi ilə, uyğun olaraq, 23 və 22 kəmiyyət əlaməti üzərində
çoxölçülü statistik təhlil aparılmışdır. Həm mədəni və həm də yabanı
üzüm nümunələrində tədqiq olunan əlamətlər üzrə variasiya əmsalının
qiymətləndirilməsi əlamətlərin əksəriyyətində genetik müxtəlifliyin
mövcudluğunu göstərmişdir. Mədəni üzüm nümunələrində bir kolun
məhsuldarlığı (41.82%), salxımın kütləsi (37.57%), bir zoğun
məhsuldarlığı (33.57%), salxımda gilələrin sayı (27.86%) və toxumun
sayı (27.58%) əlamətləri üzrə variasiya əmsalı böyük qiymətlər almaqla,
sadalanan əlamətlərin genetik müxtəlifliyinin yüksək olduğunu
göstərmişdir. Mədəni üzüm nümunələrində tədqiq olunan kəmiyyət
əlamətlərinə “path” analizinin tətbiqi
nəticəsində bir zoğun məhsuldarlığı,
bir koldakı salxımların sayı və
salxımın uzunluğu
əlamətlərinin
məhsuldarlığa bilavasitə, müsbət
təsirlərinin yüksək olduğu (uyğun
olaraq, 0.226, 0.81, 0.36) və onların
mədəni
üzüm nümunələrində
məhsuldarlığın elementləri olmaları
aşkar edildi.
Klaster analizi nəticəsində 23
kəmiyyət əlaməti əsasında Abşerona
məxsus mədəni üzüm nümunələri
arasındakı Evklid genetik məsafəsi
təyin edilmiş, genotiplər 3 qrupa
ayrılmış, Gavangir, Hacı Abbas,
gecyetişən Sarıgilə və Ala şanı kimi
yüksək məhsuldar sortlar eyni qrupda
qruplaşmışlar (Şək. 3.1). “Principle
component” analizi məhsuldarlığın
artmasına səbəb olacaq müvafiq
genotipləri və əlamətləri təyin edərək, klaster analizinin müəyyən etdiyi
Gavangir, Hacı Abbas, gecyetişən Sarıgilə və Ala şanı sortlarını bir
daha yüksək məhsuldar sortlar kimi qiymətləndirmişdir.
9
4. Üzüm nümunələrinin genetik müxtəlifliyinin molekulyar-genetik
markerlər əsasında tədqiqi
4.1.Genetik müxtəlifliyin RAPD markerləri əsasında qiymətləndirilməsi
27 RAPD praymerinin tətbiqi nəticəsində 65 üzüm genotipində 522
DNT fraqmenti amplifikasiya olunmuş, onlardan 464-ü 250-3000 n.c.
ölçüsündə olmaqla, aqaroza gelində daha aydın təzahür etmiş və yüksək
təkrarlanma qabiliyyətinə malik olmaqla, statistik analizlərə daxil
edilmişdir. Bu DNT parçalarının 157-si (33.84%) bütün nümunələrdə
müşahidə olunmuş, 307-si (66.16%) isə polimorfluğu ilə seçilmişdir
(Cədvəl 4.1).
Cədvəl 4.1
İstifadə olunmuş bəzi RAPD praymerləri ilə aşkar edilmiş
polimorfizmlər
Praymerlər
Zolaqların
sayı
Analiz
edilmiş
zolaqlar
Polimorf
zolaqlar
Polimorfluğun
faizi
Genetik
müxtəliflik
indeksi
PHA-02
18 17 12 70.59 0.852
OPA-1
10 8 5 62.5 0.615
OPA-17
18 14 13 92.85 0.909
OPO-02
19 18 10 55.55 0.889
OPO-03
24 21 12 57.14 0.884
OPO-04
28 20 13 65.00 0.866
OPC-16
24 24 18 75.00 0.927
OPF-18
17 17 16 94.12 0.914
V-20
12 12 9 75.00 0.624
P-166 24
24
17
70.83
0.885
Total
522 464 307 --------- -----
Orta qiymət
19.33 17.18 11.37 67.12 79.03
Polimorf DNT fraqmentlərinin yüksək sayı OPC-16, P-166 və OPF-
18 praymerləri vasitəsilə, uyğun olaraq, 18, 17 və 16 zolaq olmaqla, ən
az sayı isə OPA-1 praymerinin tətbiqi ilə aşkar edilmişdir. Genetik
müxtəliflik indeksinin 0.927, 0.914 və 0.909-a bərabər ən yüksək
qiymətləri, uyğun olaraq, OPC-16, OPF-18 və OPA-17
praymerlərindən istifadə nəticəsində əldə olunduğundan, onlar üzüm
nümunələrini bir-birlərindən dəqiqliklə fərqləndirən praymerlər kimi
qiymətləndirilmişlər və genetik müxtəlifliyi izah edəcək digər
tədqiqatlarda istifadə edilmələri üçün tövsiyə olunurlar. Ən zəif genetik
müxtəliflik isə OPA-1 (GM=0.615) və V-20 (GM=0.624) praymerləri
vasitəsilə aşkar olunmuşdur.
OPF-18 praymerinin tətbiqi ilə amplifikasiya olunmuş 2300 n.c.
uzunluğunda olan spesifik DNT fraqmenti ilə resveratrol
antioksidantının nümunələrdəki yüksək miqdarı arasında “t student
Dostları ilə paylaş: |