Microsoft Word sevinc-qasimova



Yüklə 275,96 Kb.
Pdf görüntüsü
səhifə7/11
tarix08.04.2018
ölçüsü275,96 Kb.
#36633
1   2   3   4   5   6   7   8   9   10   11

 

 

15



yığmaq  adəti.  Bunu,  adətən,  uşaqlar,  o  cümlədən  nişanlı  oğlanlar  icra  edirlər. 

İkincisi, magik mahiyyətli bəxtsınama adəti. Bunu, adətən, sevdiyi qızların evinə 

papaq,  qurşaq  atan  oğlanlar  icra  edirdilər.  Atılan  papaq,  qurşaq  tanınmalı  idi. 

Oğlanlar verilən paydan qızın anasının, özünün, yaxud bu sevgidən xəbəri olan 

digər  kimsələrin  bu  sevgiyə  münasibətini  öyrənirdilər.  Ona  görə  də  bəxtlərinə 

axır  çərşənbə  gecəsi  hansı  xəbərin  çıxacağını  böyük  həyəcanla  gözləyirdilər. 

Cavab papağa, qurşağa  qoyulan əşyalardan bəlli  olurdu. Şirin şeylər, payın bol 

qoyulması və s. bunu bildirirdi.  

İkinci  fəslin  ikinci  yarımfəsli  “Sosial  birlik  və  paylaşma  ənənələri” 

adlanır. Novruz bayramı cəmiyyət insanlarının bütün həyatını əhatə edən nəhəng 

bir  mərasim  kompleksidir.  Cəmiyyətlə  bağlı  nə  varsa  –  hamısı  Novruz 

ərəfəsində – ilaxır çərşənbədə təmizlənir, paklanır, təzələnir və yeni ilə, yeni ilin 

ilk  gününə  –  Novruza  artıq  yenilənmiş  (yenidən  doğulmuş)  vəziyyətdə  daxil 

olur.  Bu  yenilənmə  sosial  münasibətlər  sahəsində  özünü  xüsusi  göstərir. 

Novruzda  təkcə  zaman,  həyət-baca,  ev-eşik,  bağ-bağat  təzələnmir,  il  ərzində 

insanlar,  tayfalar,  qonşular,  nəsillər  və  s.  sosial  qruplar  arasında  baş  vermiş 

konfliktlər  həll  edilir. Bunun əsasında  inanc  durur. İnanca görə,  əgər  küsülülər 

barışmasalar, düşmənlik yeni ildə də davam edəcək və o, özü ilə uğursuzluq və 

bəla  gətirəcək.  Ona  görə  də  insanlar  Novruzda  həm  özləri  barışmağa,  həm  də 

başqalarını barışdırmağa çalışırlar. Bu barışmaq məsələsinə ümumi halda nəzər 

salarsaq, bunun cəmiyyətin daxili özünütənzimləmə, özünüyeniləmə mexanizmi 

olduğunu  görərik.  Füzuli  Bayat  yazır  ki,  Yeni  gün/Novruz  bayramının  hər  il 

qutlanması  yaşlanan,  ölən təbiəti  yenidən  diriltməklə  həm  də  etnosun  əbədiliyi 

düşüncəsini önə çəkmiş olur. Yeni gün/Novruz bayramı, sadəcə, fərdlərin deyil, 

millətin dirçəlişi, yenilənməsi olduğundan bərabərlik, birlik bayramıdır. Oyanan 

təbiət  ana  insanların  və  heyvanların,  quşların  və  balıqların  ruzisini  gətirməklə 

Yeni  gün/Novruzu  bolluq,  bərəkət,  artım  bayramına  çevirir.  Yeni  gün/Novruz 

bayramını  keçirənlər  təbiətdəki  bərabərlik  kodunu  cəmiyyət  müstəvisi  üzərinə 

gətirməklə    ona  sosial  bir  anlam  vermişdir.  Fəlsəfi  olaraq  gecə  ilə  gündüzün 

bərabərliyi  sosial  bərabərlik,  sosial  nizam  kimi  təbiətdən  cəmiyyətə  daşınmış, 

sosial tarazlıq bərpa edilmişdir. S.Rzasoy da yazır ki, Novruz bayramı onu təşkil 

edən bütün ünsürlərin sosial-psixoloji harmoniyasında reallaşır. Bayramda təbiət, 

cəmiyyət və zaman arasında  qlobal harmoniyanın yaranması əsas şərtdir. Biri-

biri  ilə  küsülülükdə,  ziddiyyətdə,  konfliktdə  olan  insan,  qonşu,  ailə,  kənd  və  s. 

etnik vahidlər hökmən barışmalı, sülh yaranmalıdır. İl ərzində cəmiyyətin sosial 

strukturunda  yaranmış  bütün  disharmoniya  Novruz  bayramında  aradan 

qaldırılaraq  sakral sosial-psixoloji  harmoniya  ilə əvəz  edilir. Həmin  harmoniya 

istisnasız olaraq sosial-siyasi sistemin bütün struktur səviyyələrini əhatə edir. Bu 




 

 

16



baxımdan,  Novruz  bayramının  sosial-psixoloji  əsasında  hər  cür  ziddiyyətləri, 

konfliktləri aradan qaldıran sülh ideyası durur

1



Novruzda cəmiyyətin  yenilənməsi, sosial tarazlığın  əldə  edilməsi sosial 



birlik  və  paylaşma  şəklində  baş  verir.  Ölənlər  (əcdadlar)  “Məzar  üstə  getmə”, 

“Qara  bayram”,  “Yasdançıxarma”  kimi  adətlər  vasitəsi  ilə  Novruzda  yaranan 

sosial  birlik  və  paylaşmaya  qoşulurlar.  Novruzda  sosial  birlik  və  paylaşma 

ideyasının təcəssüm etdirən adətlərdən biri Azərbaycan cəmiyyətində sosial rifah 

halının yaxşılaşması ilə indi izləri çox az qalmış “Mürvət toyu” adətidir. Adətin 

məzmun  və  mahiyyəti bundan  ibarətdir  ki,  el-oba Novruz bayramında bir yerə 

yığışıb, hər hansı yetimin, kimsəsizin toyunu edir. Bu zaman toyun bütün xərcini 

el-oba çəkir.  

İkinci  fəslin  üçüncü  yarımfəsli  “Tamaşa  ənənələri”  adlanır.  Novruz 

bayramı  ilə  bağlı  mərasim  ənənələrinin  böyük  bir  qismini  tamaşa  və  oyunlar 

təşkil  edir.  Novruz  tamaşa  və  oyunları  bəzən  bir-birindən  fərqləndirmək, 

hansının  tamaşa,  hansının  isə  oyun  olduğunu  müəyyənləşdirmək  çətin  olur. 

Bunun iki əsas səbəbi var: Birincisi, bu tamaşa və oyunlar bütün hallarda Novruz 

mərasim  kompleksinin  tərkib  hissəsi  olmaqla  ilin  dəyişməsi  –  qışın  yola 

salınması və yazın qarşılanması (çağırılması) ilə bağlıdır. Bu tamaşa və oyunlar 

müasir  dövrümüzdən  baxdıqda  böyüklərin  və  kiçiklərin  əyləncəsi  təsirini 

bağışlayır.  Düzdür,  tamaşa  və  oyunların  həm  də  əyləncə  funksiyası  var.  Lakin 

onların əyləncə funksiyasının altında duran əsas mənası təqlidi hərəkətlərlə qışın 

yola  salınması  (bəlkə  də,  qovulması)  və  yazın  qarşılanması  (çağırılması,  dəvət 

olunması)  ilə bağlıdır. Bu  halda  həm tamaşalar, həm  də  oyunlar  eyni  məqsədə 

xidmət  etməklə  birləşirlər.  Bunlar,  əslində,  bir-biri  ilə  sıx  bağlı  olub,  vahid 

mərasim  kompleksinin  tərkib  hissəsi  kimi,  eyni  ideyanı  təcəssüm  etdirirlər. 

İkincisi, tamaşa da, oyun da qədim dünyanın düşüncəsini, məkan, zaman, insan 

haqqında dünyagörüşünü özlərində əks etdirir. Novruzla bağlı tamaşa və oyunlar 

da,  əslində,  türklərin  ibtidai  icma  quruluşuna  aid  olan  mədəniyyət  tarixinin 

qədim mərhələlərini təcəssüm etdirir. Bu halda onlar öz tarixi mənşəyi etibarilə 

bir-birinə bağlıdır. 

Lakin  Novruz  tamaşa  və  oyunları  hər  nə  qədər  bir-birinə  bənzəsə  də, 

onları  fərqləndirən  əlamətlər  var:  tamaşalarda  əsas  olan  gülüş,  oyunlarda  əsas 

olan  isə  yarışdır.  Ancaq  Novruz  tamaşalarındakı  gülüş,  nə  də  yarış,  adi  gülüş, 

yaxud  adi  yarış  olmayıb,  mərasimi  gülüş,  mərasimi  yarışdır.  Bu  tamaşa  və 

                                                

1

Rzasoy  S.  Novruz  bayramının  konseptual-fəlsəfi  əsasları  /  Azərbaycan  şifahi  xalq 



ədəbiyyatına dair tədqiqlər, XXXI kitab. Bakı: 2009, s. 88 

 



Yüklə 275,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə