1
AZƏRBAYCAN RESPUBL KASI TƏHS L NAZ RL Y
АЗЯРБАЙЖАН ДЮВЛЯТ ИГТИСАД УНИВЕРСИТЕТИ
MAGISTRATURA MƏRKƏZI
Ялйазмасы щцгугунда
МЕЩДИЗАДЯ ЭЦЛНАР АРИФ ГЫЗЫНЫН
«СОСИАЛ ИНКИШАФЫН ТЯМИН ЕДИЛМЯСИНИН РЕЭИОНАЛ
АСПЕКТЛЯРИ» МЮВЗУСУНДА
МАЭИСТР ДИССЕРТАСИЙАСЫ
Истигамятин шифри вя ады 060404 Игтисадиййат
Ихтисаслашма «Игтисадиййатын тянзимлянмяси»
Елми рящбяр
Маэистр програмынын рящбяри
(А.С.А., елми дяряжя вя елми ад)
(А.С.А., елми дяряжя вя елми ад)
дос. Мащмудова И.М. дос. Мащмудова И.М.
___________________________ ___________________________
Кафедра мцдири
(А.С.А., елми дяряжя вя елми ад) и.е.д., проф. Ящмядов М.А.
БАКЫ - 2015
2
MÜNDƏRICAT
GIRIŞ
..........................................................................................
2-5
FƏSIL 1.DÖVLƏTIN SOSIAL SIYASƏTININ FORMALAŞMASININ
NƏZƏRI ƏSASLARI.........................................................................................6-50
1.1. Dövlətin sosial siyasəti və sosial strategiyası..............................
6-25
1.2. Sosial siyasətin formalaşma istiqamətləri..................................
25-34
1.3. Müasir dövrdə sosial inkişafın tədqiqindəki bəzi keyfiyyət
fərqləri................................................................................................
35-50
FƏSIL 2.DÖVLƏTIN SOSIAL STRATEGIYASININ IŞLƏNIB
HAZIRLANMASI VƏ HƏYATA KEÇIRILMƏSI QAYDASI..................51-73
2.1. Dövlətin məşğulluq strategiyasında məşğulluq siyasətinin məqsəd
və vəzifələri...............................................................
.............................51-60
2.2. Sosial siyasətin təkmilləşdirilməsi istiqamətləri......................
61-65
2.3. Dövlətin sosial strategiyasının normativ hüquqi əsasları........
66-73
FƏSIL 3.AZƏRBAYCAN IQTISADIYYATININ DAVAMLI INKIŞAFINDA
SOSIAL YÖNÜMLÜ IQTISADIYYATIN TƏNZIMLƏNMƏSININ
TƏKMILLƏŞDIRILMƏSI VƏ ONUN REGIONAL ASPEKTLƏRI
.....
74-111
3.1. Cəmiyyətin sosial siyasətinin prioritetləri və onun strategiyasının
təkmilləşdirilməsi istiqamətləri..........................................................
74-83
3.2.Azərbaycan Respublikasının sosial inkişafında yoxsulluğun
azaldılmasına yönəldilən sosial siyasətin təkmilləşdirilməsi.............
83-99
3
3.3. Regionların inkişafında Azərbaycanda muasir sosial siyasətin
ə
sas aspektləri...................................................................................
99-111
NƏTICƏ.........................................................................................
112-113
STIFADƏ OLUNMUŞ ƏDƏBIYYAT.......................................
114-117
Giriş
Mövzunun aktuallığı. Muasir dövrdə sosial siyasət anlayışı təkcə bu sahə ilə
məşğul olan şəxslərin, alimlərin deyil, həm də cəmiyyətin bütün sosial təbəqələri
və qruplarının gündəlik həyatına möhkəm daxil olmuşdur.Sovet dövründə siyasətin
bölgüsündə sosial siyasət demək olar ki, fərqləndirilməmiş,çox zaman iqtisadi
siyasətin tərkib hissəsi kimi qəbul edilmişdir.Lakin tarixi inkişaf prosesində sosial
məsələlərə bu cür münasibətin yanlışlığı ortaya çıxmışdır.
Sosial siyasət, anlayış olaraq XIX əsrin ikinci yarısında Almaniyada ortaya
çıxıb. lk dəfə sadəcə fəhlə və kapitalist sinfi arasındakı mənfəət qarşıdurmasını
nizamlamaq üçün dövlətin gördüyü tədbirləri nəzərdə tutan bu anlayış, daha sonra
inkişaf edərək geniş mənada işlədilmişdir. Bütün sosial sinif və qruplar üçün
dövlətin gördüyü tədbirlər bütününü əhatə etmişdir. Sosial siyasət müasir mənada:
cəmiyyətdəki bütün sosial sinif və qrupların sosial müdafiə, sağlamlıq, təhsil,
məşğulluq və.s kimi problemlərini həll etməyə istiqamətlənmiş, qruplar və siniflər
arasında yaranan mübarizə və münaqişələri sosial ədalət prinsiplərinə görə həll
etməyə çalışan və cəmiyyətin sosial rifahı üçün həyata keçirilən bütün tədbirlərin
cəmidir.Bu anlayış hazırkı mənanı alana qədər uzun bir tarixi inkişaf mərhələsi
keçmişdir. Bu mərhələlərdə dövlətlər öz funkisiyalarını dəyişdikləri kimi sosial
siyasətin də mənasını dəyişdirib və onu daha da genişləndirmişdilər
.
4
Sosial siyasət anlayışına münasibətdə müxtəlif elmi baxışlar mövcuddur.Bu
baxışların bir qismini nəzərdən keçirək.Son dövrlərdə sosial siyasətlə bağlı bir sıra
tədqiqatlar aparılmışdır.
Görkəmli alim P.D.Pavlenka dövlətin sosial siyasətini cəmiyyətin sosial
inkişafını,sosial və digər qruplar arasında münasibətləri optimallaşdırmaq,dövlətin
vətəndaşların həyati tələbatını ödəməsi üçün bu və ya digər şəraiti yaratması kimi
qiymətləndirir.
.Q.Zaynışevə görə,”Sosial siyasət dövlətin daxili siyasətin tərkib hissəsi olub
onun həyata keçirdiyi sosial proqramlarda,əhalinin sosial qruplarının marağını əsas
götürərək cəmiyyətdəki münasibətlərin tənzimlənməsində təzahür edir.
Rus alimi M.Lavrenenkoya görə,”Sosial siyasət dövlət hakimiyyəti,qeyri-dövlət
strukturları və şəxsiyyətin öz həyatının təminatı və insanın inkişafı naminə daimi
bərpa olunan qarşılıqlı fəaliyyətidir”.
Beləliklə, müasir dövlətin sosial siaysəti ictimai həyatın ən mühüm tərəflərini
ə
hatə edən məzmuna malik olmalıdır.Səmərəli sosial siyasət əhalinin öz
tələbatlarını ödəmək imkanlarının genişləndirilməsi, cəmiyyətdə sabitliyin
qorunması, hər bir vətəndaşın sabaha inamla yaşaması, sosial gərginliyin
azaldılması və bütövlükdə cəmiyyətdə təkrar istehsal prosesinin normal həyata
keçirilməsini təmin edən sosial müdafiə sistemini qurmaqdan ibarətdir.
Tədqiqatın məqsəd və vəzifələri. Sosial siyasətin əsas məqsədi cəmiyyətin
qarşıya qoyduğu məqsədlərə yardım etməkdir.Başlıca məqsəd yoxsulluğun aradan
qaldırıldığı, sosial təzadların olmadığı və ya kəskin münaqişələrsiz həll edildiyi
yüksək həyat səviyyəsinə malik cəmiyyət formalaşdırmaqdan ibarətdir.Bu
məqsədlərə nail olmaq üçün aşağıdakı vəzifələr qarşıya qoyulmuşdur:
-Gəlirin ədalətli bölgüsü və yoxsulluğun azaldılaması: Sosial siyasətin qarşısına
qoyduğu ən əsas məsələlərdən biri milli gəlirin cəmiyyətdə ədalətli bölügüsü ilə
ə
laqədardır. Dövlət bu yöndə siyasətlər həyata keçirərək siniflərarası maddi
uçurumun qarşısını alır və sosial ədaləti yaratmağa çalışır. Gəlirin ədalətsiz
Dostları ilə paylaş: |